Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1827/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçınin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli **********182334 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2024-cü il tarixli qərara əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-cti il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli qərar çıxarılmışdır. Qərara əsasən 802463,04 manat vergi məbləği və 401765,83 manat sanksiya məbləği hesablanmışdır. Hesablama Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən aparılmışdır. Əsas kimi vergi orqanı tərəflərindən xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlərin yoxlamaya təqdim edilmədiyi bildirilmişdir. İlk növbədə, vergi orqanı qanunvericlikdə tələb edilməyən sənədləri istəmişdir. Belə ki, nə Vergi Məcəlləsində, nə də ki vergi qanunvericiliyində xammal və material silgisinin mütləq şəkildə vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulmamışdır. Digər tərəfdən, tərəflərindən xərcləri təsdiq edən ilkin sənədlər tam olaraq yoxlamaya təqdim edilmişdir. Başqa sözlə Vergi Məcəlləsi ilə vergi ödəyicisi kimi üzərlərinə düşən xərcləri təsdiq edən sənədləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi orqanına təqdim etmişdirlər. Vergi orqanının ilkin sənədlərin təqdim edilməməsi ilə bağlı aktda və qərarda qeyd etdikləri tamamilə yanlışdır. Vergi orqanının ümumiyyətlə sənəd istəməyinə ehtiyac yox idi. Belə ki iddiaçı onlara aldıqları malların hamısının e-qaimə və idxal ilə əldə etdiklərini bildirmiş və xərcləri təsdiq edən sənədləri özlərinin əldə etməsinin mümkünlüyünü bildirmişlər. Lakin vergi orqanı heç bir araşdırma aparmadan üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqla düzgün olmayan vergilər hesablamışdır. Həmçinin, Vergi Məcəlləsində Topdan satış, İctimai iaşə, İstehsal və Pərakəndə satış fəaliyyəti ilə məşqul olan şəxslərin hansı qaydada gəlir və xərclərinin uçota aparılması müəyyənləşdirilmişdir. Göründüyü kimi Vergi Məcəlləsi lazım olan sahələr üzrə uçotu müəyyən etmişdir. Lakin tikinti fəaliyyəti ilə bağlı hər hansı qayda müəyyən edilməmişdir. Yeganə şərt Vergi Məcəlləsində göstərilmiş eqaimə və idxal sənədləridir ki, bunları da vergi orqanları əməkdaşları özləri görürlər. Belə ki, Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 130-cu maddəsi 2 hal üzrə uçotu müəyyənləşdirir: 1. Topdansatış, İctimai iaşə, İstehsal və Pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxslərin xərclərinin uçotunun aparılması qaydası; 2. Hesablama və kassa metodunun tətbiq edilməsi qaydası. Qeyd edilənləri nəzərə alaraq vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 130-cu maddəsinə istinad etməklə və daha sonra 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad etməklə vergilərin hesablanması düzgün deyildir. Yoxlanılan dövrdə isə iddiaçı kassa metodu ilə uçot apardığından çəkdiyi bütün xərclər xərc kimi nəzərə alınmalıdır. Vergi orqanı tərəfindən xərclərin hansı hissəsinin qəbul edilməməsi, hansı hissədə artıq salınması araşdırılmadan, qarşı tərəflərdən məlumat əldə etmədən sadəcə ən asan yol ilə NK qərarı tətbiq etməklə vergilər hesablanmışdır. Halbuki bütün malları rəsmi sənədlərlə əldə etmişdirlər. Həmin mallar əldə edilmiş və görülən işlərə aid edilmişdir. Vergi orqanı iddiaçı tərəfindən malların artıq alındığını və xərclərə çox saldıqlarını hesab edirdisə, o zaman inventarizasiya keçirməli və malların harada olduğunu araşdırmalı idi. Lakin vergi orqanı bunların heç birini etmədi. Bundan əlavə vergi orqanı qanunsuz olaraq Vergi Məcəlləsinə edilmiş 2022-ci ildəki dəyişikliyi iddiaçıya tətbiq etmişdir. Belə ki, qanunvericiliyə edilən həmin dəyişikliyə əsasən iddiaçını hesablama metoduna keçirmişlər. Halbuki, qanunvericiliyin ağırlaşdırıcı norması iddiaçıya tətbiq edilə bilməz. Belə ki, uçotunu əvvəlki illərdən kassa ilə aparmışdır və uzunmüddətli fəaliyyətini nəzərə alaraq bu cür uçotun iqtisadi fəaliyyətinə uyğun olduğunu müəyyən etmişdir. Lakin vergi orqanı 2022-ci ildə yeni qanun qəbul edir və iddiaçını əvvəlki dövrlər üzrə formalaşmış gəlirlərini yeni qanun tətbiq etməklə gəlirə aid etmişdir. Bu cür yanaşma Konstitusiyaya ziddir. ƏDV hesablamaları ilə əlaqədar bildirilir ki, sahibkarlıq fəaliyyəti zamanı çəkdiyi xərclər üzrə ödənilmiş ƏDV məbləğləri düzgün olaraq əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, İddiaçınin Azərbaycan Respublikasındakı filialında vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********173404 nömrəli qərar əsasında səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, **********173928 nömrəli akt və **********182334 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar tərtib edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Cəmiyyətdə 2020-2021-ci illər üzrə gəlir və xərclərin uçotu kassa metodundan istifadə edilməklə müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 18434433,17 manat (o,cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 18434433,17 manat) Cəmi xərclər: 17082070,86 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 3362859,59 manat; Sosial sığorta haqları 457258,89 manat; Malın dəyəri 9419361,46 manat; Norma daxili ezamiyyə xərci 3066,24 manat; Yanacaq xərcləri 5102,57 manat; Rabitə xərcləri 10753,86 manat; Reklam xərcləri 67892,25 manat; Amortizasiya xərcləri 18499,23 manat; Nəqliyyat xərcləri 833882,87 manat; Sığorta üzrə xərclər 5512,5 manat; Digər xərclər ******* manat; Əmlak vergisi 924 manat; Vergi Məcəlləsinin 220.12-ci maddəsi Üzrə nağd qaydada bank hesabındanlanndan çıxarılmış pul vasaiti üzrə tutlmuş sadələşdirilmiş vergi 1507,5 manat; Vergitutma məqsədləri üçün mənfəət 1352362,31 manat; Keçmiş illərin çıxılan zərəri 897680,11 manat; Mənfəət vergisi 90936,44 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra Ümumi gəlir 5622386,65 manat (o,cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 5622386,65 manat) Cəmi xərclər: 5915272,53 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 1670724,65 manat; Sosial sığorta haqlan 241859,92 manat; Malların dəyəri 2625338,03 manat; Ezamiyyə xərcləri 1989,82 manat; Yanacaq xərcləri 1898,65 manat; Rabitə xərcləri 5568,53 manat; Bank xərcləri 25225,81 manat; Amortizasiya ayırmaları 15025,33 manat; Nəqliyyat xərcləri 118457,45 manat; Sığorta üzrə xərclər 16007,05 manat; Digər xərclər 1192228,08 manat; Əmlak vergisi 801,71 manat. Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vasaiti üzrə tutlmuş sadələşdirilmiş vergi 147,5 manat; Zərər 292885,88 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 3331690,75 manat (o,cümlədən işlərin xidmətlərin göstərilməsindən gəlir 3331690,75 manat) Cəmi xərclər: 3232468,65 manat o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr- 367588,87 manat; Sosial sığorta haqlan 84935,97 manat; Xammal və material 290111,77 manat; Malın dəyəri 698360,11 manat; İcarə haqqı 7988,85 manat; Yanacaq xərci 779,64 manat, Rabitə xərcləri 843,66 manat; Bank xidməti üzrə xərclər 7275,03 manat; Sair xərclər 1752311,54 manat; Amortizasiya ayırmaları 12230,4 manat; Sığorta üzrə xərclər 9352,86 manat; Əmlak vergisi 689,95 manat Balans mənfəəti 99222,1 manat Keçmiş illərin çıxılası zərəri 99222,16 manat; Vergiyə cəlb olunan mənfəət 0.00 manat göstərilmişdir. Cəmiyyət tərəfindən həyata keçirilən tikiniti işlərində xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər yoxlamaya təqdim edilmədiyindən mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmamış və nəticədə mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” haqqında 55 saylı qəranna əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə gəlirdən çıxılan xərclər, mənfəət və nəticədə mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyytəin 2020-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 18431480,29 manat müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə cəmiyyətin əldə etdiyi 18431480,29 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: 18431480,29 Ml= x 20 =3071913,38 100+20 2020-ci il üzrə hesablanmış 3071913,38 manat mənfəətdən əvvəlki illərin 846812,36 manat zərəri nəzərə alınmaqla 20% dərəcə ilə 445020,2 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə cəmiyyət tərəfindən 2020-ci il üzrə hesablanmış 90936,44 manat verginin hesablandığını nəzərə alsaq mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 354083,76 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üzrə ümumi gəlirin 2952,88 manat artıq göstərilməsinin səbəbi “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1 -ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyytəin 2021-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 5740158,29 manat müəyyən edilmişdir. Yoxlama ilə 2021-ci il üzrə cəmiyyətin əldə etdiyi 5740158,29 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. 5740158,29 Ml= x 20 =956693,05 100+20 2021-ci il üzrə hesablanmış 956693,05 manat mənfəətdən 20% dərəcə ilə 191338,61 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə cəmiyyət tərəfindən 2021-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 191338.,1 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə ümumi gəlirin 117771,64 manat az göstərilməsinin səbəbi “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilməli işlərə görə avans ödənişlərinin bağlanmasının gəlirə aid edilməməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyytəin 2022-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 132024,14 manat, vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri 3144569,74 manat, cəmi 3276593,88 manat müəyyən edilmişdir. Yoxlama ilə 2022-ci il üzrə cəmiyyətin əldə etdiyi 3276593,88 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. 3276593,88 Ml= x 20 =546098,98 100+20 2022-ci il üzrə hesablanmış 546098,98 manat mənfəətdən 20% dərəcə ilə 109219,8 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə cəmiyyət tərəfindən 2022-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 109219,8 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il üzrə ümumi gəlirin 55096,87 manat artıq göstərilməsinin səbəbi “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilməli işlərə görə vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəlirinin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ümumilikdə mənfəət vergisinin 654642,17 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654642,17 manat azaldılmasına görə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327321,09 manat maliyyə sanksiya tətbiq edilmişdir. Yoxlanılan dövrdə cəmiyyətdə ƏDV-yə cəlb olunan dövriyyələr ilə mənfəət vergisi bəyannamələri üzrə ümumi gəlirlər arasında yaranmış fərqin səbəbi yoxlama ilə əhatə olunan dövrdə avans məbləğlərinin nəzərə alınması olmuşdur. 2020- 2021-ci illər üzrə gəlirin hesablanmasının kassa metodu tətbiq edildiyindən hesablanmış əmək haqqı ilə xərclərə aid edilmiş əmək haqqı məbləği arasında kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olunmuşdur. Yoxlanılan dövr (xx.xx.2020-xx.xx.2023) üzrə vergi ödəyicisinin vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDVyə 18% dərəcə ilə cəlb olunan dövriyyəsi 19939895,35 manat, ƏDV 3589181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 2062899,29 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1526293,64 manat olmuşdur. Kameral vergi yoxlaması ilə 2021-ci ilin iyul ayında cəmiyyətə ƏDV-nə cəlb edilən dövriyyənin azaldılmasına görə 24178,27 manat vergi hesablanmışdır. Yoxlama ilə kameral olaraq vergi hesablanması öz təsdiqini tapmışdır. Belə ki, 2021-ci ilin iyul ayında yerinə yetirilmiş işlərə və xidmətlərə görə cəmiyyətin bank hesabina daxil olmuş məbləğ 430450,22 manat olduğu halda, həmin ay üzrə təqdim edilmiş bəyannamədə daxil olmuş məbləğ 290190 manat göstərilmişdir. Yoxlama nəticəsində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyə 19939895,35 manat, ƏDV 3589181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 1915078,42 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1674114,51 manat müəyyən edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 147820,87 manat azaldılmışdır.Eyni zamanda ƏDV 2021-ci ilin iyul ayında “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin az göstərilməsi nəticəsində ƏDV 1068,57 manat azaldılmış və 2021-ci ilin noyabr ayında “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi nəticəsində ƏDV 1068,57 manat artıq hesablanmış və nəticədə Vergi Məcəlləsinin 166.1 -ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə yoxlanılan dövrdə ƏDV-nin 148889,44 manat azaldılması və 1068,57 manat artıq hesablanması, ümumilikdə 147820,87 manat azaldılması müəyyən edilmişdir. ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1)102069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirlməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətə liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. 2) 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən sosial xarakterli xərclər çəkiləndə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. ƏDV-nin azaldılması “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 9********) tərəfindən təqdim edilmiş aşağıdakı elektron qaimələrə əsasən əvəzləşmələrin düzgün aparəlmamasına görə müəyyən edilmişdir: 2020-ci ilin oktyabr ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAH seriyalı 223093 saylı elektron qaimə üzrə (əsas məbləğ- 42569,58 manat, ƏDV-7662,52 manat) 7662,52 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 7408.79 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli EBAL seriyalı 219788 saylı elektron qaimə üzrə (əsas məbləğ- 103127,24 manat, ƏDV- 18562,9 manat) 18562,9 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 18235.98 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2020-ci il tarixli EBAM seriyalı 520299 saylı elektron qaimə üzrə (əsas məbləğ- 122120,44 manat, ƏDV- 21981,68 manat) 21981,68 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 17561,93 manat əvəzləşmə nəzərə alınmamışdır. 2020-ci ilin dekabr ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAR seriyalı 53129 saylı elektron qaimə üzrə (əsas məbləğ- 112315,33 manat, ƏDV- 20216,76 manat) 827,06 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 640,3 manat əvəzləşmə nəzərə alınmamışdır. 2021-ci ilin fevral ayı üzrə 1) xx.xx.2020-ci il tarixli EBAS seriyalı 486290 saylı elektron qaimə üzrə (əsas məbləğ- 67078.01 manat, ƏDV- 12074,04 manat) 487,3 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 448,02 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli EBAT seriyalı 903670 saylı elektron qaimə üzrə (əsas məbləğ- 84932.12 manat, ƏDV- 15287,78 manat) 595 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 405,9 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2021 -ci il tarixli EBAX seriyalı 288380 saylı elektron qaimə üzrə (əsas məbləğ- 121286,5 manat, ƏDV-21831,57 manat) 307 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 210,6 manat əvəzləşmə nəzərə alınmamışdır. 2022-ci ilin dekabr ayı üzrə 1) xx.xx.2021-ci il tarixli EBAX seriyalı 287759 saylı elektron qaimə üzrə (əsas məbləğ- 349859,35 manat, ƏDV- 62974,68 manat) 56968,4 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 294.85 manat, liftin zədələnməsinə görə 56262,38 manat, cəmi 56557,23 manat əvəzləşmə nəzərə alınmamışdır. 2023-cü ilin fevral ayı üzrə 1) xx.xx.2020-ci il tarixli E BAS seriyalı 486290 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 67078,01 manat, ƏDV- 12074,04) 231,67 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 192,39 manat əvəzləşmə nəzərə alınmamışdır. 2) xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli EBAT seriyalı 903670 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 84932,12 manat, ƏDV- 15287,78) 7670,81 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 15,3 manat, liftin zədələnməsinə görə 7655,51 manat, cəmi 7670,81 manat əvəzləşmə nəzərə alınmamışdır. 3) xx.xx.2021-ci il tarixli EBAX seriyalı 288380 saylı elektron qaimə üzrə (əsas məbləğ- 121286,5 manat, ƏDV- 21831,57 manat) 17478,58 manat əvəzləşmə aparılmış, yoxlama zamanı liftin zədələnməsinə görə ödənildiyindən 17478,58 manat əvəzləşmə nəzərə alınmamışdır. 4) xx.xx.2021-ci il tarixli EBAY seriyalı 939412 saylı saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 67875,1 manat, ƏDV- 12217,52) 3745,41 manat əvəzləşmə aparılmış, yoxlama zamanı yemək xərclərinə əsasən ödənildiyindən 336,96 manat, liftin zədələnməsinə görə 2902,55 manat, cəmi 3239,51 manat əvəzləşmə nəzərə alınmamışdır. 5) xx.xx.2021-ci il tarixli EBBN seriyalı 19889 saylı elektron qaiməsi üzrə (əsas məbləğ- 186074,49 manat, ƏDV- 33493,41) 18120,99 manat əvəzləşmə aparılmış, yoxlama zamanı liftin zədələnməsinə görə 17770,81 manat əvəzləşmə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148889,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 74444,74 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Həmçinin yoxlanılan dövr ərzində aşağıdakı hallar cəmiyyətdə aşkar olunmamışdır: - Mallann haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış mallann ƏDV-dən azad olan əməliyyatların keçirilməsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əksik gəlməsi, oğurlanması; - Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə mallann təqdim edilməsi; - Vergi Məcəlləsinin 165.1.2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməliyyatlar çərçivəsində əldə edilən mallann müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; - Yoxlanılan dövr ərzində digər şəxsin agenti olan şəxs tərəfindən mallann göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi faktı aşkar edilmədi. - Cəmiyyət tərəfindən qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatlar aparılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654642,17 manat azaldılmasına gərə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327321,09 manat maliyyə sanksiyasının tətbiq edilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148889,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 74444,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, iddia ərizəsində göstərilənlərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız olduğunu hesab edilir. İddiaçı ərizəsində xammal və materiala dair xərclərin uçotunun aparılmasına dair vergi ödəyicisinin öhdəliyi olmadığı halda bu barədə vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edildiyi bildirilmişdir. Qanunvericilik iddiaçının qeydinin əksinə, vergi ödəyicisi üçün xərclərin vaxtlı-vaxtında dəqiq uçotunun aparılması, həmçinin çəkilən xərclərin konkret dövrlər üzrə aid edilməsi öhdəliyini müəyyən edir. Buna baxmayaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın aparılması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmiş, cəmiyyət tərəfindən həyata keçirilən tikinti işlərində istifadə edilmiş xammal və materillara dair texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər təqdim edilməmişdir. Yekun olaraq təqdim edilmiş xərc sənədlərinin hansı dövrə və hansı hissədə aid edildiyini müəyyən etmək mümkün olmadığından nəticədə müəssisənin mənfəətini də müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasının 83.9-cu maddəsin əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, №55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6-cı bəndinə uyğun olaraq, mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərizində uçotunu kassa və ya hesablama metodu ilə apar bilərdi. Qeyd olunan tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən sahibkarlıq subyektlərinin meyarlarından asılı olaraq metodun növü müəyyən edildi. Belə ki, kassa metodu ilə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə uyğun olaraq artıq hesablama metoduna keçirildi. Mübahisələndirilən iş üzrə vergi ödəyicisi yoxlamaya qədərki dövrdə kassa metodu ilə fəaliyyət göstərdiyi halda müəssisəyə aid olan debitor borcları “Mənfəət vergisi bəyannaməsi’’nin 216-cı sətrində (Vergilərin uçot metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri) deyil, 200-cü sətirdə (Malların təqdim edilməsindən gəlir) hissəində göstərmişdir. Bildiririk ki, qanunvericiliyə edilmiş dəyişiklik səbəbi ilə vergi ödəyicisinin uçot metodu kassa metodundan hesablamaya keçirilmiş və Vergi Məcəlləsinin 130.5-ci maddəsinin (vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın) tələbləri nəzərə alınaraq yoxlamanın yekununda vergi orqanı tərəfindən dəqiqləşmiş bəyannamə tərtib edilmiş, vergi ödəyicisinə məxsus debitor borcların yazılmalı olduğu sətirlər dəyişdirilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq dəyişiklik yalnız texniki düzəliş xarakterli edilmişdir və nəticədə vergi öaəyicisinə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, qanuvericiliyə edilmiş gəlirlərin və xərclərin uçotu ilə bağlı metodun dəyişdirilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınmamalıdır. Müvafiq hal vergi orqanı tərəfindən qanunvericiliyin tələbi kimi icra edilmişdir. Əlavə dəyər vergisinə münasibətdə bildirilmişdir ki, əlavə verginin hesablanmasının əsas səbəbi sahibkarlıq fəaliyyətinə aid edilməyən xərclər və sosial xarakterli xərclərə dair məbləğlər üzrə ƏDV əvəzləşmələrinin aparılması olmuşdur. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına tikinti işləri üzrə xidmət göstərilən zaman icraçı hərəkətləri nəticəsində zədələnmiş liftin təmiri üçün cəmiyyət tərəfindən ödənilmiş kompensasiya məbləği üzrə ƏDV məbləği əvəzləşdirilmişdir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1 -ci, 175.1.1 -ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ üzrə əlavə dəyər vergisi sahibkarlıq fəaliyyətinin məqsədləri üçün ödənildiyi halda əvəzləşdirilməsi mümkün olur. Mübahisələndirilən iş üzrə isə cəmiyyət tərəfindən “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına ödənilmiş məbləğ kompensasiya xarakterli olmaqla kommersiya fəaliyyətinə aid edilmədiyindən ƏDV- nin əvəzləşdirilməsi vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Həmçinin yoxlama zamanı sosial xarakterli xərclər üzrə oxşar qaydada əlavə dəyər vergisi üzrə əvəzləşmələrin aparılması aşkar olunmuşdur. Belə ki, “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Cəmiyyət tərəfindən həmin ödənişlər üzrə əvəzləşmələr aparılmışdır. Nəticə olaraq, vergi qanunvericiliyi vergi ödəyicisinin işçilərlə bağlı çəkmiş olduğu sosial xarakterli xərclər üzrə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə imkan vermədiyindən cəmiyyətin ödəmiş olduğu məbləğlər üzrə əvəzləşmələr nəzərə alınmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********182334 nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən mənfəət vergisinin 2020-ci il üzrə 354083,76 manat, 2021-ci il üzrə 191338,61 manat, 2022-ci il üzrə 109219,8 manat, əlavə dəyər vergisinin (ƏDV) 2020-ci il üzrə 43847,01 manat, 2021-ci il üzrə 2133,09 manat, 2022-ci il üzrə 56557,23 manat, 2023-cü il üzrə 46352,11 manat azaldılması qərarına gəlinmiş və buna görə cəmi 802463,04 manat əlavə vergi məbləği hesablanmış, 401765,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. 109.4. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. 109.6. Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır. 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilir ki, səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2020-ci ildə 354.083,76 manat, 2021-ci ildə 191.338,61 manat, 2022-ci ildə isə 109.219,80 manat olmaqla, ümumilikdə 654.642,17 manat, əlavə dəyər vergisinin isə yoxlama ilə əhatə olunan dövr üzrə 147.820,87 manat (148.889,44 manat azaldılması, 1.068,57 manat artıq hesablanması) azaldılması aşkar edilmişdir. Mənfəət vergisinin azaldılması ilə əlaqədar səyyar vergi yoxlaması aktında 327.321,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan başqa, yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr əhatə olunmuşdur. Yoxlama zamanı ƏDV-nin ümumilikdə 147.820,87 manat azaldılması (148.889,44 manat azaldılma, 1.068,57 manat artıq hesablama) aşkar edilmiş, 74.444,74 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. ƏDV-nin azaldılmasının səbəbi qeyri-kommersiya xərclərinə və liftin zədələnməsinə görə elektron qaimə-fakturalar üzrə aparılmış ƏDV əvəzləşmələrinin nəzərə alınmaması olmuşdur. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********182334 nömrəli qərarla vergi ödəyicisinə ümumilikdə 1.204.228,87 manat olmaqla, yəni 802.463,04 manat məbləğində əlavə vergi hesablanmış və 401.765,83 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının çəkilmiş xərclərin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsinin araşdırmaya verdiyi izahatından da aydın olur ki, Vergi Məcəlləsinin qeyd edilən maddəsinin tələbləri pozulmuş, silgi cədvəlləri və texniki hesabatlar, yəni mal-materialların hərəkətini təsdiq edən hesabatlar yoxlamaya təqdim edilməmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib olunmuş, aktda bunun səbəbi kimi uçotun aparılmaması göstərilmiş, akt Filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsi İ.Kərimov tərəfindən imzalanmışdır. Buna görə də mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" haqqında 55 saylı qərarına əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə həyata keçirilmişdir. Digər tərəfdən, ƏDV-nin azaldılmasının səbəbləri ilə bağlı qeyd edilməlidir ki, 102069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirlməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iddiaçıya liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Həmçinin, 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. “X6 Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iddiaçının işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. “Sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilmələrinin ləğv edilməsi” hissəsinə münasibətdə cavabdehin dəlillərini əsaslı hesab edən məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicəprofilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Göründüyü kimi, qanunvericiliklə sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə ƏDV-nin əvəzləşdirilməsi qadağan edilsə də, yoxlama zamanı iddiaçının ƏDV əvəzləşmələrinin səbəbinin sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1827/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1827/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver