Məhkəmə qərarları › İş №2-1(112)-1832/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1832/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1832/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ona Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixl, B19 seriyalı, 019990 nömrəli bakalavr diplomunun tanınması (nostrifikasıya) vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” fakültəsinə qiyabi əsaslarla 2015-ci ildə daxil olmuş və 2019-cu ildə həmin təhsil müəssisəsini bitirməsinə dair B19 019990 nömrəli diplom verilmişdir. Diploma əlavədən görünür ki, İddiaçı təhsil illəri ərzində dərslərdə vaxtlıvaxtında iştirak etmiş, imtahanları müvəfəqiyyətlə keçmiş kurs işlərini tərtib edərək müdafiə etmişdir. İddiaçı tərəfindən 24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunaraq ona Ukrayna Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixli B19 019990 nömrəli diplomun tanınması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli cavab məktubu ilə diplomun tanınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya verilmiş imtina əsassızdır.

3. Cavabdeh qurumun iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə ona xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsi ilə əlavədə qeyd olunan məlumat verilmişdir. Həmin məlumatda göstərilmişdir ki, Ukrayna Dövlət Mülki Müdafiə Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdqi edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2020ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən fedilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2014/2015-ci tədris ili üzrə - 10 gün, 2015/2016-cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris ili üzrə -7 gün, 2017/2018 tədris ili üzrə - 27 gün, 2018/2019-cu tədris ili üzrə - 22 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.3. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1.auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3.təcrübələrdə iştirak etməsi; 3.2.7.4.laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5.kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6.imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7.buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2.məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3.tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; 3.2.9.oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışa əsasən İddiaçı 2014/2015-ci tədris ili üzrə - 10 gün, 2015/2016-cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris ili üzrə -7 gün, 2017/2018 tədris ili üzrə - 27 gün, 2018/2019-cu tədris ili üzrə - 22 gün təhsil aldığı ölkə Ukraynada olmuşdur.

6. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətində işləmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Ukrayna Milli Mülki Mühafizə Universitetinin çağırışarayışlarına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi barədə 0081/e nömrəli xx.xx.2015-ci il tarixli əmrinə əsasən iddiaçıya Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin may ayının 11-dən 26-dək 16 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0022/e nömrəli xx.xx.2016-cı il tarixli və 0376/e nömrəli xx.xx.2016-cı il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin fevral ayının 15-dən 29-dək 15 təqvim günü və 2016-cı ilin oktyabr ayının 24-dən noyabr ayının 11-dək 19 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0037/e nömrəli, xx.xx.2017-ci il tarixli və 0401/e xx.xx.2017-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2017-ci ilin mart ayının 13-dən aprel ayının 01-dək və 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 18-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0084/e nömrəli xx.xx.2018-ci il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2018-ci ilin aprel ayının 9-dan 28-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0036/e nömrəli, xx.xx.2019-cu il tarixli və 0146/e nömrəli xx.xx.2019-cu il tarixli əmrlərə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2019-cu ilin may ayının 13-dən 24-dək 12 təqvim günü müddətində ödənişli təhsil məzuniyyətləri verilmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi barədə 0431/e nömrəli xx.xx.2014-cü il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin yanvar ayının 12-dən 25-dək 14 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0022/e nömrəli xx.xx.2015-ci il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin fevral ayının 15-dən 29-dək 15 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0081/e nömrəli xx.xx.2015-ci il tarixli və 0348/ nömrəli xx.xx.2015-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin may ayının 11-dən 26-dək 16 təqvim günü və oktyabr ayıın 28-dən noyabr ayının 11-dək 15 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0376/e nömrəli xx.xx.2016-cı il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin oktyabr ayının 24-dən noyabr ayının 11-dək 19 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0037/e nömrəli, xx.xx.2017-ci il tarixli və 0401/e xx.xx.2017-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2017-ci ilin mart ayının 13-dən aprel ayının 01-dək və 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 18-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0084/e nömrəli xx.xx.2018-ci il tarixli və 0370/e xx.xx.2018-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2018-ci ilin aprel ayının 9dan 28-dək 20 təqvim günü və 2018-ci ilin sentyabr ayının 18-dən oktyabrın 3-dək 16 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0146/e nömrəli xx.xx.2019-cu il tarixli əmrlərə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2019-cu ilin may ayının 13-dən 24-dək 12 təqvim günü müddətində ödənişli təhsil məzuniyyətləri verilmişdir.

9. Təhsildə Keyfiyyət və X2 tanınması departamentinin Kvalifikasiyaların tanınması şöbəsinin X13 Mülki Müdafiə Universitetində “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı tədris yükünün yerinə yetirilməsi haqqında 18 noyabr 2019-cu il tarixli ekspert rəyində bildirilmişdir ki, X16 Mülki Müdafiə Universiteti tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli diplom əlavəsinin İV hissəsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. X16 Mülki Müdafiə Universiteti tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli diplom əlavəsinin İİİ hissəsinin 2-ci bəndi və Vİ hissəsinin 1-ci bəndinə əsasən ərizəçinin təhsil müddətinin 4 il 4 ay olmaqla 2014/2015-ci nin İİ yarımilini, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illərini əhatə etməsi müəyyən edilir. Sözügedən sənədin İV hissəsinin 3-cü bəndindən müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kreditindən ibarətdir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı lyyən edilmişdir: İ il-10 gün , İİ il-9 gün, İİİ il - 7 gün, İV il-27 gün, V il- 22 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci dinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi at səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci linə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində stemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (47 fənnin tədrisi, istehsalat təcrübəsi və diplomqabağı təcrübə - 216 saat) yerinə yetirməsi mümkün deyildir və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir.

10. Məhkəmənin 08 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı adına Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixl, B19 seriyalı, 019990 nömrəli bakalavr diplomunun ekvivalentliyinin müəyyən olunması məqsədi ilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.

11. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixli B19 seriyalı, 019990 nömrəli diplomum üzrə alınan ixtisasın tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxıldığı bildirilmişdir. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçının təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimidir: İ tədris ili üzrə - 10 gün, İİ tədris ili üzrə - 9 gün, İİİ tədris ili üzrə - 7 gün, İV tədris ili üzrə - 27 gün, V tədris ili üzrə - 22 gün. Təhsil müddəti 4 il 4 ay olmaqla xx.xx.2015-xx.xx.2019cu illəri əhatə edir. İddiaçı təhsil müddəti ərzində müxtəlif şəhərlərdə (Moskva, İstanbul) olsa da, Ukrayna Milli Mülki Müdafiə Universiteti Xarkov şəhərində yerləşdiyindən bu müddətlər təhsil aldığı ölkədə olma müddəti kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində itisasın tanınması barədə müsbət rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Sözügedən məhkəmə qərarının icra edildiyinin nəzərə alınması xahiş olunur.

12. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilən mülahizəyə əsasən bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının tədris planının məzmununu və onun təhsil aldığı ölkədə olma müddətini nəzərdən keçirərək diplom əlavəsində göstərilən tədris yükünün ali təhsilin dövlət standartlarına uyğun yerinə yetirilməsi mümkün olmaması qənaətinə gəlmiş, bu səbəbdən də müraciətçinin əldə etdiyi xarici kvalifikasiyanın tanınmasından imtina etmişdir. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixində təqdim edilmiş ******* nömrəli diplom əlavəsinin Vİ hissəsinin birinci bəndində müəyyən edilir ki, onun təlim müddəti xx.xx.2015xx.xx.2019-cu il tarixlərini əhatə etmişdir. Sözügedən sənədin İV hissəsinin 3-cü bəndindən müəyyən edilir ki, ərizəçinin tədris qrafikinə uyğun olaraq ona 47 fənn üzrə tədrisin təşkil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə isə tələblərin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Ərizəçinin cavabdeh orqana təqdim etdiyi xarici pasportunun surətindən müəyyən edilir ki, o, 2015-ci ilin İ yarımili xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər Ukrayna ərazisində olmuşdur. Bununla da onun cəmi 8 iş günü Ukraynada olması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30 saatdan çox olmamalıdır. Bu isə o deməkdir ki, tələbənin nir iş günü ərzində iştirak edə biləcəyi auditoriyadaxili saatların ortalaması 6 saatdan çox ola bilməzdi. Sözügedən saat həcmini iddiaçının xeyrinə 8 saatdan hesabladıqda belə bu, iddiaçının 2015-ci ilin İ yarımilində maksimum 64 saat auditoriyadaxili dərslərdə iştirak etməsi mümkünlüyünə dəlalət edir. Bu da öz növbəsində 90 saat müqabilində 64 saat tədris yükünün yerinə yetirilməsidir. Halbuki təhsilalan auditoriyadaxili saatlardan əlavə həmçinin imtahanlarda da iştirak etməli idi. Belə olan halda İ, İİ, İİİ kurslarda tədris yükünü dövlət standarlarına uyğun olaraq yerinə yetirə bilməməsinin mümkünlüyü isbat edilir ki, bu da öz növbəsində onun xarici kvalifikasiyasının tanınması üçün əsas kimi çıxış edir.

13. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 28 aprel 2015-ci l tarixli 0081/e nömrəli əmrinə əsasən Ukrayna Mülki Mühafizə Universitetinin imtahan sessiyalarında iştirak etmək məqsədi ilə İddiaçı ilə yanaşı ödənişli təhsil məzuniyyəti verilən daxili xidmət sıravisi X14, daxili xidmət çavuşu X9, daxili xidmət kiçik çavuşu X7, daxili xidmət sıravisi X4, daxili xidmət kiçik çavuşu X8, daxili xidmət sıravisi X3, daxili xidmət kiçik çavuşu X11, daxili xidmət çavuşu X12, daxili xidmət kiçik çavuşu X18, daxili xidmət baş çavuşu X15 və daxili xidmət çavuşu X5 xarici dövlətlərdə əldə etdikləri ali təhsilə aid ixtisaslarının ölkə ərazisində tanınması ilə bağlı müraciətləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmamışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin arayışından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Torpaq və geobotaniki tədqiqatlar şöbəsinin Geobotaniki tədqiqatlar sektoruna 10-cu dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Sənədlərlə iş və arxiv şöbəsinə 4-cü dərəcəli arxivçi peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin Torpaq kadastrı şöbəsinə 3-cü dərəcəli kargüzar peşəsinə işə qəbul olunmuş və hal-hazırda həmin peşədə çalışır.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

19. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

20. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən verilmiş B19 019990 nömrəli xx.xx.2019-cu il tarixli Bakalavr diplomuna və ******* nömrəli diploma əlavəyə əsasən, iddiaçı X6 “yanğın təhlükəsizliyi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.

23. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.

24. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

26. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

27. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

29. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.

30. Təhsil müddəti 4 il 4 ay olmaqla qiyabi formada olmaqla xx.xx.2015-xx.xx.2019-cu illəri əhatə edir. Məhkəmə nəzərə alır ki, iddiaçının əmək kitabçasına əsasən o, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) xx.xx.2013-xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Ukrayna Dövlət Milli Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan 22 ay sonra öz arzusu ilə xidmətdən azad olunmuşdur. Təhsil aldığı dövrdə və ondan sonra ixtisası üzrə işlədiyi Nazirlik tərəfindən xidmətə uyğun hesab edilməməsi halı iş materiallarına əsasən müəyyən edilmir.

31. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (İ tədris ili üzrə - 10 gün, İİ tədris ili üzrə - 9 gün, İİİ tədris ili üzrə - 7 gün, İV tədris ili üzrə - 27 gün, V tədris ili üzrə - 22 gün) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır.

32. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Ukrayna Dövlət Milli Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş B 19 №019990 nömrəli xx.xx.2019-cu il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar