Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1835/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı İddiaçı və onun vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xxxx” QSC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” qapalı səhmdar cəmiyyətində işlədiyi 2006cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün əmək haqqına görə ödənilmiş olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Beynəlxalq Bank ASC-də hesab nömrəsi AZ56İBAZ**********6139208, kod İBAZAZ2X, müxbir hesabı AZ03NABZ******************** olan bank hesabına köçürülməsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6656/2020 saylı qərardadı ilə “xxxx” QSC-nin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə (dəftərxana vasitəsi ilə) müraciət edərək, “xxxx” qapalı səhmdar cəmiyyətində işlədiyi 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün əmək haqqına görə ödənilmiş olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının cavabdehin “X1 Sistemi”nin “Sığorta AS (hesabat) alt sistemində sığortaolunanların hesabları bölümündə olan **********414 №»-li hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə (dəftərxana vasitəsi ilə) yenidən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, daha sonra “xxxx” QSC tərəfindən xx.xx.2019cu il tarixdə “xxxx” ASC vasitəsi ilə cavabdehin hesabına köçürdüyü 5676,16 manat məbləğindən 1064,27 manat pulun məcburi dövlət sosial sığorta haqqı kimi iddiaçının fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəqiqləşdirilməsi barədə ərizələr icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ilin oktyabr ayından “xxxx" qapalı səhmdar cəmiyyətində gəmi kapitanı vəzifəsində işləməyə başlamış. 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək cəmiyyətdə işlədiyi həmin dövrlər üçün əmək haqqına görə məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 5.135 manat məcburi dövlət sosial sığorta haqqınının fondun hesabına köçürülmədiyini bildirmişdir. Qeyd olunan məcburi dövlət sosial sığorta haqqının bankda olan hesabına köçürülməsini təmin etməkdən ötrü “xxxx” qapalı səhmdar cəmiyyətinə etdiyi müraciətdən sonra sonuncu xx xxxxxx 2019-cu il tarixli 6148 №-li ödəniş tapşırığına əsasən qeyd olunan dövrlər üçün 5.676,19 manat vəsaitin, yəni məcburi dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına köçürülməsini təmin etməkdən ötrü xx xxxxxx 2020-ci il tarixli 2/02-07/121 №-li məktubla cavabdehdən xahiş etmiş, sonuncu həmin 5.676,19 manat məbləğdə məcburi dövlət sosial sığorta haqqının Fondun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmasını xx.xx.2020-ci il tarixli **********3 №-li məktubla etiraf etmişdir. Ona görə də 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün əmək haqqına görə ödənilməli olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Beynəlxalq Bank ASC-də hesab nömrəsi AZ56İBAZ**********6139208, kod İBAZAZ2X, müxbir hesabı AZ03NABZ******************** olan bank hesabına köçürülməsini təmin edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh həmin 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının “X1 Sistemi”nin “Sığorta AS (hesabat)” alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsini nəzərdə tutulmaması əsası ilə bundan 2020-ci il martın 12-də **********4 №-li məktubla əsassız olaraq imtina etmişdir. Halbuki, “xxxx” qapalı səhmdar cəmiyyətinin cavabdehə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 6148 №li ödəniş tapşırığına əsasən 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına köçürülməsinin təmin edilməsi xx xxxxxx 2020-ci il tarixli 2/02-07/121 №-li məktubla cavabdehdən xahiş olunmasına baxmayaraq, cavabdeh həmin vəsaitin əsassız olaraq bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəyini bildirmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.6-cı maddəsinə görə, məcburi dövlət sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə nağdsız hesablaşma qaydasında ödənilir. Cavabdehin hərəkəti əsassızdır və qanunla qorunan hüquqlarının pozulması deməkdir, ona görə də “xxxx” qapalı səhmdar cəmiyyətində işlədiyi 2006-cı il yanvarın 01-dən 2018-ci il fevralın 01-dək olan dövrlər üçün sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixli 6148 №-li ödəniş tapşırığına əsasən əmək haqqına görə cavabdehin hesabına köçürülmüş olan 5.676,19 manat məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Beynəlxalq Bank ASC-də hesab nömrəsi AZ56İBAZ**********6139208, kod İBAZAZ2X, müxbir hesabı AZ03NABZ******************** olan bank hesabına köçürülməsini təmin edilmək vəzifəsi cavabdehə həvalə edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddiaya və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, bildirdi ki, iddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək “xxxx” QSC-də işlədiyi dövrlər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqının “xxxx” ASC-də olan hesab nömrəsinə köçürülməsinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı iddia tələbini əsassız hesab edir və bununla bağlı təqdim olunan sübutların araşdırılaraq düzgün hüquqi qiymət verilməsini vacib sayır. “xxxx QSC” (SUN:**********4) tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunanın fərdi bank hesabına köçürülməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “xxxx QSC” tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, məcburi dövlət sosial sığorta vəsaitlərinin idarə edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin qanunun 19-cu maddəsinə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta vəsaitləri fondda cəmləşdirilir, sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyət orqanının saxlanma xərclərinin maliyyələşməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönləndirilməsinə yol verilmir. İddiaçı 01.01,2006-cı il tarixindən 01,02.2018-ci il tarixinədək “xxxx” QSC-də işlədiyi dövrlər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqının “xxxx” ASC-də olan hesab nömrəsinə köçürülməsi qanunvericiliyə uyğun deyildir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək “xxxx” QSC-nin “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı (SSN: **********414)hesablanmış əmək haqqı 116907,86 manat olmuş, ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 29226,97 manat olduğu halda 28162,75 manat ödənilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxs “xxxx” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676.19 manat məcburi dövlət sosail sığorta haqqı xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 5676,19 manat məcburi dövlət sosail sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)" alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamaşdır. Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676, 19 manat məcburi dövlət sosial sığorta haqqı "X1 Sistemi’nin "Sığorta AS (Hesabat)" alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli № 99/08/05-66 saylı məktubla iddiaçının ərizəsinə cavab məktubu göndərilərək qeyd edilmişdir ki, “xxxx”-da işlədiyi dövr ərzində əmək haqqına görə ödənilməli olan 5135 manat 06 qəpik vəsait Fondun hesabına köçürülməmişdir. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli №2/02-07/121 nömrəli məcburi dövlət sosial sığorta haqqının köçürülməsi barədə məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsinə müraciət edərək, x xxxxxx 2019-cu il tarixli 6148 nömrəli ödəniş tapşırığına əsasən Dövlət Sosial Müdafiə Fonduna ödənilən 5676,19 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı (FİN xxxxxxx, SSN **********414) fərdi şəxsi hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 6148 nömrəli Ödəniş tapşırığından görünür ki, “xxxx” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) köçürülməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. 2006-cı il 894.23, 2007-ci il 1262.48, 2008-ci il 1346.96, 2009-cu il 662.39, 2012-ci il 480.50, 2015-ci il 493.74, 2016-cı il 195.97, 2017-ci il 181.77, 2018-ci il 158.42” göstərilmişdir. İş materiallarına əlavə edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Beynəlxalq Dəniz Ticarət Limanı (SUN:**********4) tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqının “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən ödənilmiş 5676,19 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi"nin “Sığorta AS (Hesabat)” alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla Beynəlxalq Dəniz Ticarət Limanına da məlumat verilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) aparır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.2.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Həmin Qaydaların 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Həmin Qaydaların 1.2.16-cı bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir: 4.2.1. muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi; 4.2.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər aiddir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən sığortaedən işçinin (sığortaolunanın) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbəyindən və ödəmə formasından asılı olmayaraq tutulmuş vergi məbləğləri çıxılmamaqla olan məbləğdən hesablanır. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin Qaydaların 7.23-cü bəndinə əsasən DSMF orqanları məcburi dövlət sosial sığorta haqlarının uçotunu hər bir sığortaedən üçün açılmış məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında aparır. Şəxsi uçot hesabında sığortaedənin məcburi dövlət sosial sığortası üzrə vəsaitlərinin hərəkətinə dair hər bir əməliyyat (əmək ödənişi və gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, məcburi dövlət sosial sığorta haqları üzrə debitor və kreditor borcları, akta əsasən silinmə, maliyyə sanksiyasının tətbiqi, sərəncam ilə ödəniş və s.) üzrə (onun aparılma tarixləri qeyd olunmaqla) müvafiq qeydlər verilməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. İş üzrə məhkəmə araşdırması zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın məktubundan göründüyü kimi, iddiaçıya “xxxx” QSC tərəfindən 2016- 2018-ci illər üzrə hesablanmış əmək haqqı 116907,86 manat olmuş, 29226,97 manat məcburi sosial sığorta haqqı ödənilməli olduğu halda, 28162,70 manat ödənilmişdir. Sonuncu məhkəmə iclasında da iddiaçı iddia tələbinin həcmini azaldaraq, işəgötürən tərəfindən ödəniş qəbzi ilə ödənilmiş 5676,16 manatın deyil, qalıq qalmış 1064,27 (29226,97-28162,70) manat ödənişin məcburi dövlət sosial sığorta haqqı kimi onun fərdi şəxsi hesabına (SSN-**********414) aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Beləliklə, Məhkəmənin qənaətinə görə sığortaedən “xxxx” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin, sığortaedən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xxxx” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürülmüş 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğindən 1064,27 (bir min altmış dörd manat 27 qəpik) manat pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) aid edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. “xxxx” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürülmüş 5676,16 (beş min altı yüz yetmiş altı manat on altı qəpik) manat məbləğindən 1064,27 (bir min altmış dörd manat 27 qəpik) manat pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********414) aid edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1835/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1835/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver