Məhkəmə qərarları › İş №2-1(112)-2008/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2008/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2008/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyi) qarşı “texniki təminat xidmətinin göstərilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Məmməd Araz küçəsi, ev 54 yarımçıq tiklilər siyahısında, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə xx.xx.1993-cü ildə sərəncam N-li 557 dövlət kamissiyası tərəfindən istismara 4 blokun qəbul edərək, yarımçıq tiklilər siyahısından çıxarılaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lift Təmir İstehsalat Birliyi”nə Məmməd Araz ev 54 İstismar Aktı olan 4 tam istismara yararlı blokların Liftlərinə xidmət qöstərməsi haqda müqavilənin bağlanması, yararsız vəziyyətə düşmüş Məmməd Araz küç ev 54 binasının 4 blokuna aid olan hissəni təmir edilməsi, yarımçıq olan tikli tam sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54, binanın 4 blokunun istismara qəbul edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilən 4 bloklu xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət komissiyası tərəfindən istismara qəbul edilmiş sərəncamın icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2008/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyi üçüncü şəxs qismində işə cəlb edilmişlər. Hazırlıq icraatı mərhələsində xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, istismara qəbul edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əsl cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilməsi, iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Ərizədə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayonunda yerləşən Məmməd Araz (Teymur Əliyev) küçəsi ev 54 nömrəli binanın özü ətrafında olan yarımçıq tikinti sakinlər üçün narahatlıq yaradır. Binanın yanındakı yarımçıq tikintidə vaxtı ikən bir neçə özü tikmiş otaqlara köçən məcburi köçkünlərdə məskünlaşmışdırlar. Onlar oradan köçürüldülər. Binanın yan tərəfi yenədə nəzarətsiz yerdir. Bina tikilisi yarımçıq qalmış qəzalı vəziyyətli, binaya bənzəyir. Ətrafda anti sanitariya yuvası varanmısdır. Oonşu binanın sakinləri ora məişət tullantıların atırlar. Binanın zirzəmisində qurunt sularının dolması sakinlərdə qorxu yaradır. Mənzillərin içərisinə qalxan zirzəmidə yerləşən dəmir su trubaları da artıq paslanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalam Baş İdarəsinin onlara ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayonunda yerləşən, Məmməd Araz (Teymur Əliyev) küçəsi ev 54 nömrəli binanın 4 bloku təhvil verilib, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə, xx.xx.1993-cü ildə (sərəncam N-li 557) dövlət kamissiyası tərəfindən istismara qəbul edilmişdir. İstismara qəbul edilmiş binanın 4 Bloku 19 ildir ki, təmirsiz, baxımsız, lift idarəsi tərəfindən qeydiyata alınmaması və öz şəxsi imkanlarının hesabına lift xidmətinə pull ödəyərək hal-hazırdakı yarımqəzalı vəziyyətdə xidmət etməsi və istismara verilmə və liftlər idarəsi ilə müqavilə bağlamaqdan boyun qaçırması, 4 blokunun xidmət göstərməməkdən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında, Bakı Şəhər Memarlıq və Şəhərsalam Baş İdarəsinin onlara ünvanlanan cavab məktubunu əsaslı fakt kimi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsəruffatı Departamentinin xx.xx.2019-cu il tarixli cavab məktubunda Məmməd Araz küçəsi ev 54 binası yarimçıq tiklilər siyahısında, Dövlət Aktı İstismara alınmamışdır. Tələbimiz 4 blokun İstismara verilərək Dövlət Aktının olmasını qəbul edərək, Bakı Şəhərə İcra Hakimiyyəti Başçısının Aparatı “Lift Təmir İstehsalat Birliyi” ilə Məmməd Araz ev 54 İstismar Aktı olan dörd Blokun 20 ilidir ki, xidmət göstərən və texniki xidmət göstərməyə artıq yararsız sayılan Liftlərin dəyişilməsi və binanı üçmüş dağılmış və sökülmüş yerlərin təmir edərək bərpasını və böyründə yarımçıq qalmış 20 ildir ki nə tikilməməsi mümkün olması nədə sökülməsinə qərar verməsi sual altında qalmış,tiklini sökülərək yerində park salınması ilə bağlı kütləvi müraciət edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrnin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırlıq icraatı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinə, surəti Məmməd Araz küçəsi 54 saylı binanın sakini M.Hüseynliyə ünvanlanan məktubun surətindən görünür ki, M.Araz küçəsi, ev 54 ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlərinin müraciəti araşdırılmış, sözügedən binanın uzun müddət əvvəl Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa edildiyi, lakin Dövlət Komissiyası tərəfindən qəbul olunmadığına görə balansa götürülmədən istismar üçün Nəimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verildiyi, binaya bitişik yerləşən yarımçıq tikilinin də həmçinin binaya aid olduğu, uzun müddətdir inşası tamamlanmayan obyekt kimi mövcud qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin balansın olduğu, qeyd edilən səbəbdən həmin tikilinin sökülməsinin səlahiyyətləri xaricində olduğu, binanın zirzəmi hissəsind daima yığılan yeraltı qrunt slarının xüsusi nasoslar vasitəsilə mütəmadi olaraq kənarlaşdırıldığı və sözügedən binanın tamamlanması və müəyyən hissəsinin əsaslı təmiri və Dövət Komissiyası tərəfindən aktlaşdırılması işçi sifarişi qurum tərəfindən təşkil olumalı olduğu bildirilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədri R.Mehralıyevə və İddiaçı Aydın oğluna ünvanlanan xx xxxx 2019-cu il tarixli Kl-15 saylı məktubdan görünür ki, M.Araz küçəsi, ev 54 ünvanda yerləşən 9 mərtəbəli, 4 girişli, 64 mənzilli yaşayış binası Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa edilmiş və 1993-cü ildən sakinlər həmin ünvanda yaşamağa başlamışlar. Binada su, kanalizasiya, qaz, işıq sistemlərinə qoşulma vardır və liftlər quraşdırılmışdır. Binanın istismara Dövlət Qəbulu Aktı olmadığından balans sahibi yoxdur və bu səbəbdən də liftlərə “Lifttəmir” İstehsalat Birliyi tərəfindən texniki xidmət göstərilmir. Sakinlərdən əvəllər daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq yaşayış binasına zəruri köməkliyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş tikintisi tam başa çatdırılmamış (yarımçıq qalmış) və istismara Dövlət Qəbulu Aktı olmayan ünvanların siyahısında olduğu, binaya bitişik tikintisi nəzərdə tutulmuş hissənin inşasının birinci mərtəbə səviyyəsində yarımçıq qaldığı və həmin sahədə məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı bildirilmişdir. -Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakinlərinə ünvanlanan xx xxxxx 2019-cu il tarixli 02-Bi/90 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 911-912-ci məhəllə, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi, 54 saylı yaşayış binasında yararsız hala düşmüş su borularının təmiri, sakinlərin fasiləsiz su ilə təmin edilməsi, liftlərə texniki xidmət və binaya bitişik yarımçıq tikilinin sökülərək, ətraf ərazinin abadlaşdırılması ilə bağlı, bina sakinlərinin xx xxxx 2019-cu il tarixli, kollektiv şikayət ərizənizə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində baxılmış və qeyd olunan yaşayış binasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989 -1990-cı illərdə inşa olunduğu və onun 4 blokunun Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi, qalan 4 blokun tikintisinin yarımçıq qaldığı, yaşayış binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakini İddiaçı ünvanlanan xx xxxx 2019-cu il tarixli KL-29/2 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılaraq qeyd olunan yaşayış binasının istismara Dövlət Qəbulu Aktının olmasına dair Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində heç bir sənəd və məlumat olmadığı, binanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bağlı yaradılmış İşçi Qrupa təqdim edildiyi, müəyyən səbəblərdən tikintisi yarımçıq qaldığı və istismara Dövlət Qəbulu Aktı alınmamış çoxmənzilli yaşayış binalannın siyahısında olduğu bildirilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakini İddiaçı ünvanlanan xx xxxx 2019-cu il tarixli 37/M-00908 saylı məktubdan görünür ki, iddiaçının yaşadığı binanın yarımçıq tikililərin siyahısında olması, binanın balansa götürülmədiyi üçün lift idarəsi ilə müqavilə bağlanmadığı və bu səbəbdən texniki servis xidmətinin göstərilməsi barədə olan müraciəti Agentliyin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixində Nərimanov rayonu MKTB-nin baş mühəndisi Azər Rzayevin, və digər sakinlərin iştirakı ilə yerində araşdırılmış və akt tərtib edilmişdir. Sözügedən yaşayış binasının Daxili İşlər Nazirliyinin sifarişi ilə inşa olunduğu (1989-1990) və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, yaşayış binasının balansa alınması, ixtisaslaşdırılmış lift idarəsi ilə müqavilə bağlanması üçün müvafiq tədbirlərin görülməsi və Agentliyə məlumat verilməsi barədə Nərimanov rayonu MKTB-nin rəhbərliyinə məlumat göndərilmişdir. -Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakinlərinə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli 02/08-kod-07/6-6794 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 911-912-ci məhəllə, Məmməd Araz küçəsi, 54 saylı yaşayış binanın 1993-cü ildən istismara verilməsinə baxmayaraq heç bir yerdə qeydiyyata alınmaması və müvafiq kommunal xidmətlərin gəstərilməməsi barədə Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olan müraciət araşdırılaraq qeyd olunan yaşayış binasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989-1990-cı illərdə inşa olunmuş və onun 4 blokunun Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 1993-cü il tarixli 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi, qalan 4 blokun tikintisinin isə yarımçıq qaldığı bildirilmişdir. -Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri R.Mehralıyevə ünvanladığı cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasında yaşayan sakinlərin bir qrupunun binanın istismarında olan çatışmazlıqlar, zirzəmiyə çirkab suların dolması, kommunikasiya xətlərinin dəyişdirilməsi və binaya bitişik yarımçıq tikilinin sökülərək yerinin abadlaşdırılmasdına köməklik göstərilməsinə dair müraciətləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş məktuba baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Qeyd olunan 9 mərtəbəli, 4 girişli, 64 mənzilli yaşayış binası daxili İşlər nazirliyinin sifarişi əsasında inşa edilmiş və 1993-cü ildən sakinlər həmin ünvanda yaşamağa başlamışlar. Binada su, kanalizasiya, qaz, işıq sistemlərinə qoşulma vardır və liftlər quraşdırılmışdır. Binanın İstismara Dövlət Qəbulu Aktı olmadığından balans sahibi yoxdur və bu səbəbdən də liftlərə “Lifttəmir” İstehsalat Birliyi tərəfindən texniki xidmət göstərilmir. Sakinlərdən əvvəllər daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq yaşayış binasına zəruri köməkliyin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş tikintisi tam başa çatedırılmamış (yarımçıq qalmış) və istismara Dövlət Qəbul Aktı olmayan ünvanların siyahısındadır. Binaya bitişik tikintisi nəzərdə tutulmuş hissənin inşası birinci mərtəbə səviyəsində yarımçıq qalmış və həmin sahədə məcburi köçkün ailələri məskunlaşmışlar. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı mövcud iddia tələbi ilə bağlı yuxarıda qeyd olunan inzibati orqanlara müraciət etmiş, lakin iddiaçının müraciəti qalan 4 blokun tikintisinin yarımçıq qaldığı, yaşayış binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edilməsinin məqsədəuyğun olduğu, binanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bağlı yaradılmış İşçi Qrupa təqdim edildiyi, müəyyən səbəblərdən tikintisi yarımçıq qaldığı və istismara Dövlət Qəbulu Aktı alınmamış çoxmənzilli yaşayış binalannın siyahısında olduğu, tikintisi tam başa çatdırılmamış və istismara Dövlət Qəbulu Aktı olmayan ünvanların siyahısında olduğu, binanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989-1990-cı illərdə inşa olunduğu və onun 4 blokunun Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi əsas gətirilməklə təmin edilməmişdir. Məhkəmə araşdırması dövründə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, 911-912-ci məhəllə, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi, 54 saylı yaşayış binası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamının təsdiq edilmiş surəti, binanın kimin balansında olmasına dair məlumat Bakı şəhər İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx xxxxxx 2020-ci il tarixli 1-113/118-112/2-t/1 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 557 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqim edilmişdir. Qeyd olunan sərəncam məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, 1993-cü ilin mart ayında istifadəyə verilmiş yaşayış binalarının qəbul aktlarının təsdiq olunması haqqında Sərəncama əsasən “Tikintisi başa çatmış obyektlərin qəbulu” üzrə 03.01.04-87 nömrəli TH və Г əsasında yaşayış binalarının Dövlət qəbul komissiyası aktları təsdiq edilmişdir. Sərəncama əsasən Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti şöbəsinin Nərimanov rayonu T.Əliyev küçəsindəki 911-912-ci məhəllədə 54 №li (tikili №4) yaşayış binası və həmin binanın birinci mərtəbəsindəki qeyri yaşayış sahəsinin qəbul aktı təsdiq edilmişdir. Halbuki Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin binanın sakinlərinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli M-122 saylı məktubdan müəyyən edilir ki, qeyd olunan yaşayış binası “Bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanının icrası ilə bağlı yarımçıq və Dövlət Qəbulu Aktı olmayan ünvanların siyahısında olduğu və müvafiq köməkliyin göstərilməsi məqsədilə işçi qrupuna təqdim olunduğu, binanın Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 1993-cü il tarixli, 557 saylı Sərəncamı ilə istismara qəbul olunmasına dair Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəsmi heç bir məlumatın olmadığı bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsininnin 57.2-ci maddəsinə əssaən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.2 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Texniki avadanlıqlar və cihazlar saz vəziyyətdə saxlanılmalıdır. Həmin avadanlıqlara və cihazlara ixtisaslı işçi heyət tərəfindən xidmət göstərilməlidir. Məhkəmə araşdırması zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmənin sorğusuna cavab verərək Bakı şəhəri, Nərimanov rayonu, 911- 912-ci məhəllə, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi, 54 saylı yaşayış binasının Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu bildirmişdir. Azərbaycan Respublikasi Prezidentinin 648 saylı xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.1-ci bəndinə əsasən dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirmək, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanmasını təşkil etmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxil edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərməkdədirlər. Məsələn, paytaxt MİS-ləri Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər. Bu departament Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxx 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında yaradılmışdır. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, MKTD-nin funksiyası mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə etdiyindən, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxil olduğundan, iddiaçının istismara qəbul edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar