Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2034/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xətai rayon Şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsində Dövlət X8 Xətai rayon şöbəsi tərəfindən ona verilmiş rədd cavabı qanunsuz hesab edilməsi, onun hüquq və azadlığını pozan və məhdudlaşdıran hallar aradan götürülməsi, əlilliyə görə əmək pensiyasının hüququnun yarandığı gündən, xx.xx.2019-cu il tarixdən təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Tərəfindən Dövlət X8 Xətai rayon şöbəsinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciət edimişdir. Dövlət X8 Xətai rayon şöbəsi tərəfindən verilmiş rədd cavabını qeyri-qanuni, əsassız hesab edir və onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş sosial təminat hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, əmək fəaliyyətinə başlanması sovet ittifaqın dövrünə düşür. 1988-ci ildə ilk dəfə işləməyə başlamışdır. Ümumi əmək stajı 15 il 09 ay təşkil edir. Tələb edilən staj 13 il 2 ay (48 yaş-15 il=33), (33 il x 0.4=13 il 2 ay). Onun fikrincə sözügedən işi araşdırarkən “Əmək pensiyaları” haqqında Qanunun 1.02, 12.1 və 21.1-ci maddələri Konstitusiyanın tələblərinə cavab vermir. Çünki sığorta edən məsul şəxsin sosial sığorta ilə bağlı öhdəliklərini vaxtında və tam icra edilməməsi onun xoşagəlməz hallarla üzləşməyinə və nəticədə əmək fəaliyyətinin müddətinin sığorta stajına daxil edilməməsinə səbəb olmuşdur. “Əmək pensiyaları” haqqında Qanunun 1.0.2, 12.1 və 21.1-ci maddələri əmək müqavilələri üzrə fəaliyyət göstərən şəxslərin əmək pensiyası ilə təmin olunması işçinin gündəlik öz üzərlərinə düşən öhdəliklərinin icrası ilə deyil, sığorta edənin (“işəgötürən”) X5rşısında sosial sığorta haqlarının vaxtında və tam ödənilməsi ilə bağlıdır ki, bu da sonunda vətəndaşların pensiya təminatı üzrə Konstitusiya hüquqlarının pozulmasına gətirib çıxarır. Bu isə öz növbəsində Azərbaycan Respublikasının 12, 16 (İ hissə), 25 (İ hissə), 38 (İ-İİİ hissə), 60 (İ hissə) və 71 (İ və İİ hissə)-ci maddələrinə uyğun gəlmir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə xx xxxxxx 2014-cü il, 04 saylı qərarın 6.1.1-ci bəndində deyilir ki, “sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığorta edənə bildiriş göndərir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və X6 Nazirliyinin X11 Komissiyasının (bundan sonra - “TSEK”) xx.xx.2019-cu il tarixli qərarı ilə əlillik səbəbi - ‘‘Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2024-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası l qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 48 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 33 il (əmək qabiliyyətli yaş dövrü) 33 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 132 ay 132 ay : 12 ay = 11 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 11 ildir. İddiaçının pensiya işinə əlavə edilən əmək kitabçasından göründüyü kimi onun sığorta stajı 15 il 8 ay 2 gündür. Göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərt ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı xx xxxx 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 48 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 33 il (əmək qabiliyyətli yaş dövrü) 33 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 132 ay. Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 132/192=0,6875 Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,6875 x144=99 Pensiya sığorta kapitalı (PSK=10273,6952) alınmış rəqəmə bölünərək (10273,6952: 99= 103,774699 manat) pensiyanın məbləği 103,78 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 103,78 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhərində xx.xx.1971-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərədindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 mənzil 43 ünvanında qeydiyyatdadır. - X11 Komissiyasının cavabdından görünür ki, İddiaçı xx.xx.2019-cu ildə 2-ci qrup əlillik təyin edilmişdir. Diaqnoz: “İnfeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, İİV-infeksiyası 3 klinik mərhələ”. - İddiaçı məxsus İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.1988-ci il tarixdən Şaumyan rabitə qovşağında poçtalyon, xx.xx.1990xx.xx.1991-ci il tarixdən Xətai rabitə qovşağında poçtalyon, xx.xx.1991-xx.xx.1994-cü il tarixdən Yığım Sexində 2-ci, 3-cü və 4-cü dərəcəli dülgər, xx.xx.1994-xx.xx.1995-ci il tarixdən Respublika Narkoloji Dispanserində sanitar, xx.xx.1995-xx.xx.1996-cı il tarixdən 2 №-li şəhər klinikdə nevroloji şöbəsində xadimə, xx.xx.1996-xx.xx.2004-cü il tarixdən Respublika Gigienya və Epidomologiya Mərkəzində həkim sanitarın köməkçisi, xx.xx.2014-xx.xx.2016-cı il tarixdən “ACT Centre” işədüzəltmə agentliyində mühafizəçi, xx.xx.2017-xx.xx.2018-ci il tarixdən “xxxxx” MMC Poçtdaşıma xidmətində küryer vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyiy yanında Dövlət X12 Bakı şəhəri Xətai Rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya göndərilmiş bildirişdən görünür ki, ’’Əmək pensiyaları haqqında” qanunun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumillikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta sıtajı olduqda təyin edilmişdir. Tələb olunan kapitalı olmadığı üçün ərizəsinin təmin etmək mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, əlilliyə görə pensiya təyin olunmasının hüquqi əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2019-cu il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. Ona 2-ci qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Məhkəmə araşdırılıması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 11 ildir. Məhkəməyə təqdim edilmiş əmək kitabçası ilə iddiaçının sığorta stajının 15 il 8 ay 2 gün olması müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18.800 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış kapital 10273,69 manat təşkil edir. Göründüyü kimi iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən azdır. Məhkəmə hesab edir ki, iddiaçıya 2-ci qrup əlil kimi pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı yaranmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2034/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2034/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver