Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2065/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçının vəkili və nümayəndəsi Bağırov Namiq İmran oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünаs, vəkil),cavabdehin nümayəndəsi Zaliyev Fuad Ceyhun oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası maliyyəçi, baş mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı Mikayılov Eldar Əli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Mikayılov Eldar Əli oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin xx.xx.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, 1973-cü ildə kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır, 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir, 1977-ci ildən 1982-ci ilə qədər Rusiya Federasiyasının Tomsk Dövlət Universitetində hüquq fakultəsində təhsil almışdır, universiteti bitirdikdən sonra xx.xx.1982-ci ildən Rusiya Federasiyası Krasnoyarsk diyarı Xakas Muxtar Vilayəti Boqrad və Ust-Abakan rayon prokurorluqlarında müstəntiq vəzifəsində, daha sonra isə xx.xx.1989-cu ilədək Boqrad və Beyski rayon prokurorunun əvəzi vəzifəsində xidmət etmişdir.xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Qazaxstan Respublikası Quryef şəhər Prokurorluğunda böyük müstəntiq və Quryef vilayət prokurorluğunda istintaq şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Daha sonra köçürmə yolu ilə xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə qədər Dağlıq Qarabağ üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. xx.xx.1993-cü ildən Azərbaycan Respublikası Prokurorluq orqanlarında daimi işə qəbul olunmaqla Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsi Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilmişdir və bundan sonra xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Prokurorluğuna və Hərbi Prokurorluğuna tabe olan idarələrdə xüsusilə mühüm işlər üzrə müstəntiq, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, dövlət ittihamçısı, idarə prokuroru işləmişdir.xx.xx.2007-ci ildə iddiaçı prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmişdir və iddiaçı prokurorluq orqanlarında xidmətini davam etdirmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 №li sərəncamı ilə X10 İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir, buna görə də prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir.İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun sosial təminat hüquqları pozulmuşdur, belə ki, iddiaçının 40 ildən çox əmək stajı vardır, iddiaçının 7 il şimal bölgəsində, 1 il 8 ay döyüş bölgəsində xidmət etdiyi dövr və həmin dövrdə ikiqat əmək haqqı alması kimi xüsusatlar nəzərə alınmamışdır.Eyni zamanda prokurorluq işçilərinə hər il məzunuyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün verilən ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinətlər və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım pensiya təyin edilən zaman nəzərə alınmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya xx.xx.2007-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.İddiaçıya pensiya təyin edilərkən onun 1992-1996-cı il tarixləri arasında işlədiyi dövr ərzində aldığı əmək haqqı və digər gəlirləri nəzərə alınmışdır.Bu zaman iddiaçının pensiya işinə aid sənədlərdə iddia ərizəsində qeyd edilən müavinətlərin ona ödənilməsinə dair hər hansı məlumat olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyildir. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi N.Bağırov məhkəmə iclasında iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi F.Zalıyev məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsаslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, iddiaçıya xx.xx.2007-ci ildən dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65 ) əmək pensiyası təyin edilmişdir.Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi yenidən işə qəbul edildiyi üçün həmin tarixdən ona əmək pensiyası hesablanan zaman qulluq stajına görə əlavə 50% hesablanmalı olduğu halda iddiaçı bu barədə məlumat vermədiyinə görə 100% həcmində hesablanmışdır.xx.xx.2019cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir.Nəticədə xx.xx.2019-cu ilə 119922,17 manat artıq vermə yaranmışdır.İddiaçıdan həmin artıq ödənilmiş vəsaitin dövlət nəfinə bərpa edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Baş prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətı verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir.Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir.Azərbaycan Respublikasının Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. Azərbaycan Respublikası Baş prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Mikayılov Eldar Əli oğlu 07.19xx-xx.1993-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq işləyərkən 200% vəzifə maaşı almışdır, 03.19xx-xx.1996-cı ilə kimi Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində;Xidmət illərinə görə 45% əmək haqqı almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya pensiya orqanının xx.xx.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir,pensiya təyin edilən zaman iddiaçının prokurorluq orqanlarında 25 il 14 gün əmək stajı nəzərə alınmışdır Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2007-cı ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir.Lakin sonradan pensiyanın məbləği azaldılmışdır və xx.xx.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir. İddiaçı hazırda cavabdeh tərəfindən sosial təminat hüquqlarının pozulduğunu bildirərək “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İşin faktiki hallarına əsasən əsasən iddiaçı böyük müstəntiq işləyən zaman illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində;xidmət illərinə görə 45% əmək haqqı almışdır. Eyni zamanda iş materiallarından göründüyü kimi prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətı verilir. Həmin müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir.Həmçinin prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. İnzibati qaydada işə baxılan zaman iddiaçının pensiyasının hesablanması zamanı qeyd edilən müavinət və mükafatların nəzərə alınması təsdiq olunmadığı üçün məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddiaçıya hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı il dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin еdilsin. İddiaçı İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2065/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2065/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver