Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2066/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X9, 3-cü şəxs “xxxx” MTK-nın vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Cavabdeh2nə qarşı “xxxx” MTK məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası 000429 nömrəli 29.03.2006-cı il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinin və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 000022 nömrəli 31.07.2006-cı il tarixli dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinin və onların əsasında aparılmış özəlləşdirmənin və digər əqdlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsini, Cavabdeh2 375 nömrəli 01.11.2007-ci il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərardadı ilə “xxxx” MTK iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə İPM 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq İPM-nin 30.1 və 30.2-ci maddələrinə əsasən hazırki iddiası üzrə cavabdehlərin birgə prosessual həmiştirakçılığına yol verilmədiyi, həmçinin, iddia ərizəsinin dəqiqləşməsinin zəruriliyi bildirilsə də iddiaçı tərəfindən iddianın dəqiqləşməsi barədə ərizə daxil olmamışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası 16 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iddianın mümkünlük məsələsinin baxılmasını zəruri hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. Torpaqlar mənfur düşmən tərəfindən zəbt edildikdən sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişlər və indiki ünvan 2 ünvanda yerləşən tikililərdə ailəsi ilə məskunlaşmışdır. 1993-cü ildən bu günədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla daimi yaşayırar. Bu illər ərizəndə heç kim onları narahat etməyib. Lakin, son zamanlar o, və ailə üzvləri ərazidə hündür mərtəbəli bina inşa edən “xxxx” MTK sahibləri tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalmış. Belə ki, həmin şəxslər ərazidə özbaşına söküntü işləri apararaq yaşadıqları həyətə birləşik olan hasarın bir hissəsini sökmüş və qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmişlər. Bu azmış kimi onu və ailə üzvlərini Nəsimi rayon Məhkəməsinə verərək, qeyri-yaşayış və torpaq sahəsinin boşaldılmasını tələb edirlər. Hazırda həmin mülki mübahisəyə məhkəmədə baxılmaqdadır. Vəkili tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi 66 və ünvan 3 ünvanda yerləşən torpaq sahələrinin nə vaxt, kim tərəfindən və hansı sənədlər əsasında özəlləşdirilməsi: Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi 66 və ünvan 3 ünvanda yerləşən torpaq sahələrinin özəlləşdirildikdən sonra hansı sənədlər əsasında və hansı şəxslərə özgəninkiləşdirilməsi barədə məlumat verilməsi xahiş edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.03.2020-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi 12 ünvanda yerləşən qeyri-yaşayış binası 000429 nömrəli 29.03.2006-cı il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinə və qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi 000022 nömrəli 31.07.2006-cı il tarixli dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən ilkin olaraq 14.03.2007-ci il tarixdə X3 adına dövlət reyestrindən qeydiyyatdan keçirilmişdir. Cavabdeh2 375 nömrəli 01.11.2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05.09.2007-ci il tarixli 18/03-8/5461 nömrəli məktubuna əsaslanaraq “6-cı mərtəbə” şirkətinə Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi 12 ünvanda yerləşən özəlləşdirilmiş qeyri-yaşayış tikilisini sökərək, yerində ofis binasının tikintisinə icazə verilmişdir. Sözügedən daşınmaz əmlaka yeni ünvan verilmişdir (ünvan 4kəti öz hissəsinə (“B" tikilisi-3311.3 kv.m) 21.10.2016-cı il tarixdə çıxarış almışdır, 0.3 ha torpaq sahəsinə və "A ” tikilisi - 178.9 kv.m isə X3 mülkiyyətində qalmışdır. Bundan başqa qeyd olunan məktubda mübahisələndirilən torpaq sahəsinin və onun üzərindəki qeyriyaşayış sahəsinin digər şəxslərə satılması qeyd edilmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”nm 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999cu il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 3-cü bəndinə əsasən «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 17.09.1998-ci il tarixli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrıayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Yuxarıda sadalanan qanunvericilik aktlarından da göründüyü kimi, qaçqınlar və məcburi köçkünlərin məskunlaşdıqları torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşının alınması üçün qeyd olunan daşınmaz əmlaklar üzərində özəlləşdirilmə və hər hansı digər əməliyyatların aparılması qadağan olunmuşdur. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsinin və onun üzrərindəki qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi və daha sonra həmin torpaq sahəsinin üzərində söküntü və tikinti işlərinin aparılmasına dair müvafiq sərəncam qanunsuzdur və bu səbəbdən də etibarsız hesab edilərək ləğv edilməlidir. Məsələ ilə bağlı tərəfindən məsul inzibati orqanlara müraciət edərək, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası 000429 nömrəli 29.03.2006-cı il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinin və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 000022 nömrəli 31,07.2006-cı il tarixli dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinin və onların əsasında aparılmış özəlləşdirmənin və digər əqdlərin etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsini və Cavabdeh2 375 nömrəli 01.11.2007-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi xahiş edilmişdir. Lakin, inzibati orqanlar müraciətinə səthi yanaşaraq məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Bakı şəhəri Cavabdeh2 isə müraciətinə ümumiyyətlə cavab verməmişdir. Hesab edirəm ki, cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun hüquqlarını pozur. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsində göstərildiyi kimi ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.03.2006-cı il 000429 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsi və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair 31.07.2006-cı il tarixli 000022 nömrəli dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsi, eyni zamanda Bakı şəhəri Cavabdeh2 tərəfindən 01.11.2007-ci il tarixli 375 nömrəli Sərəncam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Göstərilənləri nəzərə alaraq, ərizədə göstərilən məsələlər ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mümkün sayılaraq, tam təmin edilməsi barədə qərar qəbul edilməsini etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X16 iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən “xxxx” MTK-nın vəkili X11 iddanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırda iddiada iddiaçı bir neçə tələbi bir neçə cavabdehə qarşı qaldırmışdır. İddiaçının tələbləri: - ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.03.2006-cı il 000429 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair 31.07.2006-cı il tarixli 000022 nömrəli dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi; - Sonradan aparılmış özəlləşdirmələrin və əqdlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi; - Bakı şəhəri Cavabdeh2 01.11.2007-ci il tarixli 375 nömrəli sərəncamının etibarsız hesab edilməsi. Cavabdehlər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Cavabdeh2 göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********98-06301) görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası X10 adına 09.12.2019-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********66) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novxanı kəndi, ev 706ə Kövkəb Səfərəliyeva küçəsi 66 ünvanında yerləşən torpaq sahəsi X4 adına 30.04.2019-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş Bakı şəhəri Nəsimi rayonu İcra hakimiyyəti başçısının 01 noyabr 2007-ci il tarixli № 375 saylı (Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05.09.2007-ci il tarixli, 18/03-8/5461 saylı məktubunun icrası barədə) sərəncamının surətindən görünür ki, ünvan 8 ünvanda vətəndaş X12 tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış tikilisinin sökülərək, yerində “6-cı mərtəbə” şirkəti üçün ofis binasının tikintisinə etiraz edilmədiyi bildirilmiş və tikiləcək binanın eskiz layihəsi (4 mərtəbə + mansard, “xxxx” MMC-nin işi, memar S.Salamzadə) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05.09.2007-ci il tarixli, 18/03-8/5461 saylı məktubu əsas götürülməsi. “6-cı mərtəbə” şirkətinə ünvan 8 ünvanda yerləşən özəlləşdirilmiş qeyri-yaşayış tikilisinin sökülərək, yerində ofis binasının tikintisinə icazə verilməsi barədə sərəncam qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1528/2021 saylı 28.04.2021-ci il tarixli qəntaməsinin surətindən görünür ki, iddiaçılar X13 və X14 cavabdehlər İddiaçı, X1, X17, X5, X6, X7 qarşı «qeyri-yaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçı Cavidan İmanov cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, həmin qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq, onun mülkiyyətinə verilməsi, mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavidan İmanovun cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və s.” tələbinə dair mülki iş iddiaçı Pərvin Nəbiyevin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra iddiaçılar Pərvin Nəbiyev və Cavidan İmanov, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ərizədə adları sadalanan şəxslərin cavabdeh qismində cəlb olunmalarını və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № e-2(006)- 1784/20) hər iki iddia təmin edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış. Cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Cavidan İmanova ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(006)-1784/2020 saylı qətnaməsi nəzərə alınaraq, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı 6 nəfərdən ibarət ailə tərkibi ilə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə istifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksində bina 35, mənzil 1 ünvanında 4 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraatda iddianın mümkünlüyünün ilk şərti iddia qaldıran şəxsin subyektiv hüquqa malik olmasıdır. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, işdə olan sənədlərdən və iddiaçının verdiyi izahatlardan aydın olur ki, iddiaçı Cəbrayıl rayonunda pasport qeydiyyatındadır. Cəbrayıl rayonundan məcburi köçkün olduğu üçün Bakı şəhəri, K.Səfərəliyeva 26 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Şəxsin hər hansı bir yerə müvəqqəti qeydiyyatı isə həmin ərazi barədə oxşar iddia qaldırmasına əsas ola bilməz. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçının mübahisələndirdiyi qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu qeyriyaşayış binası və torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Göründüyü kimi iddiaçının hazırki tələb üzrə iddia qaldırmağa subyekiv hüququ təsdiqlənmir. Bundan əlavə Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının qaldırdığı tələblər də birbirilə əlaqəli deyil, iddiada qeyd edilən cavabdehlər də inzibati məhkəmə icraatında birgə cavabdehlik daşıyan orqanlar deyildir. Beləliklə, İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə Məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığından iddia üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün digər şərtlərinin yoxlanılmasına lüzum yoxdur. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2066/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2066/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver