Məhkəmə qərarları › İş №2-1(112)-2098/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2098/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2098/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “kosmetika məhsulların təhvil verilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük orqanı əməkdaşları tərəfindən ona məxsus 130 avro, 17 sent dəyərində kosmetika məhsullarının ona təhvil verilməklə, vurulmuş maddi ziyana görə 500 manat və mənəvi ziyana görə 2500 manat məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, iddiyaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üzürlü səbəb olmadan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi mümkün hesab edilməməlidir. Belə ki, İddiaçı Dövlət Gömrük Komitəsinə daxil olmuş 26/L1/036454 nömrəli xx.xx.2019-cu il tarixli və 26/Q2/042528 nömrəli xx.xx.2019-cu il tarixli müraciətlərinə baxılmış, nəticəsi barədə müvafiq olaraq 1000- 190/1xx-xx/021206 nömrəli xx.xx.2019-cu il tarixli və 1000-130/1xx-xx/024406 nömrəli xx.xx.2019-cu il tarixli məktublarla cavab verilmişdir. Qeyd olunan cavab məktublarında xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı adına beynəlxalq poçt göndərişləri vasitəsilə 130.17 avro dəyərində kosmetik vasitələrin daxil olduğu qeyd olunmuşdur. Bundan əlavə gömrük nəzarəti zamanı 03 iyul, 21 iyul, 4 avqust və xx xxxxxx 2019-cu il tarixlərində də beynəlxalq poçt göndərişləri vasitəsilə adına kosmetik vasitələrə daxil olaraq güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisində buraxıldığı nəzərə alınmış, hazırki bağlamadakı kosmetik vasitələrin şəxsi istehlak və istifadə məqsədi üçün nəzərdə tutulmadığı yəqinləşdirilmiş və bu səbəbdən həmin kosmetik vasitələrin güzəştli və sadələşdirlmiş qaydada ölkə ərazisinə buraxılmasına icazə verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5ci yarımbəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Bundan əlavə İddiaçı 26/Q1/019481 nömrəli xx.xx.2019-cu il tarixli ərizə ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə CMX100624978 nömrəli qaimə ilə adına daxil olmuş yükün səhvən onun adına daxil olduğunu bildirmiş və həmin yükün X3 adına rəsmiləşdirlməsinə icazə verilməsini xahiş etmişdir. Eyni zamanda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xx.xx.2019-cu il tarixli müraciətində X3 xx.xx.2019cu il tarixdə CMX100651978 nömrəli qaimə ilə daxil olmuş yükün ona məxsus olduğunu bildirmiş və yükün onun adına rəsmiləşdiri00lməsinə icazə verilməsini xahiş etmişdir. Göstərilənlərdən aydın olur ki, xx.xx.2019-cu il tarixdə CMX100651978 nömrəli qaimə ilə daxil olmuş yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Rəşad Qasımovun adına qeydiyyata alınmışdır.Hazırki münahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də aydın olur ki, İddiaçı 26/Q1/019481 nömrəli xx.xx.2019-cu il tarixli ərizə ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək CMX100651978 nömrəli qaimə ilə daxil omuş yükün ona məxsus olmadığını bildirmişdir. Beləliklə, İddiaçı həmin iddia tələbi üzrə subyektiv hüququ yoxdur və onun iddiası mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Belə ki,işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, gömrük orqanı əməkdaşları tərəfindən ona məxsus 130 avro, 17 sent dəyərində kosmetika məhsullarının ona təhvil verilməklə, vurulmuş maddi və mənəvi ziyanın ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə edilməsini tələb edir. Halbuki, Məhkəmə tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində sifariş olunmuş kosmetika məhsullarının ona məxsus olduğunu bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, xx.xx.2019-cu il tarixdə 1 yer 2.17 kq CMX100651978 nömrəli poçt qaiməsi üzrə yük İddiaçı adına səhvən gəlmiş, əslində yükün sahibi X1r. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sorğuya cavab məktubunda qeyd edilir ki, CMX**********3 nömrəli nəqliyyat sənədi (qaimə) ilə müşaiyət olunan və kosmetik vasitələrdən ibarət olan bağlama beynəlxalq poçt göndərişləri vasitəsilə xx xxxxxxxx 2019-cu il tarixdə vətəndaş İddiaçı adına daxil olmuş və onun adına qeydiyyata alınmışdır. Daha sonra vət. İddiaçı və X7 Nəqliyyatında Baş Gömrük İdarəsinə etdiyi 26/Q1/019481 nömrəli, xx.xx.2019-cu il tarixli müraciətləri əsasında CMX100651978 nömrəli qaimə ilə daxil olmuş yükün qeydiyyatı Rəşad Qasımovun adına dəyişdirilmişdir. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə gömrük orqanı əməkdaşları tərəfindən ona məxsus 130 avro, 17 sent dəyərində kosmetika məhsullarının təhvil verilməsi, vurulmuş maddi ziyana görə 500 manat və mənəvi ziyana görə 2500 manat məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması ilə bağlı müraciət etmə hüququ İddiaçı deyil, X2 aiddir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki tələb ilə X3 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı hazırki tələb ilə müraciət etməli, müraciətinə imtina olunduğu təqdirdə, məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “kosmetika məhsulların təhvil verilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar