Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2101/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun nümunəvi sənəd hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X12 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə ona verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X12 tərəfindən 1994-cü il tarixdə verilmiş diplomla əlaqədar məlumatların dəqiqləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət edərək təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə deyil, ilkin iddia tələbində qeyd olunan, yəni Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X12 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə ona verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə tələbinə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X8 bitirmişdir. Həmin diplom əsasında ixtisası üzrə ibtidai sinif müəllimi kimi 01.09.1995-ci il tarixdən 01.09.1997-ci il tarixinə kimi Qəbələ rayonu Böyük Əmili kənd orta məktəbində işləmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kollecini bitirmişdir. Həmin diplom əsasında da hal-hazırda 15.09.2009-cu il tarixdən Qəbələ rayon Böyük Əmili kənd tam orta məktəbindən ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə həmin qurum tərəfindən buraxılmamışdır. Səbəbi də bu olmuşdur ki, diplomları nümünəvi sənəd deyildir. Bununla əlaqədar o 2 dəfə rəsmi olaraq Nazirliyə müraciət etsə də heç bir müsbət cavab ala bilməmişdir. Daha sonra 3-cü dəfə müraciət etmişdir. 04.08.2020-ci il tarixdə ona Nazirliyin sektor müdiri cavab verilmiş, lakin konkret olaraq müəllimlərin sertifikatlaşdırmasına buraxılıb-buraxılmamağı barədə heç bir şey qeyd edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tələbindən göründüyü kimi iş uzrə iddiaçı Azərbaycan Psixolojı- Pedoqji (Defektoloji) X3 təhsil almış və ona ibtidai sinif müəlliməsi ixtısası üzrə diplom verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus diplomun huquqı əsası yoxdur və həmin diplom dövlət nümunəlı sənəd deyil. Hesab etmişlər ki, iddiaçının diplomunun dövlət nümunəli təhsil sənədi olmaması barədə Təhsil Nazirliyinin cavabı tam qanunidir. Qeyd edilənlərə əsasən iddiaçının tələbi mümkün sayılmamalıdır. Belə ki, 07 oktyabr 1992-ci il tarixli "Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxıl olmaq uçun əsas sənəddir. Təhsil sənədinin nümünəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsi bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativ-huquqi aktlardan göründüyü kimi təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd (diplom blankları) Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünmüşdür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-cı maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra huquqı şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisənin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli, 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X16 Komissiyasın haqqında” Əsasnaməyə əsasən Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrində daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildirilir ki, təhsil müəssisələri hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmalı idi. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyində) reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunn təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli, 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Qanunun bu normasından göründüyü kimi yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışlar. Ona görə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Belə ki, iddiaçının təqdim etdiyi diplom blankından görünür ki, diplom ona X12 tərəfindən verilmişdir. Bildirilir ki, təhsil qanunvericiliyində təhsil müəssisəsinin filialının təhsil müəssisələrini bitirən məzunlara diplom vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən məzunlara diplomların verilməsi təhsil müəssisənin özünə məxsusdur. Qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Təhsil Nazirliyində bu Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də hesab edirlər ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi təhsil sənədinin dövlət nümunəli hesab edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom blankı qanuni və dövlət nümunəli təhsil sənədi hesab edilə bilməz. Qeyd olunanlara əsasən iş üzrə İddiaçı Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikası Psixoloji-Pedoqoji (Defektoloji) X9 tərəfindən 1994-cü ildə ona verilən diplomun nümunəvi sənəd hesab edilməsi barədə iddiasının mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə istinad olunmaqla iddiaçıya dəfələrlə iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərilsə də İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə isə məhkəməyə ilk olaraq təqdim edilmiş iddia ərizəsi üzrə işə baxılmasını və həmin tələblərin, yəni Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X12 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə İddiaçı verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının tələbi üzrə işin hallarına hüquqi qiymət verir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Vİ-ЖГ 438854 №-li, 06.01.1995-ci il tarixli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X2 arasında 06 yanvar 1994-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nemətli, arvada Nemətli familiyası verilmişdir. - Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X9 tərəfindən verilmiş 0037 №-li, 02.08.1994-cü il tarixli diplomunun notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X2 1992-ci ildə Azərbaycan Psixoloji Pedaqoji (Defektoloji) X5 daxil olmuş, ibtidati sinif müəllimi-defektoloq ixtisası üzrə kolleci bitirmişdir. Buraxılış imtahan komissiyasının 1994cü il 14 iyul tarixli qərarı ilə ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi – defektoloq ixtisası verilmişdir. -Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən verilmiş AB-İİ 097780 №-li, 16.07.2000-ci il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 1997-ci ildən Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və 27.05.2000-ci ildə həmin kollecin ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət ixtisas komissiyasının 27.05.2000-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1995-ci ildən 01.09.1997-ci il tarixədək Böyük Əmili kənd orta məktəbində sinif müəlliməsi, 10.09.1997-ci ildən 14.09.2005-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kənd “Nemət” kəndli (fermer) təsərrüfatında kassir-xəzinədar, 15.09.2009-cü ildən hal-hazıradək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəllim vəzifəsində işləyir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N-286/10- 24 №-li, 01.06.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş 21.04.2017-ci il tarixli, N-286 nömrəli ərizəsinə baxılmışdır. Bildirilir ki, diplomu dövlət nümunəli sənəd deyildir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N- 17270/09-24 №-li, 10.12.2018-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə ünvanlandığı N-17270, 06.12.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilir ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirak etməsinə icazə verilir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N- 6852/10-24 №-li, 04.08.2020-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə daxil olmu 16.07.2020-ci il tarixli, N-6852 nömrəlis ərizəsinə baxılmışdır. Bildirilir ki, sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Müraciətində qeyd olunan məsələyə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsinə müvafiq olaraq sertifikatlaşdırma prosesi zamanı baxılacaqdır. - Azərbaycan Respublikası Dövlət X13 tərəfindən məhkəməyə ünvanlanmış 1087/3 №-li, 11.12.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət X13nda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X7 Xidməti Kolleci arxiv fondunun 1997-1999-cu illər üzrə kadr əmrləri yoxlanıldı. İddiaçı aid heç bir əmr aşkar olunmadı. Həmçinin bildirilmişdir ki, Məişət Xidməti Kollecinin 2000-ci il üzrə əmrlər kitabı filiala təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış İN-X/O-210/2021 №-li, 08.01.2021-ci il tarixli məktubdan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Gəncə Məişət Xidməti Kollecinə təhsili fəaliyyəti (dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri) üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 5/2045 №-li, 30.12.2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X16 Komissiyasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Qəbələ rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 09.04.2021-ci il tarixli, 11-11-76/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) Kolleci mövcud deyil. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 29.04.2021-ci il tarixli, 0518-31/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) X6n adı mövcud deyildir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 0511- 45/12 №-li, 31.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.09.1993-cü il tarixli, 487 nömrəli qərarına əsasən Gəncə Məişət Xidməti Kolleci qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanına əsasən Gəncə şəhəri X7 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı yaradılmışdır. Eyni zamanda bildirilmişdir ki, Gəncə şəhəri X7 Xidməti Kollecinin arxiv sənədləri Təhsil Nazirliyinə təhvil verilməmişdir. Məktubda qeyd olunan şəxs İddiaçı həmin Kollec tərəfindən təqdim olunmuş diplomun surətini Nazirliyə təqdim etdiyi təqdirdə həmin sənədin dövlət nümunəli olub olmaması məsələsinə baxılacaqdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış **********500100 №-li, 29.04.2021-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Azərbaycan Respublikası Pedaqoji X8n Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya alıb-almaması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X6 biritməsinə dair 0037 №-li, 02.08.1994-cü il tarixli diplom, Gəncə Məişət Xidməti Kollecini bitirməsinə dair AB-İİ 097780 №-li, 16.07.2000-ci il tarixli diplom verilmişdir. İddiaçı İddiaçı ona verilmiş diplomların dövlət nümunəli hesab olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də xahişinin təmin edilməsindən imtina edilmişdir. Hazırda qüvvədən düşmüş, iddiaçının təhsil aldığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanunun: - 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. - 18-ci maddəsinə əsasən orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. - 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.03.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarına əsasən Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri — ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il, martın 1-dən başlayaraq qeydiyyata alınması, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilməsi qərara alınmış, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinə bir ay müddətinə «Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə» layihəsini hazırlaması və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmış, Respublika bank və maliyyə orqanlarına Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmamaları tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Qərarın 12-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. Məhkəmə qeyd edir ki, İddiaçı təhsil aldığı Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X1vericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınaraq fəaliyyət göstərməsi, həmçinin İddiaçı Gəncə şəhəri X7 Xidməti Kollecinə qanuni əsaslarla daxil olması və bitirməsi barədə hər hansı sənədin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta ixtisas müəssisəsi kimi təhsil aldığı Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X9 yuxarıda qeyd olunan tələblərə uyğun şəkildə qeydiyyata alınması, iddiaçının Gəncə şəhəri X7 Xidməti Kollecində təhsil alması barədə müvafiq sənədlərin olması, həmçinin cavabdeh inzibati orqan tərəfindən həmin təhsil müəssisələrini bitirmiş məzunların sayına müvafiq olaraq təhsil sənədinin (diplomun) blankının verilməsi müəyyən edilmədiyindən iddiaçıya verilmiş diplom blanklarının dövlət nümunəli təhsil sənədinin olmaması barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə əsassız olmamışdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26.07.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2101/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2101/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver