Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2134/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti olma müddətinin uzadılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” iddiaçılardan İddiaçı1ə verilmiş 30 may 2022-ci il tarixli, ******* nömrəli qərarın və İddiaçı2 -yaverilmiş 25 may 2021-ci il tarixli, 80821843 №-li qərarın ləğv edildiyi barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 8021843-L saylı, 24 iyul 2023-cü il tarixli və 8382518-L saylı, 24 iyul 2023-cü il tarixli qərarların ləğv edilməsi və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin iddiaçılara və övladlarına münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı olaraq ailəliklə Azərbaycan Respublikasında müvəqqəti olmaq hüququnu əldə etmişdirlər. Belə ki, “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” 30 may 2022-ci il tarixli, ******* №-li və 25 may 2021-ci il tarixli, 80821843 №-li qərarlarla onlara Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verilib. İddiaçılar həmin müddətin uzadılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra DMX) müraciət etmişdirlər. Bildirmişdir ki, Azərbaycanda işlə təmin olunmuşdurlar, uşaqları burada məktəbə, baxçaya gedənləri var. Cavabdeh DMX-dən isə iddiaçılara ünvanlanan 8021843-L saylı, 24 iyul 2023-cü il tarixli və 8382518-L saylı, 24 iyul 2023-cü il tarixli qərarlarla “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” iddiaçılara verilmiş qərarların ləğv edildiyi bildirilmişdir. Onlar hesab etmişdir ki, cavabdehiin 8021843-L saylı, 24 iyul 2023-cü il tarixli və 8382518-L saylı, 24 iyul 2023-cü il tarixli qərarları əsassız sayılmalı və ləğv edilməlidir. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu, “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələri ilə müəyyən edilir. Qanunun 5-ci Maddəsinin tələbinə görə: -Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər: -həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda; həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda; həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda; həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda, həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda; həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; qanunla müəyyən edilmiş digər hallarda. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir, onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda; həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; həmin şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda; həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə; onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə; qanunla müəyyən edilmiş digər hallarda. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar. Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Hesab edilmişdir ki, cavabdeh DMX-nin qəbul etdiyi qərarları, tələblərimizlə əlaqədar hərəkət və hərəkətsizliyi əsassızdır. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci Maddəsinə əsasən Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər. Qanunun 2-ci Maddəsinə əsasən (Şikayətin verilməsi qaydası) Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır. Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 1 aydan gec olmayan müddətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə həmin orqanın rəhbərliyi vətəndaşa cavab verməlidir. Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər. Şikayət vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi) barəsində bu maddədə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər. Qanunun 4-cü Maddəsinə (Məhkəmə qaydasında şikayət verilə bilən qərarlar və hərəkətlər (hərəkətsizlik)) əsasən Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətləri qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir. Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar. Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi (qərarların qəbul olunması) üçün əsas sayılır. Qanunun 5-ci Maddəsinə görə Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, məhkəməyə şikayətlə müraciət edilməsinin aşağıdakı müddətləri vardır: hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək; şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək; Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, vətəndaş şikayətin verildiyi gündən bir ay müddətində ona cavab almadıqda bu müddətin tamam olduğu gündən bir ay keçənədək; İnzibati tənbehin verilməsi barədə qərardan həmin qərarın surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi gündən 10 gün keçənədək. Şikayətin verilməsi müddəti üzürlü səbəbdən ötürülübsə, həmin müddət məhkəmə tərəfindən bərpa oluna bilər. Bu Qanun 4-cü maddəsində nəzərdə tutulmuş şikayət edilən qərarlar, hərəkətlər (hərəkətsizlik) və onların nəticələri haqqında məlumatların əldə edilməsinə çətinlik törədən bütün hallar üzürlü səbəb sayılır.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, iddiaçılar onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin (bundan sonra - MOM) uzadılması barədə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxslərin MOM uzadılması barədə xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarlar qəbul edilmişdir. Sonradan aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmiş və yuxarıda sözügedən qərar xx.xx.2023-cü il tarixli 8382518-L və xx.xx.2023-cü il tarixli 8021843-L nömrəli qərarlarla ləğv edilmişdir. Cavadeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılara 60 gün müddətində MOM verilməsinə baxmayaraq onların Xidmətə hər hansı müraciəti (MYİ alınma və s.) daxil olmamışdır. Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Miqrasiya Məcəlləsinin 43.1.6-cı maddəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir. Bildirilmişdir ki, ölkə ərazisində xüsusi karantin rejiminin yumşalması ilə əlaqədar 2020-ci ilin sonlarından hazırkı dövrədək beynəlxalq uçuşlara icazə verilmişdir. Beləliklə, şəxslər barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə İddiaçı1nın 29 may 2022-ci il tarixli 131062/m nömrəli müraciəti təmin edilməsi və İddiaçı1nın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək uzadılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ******* nömrəli qərarı ilə Kanwal Eramın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 30 iyul 2021-ci il tarixədək uzadılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli 8382518-L nömrəli qərarında bildirilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı İddiaçı1 barəsində qəbul olunmuş Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərar ləğv edilsin, İddiaçı1 müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə 10 gün ərzində ölkə ərazisini tərk etsin.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli 8021843-L nömrəli qərarında bildirilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Kanwal Eram barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilsin və Kanwal Eram müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etsin.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək iddianın mümkün sayılmamasını xahiş edilmişdir və əlavə olaraq bildirilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Kanwal Eram barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında və Pakistan İslam Respublikası vətəndaşı İddiaçı1 barəsində qəbul olunmuş Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərarlar ləğv edilsə də, faktiki olaraq həmin qərarlar həmin vaxt qüvvədə olmamışdır, belə ki, pandemiya ilə əlaqədar şəxslərin ölkədə olma müddətləri avtomatik olaraq uzadılmışdır.
9. İddiaçılar məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
11. Təqdim edilən sənədlərdən görünür ki, iddiaçılar bir ailənin üzvləridirlər.
12. İddiaçıların Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Belə ki, İddiaçı1la bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 8021843-L nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilsə də, faktiki olaraq həmin vaxt həmin qərar qüvvədə olmamışdır. Eləcə də Kanwal Eramla bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 8021843-L nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar ləğv edilsə də, faktiki olaraq həmin vaxt həmin qərar qüvvədə olmamışdır. Artıq qüvvədə olmayan müvəqqəti olma müddətinin uzadılması haqqında qərarların ləğvi formal xarakter daşımış, məqsədi ölkə ərazisində yaşamalarının qanuniləşdirilməli və ya ölkə ərazisini tərk etməli olduqlarının iddiaçıların diqqətinə çatdırılması olmuşdur. Belə ki, cavabdeh bildirir ki, vaxtilə pandemiya ilə əlaqədar iddiaçılara münasibətdə əvvəllər qüvvədə olmuş qərarlar avtomatik uzadılmışdır. Lakin artıq yumşalmalar baş vermişdir.
13. Miqrasiya Məcəlləsindən: Maddə 40. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar 40.0. Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır: 40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; 40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; 40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə; 40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda; 40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda; Maddə 41. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlər 41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 41.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
14. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar müvafiq müraciətlə (müvəqqəti olma müddətinin uzadılması ilə bağlı) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) müraciət etməli və inzibati orqana yuxarıda qeyd edilən sənədləri təqdim etməli (belə müraciət inzibati araşdırmanın predmeti olmamışdır), müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan (inzibati aktın qəbulundan imtinadan) məhkəməyə şikayət verilməsi mümkündür.
15. İddiaçılara səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva