Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2176/2021 29.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir).iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması, dərc olunması və şəhadətnamə verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə üçüncü şəxs qismində "xxxx" X2 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 21 fevral 2020-ci il tarixli, A101-7/49 №li qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə “X13” əmtəə nişanının 29, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə xx.xx.2018-ci il tarixli, № 2018 01490 ərizə üzrə qeydiyyata alınması, dərc olunması və şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı - hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxsin adına “X13” əmtəə nişanının 29, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə xx.xx.2018-ci il tarixli, 2018 01490 nömrəli ərizəsi ilə qeydiyyata alınmasının rədd edilməsi haqqında Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X7 X4 xx.xx.2019cu il tarixli qərarına qarşı xx.xx.2019-cu il tarixdə verilmiş etiraz həmin Agentliyin Apelyasiya Şurasının A101-7/49 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdılr. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X7 Mərkəzinin 29, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə “X13” əmtəə nişanına xx.xx.2018-ci il tarixli, 2018 01490 nömrəli ərizə verilmiş, müvafiq haqqlar ödənilmiş, ekspertizanın 1 ay müddətində aparılmasına dair vəsatət verilmişdir. Ərizədə göstərilən əmtəə nişanı “Yuxarıda baş hissədə beş qotazlı yaşıl rəngli tac təsviri verilmiş, kənarlarında yaşıl və ağ rəngli zolaqla haşiyələnmiş və xüsusi stilləşdirilmiş çiçək və yarpaq təsviri ilə bəzədilmiş, xüsusi mürəkkəb simmetrik həndəsi fiqur təsviri üzərində sarı rəngli fonda verilmiş, yaşıl rəngdə, latın hərfləri ilə birinci hərfləri böyük, qalan hərfləri isə kiçik hərflərlə verilmiş, yuxarıda ”Əsl” onun altında verilmiş “Sehirli Dad” sözlərindən yaranmış, “X13” ifadəsindən,onun altında yaşıl rənglə dörd rəgəmli 1996 ədəd yazılmış və hər iki tərəfə üfuqi xətt üzrə şəfəq təsviri verilmiş, ən aşağıda isə sağ və sol tərəfində yaşıl, orta hissəsi isə sarı rəngdə verilmiş lent təsvirindən ibarət kombinə edilmiş əmtəə nişanı” kimi təsvir edilmiş və mühafizə istənilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X5 X11 2018 01490 nömrəli ərizə üzrə ekspertizanı 1 ay müddətində deyil, 4 aya aparmış - xx.xx.2019-cu il tarixli rədd qərarı vermişdir.İddiaçı həmin rədd cavabını əsassız hesab etdiyi üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı əmtəə nişanını ƏXBT-nin 29, 35 və 39-cu sinifində göstərilən əmtəə və xidmətlər üzrə qeydiyyata alınması üçün xx.xx.2019-cu ildə 2018 01490 nömrəli iddia sənədi ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinə müraciət etmişdir. Qeydiyyata alınması üçün 2018 01490 nömrəli iddia sənədində göstərilən əmtəə nişanında verilən “X13” söz birləşməsi nişanın təsvirinin istehlakçının diqqətini cəlb edən hissəsində yerləşir, əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan üzləşmələri,əmtəələrin sadə təsvirləri. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları aşağıda göstərilənlərdir: əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisələrin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız işarəsindən ibarət) ünvanı. Eyni zamanda, “X13” söz birləşməsi onun tərkibindəki sözlər müəyyən növ qida məhsulları (əmtəələri) üçün ümumişlək xarakterlidir və xoşagələn, cəlbedici mənasında tez-tez və geniş şəkildə istifadə edilir. Buna görə də fərqlənmə qabiliyyətinə malik deyildir. “X13” söz birləşməsi mühafizə oluna bilməyən elementdir və əmtəə nişanının təsvirində əsas mövqe tutur. Eyni zamanda əmtəənin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir.Qeyd edilən əsaslara görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və 3-cü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə iddiaçının və 3-cü şəxsin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 X8 xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 X9 “X13” əmtəə nişanının qeydiyyatı üzrə iddia sənədinin ekspertizasının nəticəsinə dair ekspert rəyini müzakirə edərək qərara almışdır: “1.Qeydiyyata alınması üçün təqdim edilmiş “X13” əmtəə nişanı üzrə 2018 01490 №li iddia sənədinin ekspertizası nəticəsində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən (fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətləri göstərən nişanlar əmtəə nişanı kimi qeydə alınmır) onun qeydiyyatı məqsədəuyğun hesab edilməsin.Qeyd edilən qərarın əsası kimi “X13” əmtəə nişanının qeydiyyatı ilə bağlı iddia sənədinin ekspertizasının nəticəsinə dair xx.xx.2019-cu il tarixli ekspert rəyi göstərilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2019-cu il tarixli “Əmtəə nişanına dair iddia sənədinin ekspertizasının nəticəsi haqqında rəyə (qərara) əsasən əmtəə nişanının qeydiyyatına dair” 2018 01490 nömrəli iddia sənədi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ekspertizadan keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: təqdim edilmiş “X13” əmtəə nişanı latın qrafikası ilə sadə şriftlə yazılmış söz birləşməsindən və təsviri hissədən ibarət nişandır.Ekspertiza zamanı Əqli Mülkiyyət Axtarış Modulu və ÜƏMT-nin Madrid Monitor məlumat axtarış bazalarında müvafiq sinif üzrə qeydiyyatı Azərbaycana şamil olunan eyni və ya oxşar nişanlar aşkar edilməmişdir.xx.xx.2019-cu il tarixində iddiaçıya Qanunun 5-ci maddəsinin “b” bəndinə (“fərqləndirmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar”) əsasən rədd bildirişi göndərilmişdir.xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən bildirişə cavab təqdim olunmuşdur.Cavab məktubunda iddiaçı təqdim etdiyi əmtəə nişanının təsviri hissəsini ətraflı şəkildə göstərilmiş və fərqləndirici xüsusiyyətlərini qeyd etmişdir.Qeydiyyata alınması üçün 2018 01490 nömrəli iddia sənədində göstərilən əmtəə nişanında verilən “X13” söz birləşməsi nişanın təsvirinin istehlakçının diqqətini cəlb edən hissəsində yerləşir, əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. “X13” söz birləşməsi mühafizə oluna bilməz. Lakin mühafizə olunmayan element əmtəə nişanının təsvirində əsas mövqe tutur və əmtəənin keyfiyyət göstəricisi kimi aydın şəkildə nəzərə çarpır.”Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin keyfiyyətini göstərən nişanların da qeydiyyata alınmasına yol verilmir.Ekspertizanın nəticəsinə uyğun olaraq “X13” əmtəə nişanının qeydiyyatı ”Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən məqsədəuyğun hesab edilmir. Patent müvəkkili M.Y.Qurbanov tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasın xx.xx.2019-cu il tarixli, 2018 01490 №li “2018 01490 saylı X13+şəkil” əmtəə nişanının 29, 30 və 35-ci sinif əmtəələri üzrə rədd qərarı”na qarşı əsaslandırılmış etiraz verilmişdir və həmin etirazda İddiaçı tərəfindən 2018 01490 saylı ərizə ilə verilmiş “X13+şəkil” əmtəə nişanının 29, 30 və 35-ci sinif üzrə qeydiyyata alınmasının rədd edilməsi haqqında Patent və Əmtəə nişanları X3 xx.xx.2019-cu il tarixli rədd qərarının əsassız olduğunu nəzərə alaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunun 15-ci maddəsinə əsaslanaraq ləğv edilməsi, yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A101-7/19 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı (ünvan: AZ0100, Abşeron rayonu, Xırdalan ŞTQ, 28-ci məhəllə, ev 2, mənzil 2) məxsus “X13” əmtəə nişanı (2018 01490 nömrəli iddia sənədi) təsviri əmtəə nişanının 29, 35 və 39-cu sinfin iddia olunan əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmasının rədd edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2019-cu il tarixli qərarına qarşı iddiaçının nümayəndəsi, patent müvəkkili M.Y.Qurbanov tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya Şurasına verilmiş etiraz ərizəsinin əsassız hesab olunması və təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı qeydiyyata alınması üçün təqdim edilmiş “X13” əmtəə nişanı üzrə ********* №li iddia sənədini Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 X10 təqdim etmiş, lakin həmin orqanın xx.xx.2019-cu il tarixli qərarına əsasən qeydiyyata alınması üçün təqdim edilmiş “X13” əmtəə nişanı üzrə ********* №li iddia sənədinin ekspertizası nəticəsində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən onun qeydiyyatı məqsədəuyğun hesab edilməmişdir, patent müvəkkili tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasına xx.xx.2019-cu il tarixli, 2018 01490 №li “2018 01490 saylı “X13+şəkil” əmtəə nişanının 29, 30 və 35-ci sinif əmtəələri üzrə rədd qərarına qarşı etiraz verilsə və həmin etirazla iddiaçı tərəfindən 2018 01490 saylı ərizə ilə verilmiş “X13+şəkil” əmtəə nişanının 29, 30 və 35-ci sinif üzrə qeydiyyata alınmasının rədd edilməsi haqqında Patent və Əmtəə nişanları X3 xx.xx.2019-cu il tarixli rədd qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi xahiş edilsə də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A101-7/19 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə həmin müraciət təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Həmin Qanunun 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6-cı maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Həmin Qanunun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları;b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları;ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri);əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər;e) qeydə alınmış sertifikat nişanları.Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri;c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Həmin Qanunun 11-ci maddəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi” anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər. İşin faktiki hallarına əsasən əmtəə nişanının qeydiyyata alınması üçün 2018 01490 nömrəli iddia sənədində göstərilən əmtəə nişanında verilən “X13” söz birləşməsi nişanın təsvirinin istehlakçının diqqətini cəlb edən hissəsində yerləşir, belə olan halda əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür, bundan başqa “X13” söz birləşməsi mühafizə oluna bilməz, lakin mühafizə olunmayan element əmtəə nişanının təsvirində əsas mövqe tutur və əmtəənin keyfiyyət göstəricisi kimi aydın şəkildə nəzərə çarpır. Halbuki ”Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbayacn Respublikaslı Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin keyfiyyətini göstərən nişanların da qeydiyyata alınmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.1. –ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Həmin Qanunun 68.3.-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 68.4.-ci maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının 21 fevral 2020-ci il tarixli, A101-7/49 №li qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə əmtəə nişanının 29, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə xx.xx.2018-ci il tarixli, 2018 01490 №li ərizəsi üzrə qeydiyyata alınması, dərc olunması və şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə iddiası əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının 21 fevral 2020-ci il tarixli, A101-7/49 №li qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə əmtəə nişanının 29, 35 və 39-cu sinif əmtəə və xidmətləri üzrə xx.xx.2018-ci il tarixli, 2018 01490 №li ərizəsi üzrə qeydiyyata alınması, dərc olunması və şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2176/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2176/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver