Məhkəmə qərarları › İş №2-1(112)-2228/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2228/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2228/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh 3 Nömrəli Şəhər Poliklinikasına qarşı “psixi dispanser qeydiyyatından çıxarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh 3 Nömrəli Şəhər Poliklinikasına qarşı məhkəməyə müraciət edərək, iddiaçının psixi dispanser qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh 3 nömrəli şəhər Poliklinikasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı anası Sevinc Nəcəfova ilə aralarında tez-tez mübahisələr olur. Anası ona şiddət gösərir, onun mənzildə rahat və təhlükəsiz yaşamağına mane olur. İddiaçı anası S.Nəcəfovanın qorxusundan sərbəst hərəkət edə bilmir, qorxusundan bir stəkan su belə içə bilmir. İddiaçının anası S.Nəcəfova bir neçə dəfə X9 Xidmətinə zəng vuraraq guya iddiaçının psixi problemlərinin olmasını əsas gətirərək evə həkim çağırmış və İddiaçı fiziki güc tətbiq edilərək evdən çıxarılmışdır. S.Nəcəfova qanunsuz olaraq övladı İddiaçı xəstəxanada yerləşdirmiş və iddiaçı xəstəxanada olduğu müddət ərzində tərkibi qeyri-məlum olan dərmanlardan istifadə etməyə məcbur edilmişdir. İddiaçı 20 gün müddətində 2 saylı X2mışdır. İddiaçı hesab edir ki, anası S.Nəcəfovanın məqsədi onu xəstə edərək, evə olan paydan məhrum etdirməkdir. Cavabdeh 3 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Psixiatriya haqqında Qanununun 21-ci maddəsinin 21.2-ci və 21-3-cü bəndində qeyd olunanlar və çox sayda stasionar müalicələr almağınız nəzərə alaraq daimi həkim müşahidəsində olmağınız məqsədəuyğun hesab edilir”. Halbuki iddiaçı öz hərəkətlərinin mənasını başa düşür və onları idarə edə bilir. Bugünkü şəraitdə onun dispanser qeydiyyatında qalmasına əsas verən heç bir zərurət yoxdur. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.

3. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Bakı Baş Səhiyyə Mərkəzi" X8 3 nömrəli Şəhər Poliklinikasnın iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 18-1-1-1/2-N-607-xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Psixiatriya Qanununun 21-ci maddəsinin 21.2 bəndinə əsasən Psixiatriya dispanser müşahidəsinin təyin edilməsinin və onun dayandırılmasının zəruriliyi haqqında məsələni ambulator psixiatriya yardımı göstərən müəssisənin müdiriyyəti, həkim-psixiatr komissiyası və ya ərazinin baş psixiatrı həll edir. Həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının əsaslandırılmış qərarı tibbi sənədə yazılmaqla rəsmiləşdirilir. 21.3 bəndinə əsasən Şəxs sağaldıqda və ya onun psixi vəziyyəti xeyli və davamlı şəkildə yaxşılaşdıqda şəxsin, onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə əvvəl təyin edilmiş psixiatriya dispanser müşahidəsi dayandırılır. Şəxsin psixi vəziyyətinin pisləşməsi qeyd olunduqda həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının qərarı ilə psixiatriya dispanser müşahidəsi bərpa oluna bilər. Qanuna əsasən psixiatriya dispanser müşahidəsi xroniki və davamlı ağır, yaxud tez-tez kəskinləşən xəstəlik təzahürləri olan şəxs üzərində təyin edilir. Bu səbəbdən, yuxarıda qeyd olunanları və çox sayda stasionar müalicələr aldığınızı nəzərə alaraq, daimi həkim müşahidəsində olmağı məqsədəuyğun hesab edilmişdir.

4. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Bakı Baş Səhiyyə Mərkəzi" X8 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-1-1/2-N-399/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1991-ci ildən “Orta dərəcəli nevrasteniya, rezidual orqanik şəxsiyyətdə” diaqnozu ilə ruhi-əsəb dispanserinin müşahidəsindənir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 3 nömrəli Şəhər poliklinikasına müraciət etmiş və diaqnozun dəqiqləşdirilməsi məqsədilə 2 saylı X4 göndəriş verilmişdir. Müayinəni nəticəsi: “Baş beyin üzvü xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotiv daxilolmalarla” F07.0. F07.8, F06.8 diaqnozları qoyulmuş və dispanser müşahidəsinin davam etdirilməsi qərarı verilmişdir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 4 saylı Şəhər Poliklinikası xx.xx.2015-ci il tarixli 628/2015 nömrəli məktubunda qeyd edilmişdir ki, 1976-сı il təvəllüdlü İddiaçı 1991-ci ildən psixiatr qeydiyyatındadır. xx.xx.2014-сı ildən Nərimanov rayon 4 saylı poliklinikasında psixiatr qeydiyyatındadır. Diaqnoz: Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül şəxsiyyət dəyişikliyi və davranış pozuntuları ilə F-07.0.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 16 saylı Şəhər Poliklinikası xx.xx.2017-ci il tarixli 283 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1976-сı il təvəllüdlü İddiaçı 1991-ci ildən psixiatrik kabinetinin qeydiyyatındadır.

7. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən ambulator məhkəmə psixiatrik ekspertizasinin xx.xx.2025-ci il tarixli 693 saylı rəyində qeyd edilmişdir ki, inzibati iş materialları və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları 1-ci sual: xx.xx.1976-cı il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) müəyyən edilir. 2-ci sual: xx.xx.1976-cı il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda baş beyin üzvü xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalarla aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” aşkar olunur.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi psixi dispanser qeydiyyatından çıxarılması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

13. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: 2 5 . Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır. Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

16. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1. Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya ləğv edilir. 20.1. Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir. 20.2. Məsləhət-müalicə yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmamış şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir. 20.3. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş hallarda psixiatriya dispanser müşahidəsi psixi pozuntusu olan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığından asılı olmayaraq təyin edilir. Bu, həkim-psixiatr tərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə edilməsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur. 20.4. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslar olduqda məhkəmənin qərarı əsasında şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanser və ya poliklinikanın psixiatriya kabineti tərəfindən həyata keçirilir. 22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkimpsixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir. 22.2. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs psixiatriya stasionarına özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. 22.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda psixiatriya ekspertizası aparılmasının zəruriliyi də psixiatriya stasionarına yerləşdirmək üçün əsas hesab olunur.

17. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.1976-сı il təvəllüdlü İddiaçı 1991-ci il tarixdən psixiatr qeydiyyatındadır. xx.xx.2014-сü il tarixdən isə Nərimanov rayon 4 saylı poliklinikada psixiatr qeydiyyatındadır. Diaqnoz: Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yüngül şəxsiyyət dəyişikliyi və davranış pozuntuları ilə F-07.0.

18. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

19. Belə ki, psixi dispanser qeydiyyatından çıxarılması İddiaçı tibbi dispanser qeydiyyata alınması üçün əsasların (xəstəliyin) olub-olmaması halı ilə bağlıdır ki, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 693 saylı rəyinə əsasən İddiaçı “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) müəyyən edilir. İddiaçı hazırda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan ilə” aşkar olunur.

20. Beləliklə, məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəyinə əsasən bir daha təsdiq olunur ki, iddiaçıda hal hazırda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) xəstəlik mövcuddur. Məhkəmə araşdırmasına əsasən iddiaçının psixi dispanser qeydiyyatından çıxarılması üçün əsaslar müəyyən olunmadı.

21. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

22. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı kimi qiymətləndirilməlidir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar