Məhkəmə qərarları › İş №2-1(112)-226/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-226/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-226/2020 21.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə iddiaçı - İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat idarəsi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım (01.01.2006-cı il tarixindən 01.01.2019-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım), hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və 2006-cı il ərzində prokurorluq işçilərinə verilmiş ikiqat əmək haqqı həcmində mükafat nəzərə alınmaqla onun pensiya məbləğinin 01.01.2006-cı il tarixindən yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım (01.01.2006cı il tarixindən 19.11.2009-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım), hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və 2006-cı il ərzində prokurorluq işçilərinə verilmiş ikiqat əmək haqqı həcmində mükafat nəzərə alınmaqla İddiaçı pensiya məbləğinin 01.01.2006-cı il tarixindən 19.11.2009-cu il tarixinədək yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1979-cu il tarixindən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. Yaranmış pensiya hüququndan istifadə edərək 2004-cü ildən prokurorluq orqanlarında 25 il qulluq stajına görə pensiyaya çıxmışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” 29 iyun 2001-ci il tarixli 167- 1İQ saylı Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən “Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.” Həmin Qanunun 21.2-ci maddəsinə əsasən “Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir.” Həmin Qanunun 21.3-ci maddəsinə əsasən ’’Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.” Həmin Qanunun 21.4-cü maddəsinə əsasən “Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.” Həmin Qanunun 20.8-ci maddəsinə əsasən “Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.” Həmin Qanunun 20.9-cu maddəsinə əsasən “Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir.” Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən” Xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə pul mükafatı həvəsləndirmə tədbiri tətbiq oluna bilər.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək haqqımüvafıq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş, 7 fevral 2006-cı il tarixli 54-İİ1Q saylı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən “İddiaçıya verilən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ancaq müvafiq icra hakimiyyət orqanı tərəfindən iddiaçıya pensiya hesablayıb ödəyərkən 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiayaları haqqında” Qanununa əsasən yenidən hesablamalar və ödəmələr həmin Qanunun normalarına əsasən aparılmamışdır. Belə ki, "Prokurorluq orqanlarında qulluq keçmək haqqında” Qanunun 20.8, 20.9 va 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə vərilən pul ödənişləri bütün prokurorluq işçilərinə aid edilməklə hər il ödənildiyinə və daimi xarakter daşıdığına baxmayaraq, eləcədə ona verilmiş mükafatlar iddiaçının əmək pensiyası hesablanıb ödənilərkən cavabdeh orqan tərəfindən nəzərə alınmamış nəticədə iddiaçıya çatası pensiya məbləğindən aşağı məbləğdə pensiya ödənilmişdir. Nəticədə pensiya məbləğində yaranmış fərq qədər maliyyə vəsaiti üzərində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının pozulmuş hüquqlarının bərpa olunması, yəni pensiyasının yenidən hesablanması və ödənilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının pensiya məbləğinə yenidən baxılması barədə müraciəti hərəkətsizlik nəticəsində təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cu maddəsinə asasən pensiya alan səxslərin tutmuş olduqlari vəzifələr üzrə əmək haqqları sonradan artırıldıqda, bu artımlar nəzərə alınmagla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanir. “Əmək pensiyalari haqqında” Qanunun 37.7-ci maddəsinin tələbinə görə keçmiş müddət uçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq öənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran və huquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüququ aktların qüvvəsi geriyə şamil edilməlidir. Məhkəmə təcrübəsində bu kategoriya işlər üzrə qanuni qüvvəsini almış və icrası təmin edilmiş məhkəmə qərarları mövcuddur. İddiaçı özü bu məsəllərin həlli ilə əlaqədar olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2-1(81)3215/16 saylı 20.07.2016-cı il tarixli qərarı ilə iddia tələbi bütünlüklə təmin edilmişdir. Həmin qərar qanuni qüvvəy minmiş və icra edilmişdir. Sadəcə iddiaçı yuxanda qeyd edilən hüquqlarının 19.11.2009-cu il tarixindən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin tarixdən onun hüquqlarını təmin edilməsini qərara almışdır. Hesab edir bu hüquqlar 01 yanvar 2006-cı il tarixindən yaranıb və həmin tarixdən sonrakı dövr üçün dətəmin edilməlidir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8. 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. ƏPQ-nin 20.8-ci maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. ƏPQ-yə bu dəyişiklik “Prokurorluq haqqında", “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 20 oktyabr 2009-cu il tarixli qanunla edilib. Göründüyü kimi ƏPQ-nin 20.8-ci maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, ƏPQ. “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki. “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andaki aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, "orta aylıq əmək haqqı ”anlayışı "əmək haqqının sonrakı artımı" anlayışından daha genişdir, çünki "orta aylıq əmək haqqına sonradan artması mümkün olmayan gəlirlər də daxildir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8.20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heçbir bağlılığı yoxdur. Belə ki, 20.8-ci maddəyə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə görə, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı; çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən. Qanunun 20.9-cı maddəsinə münasibətdə isə, daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş "prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə "prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir; pensiyada olanişçilər isə pulsuz, tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, qanunun 21.4-cü maddəsinə münasibətdə isə daha bir halı qeyd etmək zəruridir. Məlum olduğu kimi NK-nın 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildirlər; əgər prokurorluq işçisi bu məbləği almayıbsa, həmin maddələrə istinad edilə bilməz. İddiaçının Baş Prokurorluq tərəfindən verilmiş 21.06.2019-cu il tarixli, 171459 nömrəli maddi yardımlar haqqında arayışa istinadı yersizdir. Belə ki, arayışda 2006-2018-ci illər ərzində verilmiş maddi yardımların siyahısı və məbləği öz əksini tapıb. Məsələ ondadır ki, 2006- 2019-cu illərdə bu maddi yardımları almış şəxslərin iddiaçı ilə heç bir əlaqəsi yoxdur; yəni 2004-cü ildən pensiyada olan iddiaçının məlum maddi yardımları almadığı mübahisəsizdir. Almadığı maddi yardıma görə pensiyanın yenidən hesablanmalı olması barədə tələbin tamamilə əsassız olduğu da ortadadır. Fərz edək ki, əlavələr diqqətə alınmalıdır; bu ehtimalda belə, həmin əlavələrin 2006- ci ildən yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin İdarənin üzərinə qoyulması açıq maddi hüquq pozuntusudur. Əvvəla, yuxarıda qeyd edildiyi kimi məlum dəyişiklik 20 oktyabr 2009-cu il tarixli Qanunla edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının prokurorluğunun işçilərinə pensiya təyin edilməsi 2007-ci il 01 yanvar tarixdən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu tarixədək pensiya təyin etmək hüququ İdarədə olmayıb. ikincisi, bu ehtimalda, ƏPQ-nin 37.7-ci maddəsinin açıq tələbi pozulmuş olar. Həmin maddəyə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Üçüncüsü, ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni" qadağan edir. Qeyd olunanlara əsasən İddiaçı İdarəyə qarşı pensiyanın yenidən hesablanaraq aradakı fərqin birdəfəlik ödənilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili- Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Xüsusi Şərtlərlə Təyinat idarəsinin nümayəndəsi və vəkili X2 məhkəməyə təqdim olunmuş iddiaya dair etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddiaçının iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.1952-ci ildə Naxçıvan MR, Şərur rayonu, Diyadin kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (Yasamal RPİ tərəfindən verilmiş 20.05.2009-cu il tarixli AZE № 0******* №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət səsiqəsi). İddiaçı 1979-cu ildən 2004-cü ilədək prokurorluq orqanlarında işləmişdir (01 iyun 1970-ci il tarixli Əmək Kitabçasından görünür ki). İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşıəmək pensiyasının əlavə artımlarla birlikdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə “Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli Qanunun qüvvəyə mindiyi tarixdən, yəni 19 noyabr 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilərək, İddiaçı əmək pensiyasının əlavə artımlarla birlikdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli Qanununun qüvvəyə mindiyi tarixdən, yəni 19 noyabr 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə həvaləedilməsi qərara alınmışdır (1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3213/201№ li 20.07.2016-cı il tarixli qərarı). İddiaçının hazırki tələblə 22 may 2019-cu il tarixdə inzibati orqana etdiyi müaciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmətillərinə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci, 20.1.5ci və 20.1.5-1-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. Həmin Qanunun 20.8-ci və 20.8.3-cü maddələrinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqına sonrakı artımlar da nəzərə alınmaqla prokurorluq orqanlarında 10 ildən artıq qulluq etmiş işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1–20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddələrə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərintutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, buartımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidənhesablanır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 24.06.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.14-cü bəndinə əsasən əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək, 3.1.20-ci bəndinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normatov hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının prokurorluğunun işçilərinə pensiya təyin edilməsi 2007-ci il 01 yanvar tarixdən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Göründüyü kimi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 20 oktyabr 2009-cu il tarixli Qanunu 19 noyabr 2009-cu il tarixdən qüvvəyə minmişdir ki, Qanunun müddəaları şamil olunmaqla həmin tarixdəndə İddiaçı əmək pensiyasının əlavə artımlarla birlikdə yenidən hesablanaraq ödənilməsinin Dövlət Sosial Müdafiə Fonduna (müvafiq şöbəsinə) həvalə edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar