Məhkəmə qərarları › İş №2-1(112)-2270/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2270/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2270/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işləyir),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq, 57 yaşının tamam olduğu 01 iyul 2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edildikdən bu günədək ödənilməmiş pensiyanın bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.1977ci ildən “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunda (hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu) müxtəlif peşə və vəzifələrdə işləmişdir. Artıq 43 ildir ki, fasiləsiz olaraq həmin müəssisədə çalışır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək usta və baş usta vəzifəsində 26 il 2 ay 11 gün işləmişdir. xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək takelajçı kimi 4 il 1 ay 19 gün işləmiş, xx.xx.2017-ci ildən bu vaxta kimi 4 il 4 ay 22 gün usta vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının usta, baş usta vəzifəsində və takelaşçı işində iş stajı 30 il 7 ay təşkil edir. Güzəştli iş stajı üçün cəmi 12 il 6 ay tələb olunduğu halda, onun güzəştli iş stajı tələb olunan stajı 18 il 1 aydan artıqdır. Bununla əlaqədar olaraq iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.Odur ki, iddiaçı məhkəməyə hazırki iddia ilə müraciət etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazını təqdim etmiş və etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşənin, vəzifənin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. İddiaçının mərkəzi filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.1977-xx.xx.2014-cü il tarixləri əsasındakı dövr ərzində “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunda, xx.xx.2014-cü ildən bu günədək isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi usta və baş usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 1 ay 19 gün) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2 inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahis etmişdir. Cavabdehin nümayəndəsi X3 cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı ildə doğulmuşdur. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978-ci illərdə “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunda yanacaq aparatları sahəsində yardımçı fəhlə işində,həmin müəssisədə (hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu) xx.xx.1978-xx.xx.1978-ci illərdə yanacaq aparatları sahəsində yayçı şagirdi işləmişdir, xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet Ordusunda xidmət etmişdir, xx.xx.1981-xx.xx.1986-cı illərdə yanacaq aparatları sahəsində yayçı, xx.xx.1986xx.xx.1986-cı illərdə müvəqqəti baş mühəndisin təhlükəsizlik texnikası üzrə müavini vəzifəsində, xx.xx.1986-xx.xx.1986-cı illərdə yanacaq aparatları sahəsində yayçı, xx.xx.1986-xx.xx.1987-ci illərdə həmin sahədə usta, xx.xx.1987-xx.xx.1989-cu illərdə yanacaq aparatları sahəsində usta, xx.xx.1989-xx.xx.1990-cı illərdə mexaniki sexdə yanacaq aparatları sahəsində usta, xx.xx.1990-xx.xx.1995-ci illərdə həmin sahədə böyük usta, xx.xx.1995-xx.xx.2001-ci ilərdə həmin sahədə 12-ci dərəcəli böyük usta, xx.xx.2001xx.xx.2003-cü illərdə çilingərlər sahəsində 12-ci dərəcəli usta, xx.xx.2003-xx.xx.2012-ci illərdə həmin sahədə müvəqqəti baş usta, xx.xx.2012-xx.xx.2013-cü illərdə həmin sahədə gəmi takelajçısı, xx.xx.2013-xx.xx.2014-cü illərdə takelaj sexində takelajçı, xx.xx.2014xx.xx.2017-ci illərdə mexaniki təmir sexində takelajçı,xx.xx.2017-xx.xx.2019-cu illərdə və hazırda da mexaniki təmir bölməsində usta vəzifəsində işləyir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2020-ci ildə verilmiş arayışında göstərilmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun mexaniki təmir bölməsinin takelaj sahəsində usta işində işləyir. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunun yanacaq aparatları sahəsində 2-ci dərəcəli köməkçi fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək orada yanacaq aparatları sahəsində yayçı şagirdi, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək həmin yerdə 3-cü dərəcəli yayçı, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər orada müvəqqəti olaraq baş mühəndisin müavini, xx.xx.1986cı ildən xx.xx.1986-cı ilə qədər orada yanacaq aparatları sahəsində 3-cü dərəcəli yayçı, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək orada yanacaq aparatları sahəsində müvəqqəti birinci qrup usta, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə qədər yanacaq aparatları sahəsində daimi usta, xx.xx.1989-cu ildən xx.xx.1990-cu ilədək orada mexaniki sexdə yanacaq aparatları sahəsində birinci qrup usta, xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə qədər orada mexaniki sexdə baş usta, xx.xx.1995-ci ildən xx.xx.2001-ci orada mexaniki sexdə yanacaq aparatları sahəsində 12-ci dərəcəli baş usta, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək cilingər sahəsində birinci qrup 12-cı dərəcəli usta, xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək həmin sahədə müvəqqəti baş usta, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək həmin sahədə 5-ci dərəcəli gəmi takelajçısı işində, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək takelaj sexində 5-ci dərəcəli takelajçı işində, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək mexaniki təmir sexində 5-ci dərəcəli takelajçı, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək mexaniki təmir bölməsində 13-cü dərəcəli usta vəzifəsində, xx.xx.2019-cu ildən həmin bölmədə 14cü dərəcəli usta vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 12 nömrəli Qərarının 11.6a bəndinə əsasən çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər və 11b bəndinə əsasən sahə ustaları və böyük ustalar güzəştli pensiya almaq hüququna malikdirlər. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajının 12 il 6 aydan az olması (4 il 1 ay 19 gün olması) əsası ilə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, 01 iyul 2017-ci ildə 57 yaşı tamam olmuşdur, 30 ildən çox ümumi iş stajı vardır, 2006-cı ilin 1 yanvar tarixinə əmək stajı 25 ildən çoxdur, iddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 12 il 6 aydan artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə - gəmi təmiri istehsalat sahəsində usta, baş usta, takelajçı işlədiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.Odur ki, iddiaçı hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 11-ci metal emalı bölməsində 11.6-cı qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri yarımbölməsində çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçılarının və bütün adlarda çilingərlərin həqiqətən də güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olması nəzərdə tutulur və iddiaçı da gəmi takelajçısı kimi 4 il 1 ay 20 gün (xx.xx.2012-xx.xx.2017-ci il dövrü) əmək stajına malikdir. İddiaçının “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” istehsalatında usta və baş usta peşələrində iş stajı 20 ildən çox olsa da həmin peşələrdə iş stajı ona güzəştli şərtlərlə pensiya almaq hüququ vermir. Belə ki, yuxarıda qeyd edilən 11-ci metal emalı bölməsində 11.6-cı yarımbölmədə həqiqətən də göstərilmişdir ki, qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri istehsalat sahəsində qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər, lakin iddiaçının əmək kitabçasına əsasən iddiaçı qazanxana işləri ilə məşğul olan usta işində işləməmişdir, o, yanacaq aparatları sahəsində və mexaniki sexdə, mexaniki təmir bölməsində usta, böyük usta işləmişdir, həmin sexlərdə usta və böyük usta peşələri isə qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə pensiya hüququ vermir. Beləliklə iddiaçının əmək kitabçası və işin digər faktiki halları ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə qanunvericiliklə tələb olunan müddətdə əmək stajına malik olması təsdiq olunmur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı 57 yaşının tamam olduğu 01 iyul 2017-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edildikdən bu günədək ödənilməmiş pensiyanın bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33,34, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı 57 yaşının tamam olduğu 01 iyul 2017-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edildikdən bu günədək ödənilməmiş pensiyanın bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar