Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2318/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “dərman vasitələrinin və digər preparatların verilməsi” tələbinə dair iddiası üzrə Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “dərman vasitələrinin və digər preparatların verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin qərarına əsasən 3 saylı şəhər poliklinikasında qeydiyyatda olduğu müddətdə bütün təqdim edilməyən preparatların iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona 2017-ci ildən 2021-ci il oktyabr ayınadək təqdim edilməyən insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə şəkəri təyin etmək üçün vizual test, çubuqlar, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqlarının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2017-ci ildən 1-ci qrup diabet xəstəsidir, 2017ci ildən 2021-ci ilədək 3 saylı şəhər poliklinikasında qeydiyyatda olmuşdur. Nazirlər Kabinetin 87-ci qərarına əsasən dövlət tərəfindən diabet xəstələrinə pulsuz olaraq aşağıda qeyd etdiyi preparatlar təqdim edilir: insulin şpiris qələmlər üçün ucluq-gündə 2 ədəd hər 5 gündən bir olmaqla illik 144 ədəd, qanda şəkəri təyin etmək üçün vizual test-çubuqları (1 qutuda 50 ədəd) ayda 1 qutu, sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqları (1 qutuda 50 ədəd) 3 aya 1 qutu, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 ədəd) 3 aya 1 qutu. Buna baxmayaraq onlardan heç birini almamış, nəticədə səhhətinə ziyan vurulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin 18-1-1-1/2-296/2023 saylı xx.xx.2023-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 nömrəli Şəhər Poliklinikasının endokrinolojı kabinetinin dispanser qeydiyyatında olub. Qeydiyyatda olduğu müddətdə mütəmadi olaraq hər ay 3 - 4 ədəd, xx.xx.2019-cu ildər sonra hər ay 5 ədəd İnsulin şpris-qələmlər (təhcizata əsasən Novorapid, Lantus, Humaloq Glargin), xx.xx.2021-ci il tarixdə ”U - Right TD 4267" qlükometr, xx.xx.2021-ci ildə "U - Right TC 4267" qlükometrinə uyğun 25 ədəd tset striplə təmin olunub. Vətəndaşın qeyd etdiyi vasitələr: İnsulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyir etmək üçün vizual testçubuqlar, sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar və sidikdə asetonu təyin etmək üçün vizual test çubuqları ilə poliklinika heç vaxt təmin olunmadığındar adları qeyd olunan vasitələr qeydiyyatda olan heç bir vətəndaşa verilməyib. İddiaçı 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olduğu müddətdə aldıgı preparatların siyahısı məktuba əlavə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ: 3.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci bəndinə əsasən şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik hesab edilir. Həmin Qanunun 7.2-ci bəndinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 9-cu bəndinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarının 01 nömrəli əlavəsində Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı göstərilmişdir.
İNSULİN VƏ DİGƏR ŞƏKƏRSALİCİ DƏRMAN PREPARATLARİ, İNYEKSİYA VASİTƏLƏRİ, ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ İnsulin (50% qısa illik 14400 vahid tələb olunmur illik 14400 vahid və 50% uzun müddət təsir edən) Şəkərsalıcı həblər: Sulfanilamidlər 70% tələb olunmur gündə 2 həb gündə 2 həb hesabı ilə ildə 720 hesabı ilə ildə Biquanidlər 20% həb 720 həb Tiozolidindionlar 2% Qeyri sulfanilamid sekretoqoqlar 2% a-qlükozidazanın ingibitorları 1% kombinəolunmuş preparatlar 5% gündə 2 ədəd hər 5 Birdəfəlik insulin şprisi gündən bir olmaqla, tələb olunmur gündə 2 ədəd və ya insulin şpris- illik 144 ədəd hər 5 qələmləri üçün ucluq gündən bir olmaqla, illik 144 ədəd ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ Qanda şəkəri təyin ayda 1 qutu 2 aya bir qutu ayda 1 qutu etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) Sidikdə şəkəri təyin 3 aya 1 qutu 3 aya 1 qutu 3 aya 1 qutu etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) Sidikdə asetonu təyin 3 aya 1 qutu tələb olunmur ildə 1 qutu etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) 02 nömrəli əlavədə Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı qaydası qeyd edilmişdir.
1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicəprofilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alınırlar.
2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır. 3. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır. 4. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır. 5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicəprofilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 2005-ci il tarixli 101 nömrəli qərarına əsasən dövlət proqramının məqsəd və vəzifələrindən biri kimi şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi göstərilmişdir. Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: 8.1. 2022-ci il dekabrın 31-dək: 8.1.2. dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin etsin. Göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 nömrəli Şəhər Poliklinikasının endokrinolojı kabinetinin dispanser qeydiyyatında olub. Qeydiyyatda olduğu müddətdə İnsulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar, sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar və sidikdə asetonu təyin etmək üçün vizual test çubuqları ilə qeydiyyatda oldugu poliklinika heç vaxt təmin olunmadığından adları qeyd olunan vasitələr iddiaçıya verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2017-ci ildən 2021-ci il oktyabr ayınadək təqdim edilməyən insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqlar, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı 2017-ci ildən 2021-ci il oktyabr ayınadək təqdim edilməyən insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqlar, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva