Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-25/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı Rəhimova (İmanova) Arzu Əsədulla qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.2000-ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Rəhimova (İmanova) Arzu Əsədulla qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.2000-ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Qaradağ rayonun ərazisində torpaq sahəsi ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olduğu Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 26.11.2009-cu ildə təsdiq olunmuş xəritə ilə təsdiq olunur. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan yuxarıda qeyd edilən sənaye təyinatlı torpaq sahəsinin 30,1 ha hissəsinin SOCAR-ın təsisçiliyi ilə yaradılmış Neftçi MTK-nın daimi istifadəsinə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 06.05.2011-ci il tarixində 213 nömrəli sərəncam imzalanmışdır. Qeyd edilən sərəncamın birinci hissəsinin a) bəndinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi - 30,1 ha Socar-ın təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmışdır. Həmin sərəncamın 1.1-ci hissəsinə əsasən, sözügedən sərəncam, sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi müəyyən edilmişdir. Bundan sonra, AR Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s nömrəli sərəncamı ilə SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİnin istifadəsində olan torpaq sahəsinin 30, ha hissəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06.05.2011-ci il tarixli 213 nömrəli sərəncamından, eləcə də Azərbaycan Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s nömrəli sərəncamından aydın olur ki, qeyd olunan torpaq sahəsi SOCAR-ın təsisçiliyi ilə yaradılmış "xxxx" MTKnın daimi istifadəsinə ayrılmamışdan öncə SOCAR-ın “Azneft“ İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid idi. Lakin, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə yuxarıda qeyd edilən 30,1 ha torpaq sahəsindən vətəndaş Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bu səbəbdən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 nömrəli Sərəncamı SOCAR-ın qanunvericiliklə müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozduğundan, həmin sərəncamın etibarsızlığı tanınmalıdır. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı SOCAR-ın 16.12.2014-cü il tarixli ARDNŞ/14-1000/22/HMM-0500075 nömrəli sorğusu əsasında rəsmi qaydada 18.12.2014-cü il tarixində təqdim edilmiş, buna görə də sərəncamın SOCAR-a təqdim olunma tarixi həmin vaxtdan hesablanmalıdır. Vətəndaş Rəhimova (İmanova) Arzu Əsədulla qızına ayrılmış 600,0 kv.m torpaq sahəsi SOCAR-ın sahiblik və istifadə hüquqlarını pozmaqla ayrıldığı üçün qanunsuzdur və aşağıdakı əsaslara görə etibarsızlığı tanınmalıdır. Birincisi ona görə ki, qeyd edilən torpaq sahəsi vətəndaş A.Rəhimovaya ayrılarkən həmin torpaq sahəsinin ümumiyyətlə hələ kateqoriyası dəyişdirilməmişdir. Nazirlər Kabinetinin yuxarıda göstərilən sərəncamından göründüyü kimi həmin torpaq sahəsinin kateqoriyası yalnız 19 yanvar 2012-ci il tarixində dəyişdirilmişdir. Məlum olduğu kimi AR Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddəsinin 30-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş AR Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 saylı 04.08.1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, AR Nazirlər Kabineti həyata keçirir. İkincisi ona görə ki, həmin torpaq sahəsinə dair Qaradağ rayon İcra Hakimiyyətinin 14 sentyabr 2000ci il tarixli 892 saylı Sərəncamı SOCAR-ın qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh və üçüncü şəxsə göndərilmiş, onlara iddiaya dair öz münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə bildirmələri təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin və üçüncü şəxsin lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə məxsus torpaq sahələrinin sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında” 213 saylı 06.05.2011-ci il tarixli Sərəncamından görünür ki: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2011-ci il tarixli, 17/1235-2p saylı tapşırığını və Dövlət Neft Şirkətinin 21.02.2011-ci il tarixli 22/MQ-245 saylı müraciətini nəzərə alaraq, aşağıda adları qeyd olunan ünvanlarda yaşayış binalarının tikintisi üçün torpaq sahəsi Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə verilsin: a) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi - 30,1 ha; (...). 1.1. Bu sərəncam sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minir. Sərəncama ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 30,0 ha torpaq sahəsinin yerləşmə xəritəsi əlavə edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s saylı sərəncamından görünür ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən: İddiaçı daimi istifadəsindəki 106.41 ha sənaye təyinatlı torpaq sahəsinin (o cümlədən, Bakı şəhərinin Qaradag rayonunun Lökbatan qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha...) neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədi ilə kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə İddiaçı Bakı və Şirvan şəhər, Abşeron, İmişli, Salyan və Siyəzən rayon icra hakimiyyətləri, Azərbaycon Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14.09.2000ci il tarixli 892 №-li Sərəncamından görünür ki, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 16b, mənzil 26-da yaşayan X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. - Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-09/2017-ci il tarixli 14.02.2017-ci il tarixli qətnaməsindən görünür ki, Dövlət Neft Şirkətinin əməkdaşlarına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.57969 ha torpaq sahəsində X4 apardığı tikinti və qurşadırma işlərinə maneə törədiləcək hər hansı hərəkət qadağan olunmuşdur. Həmin torpaq sahəsindən X1 və istifadəsinə yaradılan hər hansı məhdudiyyətinin törədilməməsi vəzifəsi İddiaçınə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli 2(103)6505/2017-ci il tarixli qərardadından görünür ki, cavabdeh Dövlət Neft Şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 09/2017-ci il tarixli 14.02.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 06.05.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilməsi haqqında” 23.09.2011-ci il tarixli 447 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18.07.2011-ci il tarixli, 17-9/75 saylı müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin 06.05.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilərək “30.1” ifadəsinin “21.2 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.12.2017-ci il tarixli qərardadında qoyulmuş suallar üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 06.08.2018-ci il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, naturada müəyyən edilmiş mübahisələndirilən torpaq sahəsinin koordinatları İddiaçı Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsinin hüdüdları daxilində yerləşir. -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 11.11.2020-ci il tarixli SOCAR**********30480092X00016 saylı məktubu ilə bildirilmişdir ki, iş materiallarında olan ekspert rəyindən və təqdim olunmuş müvafiq sənədlərdən göründüyü kimi, UTM WGS 84 koordinat sistemində X Y 393371,1955 4464429,2810 393386,1822 4464430,5643 393388,2880 4464390,6936 393372,8790 4464389,1654 koordinatlarda olan Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 14.09.2000-ci il tarixli 892 nömrəli sərəncamı ilə üçüncü şəxs Rəhimova (imanova) Arzu Əsədulla qızına ayrılmış torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsində olmuş (xəritə əlavə olunur) və daha sonra həmin torpaq sahəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9 a nömrəli və Bakı şəhər icra Hakimiyyəti Başçısının 06.05.2011-ci il tarixli 213 nömrəli sərəncamları (surəti əlavə olunur) ilə kateqoriyası dəyişdirilərək, yaşayış binalarının tikintisi üçün "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-23/2020 saylı, 25.02.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.08.2021-ci il tarixli, 10/2291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki, 1. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 29 aprel 2021-ci il tarixli 40 saylı məktubu ilə göndərilmiş mütəxəssis Davud Sultanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması baədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı sərəncamı qəbul edilərkən, həmin torpaq sahəsi İddiaçı istifadəsində olan torpaq sahəsinə daxil olmaması istisna edilmir. 2. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdüdları daxilinə düşür. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə məxsus torpaq sahələrinin sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında” 213 saylı 06.05.2011-ci il tarixli Sərəncamının qəbul edilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 22/MQ-245 saylı 21.02.2011-ci il tarixli məktubu ilə bildirilmişdir: “Məlum olduğu kimi İddiaçı Azərbaycan Respublikasının Baş nazirinə müraciət edərək daimi istifadəsində olan müvafiq torpaq sahələrinin təyinatının dəyişdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş nazirinin 10 fevral 2011-ci il tarixli 17/609-25 nömrəli dərkənarına uyğun olaraq, aidiyyəti icra hakimiyyəti orqanlarına, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsinə dair müvafiq sərəncamların və həmin sahələrin xəritəsinin ARDNŞ-yə təqdim edilməsi haqqında göstəriş verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cizgiləri bu məktuba əlavədə verilmiş torpaq sahələrinin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nin daimi istifadəsinə ayrılması haqqında sərəncam verməyinizi xahiş edirəm”. İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı;
3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı;
4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı;
5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin mübahisələndirilən sərəncamı ilə səlahiyyətli olmadıgı halda iddiaçının istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi də hazırda iddiçının təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsinin hüdüdları daxilinə düşür. Yəni iddiaçının maragı intensivdir, iddiaçı iddia ilə geniş mənada mənfəət güdür, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaradır (neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi). Göründüyü kimi iddia tələbi üçüncü şəxsə torpaq sahəsinin verilməsinə dair cavabdehin sərəncamının etibarsızlığının tanınması barədə olan iddiadır və qanunun qeyd edilən müddəalarına əsasən iddianın mümkün sayılmaması üçün əsaslar yoxdur. İddia tələbinin hüquqi əsasını təşkil edən “İnzibati icraat haqqında” Qanunun 65-ci müddəsində inzibati aktın etibarsız sayılmasının əsasları konkret olaraq müəyyən edilmişdir. Etibarsız sayılmalı olan aktlara aid edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Baxılan iş üzrə bu cür əsaslar müəyyən olunur. Belə ki, sərəncamın veridiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: 4.1 Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 5.2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: (...) torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi. 9.1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 9.3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10.1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. 45.1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 45.2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. 45.3 Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 46.1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: (...) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 57.2. Faydalı qazıntıların hasilatı üçün tikinti işlərinə torpaq sahələrinin ayrılması yerin təki haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. 57.5. Sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur. 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 4 avqust 1999-cu il tarixli № 176 saylı Fərmanına əsasən: 2.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 4-cü maddəsinin 5-ci bəndinin dördüncü abzasında, 6-cı maddəsinin dördüncü, yeddinci – onuncu abzaslarında, 9-cu maddəsinin 3-cü bəndində, 12-ci maddəsinin 5-ci bəndində, 16-cı maddəsinin 8-ci bəndində, 22-ci maddəsinin 5-ci bəndində, 213-cü maddəsinin 8-ci bəndində, 36-cı maddəsinin 2-ci bəndində, 37-ci maddəsində, 40-cı maddəsinin 2-ci bəndində , 71-ci maddəsinin 1-ci bəndinin birinci (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) və üçüncü (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) abzaslarında və 2-ci bəndində, 40-cı maddəsinin 2-ci bəndində, 47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində, 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə), 95-ci maddəsinin 3-cü bəndində, 98-ci maddəsinin 4cü bəndinin birinci abzasında, 102-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərman ilə həmin Məcəllənin 6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında, 38-ci maddəsində, 45-ci maddəsinin 1-ci bəndində, 4-cü bəndinin birinci cümləsində (birinci halda), 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir (15.02.2016-cı il tarixədək qüvvədə olan redaksiyada). İşin araşdırılan faktiki hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə məxsus torpaq sahələrinin sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında” 213 saylı 06.05.2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2011-ci il tarixli, 17/1235-2p saylı tapşırığını və Dövlət Neft Şirkətinin 21.02.2011-ci il tarixli 22/MQ-245 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimai və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə verilmiş, sərəncamda sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. Sərəncama ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 30,0 ha torpaq sahəsinin yerləşmə xəritəsi əlavə edilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 23.09.2011-ci il tarixli 447 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18.07.2011-ci il tarixli, 17-9/75 saylı müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin 06.05.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilərək “30.1” ifadəsinin “21.2 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s saylı sərəncamı ilə İddiaçı daimi istifadəsindəki 106.41 ha sənaye təyinatlı torpaq sahəsinin (o cümlədən, Bakı şəhərinin Qaradag rayonunun Lökbatan qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha...) neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədi ilə kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə İddiaçı müvafiq orqanlarla razılaşdırılmış təklifi qəbul edilmiş, sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, "xxxx" MTKnın daimi istifadəsinə verilməsindən öncə SOCAR-ın “Azneft“ İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14.09.2000-ci il tarixli 892 saylı sərəncamı ilə iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə ilkin olaraq onu qeyd etməyi zəruri hesab edir ki, sərəncamla ayrılan mübahisəli torpaq sahəsinin əvvəllər dövlətin mülkiyyətində saxlanılan sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Bununla bağlı olaraq məhkəmə tərəfindən torpaqşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdüdları daxilinə düşür. Göründüyü kimi SOCAR-ın “Azneft“ İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən təyinatı dəyişdirilmədən cavabdehin sərəncamı ilə iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Məhkəməsi bu rəyi işdə olan digər sübutlar əsasında təhlil edərək rəyin 1-ci bəndi ilə razılaşmır və nəticəni onunla əsaslandırır ki, ekspert rəyinin 1-ci bəndində mütəxəssis rəyinə əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması baədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı sərəncamı qəbul edilərkən, həmin torpaq sahəsinin İddiaçı istifadəsində olan torpaq sahəsinə daxil olmaması istisna edilməməsi göstərilir. Halbuki ekspert rəyinin 2-ci bəndində istinad edilən hüquq müəyyənedici sənədlərə əsasən mübahisəli torpaq sahəsinin hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdüdları daxilinə düşdüyü qeyd edildiyi halda, ekspert tərəfindən əsaslandırma aparmadan, mütəxəssis rəyində qeyd olunmuş müddəaları birə-bir öz rəyində təkrarlaması, rəydə bu hal müəyyən edilərkən hansı baza məlumatlarından istifadə edildiyinin göstərilməməsi həmin rəyin obyektivliyini şübhə altına almağa əsas verir. Baxmayaraq ki, rəyin 2-ci bəndi iş üzrə iddiaçının və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.12.2017-ci il tarixli qərardadında qoyulmuş suallar üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 06.08.2018-ci il tarixli məktubla verilmiş mütəxəssis rəylərinə uygun oldugundan mötəbər sübut kimi qəbul edilir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert və mütəxəssis rəylərini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət edərək ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh sərəncam verərkən səlahiyyəti olmadıgı halda iddiaçının istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən təyinatı dəyişdirilmədən iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmışdır. Göründüyü kimi cavabdeh orqan sərəncam verərkən ilk növbədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 4 avqust 1999-cu il tarixli № 176 saylı Fərmanına və tənzimlədiyi məsələləri nizamlayan qanunvericilik normalarının tələblərinə zidd olaraq səlahiyyəti aşmaqla verildiyindən etibarsız inzibati akt sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.2000-ci il tarixli, 892 nömrəli sərəncamı etibarsız akt hesab edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.08.2021-ci il tarixli, 10/2291 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.2000-ci il tarixli, 892 nömrəli sərəncamı etibarsız inzibati akt hesab edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA