Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2541/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs “xxxx” Mənzil-Tikinti Kooperativi işə cəlb edilməklə kompensasiya öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs “xxxx” Mənzil-Tikinti Kooperativi işə cəlb edilməklə kompensasiya öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, İddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada (elektron məhkəmə sistemi və poçt rabitəsi vasitəsi ilə) məlumatlandırılaraq, elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsində göstərilmiş mobil nömrəyə göndərilmiş “sms bildiriş” iddiaçıya çatdırılmış, lakin, poçt rabitəsi vasitəsilə göndərilmiş məhkəmə bildirişləri “imtina edilib” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı göndərilmiş məhkəmə bildirişləri rəsmi qaydada ona verilmiş hesab edilməsinə baxmayaraq, o, məhkəmə bildirişlərini qəbul etməkdən imtina edərək məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X2yeva
Məhkəmə qərarları › İş №2-1(112)-2541/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2541/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver