Məhkəmə qərarları › İş №2-1(112)-2605/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2605/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2605/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 9.065,92 (doqquz min altmış beş manat doxsan iki qəpik) manat, xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.469,43 (səkkiz min dörd yüz altmış doqquz manat qırx üç qəpik) manat, ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 877,78 (səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat, xx.xx.2021-ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.018,32 (iki min on səkkiz manat otuz iki qəpik) manat, xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1.068,35 (min altmış səkkiz manat otuz beş qəpik) manat, xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 5.255,36 (beş min iki yüz əlli beş manat otuz altı qəpik) manat və xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.454,15 (səkkiz min dörd yüz əlli dörd manat on beş qəpik) manat, ümumilikdə 37.581,46 (otuz yeddi min beş yüz səksən bir manat qırx altı qəpik) manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X1 Ticaret ve Senaye Limited Şirketi” ilə bağladığı fason üretim müqaviləsinə əsasən Azərbaycana “qida əlavəsi” idxal edir. Qida əlavələrinin idxal edilməsi zamanı aşağıdakı gömrük bəyannamələrinə əsasən İddiaçı MMC-dən artıq gömrük ödənişləri alınmışdır. 1) xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 9.132,92 ABŞ dolları olan məhsulun gömrük dəyəri 16.375,96 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 6.200,21 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 41.770,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 15.266,13 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 9.065,92 manat (15.266,13 manat-6.200,21 manat = 9.065,92 manat) artıq gömrük ödənişi etmişdir. 2) xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 8.610,10 ABŞ dolları olan məhsulun gömrük dəyəri 14.892,17 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 5.635,11 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 38.516,90 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 14.104,54 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.469,43 manat (14.104,54 manat-5.635,11 manat = 8.469,43 manat) artıq gömrük ödənişi etmişdir. 3) xx.xx.2021-ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3000 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.355 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.088,73 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.714,60 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.966,51 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 877.78 manat (2.966,51 manat-2.088,73 manat = 877.78 manat) artıq gömrük ödənişi etmişdir. 4) xx.xx.2021-ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.498.70 ABŞ dolları olan məhsulun gömrük dəyəri 6.202,79 manat təşkil etdiyinə görə “Azerbaijan Pharma" MMC tərəfindən 2.391,40 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.459,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.409,72 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.018,32 manat (4.409,72 manat-2.391,40 manat = 2.018,32 manat) artıq gömrük ödənişi etmişdir. 5) xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 2.600 ABŞ dolları olan məhsulun gömrük dəyəri 4.675 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 1.845,97 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.568,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.914,32 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 1.068,35 manat (2.914,32 manat-1.845,97 manat = 1.068,35 manat) artıq gömrük ödənişi etmişdir. 6) xx.xx.2022-ci il tarixli, **********0107 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.036 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.586,20 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.171,27 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.735,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.543,42 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.372,15 manat (4.543,42 manat-2.171,27 manat = 2.372,15 manat) artıq gömrük ödənişi etmişdir. 7) xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 7048 ABŞ dolları olan məhsulun gömrük dəyəri 12.619,10 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 4.823,61 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 27.240,80 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 10.078,97 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 5.255,36 manat (10.078,97 manat-4.823,61 manat = 5.255,36 manat) artıq gömrük ödənişi etmişdir. 8) xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 13.724,28 ABŞ dolları olan məhsulun gömrük dəyəri 24.861,28 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 9.194,07 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 48.443,20 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17.648,22 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.454,15 manat (17.648,22 manat-9.194,07 manat = 8.454,15 manat) artıq gömrük ödənişi etmişdir. Qida əlavələrinin alınması ilə bağlı edilən ödənişlər rəsmi sənədlərlə təsdiq olunur. Həmin sənədlər gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı məhsulların gömrük dəyərini rəsmi sənədlərə əsasən deyil, öz mülahizəsinə uyğun şəkildə bəyannamədə göstərilməsini tələb etmiş, nəticədə yuxarıda qeyd edilən müvafiq gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin gömrük orqanına 9.065,92 manat, 8.469,43 manat, 877.78 manat, 2.018,32 manat, 1.068,35 manat, 2.372,15 manat, 5.255,36 manat və 8.454,15 manat artıq gömrük ödənişləri yaranmışdır. Ona görə də iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. Lakin həmin məktub Bakı Baş Gömrük İdarəsində qəbul edilməsinə baxmayaraq bu günədək cavablandırılmamışdır. Odur ki, iddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı Baş Gömrük İdarəsinə İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciətində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 9.065,92 (doqquz min altmış beş manat doxsan iki qəpik) manat; xx.xx.2021 -ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.469,43 (səkkiz min dörd yüz altmış doqquz manat qırx üç qəpik) manat; xx.xx.2021-ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 877.78 (səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat; xx.xx.2021ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.018,32 (iki min on səkkiz manat otuz iki qəpik) manat; xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1.068,35 (min altmış səkkiz manat otuz beş qəpik) manat; xx.xx.2022-ci il tarixli, **********0107 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.372,15 (iki min üç yüz yetmiş iki manat on beş qəpik) manat; xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 5.255,36 (beş min iki yüz əlli beş manat otuz altı qəpik) manat; xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.454,15 (səkkiz min dörd yüz əlli dörd manat on beş qəpik) manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.

4. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İddiaçı MMC ərizələrinizdə qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********8453, **********9717, **********9722, **********0114, **********0107, **********7313 və **********2046 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Qeyd edilmişdir ki, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malların statistik dəyəri ” Azerbaijan Pharma” MMC tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1 -ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1.mallar qüsurlu olduqda; 2.1.2.gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3.“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmçinin qeyd edilmişdir ki, iddiaçının ərizəsində bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizə əsaslandırılmamışdır.

5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin (dəftərxana vasitəsilə) təqdim etdiyi etiraz onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1 -ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İddiaçı iddia ərizəsində qeyd etdiyi gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd etməliyik ki, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Həmçinin, malın gömrük dəyərinin müəyyənləşdirilməsi qaydası da iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələri sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən tələb yuxarıda göstərilən əsaslara görə mümkün sayılmamalıdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 266.1-ci maddəsinə görə gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 267.1 -ci maddəsində göstərilir ki, məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1 mallar qüsurlu olduqda; 267.1.2 gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3 “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmçinin Gömrük Məcəlləsinin 266.1-ci maddəsində göstərilmiş müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalan”nın 2.1 -ci bəndində də göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslandırmamışdır. "Gömrük ödənişlərinin qaytarılması Qaydalan"nın 6.1-ci bəndinə əsasən Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Həmin “Qaydalar”ın 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Əlavə olaraq bir daha qeyd edilir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır.Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “X2 Qanun”un 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır.Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Təbii ki, bu əsaslar mövcud olmadığından artıq ödənilmiş məbləğdən də söhbət gedə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən iddia tələbinin mümkünlüyünün yoxlanılmasını, mümkün sayıldığı təqdirdə iddianın rədd edilməsi xahiş edilmişdir.

6. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli etiraza əlavədə bildirilmişdir ki, 2- 1(112)-12611 /2022 №-li iş üzrə aparılmış əlavə araşdırma zamanı iddiaçının gömrük orqanına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiqlənmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na 6.2-ci bəndinə uyğun müraciəti aşkar edilməmişdir. Əlavə olaraq bir daha qeyd edilmişdir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “X2 Qanun”un 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır.Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Təbii ki, bu əsaslar mövcud olmadığından artıq ödənilmiş məbləğdən də söhbət gedə bilməz.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12611/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12611/2022 nömrəli qərardadına əsasən "xxxx" MMC (VÖEN **********) İddiaçı MMC cavabdeh Bakı şəhəri Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Məhkəmənin hüquqi yardımına əsasən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 9.065,92 manat, xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.469,23 manat, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 877,78 manat, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.018,32 manat, xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş ödənilmiş 1.068,35 manat, xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.372,15 manat, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 5.255,36 manat və xx.xx.2022-ci il tarixli **********22046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.454,15 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması kimi dəqiqləşdirmişdir.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ərizənin məzmununa uyğun olaraq “artıq ödənilmiş gömrük ödənişlərinin "xxxx" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi.

13. Şifahi məhkəmə dinləmələrində tərəflər iştirak etməmişdir, iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı yazılı ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

17. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

18. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir və xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanlanmış məktub inzibati aktın qəbulundan imtinadır. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır.

İV. Məhkəmənin mövqeyi

19. İddiaçı MMC Türkiyədə fəaliyyət göstərən “X1 Ticaret ve Senaye Limited Şirketi” ilə bağladığı fason üretim müqaviləsinə əsasən Azərbaycana xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə idxal olunan qida əlavəsinin gömrük orqanlarında rəsmiləşdirilməsi zamanı 8 bəyannamə üzrə cəmi 37581,46 manat məbləğində artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə qərar və rəyin verilməsini tələb edir.

20. Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

21. “X2” Azərbaycan Respublikasının Qanunundan: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

22. Yeni məzmunda 12.4-cü maddə 27 dekabr 2022-ci il tarixli 775-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

23. “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “X2” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “X2” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

24. “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “X2” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “X2” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

25. Beləliklə, hazırda gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsindədir. Odur ki, məhkəmə qeyd edir ki, malların gömrük dəyərinin müəyyən edilməsi zamanı qüvvədə olan “X2” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır.

26. Cavabdeh qurumun əsas dəlili gömrük ödənişlərinin hesablanması zamanı səhvə yol verilməməsi ilə bağlıdır.

27. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların dair daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir.

28. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “X2” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır.

29. Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.).

30. Qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır.

31. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir.

32. Məhkəmə nəzərə alır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

33. Məhkəmə qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir.

34. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Odur ki, məhkəmə hesab edir ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli idi və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

35. Gömrük Məcəlləsindən: 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

36. İddiaçı malları (qida əlavələri) ölkəyə xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə idxal etmişdir.

37. Məhkəmə qeyd edir ki, qeyd edilən 1 (bir) illik müddət ödəyicinin pozulmuş hüquqlarının bəyanı üçün qanunvericiliklə müəyyən edilmişdir. İşin hallarından görünür ki, həmin münasibətlər davam edən xarakter daşımış və iddiaçı xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə idxal etdiyi 8 bəyannamə üzrə artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasını tələb etsə də, bununla bağlı müraciəti xx.xx.2022-ci ildə gömrük orqanına daxil olmuşdur. Qeyd edilən xx.xx.2022-ci il tarixi ilə bağlı və həmin müraciətdə ümumilikdə 8 bəyannamə üzrə artıq ödənilən vəsaitin geri qaytarılması tələbinə dair müraciətin məzmununa dair tərəflər arasında hər hansı mübahisə yoxdur. İddiaçı gömrük orqanına müraciətin sürətli poçt xidməti vasitəsilə təqdim olunduğunu bildirir və sürətli poçt xidmətinə müvafiq müraciətin xx.xx.2022-ci il tarixdə təqdim olunmasına qəbzi məhkəməyə təqdim etmişdir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş sənəd onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra çatdırılmış hesab olunduğundan (“İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsi) məhkəmə sürətli poçtla təqdim edilmiş müraciətin 26 gün sonra çatdırılmış olmasını ağlabatan hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə idxal edilmiş mallar üzrə artıq ödənilmiş hesab edilən gömrük ödənişinin geri qaytarılmasını tələb etmək hüququnu müddət ötdüyünə görə itirmişdir.

38. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə cəmi 7 bəyannamə ilə vahid müqavilə üzrə idxal olunan qida əlavələrinin sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********22046 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların (qida əlavələri) sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar