Məhkəmə qərarları › İş №2-1(112)-2623/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2623/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2623/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Orxan Mahmud Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “dövlət qulluğu üzrə test imtahanın nəticələrinin onun xeyrinə dəyişdirilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı Azərbaycan Respublikası X3 21.08.22-ci il keçirdiyi dövlət qulluğu üzrə test imtahanının iddiaçı barəsində nəticələrinin onun xeyrinə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 21.08.22-ci ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş Dövlət Qulluğunun "BB" kateqoriyasının "BB4" altkateqoriyası üzrə test imtahanında iştirak edərək 63 bal toplamışdır. 22 nömrəli qapalı tipli test tapşırığının tərtibində səhvə yol verilməsinin X3 Apellyasiya Komissiyası tərəfindən keçirilən ekspertiza nəticəsində aşkar edilməsi ilə əlaqədar həmin testin cavabının bütün namizədlərin xeyrinə sayılması səbəbindən topladığı ballar 64 olmuşdur. Test imtahanından uğurlu keçid balı 65 baldır. Namizədin 1 balı çatmır ki, o, növbəti mərhələyə keçsin. “A” variantı üzrə imtahan suallarını cavablandıran zaman: 1). 22 nömrəli qapalı tipli test tapşırığının sual (şərt) hissəsinin düzgün tərtib olunmadığını müəyyən etmişdir; 2). 27 və 50 nömrəli qapalı tipli test tapşırıqlarının etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) "D" cavabının olmasının yanlış olduğunu müəyyən etmişdir. İddiaçı 22 nömrəli qapalı tipli test tapşırığının yanlış tərtib olunduğunu X3 Apellyasiya Komissiyası iddiaçıya göndərdiyi məktubda bildirdiyi üçün həmin sual barədə hər-hansı mübahisə açmır. İddiaçı hesab edir ki, 27 və 50 nömrəli test tapşırıqlarının düzgün cavabları "D" cavabı olmamalıdır. İddiaçının fikrincə, 50-ci testdə düzgün cavab “A” cavabı olmalıdır. İddiaçı imtahan bitdikdən sonra müvafiq qanunvericiliyə baxaraq həqiqətən də həmin testlərin düzgün tərtib olunmadığını və düzgün cavab variantlarını seçdiyi halda həmin cavabların ümumi ballara hesablanmamasını müəyyən etmişdir. İddiaçının əlində sual kitabçası olmadığı üçün o, test suallarının cavab variantları barədə ətraflı mübahisə aça bilmir, lakin düzgün cavablar yazdığına tam əmindir. İddiaçı imtahanın nəticələrindən narazı qalaraq 25 avqust 2022-ci il tarixli şikayətlə X5 müraciət etmişdir. Müraciət zamanı DİM-in əməkdaşları iddiaçını (o cümlədən, digər şikayət edənləri) şikayətindən yayındırmağa və bununla heç bir nəticə əldə edə bilməyəcəyini söyləyərək ona əngəl yaratmağa çalışmışlar. İddiaçıya yazılan 07 sentyabr 2022-ci il tarixli məktubda şikayətə baxıldığı göstərilsə də, iddiaçının iştirakı təmin edilməmişdir. Məktubdan görünür ki, əslində iddiaçının şikayətinə baxılmamışdır. Ona görə ki, bütün şikayət edənlərə göndərilən eyni məzmunlu şablon cavab iddiaçıya da göndərilmişdir. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi test tapşırıqları (27 və 50-ci testlər) ilə əlaqədar hər hansı konkret cavab məktubda öz əksini tapmamışdır. Həmin sualların düzgün cavabları hesablandığı halda iddiaçının "BB" kateqoriyasının "BB4" altkateqoriyası üzrə imtahandan 66 bal toplayaraq sertifikat əldə etmək hüququ yaranır. Odur ki, iddiaçı onun barəsində Azərbaycan Respublikası X3 21.08.22-ci il keçirdiyi dövlət qulluğu üzrə test imtahanın nəticələrini və DİM-in 07 sentyabr 2022-ci il tarixli cavab məktubunu (qərarı) məhkəmə qaydasında mübahisələndirmək qərarına gəlmişdir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində siyasi ilə nəzərdə tutulmuş hüququnun - dövlətin idarə olunmasında iştirak etmək hüququnun və dövlət orqanlarında qulluq etmək imkanına malik olma hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikasının X5 göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Mərkəz tərəfindən 21 avqust 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”-nın 2.2-ci bəndinə əsasən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadar keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında 63 bal toplamış, yəni test imtahanından keçmək üçün müəyyən edilmiş minimum keçid balını - 65 balı toplaya bilmədiyi üçün test imtahanı mərhələsində müvəffəqiyyət əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2022-ci il tarixində BB vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 22 və 41 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayətinə komissiya tərəfindən baxılmış və Mərkəzin xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-2461 nömrəli məktubu ilə ona izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BB vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 22 və 41 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilmişdir. Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilmişdir. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunmuşdur. İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda isə heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməmişdir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilmişdir: BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyniməzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilmiş; BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilmişdir. Apellyasiya Komissiyasının qərarı ilə bağlı sözügedən imtahanda iştirak edən namizədlərə xx.xx.2022-ci il tarixində Mərkəzin rəsmi internet səhifəsi vasitəsilə müvafiq məlumat verilmişdir (https://dim.qov.az/news/9250/?sphrase id=1288872). İddiaçının xx.xx.2022-ci il tarixində BB vəzifə qrupu A variantı üzrə test imtahanında iştirak etməsi nəzərə alınmaqla, Apellyasiya Komissiyasının qərarına uyğun olaraq, apellyasiya şikayəti verdiyi 22 saylı test tapşırığı onun tərəfindən düzgün cavablandırılmış hesab edilmişdir. İddiaçının mübahisələndirdiyi digər test tapşırığında - 41 saylı test tapşırığında heç bir elmi-metodiki qüsur aşkar edilmədiyi və doğru cavab birmənalı olduğu üçün iddiaçının həmin test tapşırığı ilə bağlı apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı hazırda məhkəmə qaydasında mübahisələndirdiyi BB vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə edilən 27 və 50 saylı test tapşırıqlarının nəticələrindən narazılığı ilə bağlı Mərkəzdə yaradılmış Apellyasiya Komissiyasına müraciət etməmiş, həmin test tapşırıqları ilə bağlı iddiaçıya hər hansı rəsmi cavab verilməmişdir. İddiaçının sual kitabçalarının verilməməsi ilə əlaqədar olaraq, bəzi test tapşırıqlarını mübahisələndirə bilməməsi ilə bağlı nəzərə çatdırırılmışdır ki, Mərkəz test imtahanı materiallarından dəfələrlə istifadə etməklə həmin materialların hazırlanması üçün istifadə olunmuş resurslardan səmərəli və qənaətli istifadəni təmin edir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş materialların həmin imtahanlardan sonra yayılması isə bu materialların təkrar istifadəsini qeyri-mümkün edir. Qeyd edilən səbəblərə görə test imtahanı keçirildikdən sonra sual kitabçalarının imtahan iştirakçılarına verilməsi hazırda mümkün deyil. Qeyd edilənlərə əsasən İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırıqlarında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası X3 PHŞ/3-2-2022-2461 nömrəli xx.xx.2022-ci il tarixli iddiaçıya göndərilmiş imtina məktubunda qeyd edilmişdir ki, onun X5 dövlət qulluğuna qəbulun inzibati icraçı vəzifələrə (B növü) aid qruplar üzrə xx.xx.2022-ci il tarixdə keçirilən test imtahanının nəticələri ilə bağlı müraciətinə baxılmışdır. Bu imtahan ilə əlaqədar X4 yaradılan Apellyasiya Komissiyası tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib. Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub, imtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda isə heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib. Apellyasiya Komissiyasının qərarına əsasən namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib: BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib; BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib. - Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı etirazın qoşması olaraq İddiaçı xx.xx.2022-ci il tarixində inzibati icraçı vəzifələrin В növü, BB vəzifə qrupu, A variantı üzrə dövlət qulluğuna qəbul üzrə keçirilmiş imtahanın qapalı tipli 27 və 50-ci suallarına dair Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Ali təhsil üzrə sektorunun baş məsləhətçisi Emil Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən imtahanda istifadə edilmiş 27-ci qapalı tipli sual: "Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən doğru cavabı müəyyən edin: A) Əməliyyat-axtarış tədbirləri keçirilən hallarda şəxsin buna etirazı vardırsa, onun izlənilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sözügedən Qanunun 14-cü maddəsinə əsasən: “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi, A bəndində əməliyyat-axtarış tədbirləri keçirilən hallar, Qanunda isə bu tədbirlərin keçirilməsini istisna edən hallar nəzərdə tutulduğundan A bəndi səhv cavabdır. B) Qanunvericilikdə nəzərdə tutulmamış hallarda məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək qadağandır. Test tapşırığının В bəndi səhv cavab kimi götürülməli idi. Belə ki, Qanunun 14-cü maddəsinə əsasən “Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.” Göründüyü kimi məlumatın alınmasının açıq yaxud gizli olması bənddə öz əksini tapmamışdır. C) Qanunvericiliyə müvafiq olaraq toplanan heç bir məlumatın kənar şəxslər tərəfindən əldə edilməsinə yol verilmir. Bu bənd də səhv kimi götürülməli idi. Belə ki, 14-cü maddəyə əsasən qanunvericiliyə müvafiq surətdə toplanan bütün məlumatların deyil, məhz dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinə yol verilmədiyi öz əksini tapmışdır. D) Şəxslər haqqında məlumatın saxlanılmasına qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdə yol verilir Test tapşırığının bu bəndi doğru cavabdır. Qanunun tələbinə əsasən: “Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz” ifadəsi bilavasitə zəruri olan müddətdə yol verilir ifadəsi ilə eynilik təşkil edir. Başqa sözlə, şəxslər haqqında bu və ya digər məlumatın saxlanılması qanunla müəyyən edilmiş müddət çərçivəsində həyata keçirilməlidir. İmtahanda istifadə edilmiş 50-ci sual seçim tələb olunan qapalı tipli tapşırıqdır: Azərbaycan Respublikası Konstitusiyasına əsasən əmək hüququ və sosial təminat hüququ barədə doğru olanları müəyyən edin:

1. Məcburi əməyə heç bir halda yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən “Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək... hallarına yol verilir." Bu bənd səhvdir.

2. Əmək fərdi və ictimai rifahın əsasıdır və məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə yol verilir. Bu bənd doğrudur. Belə ki, sözügedən müddəa Konstitusiyanın müvafiq olaraq 35.1 və 35.V bəndlərində öz əksini tapmışıdır.

3. Fövqəladə vəziyyət və hərbi vəziyyət və digər xüsusi hüquqi rejimlərin tətbiqi zamanı şəxslərə tələb olunan işləri gördürmək hallarına yol verilir.

35. V bənddə “yalnız fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir” öz əksini tapmışdır. Bu bənddə iki aşkar səhv vardır. Belə ki, qanunda digər xüsusi hüquqi rejimlərin adı çəkilmir, yəni deyək ki, pandemiya şəraitində heç kəs məcburi əməyə cəlb edilə bilməz. 2-ci səhv isə şəxs və vətəndaşlar məsələsidir. Belə ki, şəxslər dedikdə yalnız Azərbaycan Respublikasının vətəndaşları deyil, eyni zamanda Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də nəzərdə tutulur. Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə heç bir halda məcburi əməyə cəlb edilməsinə yol verilmir. Yardıma möhtac olanlara kömək etmək və onların sosial təminatının qeydinə qalmaq dövlətin borcudur.

4. Bu bənd doğrudur. Belə ki, Konstitusiyanın 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Amma bu o demək deyil ki, dövlətin yardıma möhtac olanlara kömək etmək kimi bir vəzifəsi yoxdur. Dövlət hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna tam təminat verir. Yuxarıda sadalanan hüquqlardan da dövlətin vəzifəsi yaranmış olur. 5.Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Bu müddəa da Konstitusiyanın 38. İV bəndində bilavasitə öz əksini tapmışdır və doğrudur. A) 2,3,5 B) 1,3,4 C) 2,4,5 D) 1,2,4 Göründüyü kimi test tapşırığının düzgün cavabı C bəndidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək; 29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək; 29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək; 29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədrismetodik vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin” Nizamnaməsi:

2. Mərkəzin vəzifələri. 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. əsasən mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir; 2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir.

3. Mərkəzin hüquqları: 3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq; 3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək; 3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.25. diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 14.1. inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi dövlət qulluğuna namizəd qəbulu zamanı imtahan iştirakçılarının biliyinin qiymətləndirilməsi hüququ qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunvericinin bu zaman “qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada” ifadəsindən istifadə etməsi inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Əksinə, iş üzrə də müəyyən olunduğu kimi, iddiaçı xx.xx.2022-ci il tarixində dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanı ilə əlaqədar topladığı ballarla narazı olduğundan cavabdehin Apellyasiya Komissiyasına müraciət etmiş, iddiaçının mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmış, test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər-hansı bir qüsur aşkar edilmədiyi barədə ekspert rəyi verilmiş, bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı ona cavabdehin PHŞ/3-2-2022-2461 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, bu imtahan ilə əlaqədar X4 yaradılan Apellyasiya Komissiyası tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib. Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub, imtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda isə heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib. Apellyasiya Komissiyasının qərarına əsasən namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib: BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib; BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də məhkəmə hesab edir ki, test imtahanlarının sual bankı üzrə cavablarının ümumi qaydada (bütün iştirakçılara münasibətdə) məqbul qiymətləndirilməsi inzibati orqanın diskresion səlahiyyətindədir. Məhkəmə icraatında cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə qərar qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı Azərbaycan Respublikası X3 21.08.22-ci il keçirdiyi dövlət qulluğu üzrə test imtahanının iddiaçı barəsində nəticələrinin onun xeyrinə dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar