Məhkəmə qərarları › İş №2-1(112)-2636/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2636/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2636/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabında 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması barədə, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması barədə, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabının sığorta hissəsində toplanan kapitalı 72-yə bölmək üsulu ilə yenidən hesablanması barədə və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Fərdi hesabında 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması barədə, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması barədə, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabının sığorta hissəsində toplanan kapitalı 72-yə bölmək üsulu ilə yenidən hesablanması barədə və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhədliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2-1(81)-2237/2019 nömrəli 18.09.2019-cu il tarixli məhkəmə qərarı icra edilmiş və iddiaçının pensiyası 13.197,34 manat məbləğində kapitalı əsasında cəmi 44 manat artmışdır. İddiaçı aparılan hesablamanın səhv olduğunu hesab edir. Hərbi qulluqçu kimi işlədiyi üçün hərbi pensiya alır, pensiyaya çıxdıqdan sonra mülki işçi kimi işlədiyi üçün sosial sığorta kapitalı qazanmışdır, bunları iddiaçı 68 yaşına çatanadək əmək sərf edib qazanmışdır. İnzibati orqan onun əmək pensiyasını 01.01.2006 - 01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən yenidən hesablamışdır. Bu tamamilə yalnışdır, belə ki, iddiaçının iddiası 01.01.2006-cı il tarixdən 01.07.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində “toplanan” pensiya kapitalına əsasən yenidən hesablanmanı nəzərdə tutur, “qeydə alınan yox”. Əgər iddiada “qeydə alınan kapital” yazılsaydı cavabdeh orqan haqlı olardı. 01.01.2006-cı il tarixdən 01.07.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı sonradan indeksləşdirilmə nəticəsində toplanmanın davam etdiyini də təsdiq edir və həmçinin, vahid sosial reyestrdə məhz həmin illər göstərilməklə kapitalın toplanılmasının davam etdiyi aşkar görünür. Bundan başqa, vahid sosial reyestrdə iddiaçının 2012-ci ildəki gəlirləri və ödənilmiş sosial sığorta haqları qeyd olunmamışdır. Halbuki, iddiaçı 2012-ci ildə də işləmişdir. Həmçinin, fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital 144-ə bölünməklə hesablama aparılıb. Bu rəqəm inzibati orqanın cavab məktubunda istinad etdiyi 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanla təsbit olunan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını müəyyən edir. Həmin Fərmanla və ya həmin Fərmanda, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı əsas götürülməklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması qaydası müəyyən edilmir. 20 il ərzində pensiyaya çıxdıqdan sonra hesabında toplanan kapitaldan 50%-i idarəetmə xərclərinə tutulub, yerdə qalan məbləğin 50%-i isə fərdi hesabın sığorta hissəsində qeydə alınıb və toplanmaqda davam edib. 2017-ci ilin 01 iyul tarixinə sığorta hesabında 6.664,7 kapital olub. 2018, 2019, 2020-ci illərdə niyə indeksləşdirmə və 80% artım aparılmayıb?! Hazırda vahid sosial reyestrdə 2006-2017 dövr üzrə hesabında 13.197 manat kapital olduğu görünür. 2018, 2019, 2020-ci illər üzrə indeksləşdirmə aparılmayıb. Aşağıdakı cədvəldə yuxarıda qeyd etdiklərini görmək olar. İndeks əmsalı Ödənilmiş 50% İndeksləşdirmə Kapital - Ümumi faizlə hər il sosial sığorta idarəetmə Sığorta xərclərinə nəzərə Fərdi üzrə, artım haqları alınmaqla hesabı hesab tutulduqdan 2006 -8.3 410.84 sonra qalan 222.46986 205.42 222.5 445 2007 - 16.7 644.13 322.065 635.4721816 635.5 1271 2008 -20.8 787.95 393.975 1243.572195 1243.6 2487.2 2009 - 1.5 914.79 457.395 1726.481703 1726.5 3453 2010 -5.7 886.25 443.125 2293.274285 2293.3 4586.6 201 1 -7.9 858.10 429.05 2937.387904 2937.38 5874.8 2013 -1.1 1075.77 537.885 3513.500906 3513.6 7027.1 2014 -2.4 1072.53 536.265 4146.960288 4146.6 8294 2015 - 1.4 1064.14 532.07 4744.536712 4744.6 9489.1 2016 -4 1279.25 639.625 5599.52818 5599.6 11199.1 2017 -12.4 659.71 329.855 6664.626694 6664.7 13329.2 Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, şöbədən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia aşağıdakılara görə əsassız hesab edilir. İddiaçıya 8 yanvar 1997-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən etibarən cavabdeh tərəfindən ödənilir, iddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən cavabdehə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 570 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəsi - 141,60 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 913,60 manat təşkil etmişdir: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi olmaqla ümumilikdə təminat xərcliyinin (913,60 manat) 62 faizi - 566,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək 30.04.2020-ci il tarixinədək müvafiq kart hesabına köçürülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli 2-1(81 )- 2237/2019 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq, 01.07.2017-ci il tarixinədək toplanmış 6402,24 manat pensiya kapitalı yuxarıda göstərilən Fərmanın 2.11-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünməklə (6402,24:144 = 44,46) əmək pensiyasının (566,43 manat) üzərinə əlavə edilməklə (566,43 + 44,46 = 610,89 manat) hər ay müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, pensiyanın hesablanmasında heç bir yanlışlığa yol verilməmişdir. Sonda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 13.10.2020-ci il tarixli **********6 saylı məktubu ilə bildirilmişdir ki, “sizə 8 yanvar 1997-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifəyə uyğun vəzifə maaşınız 570,00 manat, rütbə maaşınız 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəniz - 141,60 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 913,60 manat təşkil etmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 24 il 11 ay 25 gün xidmət müddətinə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi olmaqla ümumilikdə təminat xərcliyinizin (913,60 manat) 62 faizi - 566,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək 30.04.2020-ci il tarixinədək müvafiq kart hesabınıza köçürülmüşdür. Eyni zamanda bildiririk ki, məhkəmədə qaldırdığınız iddianın Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)-702/2020 nömrəli Qərarına əsasən təmin edilməsi ilə əlaqədar əmək pensiyanız 01.01.2006-01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına əsasən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq fərdi hesabınızın sığorta hissəsində 01.07.2017-ci il tarixinədək sizə münasibətdə ödənilmiş 12804,48 manat məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, yəni 6402,24 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 01.07.2017-ci il tarixinədək toplanmış 6402,24 manat pensiya kapitalınız yuxarıda göstərilən Fərmanın 2.11-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünməklə (6402,24:144=44,46) əmək pensiyanızın (566,43 manat) üzərinə əlavə edilərək (566,43+44,46=610,89 manat) müvafiq kart hesabınıza köçürülür”. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)- 2237/2019 nömrəli qərarından görünür ki, İddiaçı 19.05.1969-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 05.12.1971-ci il tarixdən 19.12.1973-cü il tarixədək hərbi xidmətdə olmuş, 15.01.1974-cü il tarixdən 13.04.1979-cu il tarixədək yenidən əmək fəaliyyəti ilə məşğul olmuş, 20.04.1979-cu il tarixdən 01.07.1982-ci il tarixədək daxili işlər orqanlarında qulluq keçmiş, 23.09.1996-cı il tarixdən 12.08.2017-ci il tarixədək Sumqayıt Şəhər 6 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. Həmçinin, həmin qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddiası təmin edilərək, iddiaçıya pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)-702/2020 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2237/2019 nömrəli qərarı ilə İddiaçı pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2237/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı məxsus 010032 saylı pensiyaçının uçot vərəqindən görünür ki, ona 01.02.2016-cı il tarixdən ömürlük pensiya təyin edilmişdir. - İddiaçı cavabdehin etirazına münasibətdə bildirmişdir ki, “cavabdeh qurum tərəfindən mənim pensiyam 2-1(81)-2237/2019 saylı qərar əsasında yenidən hesablanmışdır. Lakin onların tətbiq etdiyi hesablama qaydası hesab edirəm ki, səhvdir. Çünki Ali Məhkəmə qərarı ilə təsdiq edilmişdir ki, pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyim üçün barəmdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq olunmaqla pensiyamın sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsinin hər hansı digər metodla və ya üsulla tətbiq olunma qaydası mövcud deyil. Cavabdeh qurum özündən uydurma metodu tətbiq edərək hesablama aparıb. 2019-cu ildə hüququmun olmadığı ilə bağlı mübahisə açılmışdı, nəticədə bütün instansiya məhkəmələri tərəfindən mənim də digər pensiyaçılar kimi topladığım kapital əsasında pensiyamın yenidən hesablanmasını tələb etmək hüququna malik olduğum təsdiq olundu. Hazırda isə pensiyamın yenidən hesablanması zamanı aparılmış hesablamada yanlış düstur tətbiq olunması ilə bağlı mübahisə açmağa məcbur qalmışam. Məhkəməyə bildirirəm ki, fərqli iddia ilə çıxış edirəm, icraatınızda olan iş üzrə eyni predmet yoxdur, diqqətli olmağınızı xahiş edirəm. 11.12.2017-ci il tarixli 17 nömrəli məlum Qaydalarda da 9.6-ci maddənin tətbiq olunması üsulu mövcud deyil. Yəni ki, həmin qaydaların 49-cu bəndində göstərilən hesablama üsulundan başqa digər üsul mövcud deyil. Həmin bənddə konkret düstur göstərilir. Və ya 48-ci bənddə olduğu kimi, kapital 72-yə bölünməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. Cavabdeh qurumun cavab məktubunda istinad etdiyi fərmanda isə həmin 9.6-ci maddənin tətbiq olunması üsulu müəyyən edilmir və ya ümumiyyətlə gözlənilən pensiya ödənişi müddətinə yəni ki, 144 aya bölünməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması qaydası təsbit olunmayıb. Fərmanda sadəcə gözlənilən pensiya ödənişi müddətinin 144 ay olduğu təsdiq olunmuşdur. Pensiyanın sığorta hissəsinin yenidən hesablanması aparılması üçün sığorta kapitalının 144 bölünməsi gərəkliyini təsdiq edən hər hansı göstəriş mövcud deyil. Həmin fərmanda eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, hərbi qulluqçuların pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanması zamanı hansı metod tətbiq olunması barədə hər hansı digər maddi hüquq norması mövcud deyil. Cavabdeh qurum konkret göstəriş nəzərdə tutmayan normaya istinad edərək "öz bildiyi" metodla hesablama aparıb. Halbuki, mənim iddiam barəsində Ali Məhkəmənin qərarı var. Həmin Qərardan: “Göründüyü kimi, cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçıya “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın tətbiq edilməli olduğunu və pensiyanın təminat xərcliyinə əsasən hesablanmalı olduğunu bildirsə də, qeyd edilən normaların məzmunundan aydın olur ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə deyil, fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən də bu hal əsaslı olaraq qiymətləndirilmiş və bildirilmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiyanın sığorta hissəsi yenidən hesablanmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən işin faktiki hallarına uyğun maddi hüquq normalarına istinad etmiş, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir”. - Cavabdeh 16.06.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçının 01.01.2006-cı ildən sonrakı dövr üçün hesablanmış pensiya kapitalı 18.075,89 manat təşkil etmişdir. Eyni zamanda iddiaçının pensiya işinə dair sənədlərdə adıçəkilən şəxsin əmək kitabçasının təsdiq edilmiş surəti olmadığından onun 01.01.2006-cı il tarixinədək iş stajına uyğun hesablanmış pensiya kapitalı barədə məlumatın verilməsi mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Misal 47. 01 mart 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın 01 iyul 2017-ci il tarixdən pensiyasının məbləğinin şərti çevrilməsi aparıldıqdan sonra onun pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla 250 manat təşkil edir. Vətəndaş pensiya təyin edildikdən sonra hazıradək işləməkdə davam edir. Sığortaolunan pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə 15 avqust 2017-ci il tarixdə müraciət etmişdir. Onun 01 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 10000 manat təşkil edir. Bu zaman onun əmək pensiyası 01 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 72-yə bölünməklə yenidən hesablanır və növbəti ayın 1-dən ödənilir. Beləliklə, onun əmək pensiyasının sığorta hissəsinin məbləği 01 sentyabr 2017-ci il tarixdən 388,89 manat (250 manat + 138,89 manat (10000/72 = 138,89) təşkil edəcəkdir. Məhkəmə qanunvericilikdə edilmiş dəyişiklikləri, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə almaqla hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, qanunverici yeni yanaşma qəbul etmiş, 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. Lakin Qanunun 37.3.1 və 45-ci maddələrindəki tənzimləmə iddiaçıya münasibətdə tətbiq edilməməlidir. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilər. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. İddiaçının pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası məhkəmə müstəvisində təmin edildiyinə baxmayaraq, cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində 01.07.2017-ci il tarixinədək toplanmış pensiya kapitalını gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 144 aya bölünməklə əmək pensiyasına üzərinə əlavə edilmişdir. Məlum olduğu kimi, şəxs yaşa görə ilkin pensiya hüququ əldə etdiyi zaman onun fərdi hesabında toplanan pensiya kapitalı 144 aya bölünməklə pensiyasını formalaşdırır. Pensiyadan sonra işlədikləri dövrdə isə toplam ayların sayı işdən çıxdığı tarixdən etibarən yenidən hesablanaraq həyata keçirilir. Odur ki, iddiaçının şəxsi hesabında toplanmış pensiya kapitalı 144 aya deyil, 72 aya bölünməklə iddiaçının pensiyasının məbləği hesablanmalı idi. Belə ki, məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçıya hərbi qulluqçu kimi 08.01.1997-ci il tarixdə əmək pensiyası təyin edilsə də, o, 12.08.2017-ci il tarixədək Sumqayıt Şəhər 6 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. İddiaçı ən azı 6 il işlədiyindən, 6 ilin tamamında formalaşan pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmalıdır. Buna görə də iddiaçının pensiya məbləği hesablanarkən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi tətbiq edilərək, pensiya məbləği sığorta hissəsində toplanan pensiya kapitalının 72 aya bölünməsi yolu ilə hesablanmalı idi. Beləliklə məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanunazidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalının 72 aya bölünməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalının 72 aya bölünməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar