Məhkəmə qərarları › İş №2-1(112)-2690/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2690/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2690/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehn əlahiddə müşahidə Taborunun rəhbərliyinə qarşı əl qandalının tətbiq edilməsindən çəkindirmə tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikası Cavabdehn əlahiddə müşahidə Taborunun rəhbərliyinə qarşı iddia qaldıraraq əl qandalının tətbiq edilməsindən çəkindirmə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1981-ci ildə Şəmkir şəhərində doğulub, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanda yaşamışdır. X4 İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə ömürlük azdlıqdan məhrum edilmişdir. xx xxxxxx 2003-cü il tarixdən Qobustan Həbsxanasında saxlanılır. X1 mütəmadi olaraq şəxsiişi ilə əlaqədar məhkəmələrə müraciət edir. Bu səbəbdən də, məhkəmədə iştirakının təmin olunması Penitensiar Xidmətin Əlahiddə Müşahidə Taborunun üzərinə düşür. Müşayət vaxtı konvoy ona əl qandalı tətbiq edir. Qandal inzibati orqanın və məhkəmə qarşısında olduqda da açmırlar. Konvoy bu hərəkəti saxlandığı həbsxananın şifahi (rəhbərliyinin) göstərişi ilə həyata keçirir. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə onuBakı Apelyasiya Məhkəməsinə aparan Penitensiar Xidmətin Əlahiddə Müşahidə Taboru heç bir əsaslandırılmış qərar olmadan müşayət vaxtı məhkəmə qarşısında durarkən ona əl qandalı tətbiq etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 78.2-ci maddəsində yazılıb ki, cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı tətbiq edilə bilər. Müəssisərəisinin əsaslandırılmış qərarı ilə müşayət edilərkən qaçmanın qarşısını almaq üçün bu şərtlə ki, məhbuslar məhkəmə orqanları, yaxud inzibati orqanlar qarşısında duran kimi, qandallardan azad edilməlidirlər. Konvoy isə qanunun bu müddəalarına yox Penitensiar Xidmətin əməkdaşlarının qeyri-qanuni (qərarsız) əmrlərini icra edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixdə yazılı etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, X4 İşlər Üzrə Azərbaycan Republikası Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə AR CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4, 66.3, 317-2.2, 67.6-cı maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş İddiaçı məhkəməyə müşayiət zamanı və məhkəmə qarşısında əl qandalının ona tətbiq edilməsindən şikayət edərək, xx.xx.2020ci il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsi ilə müşayiət vaxtı və məhkəmə qarşısında durarkən ona əl qandalı tətbiq edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkum İddiaçı xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cəza qapalı şəkildə həbsxana rejimində çəkilir, məhkumlar kamera şəraitində saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının 2012-ci il 29 dekabr tarixli 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında təlimatın 10.3-cü maddəsində göstərilmişdir ki, məhbusların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısını almaq üçün və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin piyada müşayiəti zamanı əl qadanlı əllər arxada saxlanılmaqla tətbiq edilir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdən Konvoy taboruna Penitensiar xidmətdən daxil olmuş məhkumların müşayiət edilməsi barədə sifarişdə məhkum İddiaçı əməkdaşlara hücum etməyə, özünə və digər şəxslərə xəsarət yetirməyə, girov götürməyə və qaçmağa meyilli məhkum kimi qeyd olunmuşdur. Məhkəmə prosesidə cavabdehin müşayiət və mühafizə vəzifələrinə aid olduğuna görə məhkumların proses zamanı özünə və digər şəxslərə ziyan vurmasının qarşısını almaq üçün həmin məhkuma əl qandalı tətbiq edilmişdir. Bu da kifayət qədər əsaslıdır. Belə ki, onun ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, əməkdaşlara hücum etməyə, özünə və digər şəxslərə xəsarət yetirməyə, girov götürməyə və qaçmağa meyilli məhkum olduğunu nəzərə alaraq əl qandalı tətbiq edilmişdir. Cavabdeh orqan X4 İşlər Üzrə Azərbaycan Republikası Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə ARCM-nin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4, 66.3, 317-2.2, 67.6-cı maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş İddiaçı tərəfindən verilmiş iddianın mümkün sayılmayaraq rədd edilməsi xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Hazırki iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum İddiaçı adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu iləgöndərilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “X3” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessualfəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın cinayət prosessualfəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehn əlahiddə müşahidə Taborunun rəhbərliyinə qarşı əl qandalının tətbiq edilməsindən çəkindirmə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar