Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2778/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnaməyə dair məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X6 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamənin hansı əsasla (hansı tarixli və nömrəli məhkəmə qərarı əsasında) verilməsi barədə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 bioloji anasıdır. Uşaq doğulduqdan sonra ona - xx.xx.2014-cü il təvəllüdlü X6 (atası - Zarbaliyev Ali, anası İddiaçı) Yasamal qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 382284 nömrəli doğum haqqında şəhadətnamə xx.xx.2014-cü il tarixdə verilmişdir. Lakin həmin uşağa qanunsuz olaraq Xətai qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamə xx.xx.2016-cı il tarixdə verilmişdir. Azyaşlıya Xətai qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamənin hansı əsasla (hansı tarixli və nömrəli məhkəmə qərarı əsasında) verilməsinin müəyyən edilməsi üçün Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə sorğu göndərilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli ********* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü ildə doğulmuş, atası xx.xx.1977-ci il təvəllüdlü Zarbaliyev Alı, anası xx.xx.1985-ci il təvəllüdlü İddiaçıdır. Akt qeydi barədə AZ-İİİ seriyalı 382284 saylı xx.xx.2014-cü il tarixli şəhadətnamə verilmişdir. İşdə olan AZ-İİİ № 858398 nömrəli xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü ildə doğulmuşdur. X1, anası X5r. İddiaçı hazırda xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 858398 nömrəli doğum haqqında şəhadətnamənin hansı əsasla (hansı tarixli və nömrəli məhkəmə qərarı əsasında) verilməsi barədə məlumat tələb edir. Lakin işdə olan Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər qeydiyyat şöbələri tərəfindən 1 il saxlanıldıqdan sonra məhv edilir. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı 858398 nömrəli doğum haqqında şəhadətnamənin hansı əsasla (hansı tarixli və nömrəli məhkəmə qərarı əsasında) verildiyini sorğu etsə də, cavabdeh həmin sənədlərin məhv edildiyini bildirməklə, bu barədə məlumat verilməsinin mümkünsüzlüyünü bildirir. Məhkəmə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. İnformasiyanın əldə edilməsi haqqında sorğu 15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir: ... 15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: ... 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İstinad edilən qanunvericiliyə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, eləcə də sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda sorğunun icrasından imtina edir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş məlumatlardan görünür ki, o, iddiaçının tələb etdiyi informasiyaya malik olmadığını (məhv edildiyindən) bildirmişdir. İddiaçı da cavabdehin sözügedən sənədlərə malik olduğunu hər hansı qaydada sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafelərinin pozulması əsaslandırılmış sayıla bilməz. Ona görə də, hazırkı iddia mümkün sayılmamalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-708/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarına). Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-2778/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2778/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver