Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2783/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X7 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı əmək pensiyaçısının fərdi yığım hissəsində olan vəsaitin məbləğinin müəyyən edilməsi və həmin vəsaitin vərəsələr arasında bölnüməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların əmək pensiyaçısı kimi mərhum valideynlərinin fərdi hesabının yığım hissəsində olan vəsaitin məbləği barədə onlara məlumat verilməsindən və həmin vəsaitin qanunvericiliyə uyğun qaydada birinci növbə vərəsələr kimi onların arasında bölünməsindən cavabdehin imtinasının qanunsuz hesab olunması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 18.5-ci maddəsinə əsasən onların xx xxxxx 2006-cı ildə ölmüş ataları X3, xx xxxx 2018-ci ildə ölmüş anaları X1 və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitin məbləğinin müəyyən olunması, həmin vəsaitin qanunvericiliyə uyğun qaydada birinci növbə vərəsələr kimi onların arasında bərabər bölünməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırılmışlar ki, onların atası X8 xx xxxxx 2006-cı ildə, anası X9 xx xxxx 2018-ci ildə olmüşlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Qanunun göstərilən tələbinə əsasən onlar Fonda ərizə ilə müraciət edərək əmək pensiyaçısı kimi valideynlərinin fərdi hesabının yığım hissəsində olan vəsaitin məbləği barədə onlara məlumat verilməsini və həmin vəsaitin qanunvericiliyə uyğun qaydada birinci növbə vərəsələr kimi onların arasında bölünməsini xahiş etmişlər. Fondun xx xxxxxxx 2019-cu il tarixli, **********4 nömrəli məktubu ilə onlara cavab olaraq bildirilmişdir ki, əmək pensiyası Qanunla nəzərdə tutulmuş qayda şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların və onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişdir. Bu zaman qanunvericilikdə nəzərdə tutulan əmək pensiyası hüququ olan ailə üzvləri olmadıqda vəfat edənin vəfat etdiyi tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınan məbləğin birdəfəlik çəkildə və ya aylıq pul formasında onun ailə üzvlərinə ödənilməsi qanunvericiliklə mumkun deyildir. Bundan əlavə İddiaçı1 Fonda eyni məzmunlu ərizə ilə müraciət etmiş, onun müraciətinə xx xxxxxxxx 2018-ci il tarixli **********8 nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, vəfat edən sığortaolunanın (şəxsin) fərdi hesabında şərti olaraq qeydə alınan və real pul kütləsi olmayan pensiya kapitalından yalnız ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin əmək pensiyalarının sığorta hissəsinin hesablanmasında istifadə olunur. Cavabdeh imtina məktubunda heç bir normativ aktda istinad etməmiş, onların müraciətində əsaslandıqları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 18.5-ci maddəsi barədə heç bir məlumat bildirməmişdir. Qeyd olunanlara əsasən onların əmək pensiyaçısı kimi mərhum valideynlərinin fərdi hesabının yığım hissəsində olan vəsaitin məbləği barədə onlara məlumat verilməsindən və həmin vəsaitin qanunvericiliyə uyğun qaydada birinci növbə vərəsələr kimi onların arasında bölünməsindən cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçılar iddia etmişdir ki, onların atası X8 xx xxxxx 2006-cı il tarixdə, anası X9 isə xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onların mərhum valideynlərinin fərdi hesablarının yığım hissəsindəki vəsait birinci dərəcə vərəsələr kimi iddiaçılar arasında bərabər bölünməlidir. İddiaçılar öz tələbini “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Hesab etmişlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər. Həmin Qanunun 23-cü maddəsinə əsasən könüllü (əlavə) sosial sığorta məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Özəl sosial sığorta təşkilatları hüquqi şəxslər üçün qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməli və fəaliyyətləri üçün lisenziya almalıdırlar. Həmin Qanunun 26-cı maddəsinə əsasən könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir. Göründüyü kimi əmək fəaliyyəti zamanı sığortaedən tərəfindən iddiaçıların mərhum valideynlərinin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanmışdır. Fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbirsığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. İddiaçının mərhum valideynlərinin fərdi hesabında toplanmış məcburi dövlət sosial sığorta məbləğinin onun varislərinə ödənilməsininin qanunvericilikdə hər hansı tənzimlənmə mexanizmi nəzərdə tutulmamışdır. Başqa sözlə, iddiaçıların mərhum valideynlərinin işlədiyi dövrlərdə fərdi şəxsi hesabında qeyd edilən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsində qeyd olunan “Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər”ə aid deyildir. Mərhum valideynlərin fərdi hesabının yığım hissəsində toplanan vəsaitinin Qanunun 18.5-ci maddəsinə əsasən onun varisləri arasında bölünməsinə məsələsinə gəldikdə isə bu faktiki olaraq qeyri mümkündür, ona görə ki əmək fəaliyyəti zamanı könüllü (əlavə) sosial sığorta qaydasında, sosial sığorta müqaviləsi əsasında onların xeyrinə hər hansı ödənişlər həyata keçirilməmiş və bu səbəbdən də fərdi hesabın yığım hissəsində onların varisləri arasında bölünməli vəsait mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etriazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 809046 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 13908874 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X8, anası X6 olan İddiaçı1 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X8, anası X6 olan X10 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Orcanikidze rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X8, anası X9 olan Quliyev Zaur Vaqif oğlu xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Suraxanı rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 178595 №-li, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə ölmüşdür. - Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 944946 №-li, xx.xx.2018ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. - E-gov.az internet portalının sığortaolunanlara məlumatların verilməsi barədə xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, X4 pensiya kapitalı 26.472.07 AZN təşkil edir. - Fond tərəfindən İddiaçı1 ünvanlanmış **********8 №-li, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, vəfat edən siğortaolunan fərdi hesabında şərti olaraq qeydə alınan və real pul kütləsi olmayan pensiya kapitalından yalnız ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin əmək pensiyaların siğorta hissəsinin hesablanmasından istifadə olunur. - Fond tərəfindən İddiaçı1 ünvanlanmış **********4 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, əmək pensiyası Qanunla nəzərdə tutulmuş qayda şərtlərə müəyyən edilən və məcburi dövlət sosial siğortasına cəlb olunan siğortaolunanların və onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud siğortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Bu zaman qanunvericilikdə nəzərdə tutulan əmək pensiyası huququ olan ailə üzvləri olmadıqda vəfat edənin vəfat etdiyi tarixə fərdi hesabın siğorta hissəsində qeydə alınan məbləğin birdəfəlik şəkildə və ya aylıq pul formasında onun ailə üzvlərinə ödənilməsi qanunvericiliklə mümkün deyildir. - Fond tərəfindən məhkəməyə ünvanlanmış **********2 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Həmçinin “Sosial sığorta haqqında” Qanunun 23-cü maddəsinin birinci hissəsinə görə könüllü (əlavə) sosial sığorta məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Fərdı hesabın yığım hissəsinin tətbiq olunmasına başlanılmadığından X3 və X4 fərdi hesablarının yığım hissəsində varislər arasında bölünməli vəsait mövcud deyildir. - Fond tərəfindən məhkəməyə ünvanlanmış **********7 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.8-ci maddəsinə əsasən “fərdi hesabın sığorta hissəsi” əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir və vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.9-cu maddəsinə əsasən “fərdi hesabın yığım hissəsi” sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa əsasən “könüllü (əlavə) sosial sığorta” sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum valideynlərinin işlədiyi dövrlərdə fərdi şəxsi hesablarında qeyd edilən xeyrlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsində qeyd olunan “Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər”ə aid deyildir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum valideynlərinin fərdi hesablarının yığım hissəsində onların varisləri arasında bölünməli vəsait mövcud deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. - 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. - 18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. “Sosial sığorta haqqında” Qanunun: - 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. - 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər. - 23-cü maddəsinin tələblərinə görə könüllü (əlavə) sosial sığorta məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir. Özəl sosial sığorta təşkilatları hüquqi şəxslər üçün qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməli və fəaliyyətləri üçün lisenziya almalıdırlar. Lisenziya verən müvafiq icra hakimiyyəti orqanı özəl sosial sığorta təşkilatlarının müntəzəm ödəmə qabiliyyətinə malik olmalarına nəzarət edir. - 26-cı maddəsinə əsasən könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir. Məhkəmə araşdılması zamanı müəyyən edilmişdir ki, iddiaçıların vəfat etmiş valideynlərinin əmək fəaliyyəti zamanı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmiş və həmin vəsaitlər fərdi hesabın sığorta hissəsində toplanmışdır. İddiaçılar valideynlərinin fərdi hesabının yığım hissəsində olan vəsaitin məbləğinin müəyyən olunması, həmin vəsaitin qanunvericiliyə uyğun qaydada birinci növbə vərəsələr kimi onların arasında bərabər bölünməsini tələb etsələr də onların vəfat etmiş valideynlərinin əmək fəaliyyəti zamanı könüllü (əlavə) sosial sığorta haqlarının ödənilməsi ilə bağlı sosial sığorta müqaviləsi bağlamaları və fərdi hesabın yığım hissəsində vəsaitlərin toplanması müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsinin tələblərindən göründüyü kimi vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlərin vərəsələr arasında bölünməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıların vəfat etmiş valideynlərinin fərdi hesabının yığım hissəsində vəsait mövcud olmadığı halda (məhkəmə icraatı zamanı həmin məlumat iddia tərəfinə təqdim edilmişdir) həmin vəsaitin “Əmək pensiyaları haqqında” Qanunun 18.5-ci maddəsinə əsasən vərəsələr arasında bölünməsi də mümkün deyildir. İddiaçıların vəfat etmiş valideynlərinin fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta məbləğinin isə vərəsələr arasında bölünməsi qanunvericiliklə müəyyən edilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2783/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2783/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver