Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3027/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, vəzifəsi: baş zabit – şöbə rəisinin müavini) iştirakı ilə, iddiaçı Mustafayev Elşən Əsəd oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının adının mənzil siyahısına (mənzil növbəsinə) əlavə edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Mustafayev Elşən Əsəd oğlu cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil siyahısına (mənzil növbəsinə) iddiaçının adının salınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı Mustafayev Elşən Əsəd oğlu iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində,xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmət etmişdir. Ehtiyatda olan polkovnik-leytenantdır, xidməti vəzifələrini yerinə yetirərkən travma alaraq (radioaktiv şualanmaya məruz qalaraq) İ qrup əlil olmuş və ehtiyata buraxılmışdır. Bununla əlaqədar o mənzillə və ya torpaq sahəsi ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. O, xx.xx.2009-cu ildə qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə, xx.xx.2011-ci ildə qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə, xx.xx.2012-ci ildə qüsursuz xidmətə görə döş nişanı ilə,xx.xx.2014-cü ildə “Qoşunların əlaçısı” döş nişanı ilə və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 2604 nömrəli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən Səbail İcra Hakimiyyəti nəzdində ümumi və güzəştli mənzil növbəsində 5 nəfər ailə tərkibi ilə növbəyə götürülmüş, lakin mənzillə təmin edilməmişdir. İddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən mənzil siyahısına salınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi onun Aazərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etməsi göstərilmişdir.İddiaçı hesab edir ki, qeyd edilən imtina əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1995-cı ildən xx.xx.2006-cı ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçmişdir, Müdafiə nazirinin xx.xx.2006-cı il tarixli, 0287 nömrəli əmri ilə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilmişdir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət müddəti 10 il 09 ay 23 gün təşkil edir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi E.Şərifov iddiаya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаtlarını dinləyərək, iddia ərizəsini və təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Cavabdeh İddiaçı ünvanlanmış 426 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etdiyi üçün həmin fərman iddiaçıya şamil edilmir. 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 №li qərarına əsasən ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara və yaxud onların ailələrinə mənzil kirayəsi xərcləri bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təyin etdiyi tariflərlə pul kompensasiyası şəklində ödənilir. Bununla əlaqədar iddiaçıya bildirilmişdir ki, iddiaçının mənzil məsələsi ilə bağlı qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməyi məqsədə uyğundur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 380 nömrəli, xx.xx.2015-ci il tarixli arayışında göstərilmişdir ki, həqiqətən də iddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə aşağıdakı medallarla təltif edilmişdir: xx.xx.2009-cu ildə X4 3070 nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə; xx.xx.2011-ci ildə X5 1888 nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə; xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 2604 nömrəli əmri ilə “Hərbi xidmətə görə” medalı ilə.”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən AR FHN-nin 1558 №li, xx.xx.2016-cı il tarixli əmri ilə AR SQ-də həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. “Nikah haqqında şəhadətnamə”yə əsasən iddiaçı, X1 ilə rəsmi nikahdadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinə əsasən iddiaçının övladları Mustafazadə Nigar Elşən qızı xx.xx.2008-ci il təvəllüdlü, X6 xx.xx.2018-ci il təvəllüdlü, Mustafazadə Nicat Elşən oğlu xx.xx.2005-ci il təvəllüdlüdür. İddia ərizəsinə əlavə edilmiş müxtəlif medalların, döş nişanlarının vəsiqələrinə əsasən iddiaçı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı,“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı,“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Qüsursuz xidmətə görə” 2-cü dərəcəli medalı,“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Xidmətə görə” döş nüşanı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Mülki Müdafiə Qoşunlasının əlaçısı” döş nişanı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsinin İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli Xidməti xasiyyətnamədə göstərilmişdir ki, o xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı zabit kimi göstərmişdir. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtıvaxtında yerinə yetirmişdir, bilik və bacarığının artırılması üçün öz üzərində daim çalışmışdır. Xidmətə məsuliyyətlə yanaşmaq, özünə qarşı tələbkar olmuşdur. Kollektivdə hörmətə malikdir. Tənqidi başa düşür və nəticə çıxarmağı bacarır. Özünə və tabeçiliyində olanlara qarşı təlabkardır. Hərbi və dövlət sirrini qorumağı bacarır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, 1/2216 №li məktubuna əsasən iddiaçı xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Bakı Ali Hərbi Dənizçilik Məktəbinin kursantı, xx.xx.1999-ci ildən xx.xx.2001-ci ilə qədər N nömrəli hərbi hissədə bölmə mühəndisi, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər N №li hərbi hissədə bölmə mühəndisi, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər N №li hərbi hissədə qrup komandiri, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər 563 №li hər hissədə tağım komandiri, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər Lənkəran mülki müdafiə qəzaxilasetmə dəstəsində tağım komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2006-cı ildən həqiqi hərbi xidmətini davam etdirmək üçün Fövqəladə Hallar Nazirinin sərəncamına göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 159 nömrəli, 03 dekabr 2018-ci il tarixli “Ehtiyatda olan zabit İddiaçı mənzil məsələsi haqqında” sərəncamına əsasən Prezident təqaudçüsü və ehtiyatda olan zabit, İ dərəcəli əlil İddiaçı yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarında beş nəfər ailə tərkibində hesab edilmişdir. ƏƏSMN yanında DSMF Bakı şəhəri Səbail rayon şöbəsinin 010128 №li vəsiqəsinə əsasən iddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar birinci qrup əlildir.Vəsiqə xx.xx.2018-ci ildə verilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 40 №li, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən iddiaçının və iddiaçının atasının kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün hər iki şəxs üzərində himayəçi kimi Mustafayeva Aygün Rüstəm qızı təyin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Bakı Ali Hərbi Dənizçilik Məktəbinin kursantı olmuş, xx.xx.1999cu ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqbi xidmətdə olmuş, xx.xx.2006-cı ildən Fövqəladə Hallar Nazirliyinin sərəncamına göndərilmişdir,xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər Fövqəladə Hallar Nazirliyində xidmət etmişdir, xx.xx.2016-cı ildə xəstəliyi ilə bağlı xidmətdən tərxis olunmuşdur, xidmət illərində qüsursuz xidmətə görə və digər medal və döş nişanları ilə təltif olunmuşdur, üç azyaşlı uşağı vardır, mənzili olmadığına görə Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətində ümumi və güzəştli mənzil növbəsinə beş nəfər ailə üzvü ilə növbəyə qoyulmuşdur.İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etsə və medallarla təltif edilsə də məhz Silahlı Qüvvələrdə xidmət müddəti xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək olmaqla 20 ildən az olmuşdur, İddiaçı xidmətinin xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan hissəsini Fövqəladə Hallar Nazirliyində etmişdir. Lakin “Hərbi qulluqçuların satusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə xidmət etmiş vətəndaşlar başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağmədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi silahlı birləşmə deyildir, buna görə də iddiaçının Fövqəladə Hallar Nazirliyndə xidmət etdiyi dövr Silahlı Qüvvələrdə xidmət dövrü hesab edilmədiyi üçün, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının tələblərinin iddiaçıya şamil edilərək iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki,Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil siyahısına (mənzil növbəsinə) iddiaçının salınmasıöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının hüquqi əsası olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mustafayev Elşən Əsəd oğlunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil siyahısına (mənzil növbəsinə) iddiaçının salınmasıöhdəliyinin cavabdeh Azərbaycan Respublikasınn Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3027/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3027/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver