Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3140/2020 10.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı 13.12 1975-ci ildə İsmayıllı rayonunun Əhən kəndində doğulmuşdur. xx.xx.1994-cü ildə İsmayıllı RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır. İlk xidməti Müdafiə Nazirliyinin Gəncədə yerləşən 321-saylı hərbi hissəsindən başlayıb. N saylı hərbi hissə döyüş aparan hərbi hissə olmasa da, 1-ci bölüyü Ağdam,Tərtər döyüş bölgəsində, döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirirdi. xx.xx.1994-cü ildə hərbi andı içəndən sonra bir neçə əsgər kimi o da Ağdam, Tərtər ərazisində gedən döyüş əməliyyatlarıyla bağlı döyüş tapşırıqlarını yerinə yetirilməsi üçün Gəncə şəhərindən 1-ci bölüyə ezam edilmişdir. Verilən tapşırıq isə döyüş aparılan zaman zədələnmiş, mərmiylə "vurulmuş" zirehli texnikaları (Tank, BMP, BTR və.s) döyüş bölgəsindən çıxarmaq, hərəkət hissəsindən zədə almış texnikaları isə tez bir zamanda təmir etməkdən ibarət olmuşdur. 1994-cü ilin may ayının əvvəllərində Ağdamın Mirəşelli və Tərtər rayonunun Qırmızı kənd, Qapanlı kəndləri uğrunda gedən döyüş əməliyyatları zamanı zədələnmiş və yararsız vəziyyətdə olan zirehli texnikaları döyüş bölgəsindən çıxarılmasında iştirak etmişdir. Bunu N saylı hərbi hissənin zabiti olmuş, sonralar N saylı hərbi hissənin Qərargah rəisi olmuş Valeh Haqverdiyev də təsdiqləmişdir. Döyüş zamanı N saylı hərbi hissənin əsgərləriylə birgə döyüş bölgəsində zirehli texnikaların təmirində də iştirak etmişdir. Onun 321-saylı hərbi hissədən cəbhə bölgəsində yerləşən 1-ci bölüyünə ezam olunmağıyla bağlı hərbi hissənin əmr verməsinin təsdiqiylə bağlı sorğu göndərməklə fakt təsdiqlənə bilinər. O müharibə veteranıdır, bu faktdır. Bununla bağlı cavabdehin hərəkətləri absurddur. Digər tərəfdən isə veteran almaq üçün müharibədə 1 gün iştirak etməyi kifayət etməsinə baxmayaraq ona həmin status verilmir. Bundan başqa onunla birgə müharibədə iştirak edən döyüşçü yoldaşları var ki, onlar şahidlik edib, onun müharibədə iştirakı faktını məhkəmədə təsdiq edə bilərlər. Bununla yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparildığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. O Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, sağlamlığımı itirmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alıb, müharibə veteranı adının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, 308, 321, N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, iddiaçının N nömrəli hərbi hissədə isə xidməti atəşkəsdən sonra olduğundan ona müharibə veteranı verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçu ya döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməli, ya döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər mharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1998-ci ilin fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşıpığını yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 12 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Ximətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göstərilənlərə əsasən cavabdeh İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 10 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «müharibə veteranı adının verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair cavabdeh inzibati orqanın gəldiyi qərarla razılaşmır və məhkəmədən ona müharibə veteranı adının verilməsi haqqında» öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin 20 avqust 2019-cu il tarixli 9/12-16514 saylı sorğusuna cavab olaraq ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, İsmayıllı RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 83 №-li nizami hissə üzrə əmrilə (əsas: səh § 2, sıra 33) “sıravi hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 156 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 4, § 5, sıra 1) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 170 №-li niazmi hissə üzrə əmrilə (əsas: səh 306, § 2, sıra 1) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 276 №-li nizami hissə üzrə əmrində (əsas: səh 167, § 8, sıra 19, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı xidmətinidavam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyi üçün şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 248 №-li əmrilə (əsas: səh 13, § 2, sıra 19) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 47 №-li əmrilə (əsas: səh 36, § 2) sıravi İddiaçı məzuniyyətdən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ciil tarixli 121 №-li əmrilə (əsas: səh 5, § 6, sıra 22) Tərtər döyüş zonasında 2 №-li 3 MTM-nın sıravisi İddiaçı aprel ayı üçün üçqat əmək haqqı verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ciil tarixli 211 №-li əmrilə (əsas: səh 8, § 4, sıra 30) Tərtər döyüş zonasında 2 №-li 3 MTM-nın sıravisi İddiaçı iyun ayı üçün üçqat əmək haqqı verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 333 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 5, § 1, sıra 2) çavuş İddiaçı Tərtər döyüş zonasında 2 №-li 3 MTM-dan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Qeyd edilir ki, ərizədə İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılma dövrü dəqiq (il,ay) göstərilmədiyindən əlavə araşdırma apara bilməmişlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanladığı 1/Q-6452 saylı 29 aprel 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Əsas olaraq 29 avqust 1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi siyahısı” göstərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin rəisi polkovnik-leytenant Xamis Bədəlov tərəfindən təsdiqlənən Arayışdan görünür ki, 1975-ci il təvəllüdlü çavuş İddiaçı o həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə və xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N saylı hərbi hissədə xidmət keçmişdir. xx.xx.1997-ci il tarixdə Azərbaycan respublikasının Müdafiə Nazirliyinin 160 saylı Əmrinə əsasən xx.xx.1997-ci il tarixdə hərbi xidmətdən tərxis edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 169-7422-1220 saylı 21 aprel 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1975-ci il təvəllüdlü İsmayıllı rayonunun Əhən kəndində anadan olmuş İddiaçı məhkumluğunun olubolmamasının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİnin məlumat bazası vasitəsilə yoxlanılaraq İddiaçı məhkumluğu barədə heç bir məlumat aşkar edilməmişdir. -22 iyun 2020-ci il tarixdə İsmyıllı rayonu, H.Əliyev prospekti, ev 105 A, mənzil 1 ünvanında qeydiyatda olan X2 tərəfindən məhkəməyə ünvanlanan Ərizədən görünür ki, O, kiçik qardaşı 1975-ci il təvəllüdlü İddiaçı 06 may 1994-cü ildə Ağdam rayou ətrafı istiqamətində döyüş təminatını yerinə yetirilməsində iştirakını təsdiq edir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixli, 1/Q-17815 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının “Müharibə veteranı” Müdafiə Nazirliyinin aparatı nəzdidə veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. 308,321,N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli həbi hissədə xidməti Atəşkəs dövründə (xx.xx.1994-cü il) təsadüf etdiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun deyildir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə NazirliyininŞəxsi Heyət Baş İdarəsinin məhkəmənin soğusuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli 1/Q- 6452 saylı məktubdan müəyyən edilir ki, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhkəmə iddiaçının qardaşı olan X2 tərəfindən məhkəməyə ünvanlanan 1975-ci il təvəllüdlü İddiaçı 06 may 1994-cü ildə Ağdam rayou ətrafı istiqamətində döyüş təminatını yerinə yetirilməsində iştirakını təsdiq etməsi barədə məktubuna münasibət bildirərək qeyd edr ki, X2 iddiaçının qardaşı olduğundan məktubda qeyd edilən hal məhkəmədə inandırıcı təəssürat yaratmamışdır. Odur ki, sözügedən məktub məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçının 308, 321, N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edn hərbi hissələrin siyahısında olmadığından, o cümlədən iddiaçının N nömrəli hərbi hissədə etdiyi xidmət dövrü Atəşkəs dövrünə təsadüf etdiyidən, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3140/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3140/2020
10.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver