Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-317/2021 29.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı qərаrın ləğv еdilərək daimi yaşamaq icazəsinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi bаrədə tələbi üzrə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçı barəsində qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli, 6966837-İ saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür, İran İslam Respublikasının vətəndaşıdır, 2004-cü ildə Azərbaycan X2-neft-mədən fakultəsinin əyani şöbəsinə daxil olaraq 2008-ci ildə oranı bitirmişdir, xx.xx.2007-ci ildə X5 ilə nikaha daxil olmuşdur, həmin nikahdan 01 iyun 2010-cu ildə Xoşbəxt adlı bir qızları doğulmuşdur, həyat yoldaşı hazırda hamilədir.2008-ci ildə ona cavabdeh tərəfindən Azərbaycanda daimi yaşamaq icazəsi verilmişdir.Sonradan iddiaçıya hər dəfə 1 illik müvəqqəti icazə verilmişdir.xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə qədər, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər, xx.xx.2019-cu idən xx.xx.2019-cu ilə qədər cavabdeh tərəfindən iddiaçıya müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir. Sonuncu dəfə etdiyi müraciəti əsasında iddiaçıya xx.xx.2019-cu ilə qədər icazə vəsiqəsi verilmişdir, xx.xx.2019-cu ildə iddiaçının mobil telefonuna zəng edilərək icazənin ləğv edilməsi bildirilmiş və o cavabdehə müraciət etdikdə ona bu barədə qərar təqdim edilmişdir.İddiaçı cavabdehin qərarını qanunsuz hesab edir.Belə ki, iddiaçının arvadı və qızı Azərbaycan Respublikasının vətəndaşları olmaqla bu dövlətə bağlıdırlar.Qızı Nərimanov rayonunda orta məktəbdə 4-cü sinifdə təhsil alır, arvadı ikinci dəfə hamilədir, odur ki, hazırda əmək fəaliyyəti ilə məşğul olması mümkün deyildir. İddiaçının isə daimi yaşamaq icazəsi qanunsuz ləğv edildiyindən hazırda işləməsi və ailəsinin dolanışığını təmin etməsi çox çətindir, iddiaçının ailəsi bir müddət İran İslam Respublikasında yaşasa da ora uyğunlaşa bilmədikləri üçün Azərbaycana qayıtmışlar.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı daimi yaşamaq üçün icazənin verilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən həmin müraciətə baxılaraq müvafiq sənədlər X7 Sistemi vasitəsilə iddiaçı haqqında rəy verilməsi üçün müvafiq icra hakimiyyətinə göndərilmiş və sözügedən orqan tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin verilməsinə etiraz edilmişdir.Odur ki, iddiaçıya daimi yaşamaq icazəsinin verilməsindən imtina edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Rəhimov cavabdehin iddiaya etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyərək, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 6966837-İ nömrəli qərara əsasən cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən X8 2019/2020 tədris ilində Bakı şəhəri Nərimanov rayonu “Evrika” liseyinin 4-cü sinfində təhsil alır. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən X8 və X6 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2007-ci ildə X5 ilə nikaha daxil olmuşdur, nikahdan sonra ərə və arvada Xoşbəxt soyadı verilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, b7A, 2947-ci məhəllə, m.107, korpus C, giriş-1-də yerləşən mənzil iddiaçının arvadı X4 mülkiyyətindədir. İddiaçının pasportunun surətinə əsasən iddiaçı İran İslam Respublikasının vətəndaşıdır. Mərkəzi Klinikanın xx.xx.2019-cu il tarixli arayışına əsasən Azadə Xoşbəxtdə hamiləlik müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” cavabdehin xx.xx.2019-cu il tarixli, ******* №li qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarını aşağıda göstərilənlərə görə əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7. –ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. Həmin Məcəllənin 55.0-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə; 55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir);55.0.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş hallar aradan qalxdıqda;55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;55.0.14. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Həmin Məcəllənin 54.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Məcəllənin 54.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra sənədləri müvafiq icra hakimiyyəti orqanına qaytarır. Müvafiq icra hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. İnzibati-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, 18 sentyabr 2019-cu il tarixli, 6966837-İ saylı qərar qəbul edərkən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin həyata keçiçirilməsinin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları işə baxan zaman müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçı barəsində qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli, 6966837-İ saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2, 32, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçı barəsində qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli, 6966837-İ saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 1 Hаkim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-317/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-317/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver