Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-317/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi) “dam örtüyünün əsaslı təmir olunması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün 20 metr enində və 25 metr uzunluğundakı sahəsinə mühafizə örtüyünün çəkilməsi və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunaraq öz əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında 2 mərtəbəli binanın birinci mərtəbəsində sahəsi 74,8 kvm olan qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Qeyri-yaşayış sahəsi olaraq, giriş-çıxışı Ə.Cavad küçəsindən olduğundan ünvanı Ə.Cavad küçəsi 24A kimi, "xxxx" MMC-nin mənzili isə yaşayış sahəsi olduğundan onun ünvanı İstiqlaliyyət küçəsi, ev 47, mənzil 33 kimi adlanır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 78 saylı Sərəncamı ilə ünvan 2 ünvanındakı binanın sökülərək yerində 7 mərtəbəli ofis və otel binasının tikilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Odur ki, "xxxx" MMC binadakı bir çox yaşayış və qeyri-yaşayış sahələrini alıb öz mülkiyyətinə keçirib. Aldığı mənzillərdən biri də 33 saylı mənzildir. "xxxx" MMC Mənzil Məcəlləsinin 27 və 28-ci maddələrinin tələblərinin ziddinə olaraq, ona məxsus 33 saylı mənzilində özbaşına yenidənqurma və yenidənplanlaşdırma işləri apararaq sanitariya, tikinti-texniki norma və qaydalarını kobul şəkildə pozmuşdur. Belə ki, o mənzilnin tavanının üzərində quraşdırılmış dam örtüyünün üç yerində uzunluğu 1,5 metr eni 1 metr ölçüsündə olan sahələri uçurub dağıtmışdır, (faktı təsdiqələyən foto şəkillər və ekspert rəyi ərizəyə əlavə olunub.) Bunun nəticəsidir ki, tavanın zədələnmiş taxtaları 2018ci ildən bəri (şikayət ərizələri işə əlavə olunub) intensiv yağan yağış və qar sularının təsirindən çürüyərək tavan yararsız hala düşərək çöküb vanna forması aldığından oraya çoxlu miqdarda su kütləsi yığılır Bu yığılmış su kütləsi dam örtüyündən ikinci mərtəbədəki yaşayışı olmayan "xxxx" MMC-yə məxsus 33 saylı mənzilə, oradan da fasiləsiz olaraq iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Binanın dam örtüyündə yığılan yağış və qar suları hər biri 5 metr məsafədə quraşdırılmış novlar vasitəsi ilə dam örtüyündən yerə axıb tökülür. 33 saylı mənzilin tavanı çökdüyündən oraya yığılan sular bu novlara doğru deyil təbii ki, 33 saylı mənzilin içərisinə oradan da iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Bu səbəbdən qeyri-yaşayış sahəsinin təmiri, daxilindəki qiymətli əşyalar yararsız hala düşüb xarab olmuşdur. Bunun qarşısı vaxtında alınmazsa iddiaçının da qeyri-yaşayış sahəsinin tavanı çürüyüb uçar, qısa elektrik qapanmadan yanğın, su basma və sair kimi bədbəxt hadisələr baş verə bilər. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin və həmin binanın sökülməsinə, həmin sahədə hər hansı inşaat işlərinin aparılması, ərazinin hasarlanması, binaya giriş-çıxışın məhdudlaşdırılması, kommunikasiya xətlərinin kəsilməsi, binanın bilvasitə yaxınlığına ağır texnikaların yerləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilib (qərardad ərizəyə əlavə edilir). Lakin buna baxmayaraq "xxxx" MMC bütün bu kobud qanun pozuntularını törətməyə davam edir. Və bunu o məqsədlə edir ki, mülkiyyətində olan mənzildən aşağıda yerləşən qeyri-yaşayış sahələrini qəzalı vəziyyətə salsın, dəyərsizləşdirib həmin sahələri ələ keçirsin. Bu qəzalı vəziyyətin yaranmasında iddiaçının heç bir günahının, məsuliyyətinin olmamasına baxmayaraq, məcburiyyət qarşısında qalıb onun qarşısını müvəqqəti olaraq almaq üçün 2018 və 2019-cu illərdə dam örtüyünün su buraxan yerlərinə öz vəsaiti hesabına ruberoid (tol) çəkdirmişdir. 2020-ci ildə yenə də su axıb töküldüyündən bu dəfə əraziyə xidmət göstərən 9 Saylı Mənzil-Kommunal İstismar Sahəsi (bundan sonra MKİS) həmin dam örtüyünün su buraxan hissələrinə ruberoid (tol) çəkdirmişdir. Lakin belə cari, yüngül, sadə təmir işləri ilə dam örtüyündən su axmasının qarşısını birdəfəlik almaq qeyri-mümkündür. Hazırkı qəzalı vəziyyətin qarşısını birdəfəlik olaraq almaq üçün, yalnız 33 saylı mənzilin tavanını əhatə edən dam örtüyünün təxminən 20 metr enində və 25 metr uzunluğundakı sahəsini qrişalamaq , yəni oraya mühafizə örtüyü çəkməklə yerinə yetirmək olar. Əgər bu mühafizə örtüyü çəkilməzsə həmin tavan tezliklə uçub dağılacaqdır. Odur ki, dam örtüyündə təcili olaraq əsaslı təmir işləri görüb qəzalı vəziyyətin birdəfəlik aradan qaldırılması üçün Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra MKTD), Mənzil-Kommunal Təsərrüfatı birliyinə (bundan sonra MKTB), Cavabdeh2nə və "xxxx" MMC-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh2 ona ünvanlanmış ərizəni tədbir görülməsi üçün MKTB-yə göndərmişdir. MKTB isə iddiaçıya və Cavabdeh2nə Dax “2”-174 saylı xx.xx.2021-ci il tarixli imtina cavabı vermişdir. Məktubda qeyd edilib: “Apardığımız araşdırmanın nəticəsi olaraq sizə məxsus qeyriyaşayış sahəsinin yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün binanın 9 saylı MKİS-in verdiyi arayışa əsasən, təmir olunması təklifi sizin tərəfinizdən qəbul görməmişdir. Danışıqlar zamanı sizin bildirdiyinizə görə "xxxx" MMC ilə apardığınız danışıqların nəticəsi olaraq dam örtüyünün təmiri "xxxx" MMC tərəfindən bütövlükdə həyata keçiriləcəkdir”. Təbii ki, MKTB-nin bu cavabı tamamilə absurddur, yalandır. Əksinə iddiaçı MKTB-nin tabeliyində olan MKİS-dən xahiş etmişdir ki, "Karat Plaza” MMC-nin 33 saylı mənzilinə və qeyri-yaşayış sahəsinə baxış keçirib akt tərib olunsun. Baxış keçirilib bu barədə akt tərtib edilmişdir (akt ərizəyə əlavə olunur). 30 ildən çoxdur ki, MKTB-nin balansında olan binanın saxlanılmasına dam örtüyünün təmirinə xidmət haqqı olaraq həmin təşkilatın büdcəsinə ildə 44,88 manat pul ödəyir (qəbz ərizəyə əlavə olunur). Bu ödənişi 30 ildən çoxdur ki, binanın bütün sakinləri ödəyirlər. MKTD-nin MKTB-yə və iddiaçıya verdiyi A-88 saylı, xx.xx.2021-ci il tarixli imtina cavab məktubunda bildirilib: “Vətəndaş İddiaçı Departamentə daxil olmuş ərizəsi baxılması və vətəndaşa cavab verilməsi üçün Sizə göndərilir”. İddiaçı "xxxx" MMC-yə xx.xx.2021 -ci ildə poçt vasitəsi ilə ərizə ilə müraciət etsə də, onlar ərizəni rəsmi qaydada alsalar da, bu günə qədər cavablandırmayıblar (poçt qəbzi və xəbərnamə ərizəyə əlavə olunur). Bakı Şəhər İcra Hakimiyyətinin iddiaçıya verdiyi A-443-069 saylı xx.xx.2021-ci il tarixli imtina cavab məktubunda bildirib: “Müraciətinizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Cavabdeh2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC-yə məktub göndərilmişdir ”. Hazırkı iddia tələbi ilə bağlı iddiaçı ilk dəfə olaraq Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi işə baxıb tikinti-texniki ekspertizası təyin etdi. Ekspert rəyini aldıqdan sonra (ekspert rəyi ərizəyə əlavə olunub) cavabdehlərin inzibati orqanlar olduğunu nəzərə alaraq işin baxılmamış saxlanılması barədə qərardad qəbul edildi və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məsləhət görüldü. Ekspert də rəyində təsdiq edir ki, dam örtüyünün bir hissəsinin istifadəyə yarasız olması və çökməsi səbəbindən yağış, qar suları 33 saylı mənzilə oradan da iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə göndərilmişdir. Məhkəmənin müvafiq qərardadları ilə "xxxx" MMC, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, "xxxx" MMC və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi hazırkı iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin, həmçinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının əsaslı təmir olunması vəzifəsinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin, Cavabdeh2, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadları ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh qismində məhkəmə icraatına cəlb edilərək üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, həmin Birliyin 9 saylı Mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir. Binanın qorunub saxlanılması və idarəçiliyinin həyata keçirilməsi həmin təşkilat tərəfindən təmin edilir. Ona görə də, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti hazırkı inzibati iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı "binanın damına mühafizə örtüyünün çəkilməsi, qeyri-yaşayış sahəsinin divar və tavanının təmir olunaraq əvvəlki vəziyyətə qaytarılmasına dair" iddia tələbi üzrə istinad olunan halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə qeyd edilən binanın balanssaxlayan təşkilatının cavabdeh qismində işə cəlb edilməsi məqsədəmüvafiq hesab edilir. Cavabdeh Bakı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır, təmin edilməməlidir. ünvan 5 ünvanında yerləşən bina Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 40 saylı, xx.xx.2000-ci il tarixli qərarında binanın saxlanılmasına görə kommunal xidmət haqqı məbləğləri müəyyənləşdirilib. Hər iki normativ hüquqi aktın məzmunundan görünür ki, binanın ümumi istifadədə olan yerlərinin saxlanılması ilə bağlı xidmətləri MKİS-lər həyata keçirir. Bunun üçün də yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında kommunal xidmət haqqı məbləğləri müəyyənləşdirilib. Binanın ümumi istifadədə olan yerlərinin saxlanılması üçün tələb olunan məbləğ binanın mülkiyyətçilərinin ödədiyi vəsait hesabına formalaşır. Lakin qeyd edilən binada mülkiyyətçilərin əksəriyyəti, hətta hazırkı iş üzrə "xxxx" MMC illərdir tələb olunan kommunal xidmət haqlarını ödəmirlər, ödəməkdən yayınırlar. Mülkiyyətçilər isə tələb olunan kommunal xidmət haqlarını ödəmədikdə binanın ümumi istifadədə yerlərinin saxlanılması üçün tələb olunan vəsait formalaşmır. Lakin buna baxmayaraq Səbail rayon MKTB iddiaçının müraciətinə əsasən binanın dam örtüyünü təmir etmişdir. Həmçinin hazırki iddia ərizəsində qeyd olunan binanın damının qrişalanması tələbi qoyulub. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarlarında da göstərilir ki, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Mənzil-Kommunal İstismar Sahələri binanın ümumi istifadədə olan yerlərinin saxlanılması ilə bağlı xidmətləri həyata keçirir. Əksər mülkiyyətçilər tərəfindən xidmət haqqı məbləğlərinin ödənməməsinə baxmayaraq Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və struktur vahidləri olan Mənzil-Kommunal İstismar Sahələri qanunvericilikdə qeyd olunan kommunal xidmətləri səmərələri həyata keçirir. Lakin Səbail rayon MKTB və MKİS-lər binanın saxlanılması üçün xidmətləri həyata keçirir. Qeyd olunan binanın texniki layihəsində onun damının qrişalanması nəzərdə tutulmayıb, əks olunmayıb. Bu halda Səbail rayon MKTB və MKİSlər binanın dam örtüyünün sökülərək layihədə nəzərdə tutulmayan qrişalanmasını həyata keçirə bilməz və səlahiyyəti daxilində deyildir. İddia ərizəsinə qoşma sənədlərdə isə qeyd olunan binanın dam örtüyünün qrişalanması ilə bağlı yeni layihənin təsdiq olunması və mövcud olunması ilə bağlı hər hansısa bir sənədə rast gəlinmir. Bu əsasa görə də, iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Səbail rayon MKTB binanın saxlanılması ilə bağlı xidməti həyata keçirir, binanın layihədə mövcud olmayan hər hansısa bir hissəsinin rekonstruksiya (layihədə mövcud olmayən dəyişikliyin edilməsi) edilməsi ilə bağlı səlahiyyəti yoxdur və buna görə öhdəlik daşımır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 78 saylı sərəncamı ilə ünvan 5 ünvanındakı binanın yerində yeni bina tikintisinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə həvalə edilmişdir (qeyd olunan sərəncam MKİS-də aşkar olunmamışdır). Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" MMC həmin binanın 33 saylı mənzilində yenidənqurma işləri aparmışdır, mənzilin tavanının üzərindəki dam örtüyünü uçurub dağıtmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Hesab edilir ki, iddiaçının iddia ərizəsində qeyd olunan bu məlumatlar da dəqiqləşdirilməlidir ki, dam örtüyü kənar təsirlə əlaqədar yararsız hala salınıbmı? Çünki 9 saylı MKİS dəfələrlə edilən müraciətlərə əsasən həmin binanın dam örtüyünə şüşəli ruberoid çəkmişdir, problem aradan qaldırılmışdır. ünvan 5 ünvanında yerləşən binanın istismarına nəzarəti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil-Kommunal İstismar Sahəsi nəzarəti həyata keçirir. Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil-Kommunal İstismar Sahəsindən məlumat əldə edilmişdir. 9 saylı MKİS-in qeyd etdiyinə əsasən ünvan 8 ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti əsasında qeyd olunan ünvana baxış keçirilmişdir. xx.xx.2021 -ci ildə 9 saylı MKİS tərəfindən ünvan 10 ünvanında yerləşən binanın İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid hissəsinin dam örtüyünə şüşə ruberoid vurulmuşdur. Həmçinin ünvan 10 ünvanındakı binanın dam örtüyünün əsaslı təmir olunması ilə bağlı 2021-2022-ci illərdə titul siyahısı 9 saylı MKİS tərəfindən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində yerləşən yaşayış evlərinin 2022-ci il ərzində əsaslı təmirə ehtiyacı olan titul siyahısı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə 31 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmişdir. 9 saylı MKİS-in təqdim etdiyi cədvələ əsasən ünvan 10 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmir olunması ilə bağlı məsələ də həmin məktuba qoşma siyahıda öz əksini tapmışdır. Həmçinin 9 saylı MKİS qeyd etmişdir ki, ünvan 10 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmir olunması məsələsi 2023-cü ildə də titul siyahısına salınacaqdır. Qeyd olunanlara əsasən hesab edilir ki, iddia ərizəsi təmin edilməməlidir. Odur ki, göstərilənlərə əsasən İddiaçı Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün 20 metr enində və 25 metr uzunluğundakı sahəsinin qrişalanması, yəni oraya mühafizə örtüyünün çəkilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması, qeyriyaşayış sahəsinin ləkələnmiş divarın və tavanın təmir olunaraq öz əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh2 tərəfindən təqdim edilmiş iddiaya dair yazılı münasibətd bildirilmişdir ki, qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, bir müddət əvvəl Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sözügedən dam örtüyü 2020-ci ildə Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ruberoid örtüyü ilə təmir edilmiş və dam örtüyünün əsaslı təmiri 2023-cü ilin titul siyahısına salınmışdır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən iddia tələbinə dair yazılı münasibətdə bildirilmişdir ki, həmin işlə bağlı Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin qərarına əsasən məhkəmə ekspertizası təyin olunmuş və ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, əmələ gəlmiş qüsurlar qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 33 saylı mənzildən deyil, dam örtüyünün bir hissəsinin istifadəyə yararsız vəziyyətdə olmasıdır. Daha sonra ekspert baxışı zamanı müəyyən olunmuşdur ki, Karat Plaza MMC-yə məxsus ünvan 20 döşəməsi diktlə üzlənmiş, divarları və tavanı boya ilə rənglənmişdir. Sizin iştirakınızla yerində baxış keçirilən zaman qeyd etdiklərimiz öz təsdiqini tapmışdır. Bildiririk ki, binanın dam örtüyünün ruberoid örtüklə örtülməsi bizim səlahiyyətimizdə deyil və bu bizim maddi imkanımız çərçivəsindədir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundada göründüyü kimi qeyd olunan bina tarixi bina olaraq 2023-cü ilin əsaslı təmirə ehtiyacı olan Titul siyahısına salınmışdır. Odur ki, yuxarıda qeyd olunanları və ekpert rəyini nəzərə alaraq İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Cavabdeh2nə, üçüncü şəxslər Səbail rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Karat Plaza MMC-ə qarşı “binanın damına mühafizə örtüyünün çəkilməsi, qeyri-yaşayış sahəsinin divar və tavanının təmir olunaraq əvvəlki vəziyyətinə qaytarılması” dair işə üçüncü şəxsin iştirakı olmadan baxılması və İddiaçı iddiasının "xxxx" MMC-ə qarşı olan hissəsinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, "xxxx" MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işləri balanssaxlayıcı Mənzil-Kommunal Təsərrüfatı təşkilatlarının birgə tərtib etdiyi müvafiq siyahı əsasında yerinə yetirilir. Cari il üçün qeyd edilən işlərlə bağlı titul siyahısının təsdiq edildiyi nəzərə çatdırılaraq bildirilir ki, gələcəkdə bu məqsədlərlə bağlı maliyyə vəsaiti ayrılacağı, habelə texniki və iqtisadi baxımdan təmirbərpası səmərəli hesab olunan yaşayış binaları ilə birlikdə sözügedən ünvan da həmin siyahıya daxil ediləcəyi təqdirdə digər ünvanlarla birgə mərhələli şəkildə və müəyyən ardıcıllıq əsasında ünvan 12 ünvanında yerləşən binanın dam örtüyündə layihəyə uyğun təmir işləri aparıla bilər. Eyni zamanda məlum edilir ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işlərinin aparılması üçün müvafiq təyinat üzrə ayrılmış vəsait hesabına vətəndaşların şəxsi mülkiyyətində olan qeyri-yaşayış obyektlərində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulmadığından yuxarıda qeyd edilən ünvandakı obyektin divar və tavanında təmir işlərinin aparılması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2 və Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı tələb ürə iddiaçının hüquqi marağı dövlət mənzil fonduna daxil olan ünvan 13 ünvanında yerləşən binanın damının əsaslı təmir edilməsinə və binanın damından su axması nəticəsində mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın aradan qaldırılmasına yönəlmişdir. Qeyd olunan binanın balanssaxlayıcısı Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyidir (Səbail rayon MKTB). Lakin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Deparatmentinin xx.xx.2001-ci il tarixli 118/1 saylı sərəncamı ilə təsdiq edilmiş Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Əsasnaməsinin 1.1-ci bəndində göstərilmişdir ki, Səbail rayon MKTB Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09 fevral 1996-cı il tarixli, 200 saylı Sərəncamı ilə yaradılmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyətinin tənzimlənməsi haqqında” xx.xx.2001-ci il tarixli, 341 saylı Sərəncamı ilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin birbaşa tabeliyinə verilmişdir. Həmin Əsasnamənin 1.2-ci bəndinə görə, Birliyin tərkibinə mənzil-kommunal istismarı sahələri, habelə təmir və nəqliyyat xidmət sahələri daxildir. Departametnin verdiyi səlahiyyətlər çərçivəsində mənzil fondunun, kommunal obyektlərin qorunub saxlanılması ilə bağlı digər xidmət sahələri daxil edilə bilər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, Birlik ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, Departamentin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam və hüquqlarını həyata keçirir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 154 nömrəli sərəncamınnı 1 nömrəli əlavəsi ilə təsdiq edilmiş Mənzil Kommunal Təsərrüfat Departamentinin Nizamnaməsinin 2.18-ci bəndində göstərilmişdir ki, Departament əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti və investorlar tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində abadlıq və tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmir işlərini həyata keçirir. Göründüyü kimi, Səbail rayon MKTB Mənzil Kommunal Təsərrüfat Departamentinin birbaşa tabeliyində olmaqla, Departamentin verdiyi səlahiyyətlər həddində mənzil fondunun qorunub saxlanılması və ona təhkim edilmiş əmlak barəsində Departamentin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik istifadə və sərancam hüquqlarını həyata keçirən qurumdur. Həmçinin nəzərə almaq lazımdır ki, MKTB-lər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi nəzərdə tutulmamış, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə təcrübəsində də MKTB-nin cavabdeh tərəf kimi iştirakı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Departament mənzil fondunun əsaslı təmir işlərini həyata keçirməyə məsul inzibati orqan olduğundan və beləliklə də bu sahədə publik səlahiyyət Mənzil Kommunal Təsərrüfat Departamentinə aid olduğundan cavabdeh qismində Departament çıxış etməli və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl digər qurumlarla yanaşı MKTD-yə də müraciət etmiş, lakin məqsədinə nail ola bilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh MKTD-nin və iş üzrə cəlb olunmuş üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh MKTD-nin nümayəndəsi və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi təqdim etdikləri etirazın məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 14 ünvanında yerləşən sahəsi 74,8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 20 "xxxx" MMC-nin mülkiyyətindədir. -Cavadeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətində qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün Cavabdeh2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və "xxxx" MMCyə məktub göndərilmişdir. -Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə Departamentə daxil olmuş müraciət ərizəsi baxılması və cavab verilməsi üçün Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. -Cavabdeh Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar Ə.Cavad küçəsi 24A (İstiqlaliyyət 47) ünvana baxış keçirilmişdir. Baxış zamanı 9 saylı MKİS-in verdiyi arayışda bildirilir ki, Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Belə ki, binanın dam örtüyü həmin vaxt şüşəli ruberoidlə cari təmir edilmişdir. Binanın dam örtüyünün əsaslı təmir olunması 2022-ci ilin titul siyahısına salınmışdır. -Cavadeh Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, dam örtüyü 2020-ci ildə Səbail Rayon MKTB tərəfindən ruberoid örtüyü ilə təmir edilmiş və dam örtüyünün əsaslı təmiri 2022-ci ilin titul siyahısına salınmışdır. -Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 №-li arayışda bildirilmişdir ki, Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Sakinin dam örtüyünə şüşəli ruberoid vurulmuşdur və 2021-2022-ci ilin əsaslı təmir olunmasına görə titul siyahısına salınmışdır və 2023-cü ilin Titul siyahısına salınacaqdır. -Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Birliyin xidməti ərazisində yerləşən yaşayış sahələrinin 2023cü il ərzində əsaslı təmirə ehtiyacı olan Titul siyahısı təqdim edilmişdir. Həmin Titul siyahısından görünür ki, İstiqlaliyyət 47 ünvanında yerləşən, 1913-cü ildə inşa edilmiş 2 mərtəbəli yaşayış sahəsinin qır dam örtüyünün əsaslı təmiri nəzərdə tutulmuşdur. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 14 ünvanında yerləşən, 1913-cü ildə inşa edilmiş 2 mərtəbəli yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında, istismar edilməsi üçün həmin Birliyin 9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən balansındakı təmirə ehtiyacı olan yaşayış binalarının, o cümlədən ünvan 14 ünvanında yerləşən yaşayış binası da siyahıya daxil edilməklə aidiyyəti üzrə təqdim edilmişdir. Maliyyə vəsaiti ayrıldıqdan sonra həmin ünvanda təmir işlərinin həyata keçirilməsi mümkün olacaqdır. Məlumat üçün bildirilir ki, qeyd edilən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla tarixi memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir (inventar nömrəsi 3283). -Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Mənzil Kommunal Təsərüfat Departamentinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1913-cü ildə inşa edilmiş İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən 2 mərtəbəli bina qır dam örtüyünün əsaslı təmiri üçün 2023-cü il ərzində əsaslı təmirə ehtiyacı olan yşayış evlərinin titul siyahısına əlavə edilmişdir. -Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı Mənzil-kommunal İstismar sahəsinin mühəndisi X1, sahə bələdçisi X2 və 9-cu polis bölməsinin sahə inspektoru X3 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsindəki qeyriyaşayış sahəsinin sahibi İddiaçı xx.xx.2021-ci ildə 9 saylı MKİS-ə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar onun qeyri-yaşayış sahsinə baxış keçirilmişdir. Baxış zamanı intensiv yağan yağış sularının dam örtüyündən ikinci mərtəbədəki yaşayışı olmayan 33 saylı mənzilə oradan da sözgedən qeyri-yaşayış sahəsinə fasiləsiz olaraq axıb töküldüyü, həmçinin iddiaçının icarəyə verdiyi təmirli qeyri-yaşayış sahəsinin tavanı və divarlarının yuxarı mərtəbədən axan yağış suları nəticəsində yarasız vəziyyətə düşüb maddi ziyan dəydiyi aşkar edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakəları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarət olmaqla aşağıdakı vəzifələrin cavabdehin üzərinə qoyulması xahiş edilir:
1. ünvan 19 ünvanında yerləşən binanın dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunması,
2. Həmin binada yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması. Məhkəmə hesab edir ki, tələbin birinci hissəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Beləliklə, işin halları ilə müəyyən edilir ki, iddiaçı ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçının hüquqi marağı mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerləşdiyi binanın dam örtüyünün və qeyri-yaşayış sahəsinin ləkələnmiş divarlarının təmir edilməsindən ibarətdir. Hazırkı tələb ilə bağlı cavabdeh inzibati orqanlara müxtəlif tarixli müraciətlər etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində yerləşən yaşayış sahələrinin 2023-cü il ərzində əsaslı təmirə ehtiyacı olan Titul siyahısına əlavə edilmişdir. Həmçinin iddiaçı iş üzrə məhkəmə iclaslarında verdiyi izahatında da sözügedən dam örtüyünün şüşəli ruberoid ilə təmir edilməsini təkzib etməmiş, hazırda həmin hissədə hər hansı su axıntısının və təhlükənin olmadığını bildirmişdir. İcraat dövründə iddiaçı tərəfindən bunun əksini göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələbi gələcəyə münasibətdə yarana biləcək təhlükənin qarşısını almaqdan ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 14 ünvanında yerləşən binanın dam örtüyünün təmir edilməsi ilə bağlı əsasın olması hazırkı halda öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin olunmamalıdır. İddianın təmin edilən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə konkret halda cavabdehin təqsirli hərəkətlərinin (hərəkətsizliyinin) olub-olmaması, olduğu təqdirdə isə bu hərəkətlərin (hərəkətsizliyin) həqiqətən iddiaçıya zərər vurulması ilə nəticələndiyi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-437/2022 №-li qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı “mənzilin və dam örtüyünün əsaslı təmir edilməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinə zərər dəymişdirmi?
2. Əgər zərər dəymişdirsə, həmin zərərin əmələ gəlmə səbəbi nə olmuşdur?
3. Əgər zərər dəymişdirsə, buna səbəb qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən mənzilin təmirsiz vəziyyətdə saxlanılmasıdırmı?
4. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın aradan qaldırılması mümkündürmü?
5. Əgər mümkündürsə, hansı qaydada aradan qaldırıla bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1479 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinin satış zalının ikinci hissəsinin, sahəsi 20.6 m2 (4,90×4,20) olan hissəsinin tavanına ziyanın dəydiyi müəyyən edilmişdir. Qeyd olunur ki, həmin hissənin tavanı üzərində sarımtıl su sızma ləkələri müşahidə olunmuşdur. Qərardadın 2-ci sualı üzrə ünvan 20 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsinin çökməsi nəticəsində (yağış, qar və s.) təbii çöküntülər yağdığı zaman damdan 33 saylı mənzilə axdığı, sonradan isə 33 saylı mənzildən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun sızması nəticəsində qeyri-yaşayış sahəsində qüsurların yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurlar qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 33 saylı mənzilin təmirsiz vəziyyətdə saxlanılması səbəbindən deyil. ünvan 20 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsinin istifadəyə yarasız vəziyyətdə olmasındandır. Qərardadın 4-cü və 5-ci sualları üzrə bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın aradan qaldırılması mümkündür. Bunun üçün qeyri-yaşayış sahəsinin sahəsi 20.6 m2 (4,90×4,20) olan hissəsinin tavanı şpatlyovka materialı ilə üzlənməli və boya ilə rənglənməlidir. Qeyriyaşayış sahəsində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 261.0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən binanın məhz dam örtüyünün bir hissəsinin çökməsi nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə 261 manat dəyərində ziyan dəyməsi ekspert rəyi ilə təsdiqini tapmışdır. Məhkəmə istinad olunan xx.xx.2022-ci il tarixli, 10/1479 nömrəli ekspert rəyi üzrə gəlinən nəticənin tərəflər arasında mübahisələndirilmədiyini də nəzərə alaraq və iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəy ilə razılaşmamaq üçün əsas görmür və mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurumun sözügedən binanın damının vaxtında təmir edilməməsi ilə bağlı təqsirli hərəkətləri (yəni səbəbin olduğu) və cavabdehin bu hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirildiyindən və əksini təsbit edə biləcək hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddiaçı ona vurulmuş zərərin əvəzini tələb etmək hüququna malik olur. Bu baxımdan, iddia tələbi həmin hissədə təmin edilməli, ünvan 21 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunaraq öz əvvəlki vəziyyətinə qaytarılması vəzifəsi cavabdeh Mənzil Kommunal Təsərrüfat Departamtentinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. ünvan 14 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov