Məhkəmə qərarları › İş №2-1(112)-3207/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3207/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3207/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, mühasib, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı «işsiz kimi qeydiyyatın bərpa edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı iddia qaldıraraq iddiaçının işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmasının qanunsuz hesab edilməsi, iddiaçının işsiz kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində aylıq birdəfəlik ödəmənin alınması məqsədilə işsiz kimi qeydiyyata dayanmışdır. Bir müddətdən sonra iddiaçıya SMS vasitəsi ilə cavab verərək bildirilmişdir ki, aztəminatlıq meyarına uyğun gəlmədiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilir. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxsə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə” iddia ilə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)- 5610/2020 nömrəli qərarına əsasən iddiaçının iddiası təmin edilmişdir. Bundan sonra 01 dekabr 2020-ci ildə gecə saat 02.28-də cavabdeh tərəfindən ona SMS göndərilmiş, həmin SMS-də iddiaçı barəsində tərtib edilmiş X4 imtina etdiyinə görə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması iddiaçıya bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin bu hərəkətləri iddiaçını 190 manat birdəfəlik ödəmə verilməsindən məhrum etmək məqsədi daşıyır. İddiaçıya savadına, bacarığına görə heç bir münasib iş təklif edilməmişdir. Hətta fərdi məşğulluq proqramında iştirak etmək də iddiaçıya təklif edilməmişdir. Belə olan halda iddiaçının işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, “Məşğulluq” alt sistemində işsiz statusu olan şəxslər qeyd edilən elektron informasiya vasitəsində olan vakansiya bankından özünə uyğun işlər nəzərdən keçirib onlara müraciət etmirsə, habelə onun əmək bazarına qaytarılması və məşğulluğunun təmin edilməsi üçün tərtib olunmalı olan fərdi məşğulluq proqramı üçün tələb olunan məlumatları bölüşmək istəmirsə bu zaman hər nə qədər də işi və qazancı olmamasına baxmayaraq onun işə başlamağa hazır olmadığı ehtimal edilir. Bu isə qanunvericilikdə işsiz şəxslərin təyini üçün müəyyən olan şərtlərə cavab verməməkdir. İddiaçı ilə bağlı MAS-da olan anket məlumatlarının təhlili zamanı şəxsin sistemə qeydiyyatı tarixinin 16.04.2020-ci il, onun anketinin təsdiq və iddiaçıya işsiz statusunun verilməsi tarixinin 20.04.2020-ci il olduğu ortaya çıxır. İddiaçının MAS-da qeydiyyatdan keçməsinin əsas səbəbi öz məşğulluq imkanlarını artırmaq, habelə əmək bazarına yenidən dönmək yox, məhz birdəfəlik ödəmənin alınması məqsədi olmuşdur. Belə olan təqdirdə isə İddiaçı nə məşğulluq imkanlarını genişləndirmək, nə də aktiv məşğulluq tədbirlərində iştirak marağında olmamış və qanunvericilikdə bu tədbirlər üçün nəzərdə tutulan hərəkətləri də etməmişdir. Qanunvericiliyə əsasən fərdi məşğulluq proqramlarının tərtibi məqsədilə işsiz statusu olan şəxslər bu statusu aldıqdan 5 iş günü ərzində ya mərkəzlərə gələrək və yaxud elektron qaydada şəxsi kabinetində olan məsləhət xidmətindən keçməli və “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası və hesabatın forması”nın 2.4-cü maddəsində nəzərdə tutulan məsələlərə dair məlumatlarını sistemə daxil etməlidir. İddiaçı isə yuxarıda qeyd edilən məlumatların verilməsini təmin etməmişdir və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5.10.4-cü maddəsinin tələbləri çərçivəsində işsiz kimi qeydiyyatdan müvəqqəti olaraq əsaslı şəkildə çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin ediməsini xahiş etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Rüstəmova Aybəniz Əli qızı Azərbaycan Respublikasının vətəndaşıdır. “Doğum haqqında şəhadətnamə”nin, VVAQ şöbəsinin arayışlarının surətlərinə əsasən iddiaçının 04.08.2007-ci il təvəllüdlü azyaşlı (X6) uşağı vardır. Məşğulluq alt sistemindən 01.12.2020-ci il tarixli çıxarışa əsasən iddiaçı Rüstəmova Aybəniz Əli qızına 20.04.2020-ci il tarixdə işsizlik statusu verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən iddiaçının istifdəsində olan mobil telefona göndərilmiş “SMS”ə əsasən iddiaçıya bildirilmişdir: “Siz barənizdə tərtib edilmiş FMP-dən imtina etmisiniz. Siz “Məşğulluq haqqında” ARQ-nın 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılırsınız.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2020 nömrəli, 16.10.2020-ci il tarixli qərarına əsasən həmin inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası qanunsuz hesab edilərək iddiaçının işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Rüstəmova Aybəniz Əli qızı Azərbaycan Respublikasının vətəndaşıdır, bir azyaşlı uşağı vardır, 20.04.2020-ci il tarixdə ona işsizlik statusu verilmişdir və 01.12.2020-ci ildə iddiaçıya göndərilmiş SMS məlumatda onun X4 imtina etməsi əsası ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5.10.4-cü maddəsinə əsasən onun işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması bildirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edərək işsiz kimi qeydiyyatının bərpa edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, İddiaçı Əli qızı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİİ hissəsinə əsasən işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci madəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir, 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Qeyd edilən Qanunun 5.10-cu maddəsinə əsasən aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır: 5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; 5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; 5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində; 5.10.4. fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə. İşin faktiki hallarına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 iddiaçı Rüstəmova Aybəniz Əli qızının işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması üçün əsas kimi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5.10.4-cü maddəsini göstərsə də həmin normada mövcud olan əsaslara dair sübutları – yəni iddiaçıya fərdi məşğulluq proqramının tərtib olunmasının təklif edilməsini, lakin iddiaçının bundan imtina etməsini və ya iddiaçının fərdi məşğulluq proqramının mövcud olmasını, iddiaçının isə həmin proqramın icrasından imtina etməsini və ya həmin proqram mövcud olduğu halda onun icrası ilə bağlı hesabatı təqdim etməməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və belə bir sübutların mövcud olmasına dair məhkəməyə məlumat verməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması qanunsuz hesab edilməli, iddiaçının işsiz kimi qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılması qanunsuz hesab edilsin və İddiaçı işsiz kimi qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar