Məhkəmə qərarları › İş №2-1(112)-3216/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3216/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3216/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona dublikat müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N993-cü il tarixdən N saylı hərbi hissədə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində keçmişdir. Hərbi xidmət dövrü döyüşlərdə yaralandığı və 230 saylı hərbi hospitalda müalicə aldığı dövrə qədər davam edib. Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona naməlum şəraitdə itmiş 'Müharibə veteranı”(MV 065732) vəsiqəsinin dublikatının verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona itmiş müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edib. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də mənə dublikat "müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O, xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissədə hərbi xidmət keçmişdir və xidmət keçməyi hərbi biletlə təsdiq olunur. Yaralanmağı və 230 saylı hərbi hospitalda müalicə almağı sənədlərlə təsdiq olunur. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb və bu hal Hərbi Prokurorluqdan ona verilmiş arayışla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: "N988-ci il fevralın N- dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 268 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, komandirin xx.xx.N994-cü il tarixli 42 nömrəli əmrilə müalicəyə göndərildiyi üçün ərzaq təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE serityalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.N965-ci il təvəllüdlü İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-2099B-3222 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus olan MV 065732 nömrəli Müharibə veteranı vəsiqəsinin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-25/2-B-579-N/2024 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin 0N dekabr N993-cü il tarixli N №-li əmrində (əsas: §- 20, sıra-87, səh-33, əmrdə atasının adı Bayım yazılmışdır) N965-ci il təvəllüdlü, sıravi İddiaçı Bayım oğlunun xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Hərbi hospitala müalicəyə göndərildiyi üçün sıravi İddiaçı Bəyim oğlunun N №-li hərbi hissə komandirinin NN fevral N994-cü il tarixli 42 №-li əmrində (əsas: §-4, sıra-24. əmrdə atasının adı Bəyim yazılmışdır) ərzaq təminatından çıxarılması barədə məlumat vardır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli8 N435 nömrəli Qərarına əsasən Bakı şəhəri Qaradağ RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun 2N,09.2000-ci il tarixli qərarına əsasən barəsində cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 0N,03.N994-cü ildə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma - diaqnoz: “Sağ kürək nahiyyəsinin döş boşluğuna keçməyən kor qəlpə yaralanmasından sonra qranuiyasäya edən yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin 2N,06.20N8-ci il tarixli N0N0 nömrəli göndərişi, xx.xx.20N8-ci il tarixli 205 nömrəli arayışı, N nömrəli hərbi hissənin hərbihəkim komissiyasının protokolları kitabından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -SX seriyalı ******* nömrəli Hərbi Biletdən görünür ki, xx.xx.N965-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhər Qaradağ rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N983-cü ildə hərbi hissəyə göndərilmişdir. SHXÇDX-nin Qaradağ rayon İdarəsi tərəfindən xx.xx.N993-cü ildə çağırışla həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.N985-ci ildə keçmiş SSRi SQ-dən xx.xx.N985-ci il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmış və SHXÇDX-nin Qaradağ rayonu idarəsinə göndərilmişdir. xx.xx.N983-cü il tarixdə hərbi hissədə hərbi and içmişdir. xx.xx.N994-cü il tarixdə yaralanmışdır. Qarabağ hərbi prokurorluğunun xx.xx.20N9-cu il tarixli N6/2622 nömrəli vətəndaşa ünvanladığı məktubda haqqında cinayət istintaq olunmadığı və material araşdırılmadığı göstərilmişdir. xx.xx.2024-cü il tarixdə təkrar hərbi bilet verilib, itirilmiş AZ seriyalı ******* nömrəli hərbi biletin əvəzinə. -Qaradağ rayon Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli N6/2622 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən xx.xx.2000-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Materialın saxlama müddəti keçdiyindən həmin material xx.xx.2005-ci il tarixli aktla məhv edildiyindən qeyd olunan qərarın surətini sizə göndərmək mümkün deyildir. Bundan başqa barənizdə Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmur və material araşdırılmır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3N82 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 268 nömrəli Əmrində göstərilmişdir ki, aşağıda adları qeyd olunan hərbi toplanışçılar 4 taborun şəxsi heyətinə daxil edilib və bütün növ təminatlar ilə təmin edilsinlər: a) N8 noyabr N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinə daxil olunmuş hesab edilsin. 87. sıravi İddiaçı Bayış oğlu (qeyd: ata adı Bayış yazılmışdır) N965. -N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 42 nömrəli Əmrində göstərilmişdir ki, aşağıda adları qeyd olunan hərbi qulluqçular NN.02.94-cü il tarixdən getmiş (h/hosp.müalicəyə) hesab edilsinlər, ərzaq təminatından çıxarılsınlar: 24.s-vi İddiaçı Bəyim (qeyd: ata adı Bəyim yazılmışdır)-4 MSB. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-N20/2-040504/2024 nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı barəsində hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etmə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilib-edilməməsi, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib-verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib-edilməməsinə dair məlumatların N0 gün ərzində sizə təqdim edilməsi haqqında N0 oktyabr 2024-cü il tarixli 2-N(NN2)- N4N84/2024 nömrəli sorğunuz 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və tərəfimizdən öyrənilmişdir. Sorğuya hərbi biletin yalnız N-ci səhifəsi əlavə edildiyindən vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissə barədə məlumatları müəyyənləşdirmək mümkün olmamışdır. Bildiririk ki, hərbi hissələrin prokurorluqlar üzrə nəzarət dairəsi dəyişdiyindən, döyüş əməliyyatları zamanı mövcud olan hərbi hissələrin yerdəyişmələri və ləğv edilmələri (hərbi hissələrin nömrələrinin dəyişilməsi) ilə bağlı, həmçinin N-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından, sorğuda göstərilən şəxs barəsində göstərilən müddətdə cinayət işi və ya təqsirləndirici material olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq sorğunuza qısa müddət ərzində və dəqiq məlumat verilməsi üçün İddiaçı hansı tarixdə və hansı hərbi hissələrdə xidmət etməsi, ezam olunması, xidmət etdiyi hərbi hissələrin hansı rayonların ərazisində yerləşməsi barədə dəqiq məlumatları (Müdafiə Nazirliyinin, DQ və.s müvafiq arayışına əsasən zəruri sənədlərin surətləri ilə (şəxsiyyət vəsiqəsi, hərbi bilet və xidmətini təsdiqləyən arxiv arayışı) birlikdə ərazi aidiyyəti üzrə aşağıda göstərilən müvafiq tabe hərbi prokurorluqlara təqdim edilməsi, gələcəkdə sorğuların müvafiq tabe hərbi prokurorluqlara verilməsi xahiş olunur. Ağdam hərbi prokurorluğu-Ağdam, Ağcabədi, Xocalı, Xankəndi, Şuşa və Bərdə rayonlarında yerləşən hərbi hissələr üzrə. Füzuli hərbi prokurorluğu-Beyləqan, Cəbrayıl, Füzuli, Xocavənd, İmişli, Saatlı və Sabirabad rayonlarında yerləşən hərbi hissələr üzrə. Qubadlı hərbi prokurorluğu-Qubadlı, Laçın və Zəngilan rayonlarında yerləşən hərbi hissələr üzrə. Kəlbəcər hərbi prokurorluğu- Kəlbəcər rayonunda yerləşən hərbi hissələr üzrə. Gəncə hərbi prokurorluğu-Gəncə, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarında yerləşən hərbi hissələr üzrə. Şəmkir hərbi prokurorluğu-Şəmkir, Qazax, Tovuz, Gədəbəy və Ağstafa rayonlarında yerləşən hərbi hissələr üzrə. Tərtər hərbi prokurorluğu-Tərtər, Naftalan, Ağdaş, Ağdərə, Yevlax, Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarında yerləşən hərbi hissələr üzrə. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsinin xx.xx.2024cü il tarixli 343-82/2-2082/2024 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.20N9cu il tarixli 9/2-8038 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü il tarixli N №-li əmrində (əsas səh-33, §-5, sıra-87, əmirdə atasının adı Bayım yazılmışdır) N965-ci il təvəllüdlü, sıravi İddiaçı Bayım oğlu N8.NN.93-cü il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Hərbi hospitala müalicəyə göndərildiyi üçün sıravi İddiaçı Bəyim oğlunun N nömrəli hərbi hissə komandirinin NN fevral N994-cü il tarixli 42 №-li əmrində (esas: §-4, sıra-24, əmrdə atasının Bəyim yazılmışdır) ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N6-cı il tarixli 9/23829 №-li məktubla İddiaçı ünvanına cavab gödərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-N40/2-N096/25 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində hər hansı cinayət işi, təqsirləndirici material və ya məlumat olmamışdır. xx.xx.2024-cü il tarixli akta əsasən Bakı Hərbi Prokurorluğunda 2004-cü ilədək tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilmiş cinayət işləri üzrə nəzarət icraatları, xitam edilmiş cinayət işləri, 2004-cü ilədək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş araşdırma materialları, eləcə də 20N3-cü ilədək olan inzibati xətalar üzrə işlərə dair və başqa yazışmalar, qeydiyyat kitabları və digər xidməti sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsinin xx.xx.2025ci il tarixli 3-43-82/2-445/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli 9/2-8038 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü il tarixli N №-li əmrində (əsas: səh-33, §-5, sıra-87, əmrdə atasının adı Bayım yazılmışdır) N965-ci il təvəllüdlü, sıravi İddiaçı Bayim oğlu N8.NN.93-cü il tarixdən şexsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Hərbi hospitala müalicəyə gördərildiyi üçün sıravi İddiaçı Bəyim oğlunun N nömrəli hərbi hissə komandirinin NN fevral N994-cü il tarixli 42 №-li əmrində (əsas: §-4, sıra-24, əmrdə atasının Bəyim yazılmışdır) ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N6-cı il tarixli 9/2-3829 №-li məktubla İddiaçı ünvanına cavab gödərilmişdir. -Qaradağ rayon Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adı və vəsiqələrin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında 2-ci olaraq sıravi N965-ci il təvəllüdlü İddiaçı Bayım oğlu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-N4/2-4478/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi müdafiə nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli N4/2-5085/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Məhkəmə sorğusuna əsasən Ağdam Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-N70/2-0N23N0/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Ağdam hərbi prokurorluğu tərəfindən xx.xx.2000-ci il tarixdə amnistiya aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin materialın saxlama müddəti keçdiyindən İddiaçı barəsində olan material və qərar xx.xx.2005-ci il tarixli aktla məhv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ağdam Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-N70/2-035897/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğu tərəfindən xx.xx.2000-ci il tarixdə amnistiya aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin materialın saxlanma müddəti keçdiyindən İddiaçı barəsində olan material və qərar xx.xx.2005-ci il tarixli aktla məhv edilmiş və materialların arxivə təhvil verilməsi aktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi qeyd edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.202N-ci il və təkrar xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidmətiniz əmrlərlə tam təsdiqlənmədiyinə görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci hissəsinin 4cü abzasına əsasən Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarında olan iddiaçının hərbi xidmətkeçməsi ilə bağlı sənədlərdən görünür ki, iddiaçı xx.xx.N983-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə cəlb edilmiş və hərbi xidmətdə olduğu hərbi hissə Müdafiə Nazirliyinin tərkibində olduğundan müharibə veteranı adı və vəsiqəsinin (eləcə də dublikat) verilməsi Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivində iddiaçının xx.xx.N993-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi, N saylı hərbi hissə Komandirinin xx.xx.N994-cü il tarixli 42 nömrəli Əmri ilə hərbi hospitalda müalicəyə getməsi səbəbilə ərzaq təminatından çıxarılması ilə bağlı məlumat mövcud olsa da, iddiaçının müalicədən sonrakı hərbi xidməti barədə məlumat, xüsusən müalicədən sonra hərbi hissəyə qayıtması və qanui əsaslarla hərbi qulluqçu kimi ehtiyata buraxılması barədə sənədlər mövcud deyildir. İddiaçı N993-cü ildə döyüş bölgəsində hərbi xidmət keçərkən yaralanmasına görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilsə də yuxarıda adı çəkilən 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının xx.xx.N994-cü il tarixdə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirildiyinə görə onun yaralanması isə N994-cü il N2 may tarixindən əvvəl olmuş, yaralanmadan sonra iddiaçı hərbi xidmətini davam etdirmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zərri hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Qaradağ Rayon İdarəsinin təqdim etdiyi Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı üzrə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsərin adlı siyahısında İddiaçı adı qeyd edilsə də həmin vəsiqə hal-hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən də həmin vəsiqənin surəti təqdim edilməmiş, Müdafiə Nazirliyində isə həmin vəsiqə barədə hər hansı məlumat yoxdur. Bundan əlavə Qaydaların qeyd hissəsində göstəriliyi kimi-Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteraın vəsiqəsi verilir. Hzırkı iş üzrə iddiaçnın əlillik statusu yoxdur, əksinə iddiaçı barəsində Ağdam Hərbi Prokuorluq tərəfindn xx.xx.2000-ci ildə amnistuya aktlna əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə məlumat vardır. By baxımdan qeyd hissəsinə görə iddiaçının müharibə veteranı statusu yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar