Məhkəmə qərarları › İş №2-1(112)-3247/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3247/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3247/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh sonuncu dəfə 14 sentyabr 2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-B-1330/1-42/2024 nömrəli arayışında xx.xx.1993-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X6 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.1993- cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2021-ci ilin aprel, may, iyun, iyun, iyul, avqust, 2022-ci ilin aprel, may, iyun, iyun, iyul, avqust və oktyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 11 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 28 sentyabr 2012-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-B-222228/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı xx xxxxxxxx 1955-cü ildə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1970-24 iyun 1974-cü il tarixlərində Bakı Rabitə Elektrotexnika Texnikumunda əyani təhsil almışdır. 26 oktyabr 1981-ci il tarixində Azərbaycan Dəmir Yollarının X2 Deposunda balonların sınaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 10 yanvar 1983-cü ildə refrijerator qatarının mexaniki vəzifəsinə keçirilmişdir. 24 may 1983-cü il tarixində refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. 06 avqust 1984-cü ildə dizel avadanlıqlarının cari təmiri üzrə təmirçi çilingər vəzifəsinə keçirilmişdir. 11 sentyabr 1984-cü il tarixində refrijerator qatarının rəisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 1985-ci ildə işdən çıxmışdır. 20 noyabr 1985-ci ildə Azərbaycan AES Tikinti Quraşdırma İdarəsində fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 12 may 1986-cı ildə çilingər vəzifəsinə keçirilmişdir. 30 sentyabr 1986-cı ildə işdən çıxmışdır. 14 noyabr 1986-cı ildə Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında qatar tərtibatçısının köməkçisi kimi işə qəbul edilmişdir. 24 noyabr 1986-cı ildə həmin vəzifədə sərbəst işə buraxılmışdır. 25 iyun 1987-ci ildə işdən çıxmışdır. 30 iyul 1987-ci ildə Azərbaycan Dəmir Yollarının X5 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 19 noyabr 1987-ci ildə refrijerator seksiyasının rəisi keçirilmişdir. 04 aprel 1991-ci il tarixində refrijerator seksiyası mexaniki vəzifəsinə keçirilmişdir. 22 aprel 1993-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 07 fevral 2018-ci il tarixində işdən çıxmışdır. 07 fevral 2018-ci ildə X6 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2018-ci ildə əmək müqaviləmə xitam verilmişdir. 08 noyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X6 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 05 avqust 2019-cu ildə X6 Xidməti Baxış və Cari Təmir Sexində mexanik vəzifəsinə keçirilmişdir. 11 oktyabr 2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01 yanvar 2006-cı ilə qədər iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 21.4-ci bəndinə Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil etmişdir. Cavabdeh iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdehin həmin inzibati qərarı aşağıdakılara görə qanunsuzdur; 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33- 19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan-Kitabça) giriş hissədə deyilmişdir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-1) daxil edilmişdir. VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri" bölməsinin "Ümumi müddəalar"inda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İslərin konkret məzmunu, həcmi və verinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti onun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığını iddia etdiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü təşkil etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-B-1330/1-42/2024 nömrəli arayışında xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X6 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunanlardan və müvafiq Qərarla təsdiq edilmiş Siyahıdan görünür ki, iddiaçının işlədiyi vəzifə refrijerator seksiyalarının mexaniki vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987-19.11,1987-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2021-ci ilin aprel, may, iyun, iyul, avqust, 2022-ci ilin aprel may, iyun, iyul, avqust və oktyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 11 ay) staja daxil edilməsi mümkün olmamışdır. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, istinad edilən normalardan görünür ki, ƏPQ-nin 9.1-ci maddəsinin tələbinə əsasən kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının ümumi iş stajı barədə İşdə olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 1219 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından və 011934 nömrəli diplomdan görünür ki, İddiaçı 1970-ci il tarixində Bakı Rabitə Elektrotexnikumuna qəbul olmuş və 1974-cü ildə həmin texnikumun Avtomatik elektrik rabitəsi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İşdə olan görünür ki, İddiaçı həqiqətən 1970-ci il tarixində Bakı Rabitə Elektrotexnikumuna qəbul olmuş və 1974 -ci ildə həmin texnikumun Avtomatik elektrik rabitəsi ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İddiaçıya məxsus ИТ-İ №1136770 nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixidə Ələt refrijerator deposuna balon sınaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ilədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2018-ci il tarixində Şərq vaqon deposu refrijerator seksiyaların rəhbər mexaniki keçirilmiş, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-nin Şərq vaqon deposu refrijerator seksiyaların mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 27 il 7 ay 8 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə qeyd edir ki, 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı ildən sonra 6 il 7 ay 20 gün sığorta stajı vardır Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixə 34 il 2 ay 27 gün ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan 25 ildən artıqdır. Belə olan halda aydındır ki, iddiaçı ilk tələbi ödəyir. İİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respubliksının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: refrijerator qatarlarının (seksiyaların) mexanikləri. İşdə olan "xxxx" qapalı səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Vəzifə(peşə Vəzifəyə Vəzifədən İşə İşdən Çalışdığı №- nin) təyin edilmə azad başladığı azad struktur vahidi si adı (başqa işə edilməyə tarix olunduğu keçirilmə) dair əmrin (başqa işə Yeni-Ələt refrijerator barədə tarixi və xx.xx.198 keçirildiyi) xx.xx.198 xx.xx.1983 xx.xx.198

1. refrijerator vaqon seksiyaların 3 3 22 3 deposu mexaniki 394 i Yeni-Ələt refrijerator xx.xx.198 xx.xx.1987 xx.xx.198 xx.xx.198

2. refrijerator vaqon seksiyaların 7 393 7 7 deposu mexaniki 652 Yeni-Ələt refrijerator

3. refrijerator vaqon seksiyaların xx.xx.1991 - xx.xx.199 deposu mexaniki 204 1 Yeni-Ələt refrijerator xx.xx.201 xx.xx.1993 xx.xx.199 xx.xx.201

4. refrijerator vaqon seksiyaların 8 157 3 8 deposu rəhbər 165 refrijerator Şərq vaqon seksiyaların xx.xx.201 xx.xx.201 xx.xx.201 5. deposu rəhbər xx.xx.2018 8 8 8 mexaniki 131 724 "xxxx" MMC- refrijerator xx.xx.202 xx.xx.2018 nin Şərq vaqon seksiyaların 2 xx.xx.201 xx.xx.202 6- 18-AEXPdeposu mexaniki 18-AEXP- 8 2 685 548 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 27 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Göründüyü kimi, iddiaçı cavabdehə onun güzəştli iş stajının 12 il 6 aydan artıq olmasını təsdiq edən arayış təqdim etsə də, cavabdeh iddiaçının cəmi 5 il 9 ay 13 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1987-19.11,1987-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının olduğunu qəbul etmiş, digər dövrlərdə isə işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını bildirmişdir. Halbuki, birincisi, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarının 1.1ci bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilmişdir: “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.”; Həmin Qərarın 3.1-ci bəndinə əsasən həmin Qərarın 1.1-ci bəndi bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır. İkincisi, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-1/2- 5423/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X5 vaqon deposunda eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar vəzifə funksiyalarını icra etmiş refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların mexaniki vəzifələrindən yalnız refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsinin 25-ci (kod: 23001000—23598) abzasında nəzərdə tutulmuşdur. Bununla yanaşı, qeyd edilən İddiaçı X5 vaqon deposunda xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək ( 13 il 9 ay 2 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş "refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Nazirlər Kabinetinin həmin qərarının 1- 1 -ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli şərtlərlə pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 2024-cü il 9 fevral tarixli 81 nömrəli Qərarının 3.1 -ci bəndinin tələbi ilə sözügedən müddəanın qüvvəyə minmə tarixindən (9 fevral 2024-cü il tarixindən) əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınması təsbit olunmuşdur. Göründüyü kimi, müvafiq sahədə ixtisalaşmış müəssisə iddiaçının işlədiyi vəzifənin Siyahıda göstərilən 21.4-cü bənddəki refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun gəldiyini təsbit etmişdir. Belə olan halda isə aydın olur ki, iddiaçının xx.xx.2012-ci il tarix 12 il 6 aydan artıq güzəştli iş stajı olmuşdur. Cavabdeh iddiaçının işlədiyi həmin dövrlərin bir qismini güzəştli staj kimi qəbul etməsə də, əksini təsdiq edən hər hansı bir sübutu, o cümlədən iddiaçının yerinə yetirdiyi işlə Siyahıda göstərilən vəzifələr üzrə əmək funksiyasının fərqliliyinin nədən ibarət olmasını sübut edə bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən işəgötürənin verdiyi arayışın mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edilmədiyindən həmin arayışı mötəbər hesab olunmalıdır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya xx.xx.2012-ci ildə təyin edilməli olsa da, ona pensiya ödənişi cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il də daxil olmaqla hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar