Məhkəmə qərarları › İş №2-1(112)-3267/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3267/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3267/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçınin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “qərarın ləğv edilməsi, təshis tədbirlərinin və sanksiyaların tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İcra sənədinin icrasına maneə yaradan "xxxx" ASC-nin müraciəti əsasında “8 saylı” Filialın ünvanının və adının dəyişdirilməsinə verilmiş xx.xx.2021-ci il və iki filialın ünvanlarının bir-biri ilə dəyişdirilməsinə verilmiş xx.xx.2022-ci il tarixli qanunsuz icazələrin ləğv edilməsi, Bankın qəbul etdiyi qərarların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Bank rəhbərliyinə qarşı təshih tədbirlərinin görülməsi və sanksiyaların tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, "xxxx" ASC rəhbərliyi tərəfindən 2 (iki) filialın ünvanlarının bir-biri ilə dəyişdirilməsi haqqında qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə və eyni tarixli 138 “K” saylı əmrə əsasən, "xxxx" KB ASC-də 8 saylı filialın müdir müavini, xx.xx.2017-ci il tarixli 61/1 T saylı əmr ilə əhmin filialın müdiri vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin rəhbərliyi tərəfindən qərəzli münasibət ilə qaşrılaşmış və xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, xx.xx.2022-ci il tarixdə icraya yönəlmişdir. Sözügedən icra sənədi dərhal icra edilməli olduğu halda icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. Lakin qətnamə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı əsas olmadan hazıradək icra edilməmişdir. Həmçinin "xxxx" ASC qeyd olunan icra sənədini icra etməmək məqsədi ilə Mərkəzi Bankın birbaşa məqsədli köməkliyindən istifadə edərək süni maneələr yaradır və iddiaçının əmək hüquqlarını kobud surətdə pozur. Bu maneələr belə ifadə olunur: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixində icraya yönəlmiş, "xxxx" ASC icra sənədində olan tələbləri könüllü surətdə qismən təmin etmiş, iddiaçıya ödənilməli olan məcburi işburaxma müddəti üçün əmək haqqı hesabına qismən köçürülmüşdür. Lakin “8 saylı” Filiala, əvvəlki vəzifələrinin icrasına buraxılmamışdır. Belə ki, “8 saylı” Filialın mövcud olmaması səbəbi əsas gətirilmişdir. Mərkəzi Bank tərəfindən “8 saylı” Filialın fəaliyyəti üçün verilmiş icazənin ləğv edilmədiyi, xx.xx.2021-ci il tarixində verilmiş icazəyə əsasən yalnız ünvanının dəyişdiyi bildirilmişdir. İddiaçıya işlədiyi filial deyil, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanında yerləşən “3 saylı” Filiala müdir, sonra isə Baş Ofisdə menecer vəzifəsinə işə bərpa olunmağı təklif olunmuş, iddiaçı tərəfindən ona təklif olunan vəzifələr Qətnamənin tələblərinə uyğun olmadığı üçün imtina edilmişdir. İddiaçı hesab edir ki, Mərkəzi Bank və "xxxx" ASC-nin hərəkətləri məhkəmə qərarının icrasına maneçilik törətməyə yönəlmiş, bununla da onun əsas insan hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmiş, iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım məktubu göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13617/2023 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Banka qarşı mövcud iddia tələbinin irəli sürməsinə hüququ mövcud deyildir. Belə ki, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ müəyyən edilmir. Digər tərəfdən, iddianın məzmunundan göründüyü kimi, hazırkı iddiada iddiaçının hüquqi marağı əmək mübahisəsi ilə bağlı məhkəmə qətnaməsinin icrası ilə bağlıdır. Bununla əlaqədar Mərkəzi Bank yalnız maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət subyektləri, o cümlədən banklar üzərində yalnız prudensial (iqtisadi) tənzimləmə və nəzarət funksiyasını daşıyır və bu zaman onların cari fəaliyyətinə qarışa bilməz. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 46.2-ci maddəsinə əsasən "Mərkəzi Bank, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.” Fəaliyyətdə olan banklar ölkə Konstitusiyasında təsbit olunmuş azad sahibkarlıq hüququna əsaslanaraq təsis olunur və idarəetmə qərarlarını biznes strategiyaları çərçivəsində qəbul edirlər. Cari bank fəaliyyətinə aid qərarlardan biri də filial, şöbə və nümayəndəliklərin açılması, əsasnamələrinin təsdiq olunması əsasnamələrə dəyişikliklərin edilməsi (yerləşdiyi yerin və adının müəyyən olunması daxil olmaqla) və onların fəaliyyəti ilə bağlı digər məsələlərin həllidir. Mərkəzi Bank yalnız bu qərarları bankın maliyyə vəziyyətinə və qanunun tələblərinə uyğunluğu baxımından qiymətləndirir və müvafiq icazələr verir. Eyni zamanda "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən "bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca struktur bölməsidir”. Bank filialı hüquqi şəxs olmadığından o, müstəqil balansa, müstəqil əmlaka malik deyildir, üçüncü şəxslərlə münasibətdə bankın adından çıxış edir və filialın əmlakının sərəncamçısı da bankın özüdür. Bu xüsusda aktiv və öhdəliklərin bir filialdan başqa filiala köçürülməsi, yaxud filialdan banka köçürülməsi məsələsini hər bir bank daxili biznes planlarına uyğun həyata keçirir. "Yelo Bank” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən "28 may” filialına bank fəaliyyətinin həyata keçirilməsi üçün ("8 saylı” filialın ünvanının və adının dəyişməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli icazənin əvəzinə) 203/14 saylı, xx.xx.2021-ci il tarixli; "Yelo Bank” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən "Mərkəz” filialına bank fəaliyyətinin həyata keçirilməsi üçün ("3 saylı” filialın ünvanının və adının dəyişməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli icazənin əvəzinə) 203/4 saylı, xx.xx.2022-ci il tarixli; "Yelo Bank” ASC-nin ünvan 1 ünvanında yerləşən "28 May” filialına bank fəaliyyətinin həyata keçirilməsi üçün (Filialın ünvanının dəyişməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli icazənin əvəzinə) 203/14 saylı, xx.xx.2022-ci il tarixli icazələr bankın müvafiq qərarları və müraciətləri əsasında verilmişdir. Odur ki, Mərkəzi Bank bank filialları ilə bağlı icazələrin verilməsi üçün müraciətlərə baxarkən yalnız filialla bağlı qəbul edilən qərarların qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən edir və bu qərarları bank əməkdaşlarının subyektiv hüquqlarına təsirini qiymətləndirmək onun səlahiyyəti xaricindəndir. Həmçinin cavabdeh qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının subyektiv hüququnun olmaması və hüquqi marağının başqa olması birbaşa iddianın mümkünsüz sayılmasına dəlalət edir. Qeyd olunanlara əsasən cavabdeh iddianın mümkün hesab edilməməməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" ASC-nin Müşahidə Şurasının xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin “8 saylı” filialının Əsasnaməsinin 1.2 və 1.8 yarımbəndlərinə aşağıdakı məzmunda dəyişikliklər olmuşdur: “1.2. Filialın tam adı - “Yelo Bank" ASC-nin “28 May" Filialı. 1.8. Filialın yerləşdiyi yer: ünvan 3”. "xxxx" ASC ASC-nin Müşahidə Şurasının xx.xx.2021-ci il tarixli iclasının 03 saylı Protokolundan çıxarışdan görünür ki, Müşahidə Şurasının qərarı ilə Bankın ünvan 2 ünvanında yerləşən “8 saylı” filialın adı “28 May” filialı olaraq dəyişdirilməsi və Filialın ünvan 3 ünvanına köçürülməsinin təmin edilməsi, qərara uyğun olaraq filialların Əsasnamələrinə dəyişikliklərin təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2022-ci il tarixli 203/4 saylı İcazədən görünür ki, Bankın Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanda yerləşən “Mərkəzi” filialına filialın Əsasnaməsində nəzərdə tutulan bank fəaliyyətinin həyata keçirilməsi lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2022-ci il tarixli 203/14 saylı İcazədən görünür ki, Bankın ünvan 1 ünvanda yerləşən “28 May” filialına filialın Əsasnaməsində nəzərdə tutulan bank fəaliyyətinin həyata keçirilməsi lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilmişdir. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd olunan sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" ASC-nin müraciəti əsasında xx.xx.2021 -ci il tarixdə 8 saylı Filialın hüquqi ünvanının ünvan 4ilialına dəyişdirilməsi ilə əlaqədar Filiala verilmiş icazə yenilənmiş və mərkəzi reyestrdə müvafq dəyişiklik aparılmışdır. Mərkəzi Bankın "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “28 May” filialına bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 16 may 2022- ci il tarixli 203/14 saylı icazədə (Filialın ünvanının dəyişməsi ilə əlaqədar 14 iyun 2021 -ci il tarixli icazənin əvəzinə) göstərilmişdir ki, "xxxx" ASC-nin “28 May” Filialına filialın əsasnaməsində nəzərdə tutulan bank fəaliyyətinin bankın lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 14 iyun 2021-ci il tarixli icazəsinə əsasən iddiaçı X2 əvvəl işlədiyi Bankın “8 saylı” Filialının hüquqi ünvanı ünvan 5lına dəyişdirilmiş, daha sonra isə Filialın ünvanının dəyişməsi ilə əlaqədar 14 iyun 2021-ci il tarixli icazənin əvəzinə verilmiş 16 may 2022-ci il tarixli 203/14 saylı icazə ilə ünvan 6 ünvanında “28 May” Filialının fəaliyyət göstərməsinə icazə verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qanunla ona verilən diskresion səlahiyyətlərdən istifadə edilərək, "xxxx" ASC-nin “8 saylı” Filialının adının “28 May” Filialına, hüquqi ünvanının isə ünvan 7arədə Bankın müraciəti müsbət həll edilmiş və bununla əlaqədar Filiala verilmiş icazə yenilənərək mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmış və bu zaman qanunvericiliyin tələbləri nəzərə alınmış və Azərbaycan Respublikası Mərkəzi Bankı, habelə "xxxx" ASC tərəfindən bütün sənədləşmələr vaxtında və lazımi qaydada yerinə yetirilmişdir. "xxxx" ASC-nin Filialının adının, hüquqi ünvanının dəyişdirilməsi və bununla bağlı verilmiş müvafiq icazənin yenilənməsi "xxxx" ASC-yə icazənin verilməsi məsələsi Bankın müstəsna hüququ və diskresion səlahiyyətidir. Qeyd olunanlara əsasən iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Mərkəzi Bank tərəfindən "xxxx" ASC-nin “8 saylı” Filialının hüquqi ünvanının və adının dəyişdirilməsinə verilmiş xx.xx.2021-ci il və “3 saylı” Filial ilə “8 saylı” Filialın ünvanlarının bir-biri ilə dəyişdirilməsinə verilmiş xx.xx.2022-ci il tarixli icazələrin ləğv edilməsinə, eyni zamanda "xxxx" ASC-nin icra sənədinin icrasına maneə yaratmaq məqsədilə bankın filialları ilə bağlı məlumatların əsassız şəkildə dəyişdirməsi ilə bağlı doğru olmayan məlumatlar təqdim etdiyindən banka qarşı sanksiya və təshih tədbirlərinin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd edərək tələbi müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya dair təqdim edilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil və o, məqsədinə nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli İcra vərəqəsindən görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «b» bəndinə asasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsi» qeydi etibarsız sayılsın. İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək macburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məblə ödənilməsi, tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməsi, cavabdeh "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pulun tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. - Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlama haqqında” Qərar qəbul edilərək könüllü olaraq icra edilməsi üçün tələbin könüllü icrası haqqında eyni tarixli Bildiriş əsasında "xxxx" ASC-yə göndərilmişdir. -10 may 2022-ci il tarixli Ödəniş tapşırığına əsasən 30 manat dövlət rüsumu, xx.xx.2022-xx.xx.2022-ci il tarixli Hesabdan Çıxarış cədvəinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı cəmi 43,103.98 manat pul köçürülmüşdür. -"xxxx" ASC tərəfindən Yasamal rayon İcra Şöbəsinə 14/2316 №li məktub ünvanlanaraq bildiririlmişdir ki, “...icra sənədi Banka daxil olduqdan dərhal sonra icra sənədinin icrasına başlanılmışdır. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədi məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilm; olan məbləğin (43 103.98 AZN) və dövlət rüsumu qismində ödənilmiş 30 manat vəsaitin ödənilməsi Rəfa Hacıyevə aid 143303-14 saylı bank hesabına köçürülərək təmin olunmuşdur. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Rəfail Hacəyevə məktub ünvanlanaraq sözügedən məhkəmə qərannın icrası olaraq Bankın 3 saylı filialına filial müdiri vəzifəsinə işə bərp edilməsi xx.xx.2022-ci il tarixdən etibarən işə çıxması qeyd edilərək və Banka gələrkən əmək kitabçası və şəxsiyyət vəsiqəsini təqdim etməsi bildirilmişdir. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə mürack məktub ünvanlanmışdır. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə Banka ərizə ilə müraciət edərək verilmiş qərarla razı olmamışdır. Məlumat üçün bildiririk ki, “8 saylı” filialın əsas funksiyaları (İpoteka və zəmanət fondunuı ayırdığı vəsait hesabına ipoteka kreditlərinin verilməsi) Bankın Baş ofisində müvafiq şöbəyə həvalə edilmişdir. Adının dəyişdirildiyi “28 May” filialı isə əvvəllər ünvan 9 ünvanındır, fəaliyyət göstərən Bankın “Müştəri Xidmətləri” Departamentindən köçürülmüşdür ki, bu struktur bölməsinin də özünün işçi heyəti, filial müdiri, kredit və depozit portfeli, müştəri bazası mövcuddur ki, bütün bunlar filial rəhbəri və əməkdaşlara birbaşa bağlı olan amillərdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı təkrarən xx.xx.2022-ci il tarixdə məktub ünvanlanaraq yuxanda qeyd edilən məqamlar tərəfimizdən onun diqqətinə çatdırılaraq, əvvəllər işlədiyi ipoteka kreditləşmənin Bankın Baş ofisində yerləşən Kredit məhsullarının satışının təşkili üzrə şöbənin İpoteka kreditləşməsi üzrə menecer vəzifəsinə uyğun gəlməsi bildirilmiş bu səbəblə onu həmin vəzifəyə əvvəlki əmək haqqı saxlanılmaqla bərpa edilməsi təklif edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla Banka müraciət edərək ona ünvanlanmış təklifləri qəbul etmədiyini bildirmişdir. İddiaçı nəzərindən yayındığı və məlumatı olmadığı aşağıdakı məqamları diqqətinizə çatdırmaq istərdik. Belə ki, "xxxx" ASC-nin Müşahidə Şurasının xx.xx.2021-ci il tarixli, 03 saylı Qəran ilə Bankın ünvan 2 ünvanında yerləşən “8 saylı” filialının (İddiaçı əvvəlki iş yeri) adı “28 May” filialı olaraq dəyişdirilməsi, filialın ünvan 3 ünvanına köçürülməsi və qərarın icrası ilə bağlı səlahiyyətli dövlət orqanlarına məlumat verilməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunmuş və 14 iyun 2021-ci il tarixdə icazənin yenilənməsi barədə mərkəzi reyestrdə müvafi dəyişiklik aparılmışdır. Eyni zamanda Müşahidə Şurasının həmin Qərarı ilə İdarə Heyəti müvafiq tədbirlər planı həyata keçirərək “8 saylı” filialda fəaliyyət göstərmiş əməkdaşların əksər hissəsini, həmçinin müştəri və kredit portfelini Bankın Baş ofisinə cəlb etmişdir. Həmçinin onu da qeyd etmək istəyirik ki, icra sənədinin icra olunmamış (işə bərpa) hissəsinin icra olunmama səbəbi Bankın səlahiyyətləri xaricində olan nüanslarla bağlıdır. Belə ki, yuxanda qeyd etdiyimiz kimi sözügedən icra sənədi Banka daxil olduqdan (xx.xx.2022-ci il) dərhal sonra icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlərdən biri də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət olunmasıdır (müraciətin surəti və çatdınlmasını təstiq edən poçt xəbərnaməsi əlavə edilir). Lakin bu günədək Əmək Müfəttişliyi Xidməti tərəfindən qeyd olunan müraciətin icrası təmin edilməmişdir. Bu səbəbdən Bank tərəfindən icra sənədinin icrası ilə bağlı təkrarən xx.xx.2022-ci il tarixdə X4 Xidmətinə müraciət olunmuşdur. X4 Xidməti tərəfindən müraciətin icrası təmin olunduqdan sonra Bank tərəfindən icra sənədinin icra tam olaraq yekunlaşdırılması təmin ediləcəkdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, icra sənədinin işə bərpa hissəsi icra olunanadək Bank tərəfindən əmək haqqının ödənilməsi təmin ediləcəkdir.” Məhkəmə qeyd edir ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Sadalanan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İşin faktiki hallarından görünür ki, iddiaçı bank filialın hüquqi ünvanın və adının dəyişdirilməsi barədə Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2021-ci il və “3 saylı” Filial ilə “8 saylı” Filialın ünvanlarının bir-biri ilə dəyişdirilməsinə verilmiş xx.xx.2022-ci il tarixli icazələrin ləğv edilməsini, eyni zamanda "xxxx" ASC-nin icra sənədinin icrasına maneə yaratmaq məqsədilə bankın filialları ilə bağlı məlumatların əsassız şəkildə dəyişdirməsi ilə bağlı doğru olmayan məlumatlar təqdim etdiyindən banka qarşı sanksiya və təshih tədbirlərinin tətbiq edilməsini xahiş edir. İddiaçı hesab edir ki, filialların ünvanlarının bir-biri ilə dəyişdirilməsinə verilmiş icazə icra sənədinin icrasına maneə törədilməsi ilə bağlı atılmış addımdır və onun hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə hesab edir ki, iş materialları ilə cavabdeh tərəfindən bankın filiallarının ünvanlarının dəyişdirilməsi ilə bağlı mübahisələndirilən icazələrin iddiaçının hüquqlarının hansı dərəcədə və hansı hüquqlarının pozulduğu müəyyən edilmir. Belə ki, hazırkı işin halları baxımından iddiaçı subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırkı halda iddiaçının mövcud iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Eyni zamanda iddiaçı arzuladığı məqsədə nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən də istifadə etməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasılarında verdiyi izahatlardan məlum olur ki, iddiaçının hüquqi marağı əmək mübahisəsi ilə bağlı xeyrinə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlıdır. Belə olan halda, iddiaçı icra sənədinin icrası ilə bağlı tələblərini inzibati məhkəmə icraatı çərçivəsində deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə irəli sürə bilər. İstinad olunan Plenum Qərarının 7-ci bəndində göstərilmişdir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar