Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3278/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı silinmiş vəsaitin qaytarılması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi işə cəlb edilməklə) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ƏDV depozit hesabından qanunsuz və heç bir qərar qəbul edilmədən və xəbərdarlıq edilmədən silinmiş olan 22.813.77 manatlıq vəsaitin yenidən Filialın ƏDV depozit hesabına qaytarılması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-479/2019 saylı, 05 mart 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019cu il tarixli, 2-1(103)-1090/2019 saylı qərardadı ilə (hakimlər İ.Əhmədov, S.Seyidova, V.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-479/2019 saylı, 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2247/2019 saylı, 04 sentyabr 20199cu il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) Bakı Apelyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3095/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(81)-479/2019 saylı qərardadı ləğv edilmiş, iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “silinmiş vəsaitin qaytarılması” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 14 fevral 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alındığı dövrdən hal-hazırdakı dövrə qədər Filial öz fəaliyyətini davam etdirməkdədir. Bildirirlər ki, cavabdeh VN yanında Milli Gəlirlər Departamenti tərəfindən 28 avqust 2017-ci il tarixində heç bir əsas olmadan Filialın ƏDV depozit hesabından 22813. 77 (iyirmi iki min səkkiz yüz on üç manat 77 qəpik) manat vəsait silinmişdir. Bunun nəticəsində ƏDVdepozit hesabında Filiala məxsus vəsait 0 (sıfır) manata düşmüşdür. Filialın ƏDV depozit hesabından 22813.77 manatlıq vəsait silinən tarixə qədər Filial tərəfindən artıq ödənilmiş vergilərin məbləği 510399.46 (beş yüz on min üç yüz doxsan doqquz manat 46 qəpik) manat olmuşdur. ƏDV depozit hesabından yuxarıda qeyd edilən məbləğ silindikdən sonra halhazırdakı dövrə qədər Filial tərəfindən artıq ödənilmiş vergilərin ümumi məbləği 533213.23 (beş yüz otuz üç min iki yüz on üç manat 23 qəpik) manat təşkil edir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən Filialın ƏDV depozit hesabından 22813.77 manatlıq vəsaitin silinməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, tərəflərindən Milli Gəlirlər Departamenti tərəfindən Filialın ƏDV depozit hesabından 28 avqust 2017-ci il tarixində vəsaitin silinməsi ilə bağlı 30 avqust 2017-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət olunmuşdur. 05 sentyabr 2017-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən ƏDV depozit hesabından silinmiş məbləğ barədə göndərilən məktuba cavab olaraq bildirilmişdir ki, əlavə dəyər vergisi üzrə vergi öhdəliyi, o cümlədən əlavə dəyər vergisi üzrə faizlərin və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə borcu olmadığı təqdirdə ƏDV depozit hesabından pul vəsaitinlərinin dövlət büdcəsinə köçürülməsi yalnız vergi ödəyicisinin təşəbbüsü ilə həyata keçirilir. Daha sonradan 11 sentyabr 2017-ci il tarixində Vergilər Nazirliyinə müraciət ünvanlanmış, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilən cavabın heç bir hüquqi əsasının olmadığı, vergi ödəyicisi tərəfindən ünvanlanmış məktuba məsul şəxs tərəfindən cavab verilərkən etinasız və səhlənkar yanaşıldığı bildirilmişdir. Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun imzası ilə Filial tərəfindən göndərilən 11 sentyabr 2017-ci il tarilxi ƏDV subuçot hesabından ödənilmiş vəsait haqqında məktuba verilən cavabda bildirilmişdir ki, Vergilər Məcəlləsinin 87.1-ci maddəsinə əsasən büdcəyə artıq ödənilmiş vergi məbləği vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilə bilər və ya müvafiq formada təsdiq olunmuş ərizə ilə müraciəti əsasında büdcədən geri qaytarıla bilər. Daha sonradan yenidən iddiaçı tərəfindən 17 oktyabr 2017-ci il tarixində Vergilər Nazirliyinə müraciət olunmuş, həmin məktuba verilən cavabda daha əvvəlki məktuba verilən cavabın eynisi köçürülməklə və Vergi Məcəlləsinin 87-ci maddəsinə istinad edilməklə Filialın elektron ünvanına cavab məktubu göndərilmişdir. Yuxarıda qeyd etdikləri kimi onların 510399.46 manat onsuz da artıq ödəmələri mövcud idi və Filial olaraq zaman-zaman yaranan vergi öhdəlikləri üzrə ödəmələrini həmin artıq ödəmə hesabına ödəmək mümkün ola bilirdi. Ancaq Filial olaraq ƏDV ödəyicilərindən aldıqlaır hər hansı mallara, göstərilən xidmətlərə və ya görülən işlərə görə ödənilən əlavə dəyər vergisinin depozit hesabından qanunsuz qaydada silinməsi Filial olaraq gələcəkdə hər hansı bir əməliyyat üzrə əlavə dəyər vergisinin ödənişini imkansız hala gətirəcəkdir. Belə ki, ƏDV depozit hesabında Filiala aid vəsaitin sıfırlanması bundan sonra Filialın əlavə dəyər vergisi üzrə yaranan öhdəliklərini yerinə yetirməyə mühüm maneələr törədəcəkdir. Hətta cavabdeh orqan tərəfindən belə bir addımın atılması ƏDV depozit hesabından silinən 22813.77 manatlıq vəsaitdən başqa Filia tərəfindən əvvəlcədən həyata keçirilmiş 510399.46 manatlıq artıq ödəmənin də hüquqi müqəddəratını məchul edir. Belə ki, bundan sonra cavabdeh vergi orqanı tərəfindən birbaşa olaraq, heç bir qərar qəbul edilmədən və ya Filiala hər hansı bir formada xəbərdarlıq verilmədən 510399.46 manatlıq vəsaitin silinməyəcəyinə təminat yoxdur. Bu isə Filialı tamamilə müşkül vəziyyətə salacaqdır. Vergi ödəyicisinə hər hansı bri formada xəbərdarlıq edilmədən, heç bir qərar qəbul edilmədən vergi ödəyicisinin ƏDV depozit hesabından vəsaiti silməsini vergi orqanı heç bir şəkildə əsaslandırmır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və həmin Məcəllənin 16.1.11-8-ci maddəsinə əsasən qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabından uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əlməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndində qeyd olunur ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesab vərəqəsindən də, göründüyü kimi, 22813.77 manat vəsait xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən ƏDV depozit hesabından dövlət büdcəsinə köçürülmüşdür. Vergi ödəyicisinin iddia ərizəsində qeyd edilən məbləğin vergi orqanı tərəfindən silindiyini bildirməsinə baxmayaraq, silinməni təsdiq edən hallar əsaslandırılmamış və bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Filial tərəfindən Vergilər nazirliyinə ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənilmiş məbləğ haqqında xx.xx.2017-ci il tarixli məktub ünvanlanmış, qeyd olunan məktuba nazirlikdə qanunamüvafiq qaydada baxılaraq xx.xx.2017-ci il tarixli məktubla cavablandırılmışdır. Vergilər Nazirliyinin sözügedən cavab məktubunda ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənilmiş 22813.77 manat vergi məbləğinin şəxsi hesab vərəqəsində əks olunduğu və iddiaçının xx.xx.2017-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə 532498.10 manat artıq ödəmə məbləğinin mövcud olduğu bildirilmişdir. Hər bir halda, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə köçürülmüş 22813.77 manat vergi məbləği artıq ödəmə statusunu almışdır. Hesab edirlər ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, silinmiş vəsaitin yenidən filialın ƏDV depozit hesabına qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, Filialın ƏDV depozit hesabında xx.xx.2017-ci il tarixə qədər artıq ödənilmiş vergilərin məbləği 510399.46 manat olmuşdur. İşdə olan olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq qurumlarına şikayət ərizələri və müraciətlər ünvanlanmış, həmin müraciətlərdən Vergi Məcəlləsinin 87.1-ci maddəsinə istinad edilməklə imtina edilmişdir. İşdə olan ƏDV sub-uçot hesabından Çıxarışın surətindən görünür ki 28 avqust 2017-ci il tarixində iddiaçının ƏDV depozit hesabından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə 22813.77 (iyirmi iki min səkkiz yüz on üç manat 77 qəpik) manat məbləğində vəsait məxaric edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış PB-1199 nömrəli, xx.xx.2018ci il tarixli məktubdan görünür ki, məhkəmənin məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakın həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) məxsus bank hesabları üzrə xx.xx.2017-ci il tarixində heç bir əməliyyat aparılmamışdır. Məlumat müştərinin xx.xx.2018-ci il tarixli rəsmi müraciəti əsasında məhkəməyə təqdim edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış PB-1905 nömrəli, xx.xx.2018ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakın həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Məktubda qeyd edilən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına (VÖEN: **********) məxsus bütün bank hesabları üzrə çıxarışlarını xx.xx.2017-xx.xx.2017 dövr üzrə təqdim etmişlər. İşdə olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış PB-2184 nömrəli, xx.xx.2018ci il tarixli məktubdan görünür ki, soğulanmış məlumatların (ƏDV uçot hesabından çıxarış) yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyinin uçot məlumat bazasından əledə edilməsi mümkün olduğuna görə Bank müvafiq məlumatların təqdim edilməsi imkanına malik deyildir. İşdə olan Vergilər Nazirliyinin katibliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müraciətində qeyd olunan mobil nömrə vasitəsilə 2017-ci ilin avqust ayı ərzində “Asan imza” ilə aparılan əməliyyatlar barədə məlumatlar məktubu qoşmasına əlavə edilərək iddiaçıya göndərilmişdir. Həmin məlumatlardan görünür ki, iddiaçı tərəfindən “Asan imza” ilə xx.xx.2017-ci il tarixdə autentifikasiya, xx.xx.2017-ci il tarixdə autentifikasiya, xx.xx.2017-ci il tarixdə imzalama, xx.xx.2017-ci il tarixdə autentifikasiya, xx.xx.2017-ci il tarixdə autentifikasiya, imzalama, xx.xx.2017-ci il tarixdə autentifikasiya əməliyyatları aparılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə Filialın ƏDV depozit hesabından 22813.77 (iyirmi iki min səkkiz yüz on üç manat 77 qəpik) manat məbləğində vəsait silinmişdir. Həmin silinən məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə ödəmə tapşırığı kimi göstərilmişdir. Filiala məxsus ƏDV sub-uçot hesabından Çıxarışa əsasən həmin silinən məbləğ Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə məxaric edilmişdir. İddiaçı tərəfindən həmin tarixdə “Asan imza” ilə ödəniş tapşırığı ilə əlaqədar hər hansı bir əməliyyat aparılmamışdır. Bundan başqa, vergi orqanı tərəfindən iddiaçı barəsində heç bir vergi yoxlaması (kameral və ya səyyar vergi yoxlaması) da aparılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, ƏDV sub-uçot hesabından ƏDV məbləği digər ödəyicinin yalnız ƏDV sub-uçot hesabına vergi ödəyicisinin özü və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən, dövlət büdcəsinə isə vergi ödəyicisinin ödəniş tapşırığı əsasında köçürülə bilər. Cavabdeh öz etirazında ƏDV üzrə sub-uçot hesabından daxil olmuş 22813.77 manat pulun dövlət büdcəsinə vergi ödəyicinin özü tərəfindən köçürüldüyünü, bununla da, şəxsi hesab vərəqəsi üzrə iddiaçının 532498.10 manat artıq ödəmə məbləğinin mövcud olduğunu göstərsə də, həmin məbləğin büdcəyə köçürülməsinə dair iddiaçı tərəfindən ödəniş tapşırığının verilməsi, iddiaçı tərəfindən “Asan imza” ilə həmin tarixdə əməliyyat aparılması məhkəmədə öz təsdiqini tapmamışdır. Eləcə də, məhkəmə hesab edir ki, vergi yoxlaması (kameral və ya səyyar vergi yoxlaması) aparılmadan iddiaçının ƏDV sub-uçot hesabından vəsaitin silinməsi düzgün tutulmamış vergi kimi tövsif edilə bilməz. Sadalanan hallara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qutardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qyatarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüquqna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün; vergi ödəyicisinin rəsmi müraciətinə əsasən. Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq təsdiq edilmiş kassa xərclərinin sifarişi (2 nömrəli əlavə) iki nüsxədə, ödəniş tapşırığı elektron imzalarla təsdiq edilmiş elektron formatda və ya kağız daşıyıcılarında 4 nüsxədə “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında" Reyestr (3 nömrəli əlavə) kağız formatda saat 13:00-dək DXA-ya təqdim edilir. Kassa xərclərinin sifarişinin bir nüsxəsi DXA tərəfindən təsdiq edilərək növbəti iş günündə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qaytarılır. DXA tərəfindən ödəniş tapşırığı üzrə vəsaitlərin aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsi məqsədi ilə elektron formatda ödəniş tapşırıqlarının təsdiq edilməsi təmin olunur və bank hesab müqaviləsində nəzərdə tutulmuş reqlamentə uyğun olaraq xidmət olunduğu banka göndərilir. ƏDV-nin depozit hesabı üzrə bank əməliyyatları Milli Bankın ödəniş sistemləri vasitəsi ilə aparılır. Bank DXA tərəfindən təqdim olunmuş ödəniş tapşırığı üzrə vəsaitlərin gün ərzində aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsini təmin edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi təqdim edilmiş ödəniş tapşırığında qeyd olunan ödəmə məbləğlərinin həmin vəsaitlərin dövlət büdcəsinə mədaxil edilmə tarixlərinə müvafiq olaraq vergi ödəyicilərinin vergi orqanında aparılan şəxsi hesab vərəqələrinə daxil edilməsini təmin edir. Qaydaların 4.3-cü bəndinə əsasən alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Qaydaların 4.3-1 -ci bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər: 4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri; 4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər). Vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə tənzimlənir. Həmin Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ƏDV depozit hesabından silinmiş olan 22813.77 (iyirmi iki min səkkiz yüz on üç manat, 77 qəpik) manatın yenidən Filialın ƏDV depozit hesabına qaytarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3278/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3278/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver