Məhkəmə qərarları › İş №2-1(112)-3279/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3279/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3279/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı «iddiaçı barədə qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İbrahim oğlu cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək saxlanıldığı həbsxanada onun barəsində həbsxana rəisləri tərəfindən 2004-cü il tarixdən 2019-cu il tarixə qədər qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində cinayət işini araşdıran Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22.12.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152,170.3, 177.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdir. 2003-cü ilin dekabr ayından Qobustan həbsxanasında saxlanılır. Həbsxanada saxlandığı 16 il ərzində barəsində dəfələrlə həbsxana rəisləri tərəfindən cəzalandırılmağı barədə qərarlar qəbul edilmiş, lakin barəsində qəbul edilmiş qərarlar ona təqdim edilməmişdir. Halbuki qərarın surəti barəsində qərar qəbul edilmiş şəxsə dərhal təqdim edilməli və şikayət vermək hüququ ona izah olunmalı, bu barədə müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10.2.7.1-ci maddəsinə əsasən cəzanın icrası ilə əlaqədar barəsində qərar qəbul edilən şəxs qərarlara dair öz rəyini bildirə bilər və ya onlardan şikayət edə bilər. Həmin maddənin qeydində deyilir: məhkum özünün hüquq və azadlıqlarının müdafiəsi barədə dövlət orqanlarına və ya hüquq-mühafizə təşkilatlarına, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) təklif, ərizə, şikayət etmək hüququna malikdir. İddia ərizəsinə nəzərdə tutulan məsələ ilə əlaqədar dəfələrlə müvafiq orqanlara müraciət etsə də müraciətlərinə ümumiyyətlə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Ədliyyə Nazirliyi Kollegiyasının 30.06.2015-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Pentensiar müəssisələrində həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat işinin təşkilinə dair” təlimata əsasən şəxsi iş məxfi hesab edildiyindən orada toplanmış sənədlərin məhkuma təqdim edilməsi məqsədəmüvafiq hesab olunmur. Qeyd olunan Təlimatın tələblərinə əsasən məhkum İddiaçı şəxsi işindəki bəzi sənədlərlə ona xidməti otaqda oxunması yolu ilə tanış edilə bilər. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.12.2011-ci il tarixli, 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3”nda məhkum barəsində tənbeh tədbiri tətbiq edilən zaman həmin qərarın məhkuma elan edilməsi nəzərdə tutulduğundan məhkumun qərarla tanış olmasına şərait yaradılır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehin üzərinə cavabdeh tərəfindən iddiaçı barədə cəzaçəkmə müəssisəsində X3nın pozulması ilə bağlı qəbul eilmiş, iddiaçının publik hüquqlarının məhdudlaşdırılması barədə olduğu üçün inzibati akt hesab edilən intizam tənbehi xarakterli sənədlərin – xəbərdarlıqların, töhmətlərin, cərimə təcridxanasına keçirilməsi haqqında qərarların surətlərinin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 18.09.2019cu il tarixli qərardadı ilə məhkəmə iddia tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulan iddia tələblərindən hər hansı birinə uyğunluğunun müəyyən olunmaması, həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19-cu maddəsinə əsasən hökmü çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakim tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edilməsi əsası ilə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi nəticəsinə gəlmişdir və iddia mümkün sayılmamışdır. İddiaçının qeyd edilən qərardaddan verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2602/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 18.09.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qərardadında göstərilmişdir ki, iddiaçının tələbi Azərbaycan Respublikasının İPM-nin 2.2.1-2.2.9-cu maddələrində təsbit edilmiş iddia növlərindən inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növlərinə uyğun gəlir. Daha sonra apellyasiya instansiyasının qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin inzibati icraat qaydasında baxılmalı olan iddia kimi mümkünlük şərtlərini yoxlamalı, həmin tələbin iddia müddətinin şərtlərinə əməl edilməklə iddiaya cavab verməli olan orqana qarşı qaldırıldığını araşdırmalıdır. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 2.1.8-ci bəndinə əsasən əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları inzibati orqandırlar. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin109.1-ci maddəsinə əsasən tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər. Bu Məcəllənin 109.2-1ci maddəsinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır. Həmin Məcələnin 109.2-1-ci maddəsinə əsasən şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3”nın 1.1-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrinin X3 (bundan sonra — Qaydalar) Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin tələblərinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilmə mexanizmini müəyyənləşdirir və Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixli iclasında qəbul edilmiş «X1»nın tələblərinə uyğun hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalar cəzaçəkmə müəssisələrinin, habelə istintaq təcridxanalarının (bu müəssisələr təsərrüfat və məişət xidməti işlərinə görə orada saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər) işçi heyəti, orada saxlanılan məhkumlar və bu müəssisələrə baş çəkən şəxslər üçün məcburidir. Həmin Qaydaların 24.1-ci bəndinə əsasən məhkumlara, özlərində bu Qaydaların 9 nömrəli Əlavəsində göstərilən çeşiddə və miqdarda əşyaları saxlamalarına icazə verilir. Qaydaların 9 nömrəli Əlavəsinin “qeydlər” hissəsinin 3-cü bəndinə görə “məhkumlara məhkəmə qərarlarının (yekun qərarlarının) surətlərinin... göndərilməsinə icazə verilir”. Həmin Qaydaların 65.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulan həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna cəzaçəkmə müəssisələrinin rəisləri malikdirlər. Həmin Qaydaların 65.2-ci bəndinə əsasən tənbeh tədbirinin tətbiqi ilə əlaqədar barəsində qəbul edilən qərara dair məhkuma öz rəyini bildirmək və ya ondan şikayət etmək hüququ izah olunur. Həmin Qaydaların 65.3-cü bəndinə əsasən məhkumun tənbeh tədbirlərinin tətbiqindən Azərbaycan Respublikasının ədliyyə nazirinə, PX-in rəisinə və məhkəməyə şikayət vermək hüququ vardır. Bu Qaydaların 65.4-cü bəndinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır. Həmin Qaydaların 65.4-cü bəndinə əsasən şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 66.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya müvafiq olaraq, həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi cəzaçəkmə müəssisəsi rəisinin qərarları (əlavə 42, 43) və ya əmrləri ilə rəsmiləşdirilir. Qərarlar və əmrlərdən çıxarışlar məhkumların şəxsi işlərinə əlavə edilir. Göründüyü kimi cavabdehin iddiaçının tələb etdiyi sənədlərin iddiaçıya verilməsi vəzifəsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən həmin sənədlərin iddiaçıya verilməməsi hərəkətləri ilə iddiaçının subyektiv hüququnun pozulması baş verməmişdir ki, bu da iddiaçının hazırki iddia tələbi üzrə inzibati icraatın mümkün olmasını istisna edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Görünüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı saxlanıldığı həbsxanada onun barəsində həbsxana rəisləri tərəfindən 2004-cü il tarixdən 2019-cu il tarixə qədər qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı saxlanıldığı həbsxanada onun barəsində həbsxana rəisləri tərəfindən 2004-cü il tarixdən 2019-cu il tarixə qədər qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2at Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar