Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3293/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın gömrük dəyərinin yenidən müəyyən edilməsi, artıq tutulumuş pulun geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük orqanının qanunsuz hərəkətləri və qanunvericiliyin düzgün tətbiq edilməməsi nəticəsində səhv hesablanmış malın gömrük dəyərinin yenidən sənədlər əsasında müəyyən edilməsi, malın gömrük dəyərinin düzgün müəyyən edilməməsinə görə ondan artıq tutulmuş 4249,44 manat dəyərində ƏDV-nin və 38,46 manat əməliyyat haqqının, ümumilikdə, 4287,9 manat məbləğin ona geri qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixində X2 dünya reytinqli İAA inc (X6) şirkətindən şəxsi istifadəsi üçün 2017-ci il buraxılışlı “X7” markalı VİN:SALRGBBV2HA043325 avtomobili almışdır. Ödəniş şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixində Azərbaycan Beynəlxalq Bankından İAA şirkətinin bank hesabına 19290 (on doqquz min iki yüz doxsan) ABŞ dolları qabaqcadan beynəlxalq köçürmə vasitəsi ilə köçürmə etmişdir. Bundan əlavə həmin avtomobilin Gürcüstan Respublikasının “Poti” limanına çatdırılmasına görə “X8 İNC” şirkətinə 1370 (bir min üç yüz yetmiş) ABŞ dolları və “Poti” limanından Bakı şəhərinə çatdırılma üçün əlavə olaraq 500 (beş yüz) ABŞ dolları ödəniş etmişdir. Həmin avtomobilin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilməsinə qədər, ümumilikdə, 21160 (iyirmi bir min bir yüz altmış) ABŞ dolları məbləğində xərc çəkilmiş və avtomobilin dəyəri formalaşmışdır. Hər kəsin bildiyi kimi Amerika bazarında qəzalı avtomobillər bütün dünyaya daha münasib qiymətə satılır. İddiaçının aldığı sözügedən avtomobilin sol hissəsi ciddi zədə aldığından rəsmi sənədlərdən də göründüyü kimi həmin avtomobili 19290 (on doqquz min iki yüz doxsan) ABŞ dollarına almışdır. Daha sonra aldığı avtomobili xx.xx.2019-cu il tarixində gömrük qeydiyatına alınması üçün Avtomobil Nəqliyyat İdarəsinə gətirdikdə, texniki eyniləşdirmə şəhadətnaməsi aldıqdan sonra avtomobilə 57000 (əlli yeddi min) ABŞ dolları dəyər qoyulmuşdur. İki dəfə Dövlət Gömrük Komitəsinə qeyd etdiyi məsələ ilə bağlı müraciət və şikayət məktubu yazmağına baxmayaraq, iddiaçıya oxşar məzmunlu cavab məktubu verilmiş, rəhbər vəzifəli şəxslərin qəbulunda olan zaman **********7902 xx.xx.2019-cu il tarixdə buraxılış ili 2018-ci il olan “X7”, **********2654 xx.xx.2019-cu il tarixdə bazar dəyəri iddiaçının avtomobilindən iki dəfə çox, buraxılış ili 2017-ci il olan “X10 Rover” avtomobilinə 31862.31 ABŞ dolları dəyər qoyulmuş, xx.xx.2019-cu il tarixində 590685 ANGİ gömrük vəsiqəsi ilə rəsmiləşən “X7” buraxılış ili 2017-ci il olan avtomobilləri aşağı qiymətə gömrük dəyərinin müəyyən edilməsi sualına hər hansı cavab tapılmamışdır. Ancaq indiki halda iddiaçının aldığı maşına münasibətdə gömrük orqanı 35000 ABŞ dolları dəyər qoyulmasının hansı üsulla müəyyən edildiyini izah edə bilmir. Ona görə ki, gömrük orqanı qeyd etdiyi qanunvericiliyin tələblərini pozmaqla gömrük dəyəri müəyyən etmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının aldığı mala münasibətdə faktiki ödənilmiş məbləğə dair sənədləri olduğuna görə müvafiq qiymət tənzimlənməsi aparılmaqla malın gömrük dəyəri müəyyən edilməlidir. Belə ki, iddiaçı tərəfindən malın alınmasına 19290 ABŞ dolları, əlavə olaraq “Gömrük tarifi haqqında” Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş xərclərdən həmin avtomobilin daşınması ilə bağlı 1370 ABŞ dolları, əlavə olaraq 500 ABŞ dolları, ümumilikdə, 21160 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli, 1000-210/0xx-xx/005357 saylı yazılı etirazında bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük dəyərinin yenidən sənədlər əsasında müəyyən edilməsi” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X3 İAA inc (X6) şirkətindən idxal etdiyi mənşə ölkəsi Böyük Britaniya olan, 2017-ci il buraxılışlı, mühərrikinin həcmi 2995 sm3, şassi/ban nömrəsi SALRGBBV2HA043325 olan “X7” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə **********0841 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********0841 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 19290,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 59500,00 manat, 46-cı qrafasında statistik dəyəri 35000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 200,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 6109,80 manat, aksiz vergisi 5575,00 manat, əlavə dəyər vergisi 12854,66 manat, elektron gömrük xidmətinin göstərilməsinə gorə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 24804,86 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək nəqliyyat vasitəsinin buraxılışı təmin edilmişdir. Müqayisə üçün əlavə olaraq İddiaçı iddia ərizəsində qeyd etdiyi və xüsusən vurğuladığı bəyannamələrlə əlaqədar bildiririk ki, başqa şəxsin adına rəsmiləşdirilən X2 idxal olunan və sərbəst dövriyyəyə buraxılan mənşə ölkəsi X1, 2015-ci il buraxılışlı, mühərrrikin həcmi 2996 sm3, şassi/ban nömrəsi 4JGDF6EE3FA595979 olan “Mersedes-Benz GL 450” markalı minik avtomobilinə aid **********7902 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 15000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 51000,00 manat, 46-cı qrafasında statistik dəyər 30000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək, başqa şəxsin adına rəsmiləşdirilən X2 idxal olunan və sərbəst dövriyyəyə buraxılan mənşə ölkəsi Böyük Britaniya olan, 2017-ci il buraxılışlı, mühərrrikin həcmi 2993 sm3, şassi/ban nömrəsi SALRHBBK1HA021884 olan “X7 4” markalı minik avtomobilinə aid **********5768 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 17600,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 45902,70 manat, 46-cı qrafasında statistik dəyər 27000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək və başqa şəxsin adına rəsmiləşdirilən X2 idxal olunan və sərbəst dövriyyəyə buraxılan mənşə ölkəsi Böyük Britaniya olan, 2017-ci il buraxılışlı, mühərrrikin həcmi 2995 sm3, şassi/ban nömrəsi SALGS2FV5HA348785 olan “X11 Rover” markalı minik avtomobilinə aid **********2654 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 31862,31 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 62900,00 ABŞ manat, 46-cı qrafasında statistik dəyər 37000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək bəyan olunmuşdur (Əlavə olunur). Lakin İddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********0841 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini xx.xx.2019-cu il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun izahat verdi və müvafiq məsələnin tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Gömrük Məcəlləsinin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı tərəfindən X3 İAA inc (X6) şirkətindən idxal edilmiş mənşə ölkəsi Böyük Britaniya olan, 2017-ci il buraxılışlı, mühərrikinin həcmi 2995 sm3, şassi/ban nömrəsi SALRGBBV2HA043325 olan “X7” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə **********0841 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş, **********0841 sorğu nömrəli həmin gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 19290,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 59500,00 manat, 46-cı qrafasında statistik dəyəri 35000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuş, yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 200,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 6109,80 manat, aksiz vergisi 5575,00 manat, əlavə dəyər vergisi 12854,66 manat, elektron gömrük xidmətinin göstərilməsinə gorə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 24804,86 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmiş, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək nəqliyyat vasitəsinin buraxılışı təmin edilmiş, beləliklə, gömrük rəsmiləşdirilməsi başa çatmışdır. İşin tədqiq edilən hallarından məlum olur ki, iddiaçı iddia ərizəsində “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12 və 13-cü maddələrinə istinad etməklə bəyan edilmiş malın gömrük dəyərinin gömrük orqanı tərəfindən düzgün müəyyən edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. İş materiallarından məlum olur ki, İddiaçı **********0841 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini xx.xx.2019-cu il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Eyni zamanda, həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən də fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50-ci və 299.4-cü maddələrinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Həmçinin, Həmin Məcəllənin 153.2.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın gömrük dəyərinin yenidən müəyyən edilməsi, artıq tutulumuş pulun geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası gömrük qanunvericiliyinin tələblərinə uyğun olmadığından əsassızdır və rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın gömrük dəyərinin yenidən müəyyən edilməsi, artıq tutulumuş pulun geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3293/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3293/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver