Məhkəmə qərarları › İş №2-1(112)-3316/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3316/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3316/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2023-cü ii tarixli 10/236-k nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının, eləcə də prokurorluq orqanlarında xidmət keçməyə xitam verilməsi ilə bağlı vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək iddia tələbinin azladılmasını və prokurorluq orqanlarında xidmət keçməyə xitam evrilməsi ilə bağlı vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutulması hissəsinin iddia tələbindən çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “AZərbaycan Respublikası Baş Prokurorounun 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində, ədliyyə polkovnik-leytenantı rütbəsində xidmət edərkən, Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmri ilə, Azərbaycan Respublikası X1 Davranış Kodeksinin tələblərini pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiyinə istinad edilməklə, prokurorluq orqanlarından xaric edilmiş və həmin əmrə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorunun 18 aprel 2023-cü il tarixli 10/55-k saylı əmri ilə Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununun 41.0.6-cı (xidmətə uyğunsuziuğa görə) maddəsinə, “Hərbi xidmət keçmək haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, (xidmətə uyğunsuziuğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmrin əsası kimi guya prokurorluq işçisi kimi ailə münasibətlərində yaranan çətinlik və anlaşılmazlıqların həlli zamanı yalnız qanuni üsullardan istifadə etmək öhdəlikləri pozmağıma və Nərgiz Hüseynovaya qarşı fiziki zorakılıq hallarına yol verməyinə istinad edilmişdir. Bundan əlavə əmrdə qeyd edilmişdir ki, iddiaçı Nərgiz Hüseynovanın öz övladları ilə görüş hüququnu qanuni olmayan yollarla məhdudlaşdırmışdır. Halbuki qeyd edilən hər iki əsas həqiqəti əks etdirmir, eləcə də, 2-ci göstərilən hal mülki iddia olmaqla, 2021-ci ilin mart ayının əvvəllərindən nikahın pozulması və uşaqların iddiaçıya verilməsinə dair iddia ərizəsinə Qaradağ rayon məhkəməsində baxılır. Belə ki, Nərgiz Hüseynovaya fiziki zor tətbiq etməyi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qanunun tələbləri pozulmaqla, sözügedən əmrdən uzun müddət sonra, yəni 14 iyun 2023-cü il tarixdə əsassız və qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilmiş və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsində iddiaçı barəsində araşdırılan 3-1(093)-202/2023 nömrəli inzibati işə tam olaraq üç (3) ay müddətində baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində aparılan inzibati iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən (bəraətverici əsasla) xitam verilmişdir. Beləliklə, Bakı Hərbi Məhkəməsinin 3-1(093)-202/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əməllərində Azərbaycan Respublikası X1 Davranış Kodeksinin tələblərinin pozulmadığı öz təsdiqini tapmış və işdən azad olunmağı üçün əsas olaraq göstərilmiş iddiaların əsassız olduğu yuxarıda qeyd edilən qərarla sübuta yetirilmişdir. İddiaçı əmrdə göstərilən 2-ci əsasla bağlı bildirir ki, Nərgiz Hüsəynovanın azyaşlı uşaqlarına qarşı fiziki zorakılıq etməsi və işgəncə verməsi Abşeron rayon polis şöbəsində aparılan araşdırma iiə öz təsdiqi tapmış və onun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlamamasına dair qərar qəbul edilmiş, eləcə də eyni iş üzrə Aberon rayon icra hakimiyyətində N.Hüseynovanın azyaşlı uşaqlardan uzaqlaşdırılmasına dair “Məişət zorakılığı haqqında” qərar qəbul edilmişdir. Həmçinin, Nərgiz Hüseynovanın heç bir zaman övladları ilə görüşmək istəməsinə dair tələbi olmamış və iddiaçı ona bununla bağlı heç bir maneə törətməmişdır. İddiaçı bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Baş prokurorunun 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmri və bu əmrin əsasında qəbul edilmiş Azərbaycan Respublikası Hərbi prokurorunun 18 aprel 2023-cü il tarixli 10/55-k saylı əmri qanunsuz və əsassızdır. 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmrdə göstərilən əsaslarla bağlı (yəni Bakı Hərbi Məhkəməsində baxılan inzibati xəta haqqında icraat) məhkəmədə araşdırma aparıldığına görə sözügedən əmrin ləğv ediməsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, əmrin ləğvi ilə bağlı inzibati mübahisənin obyektiv həlli Bakı Hərbi Məhkəməsində baxılan inzibati xəta haqqında icraatın nəticələrindən birbaşa asılı olduğuna görə iddiaçı inzibati xəta haqqında icraatın nəticələrini gözləyərək məhkəməyə şikayət etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “prosessual müddətin bərpa olunması barədə” ərizədə qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnikleytenantı İddiaçı Azərbaycan Respubiikası Baş Prokurorluğunun 17 aprel 2023-cü ii tarixli 10/236-k nömrəli Əmriylə Azərbaycan Respublikası X1 Davranış Kodeksinin tələblərini pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiyinə istinad edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Mübahisəli əmrin əsası kimi iddiaçının rokurorluq işçisi kimi ailə münasibətlərində yaranan çətinlik və anlaşılmazlıqların həlli zamanı yalnız qanuni üsullardan istifadə etmək öhdəliklərini pozmağına və Nərgiz Hüseynovaya qarşı fiziki zorakılıq hallarına yol verməyinə istinad edilmişdir. Bundan əlavə əmrdə qeyd edilmişdir ki, qanuni olmayan yollarla Nərgiz Hüseynovanın öz övladları ilə görüş hüququnu məhdudlaşdırmışdır. Həmin əmrin əsası kimi qeyd edilən əsasla (yəni Bakı Hərbi Məhkəməsində baxılan inzibati xətə haqqında icraat) bağlı məhkəmə mübahisəsi getdiyinə görə iddiaçı məhkəməyə müraciət etməmişdir. Belə ki, əmrin ləğvi ilə bağlı inzibati icraatın nəticələrindən birbaşa asılı olduğuna görə iddiaçı inzibati xəta haqqında icraatın nəticələrini gözləyərək məhkəməyə şikayət etmişdir. İnzibati xəta haqqında icraatın nəticələrini gözləyərkən inzibati aktın mübahisələndirilməsi ilə bağlı 1 aylıq prosessual müddəti ötürmüşdür. Lakin iddiaçı hesab edir ki, prosessual müddəti ötürməyi üzrlü hesab edilməli və prosessual müddət bərpa olunmalıdır.

6. Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 10/236-k nömrəli Əmrə əsasən "Azərbaycan Respublikası X1 Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiyinə, həmçinin, əvvəllər göstərilən xarakterli pozuntularla bağlı barəsində tətbiq edilmiş intizam tənbehindən nəticə çıxarmadığına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı İddiaçı prokurorluq orqanlarından xaric edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası X1 Davranış Kodeksi”nin 3.1 və 3.2-ci bəndində təsbit edilmiş insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasını ehtiva edən, eləcə də bu hüquqları pozan hərəkətlərə yol verilməməsi ilə bağlı, 8.3-cü bəndində təsbit edilmiş prokurorluq orqanının adma xələl gətirəcək və ya nüfuzunu aşağı salacaq hərəkətlərə yol verilməməsi ilə bağlı, 10-cu bəndində təsbit edilmiş insanlarla münasibətdə nəzakətli, xeyirxah, diqqətli və təmkinli davranışın mütləqliyi ilə bağlı, 14.1-ci bəndində təsbit edilmiş zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi ilə bağlı, 27.3-cü bəndində təsbit edilmiş ailə münasibətlərində yaranan çətinlik və ya anlaşılmazlıqların həlli zamanı yalnız qanuni üsullardan istifadə edilməsi ilə bağlı öhdəliyin tələblərini pozduğu aparılmış xidməti yoxlama materialları ilə təsdiq edildiyinə və əvvəllər göstərilən xarakterli pozuntularla bağlı barəsində tətbiq edilmiş intizam tənbehindən nəticə çıxarmadığına görə Baş Prokurorluğun Etik Davranış Komissiyasının xx.xx.2023-cü il tarixli təqdimatı əsasında Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci abzasına və “Prokurorluq orqanlarında qulluq küşmə haqqında” Qanunun tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2023-cü il tarixli 10/236-k nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb edilib prokurorluq orqanlarından xaric edilmişdir.

8. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-202/2023 nömrəli Qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 3- 1(105)-3/2023 nömrəli Qərarı ilə Bakı Hərbi Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 3-1(093)-202/2023 nömrəli qərarı ləğv edilmişdir. İşə yenidən baxılması üçün material Bakı Hərbi Məhkəməsinə, yəni məhkəmə baxışına qaytarılmışdır.

10. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)-202/2023 nömrəli Qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirsizliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 10/236-k nömrəli Əmri iddiaçıya 1 həftə sonra təqdim edilmişdir. Prokurorluq tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Yekunda məhkəmənin qərarı ilə iş üzrə icraata bəraətverici əsaslarla xitam verilmişdir. Əmrlə məhkəmə qərarının əsası eyni olduğu üçün iddiaçı məhkəməyə gec müraciət etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin buraxıldığını bildirərək iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

14. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

15. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 10/236-k nömrəli Əmrinin ləğv edilməsini tələb edir.

16. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

19. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X3rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

20. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

21. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

23. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir.

24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 10/236-k nömrəli Əmrinə əsasən prokurorluq orqanlarından xaric edilmiş və müvafiq əmr 1 həftə sonra iddiaçıya təqdim edilmişdir (iddiaçının izahatına əsasən).

25. Məhkəmə nəzərə alır ki, iddiaçı müvafiq əmrin ona təqdim edilməsindən (xx.xx.2023-cü il tarixində) təxminən 06 ay sonra məhkəməyə şikayət etmişdir.

26. İddiaçı prosessual müddətin bərpa olunmasının əsası olaraq bildirmişdir ki, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)- 202/2023 nömrəli Qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, əmrlə məhkəmə qərarının əsası eyni olduğu üçün məhkəməyə gec müraciət etmişdir.

27. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluq tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və məhkəmədə baxılması iddiaçının qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran hal olaraq qiymətləndirilməməlidir.

28. Odur ki, məhkəmə hesab edir ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

29. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar