Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-333/2024 27.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı “mart 2022 ” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “mart 2022” hesabat dövrü üzrə 7 iyun 2022-ci il tarixli, **********676900 saylı, “aprel 2022” hesabat dövrü üzrə 05 iyul 2022-ci il tarixli **********375400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı 07 sentyabr 2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “mart 2022” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********676900 saylı, “aprel 2022” hesabat dövrü üzrə 05 iyul 2022-ci il tarixli **********375400 saylı, 31 avqust 2022-ci il tarixli **********3730100 saylı və 31 avqust 2022-ci il tarixli **********696800 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək “mart 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “sentyabr 2021 ƏDV” dövrü üzrə 26 noyabr 2021-ci il tarixli **********380300 saylı “yanvar 2022 ƏDV” dövrü üzrə 26may 2022-ci il tarixli **********3345900 saylı, 31 avqust 2022-ci il tarixli **********730100 saylı və 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı “iddia həcminin azaldılması barədə” ərizə verərək cavabdehin “mart 2022 ” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarmışdır. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirib ki, guya iddiaçı bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanıb. Lakin qərarda iddiaçının bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanması barədə yazılanlar həqiqəti əks etdirmir. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, mübahisələndirilən 2022-ci ilin mart və aprel ayı ƏDV bəyannaməsi üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, ödəniləcək vergi məbləğini azaltmışdır. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2022-ci il tarixli **********730100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2021-ci il tarixli **********676900 saylı və xx.xx.2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2022-ci il tarixli **********376400 saylı qərarı ləğv edilmişdir. Odur ki, hesab edirik iddia həmin hissədə mümkün hesab edilməməlidir. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinin müəyyən edilmiş ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləği ilə qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləği arasında 171476,49 manat kənarlaşma müəyyən edilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********185400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin mart ayı üzrə ƏDV bəyannaməsi üzrə 119999,40 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********676900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsində qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01 2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4211300,09 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə cəmi bəyannamələrinin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4120773,14 manat olması bəyannamələr üzrə ümumilikdə 90526,95 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********457400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 90526,95 manat əlavə vergi məbləğləri hesablanmışdır. Hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********376400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləği azaldıldığından azaldılmış 91712,21 manat vergi məbləği xx.xx.2022-ci il tarixdə bərpa olunmuş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********696800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. iddiaçı tərəfindən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2022-ci, xx.xx.2022-ci, və xx.xx.2022-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalmayla bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2022-ci il tarixli qərar qəbul edərək iddiaçının 2022-ci ilin mart ayı ƏDV üzrə 108645,43 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. Bundan başqa, həmçinin aprel ayı ƏDV hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalmayla bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2022-ci il tarixli qərar qəbul edərək iddiaçının 2022-ci ilin aprel ayı ƏDV üzrə 91712,21 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi mülahizəsinə əsasən bildirmişdir ki, disk materialları TS-MOTORS MMC barəsində 2022-ci il Mart və 2022-ci il Aprel ayları üzrə kameral hesablama qərarlarından uyğunsuzluq məhdudları 3 excel fayldan ibarət olmuşdur. Excel lay Harda isə xx.xx.2020-ci ildən xx.xx.2022- ci ilədək olan dövr üzrə MMC-nin təqdim etdiyi elektron vergi bəyannamələrinin açıqlanması (xüsusi hissə) (ƏDV üzrə əlavə 3 cədvəllər) 521 sətirdən ibarət müəssisənin qarşılıqlı əməliyyatları barədə cədvəldən və nəzarət kassa aparatı ilə aylıq satış dövriyyəsi barədə məlumatdan ibarətdir. ƏDV depozit hesabının xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixinədək dövr üzrə mədaxil və məxaric hissəsindən ibarət fayl mövcuddur. Həmin excel faylda 2022-ci il Aprel ayının kameral hesablamalarını sübut edəcək hər hansı əsaslı hesablama mövcud olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə qərara əsasən 2022-ci ilin Mart ayında 119 997,4 manat ƏDV hesablanmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə qərara əsasən 2022-ci ilin Aprel ayında 90 526.95 manat ƏDV hesablanmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin 21 iyun 2023-cü tarixli qərardadı ilə, iş üzrə məhkəmə mühasibatlıqekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 2022-ci il mart ayı ƏDV üzrə 108645.43 manat əlavə hesablanma müəyyən olunurmu? 2) 2022-ci il aprel ayı üzrə ƏDV üzrə 91712.12 manat əlavə hesablanma müəyyən olunurmu? Cavabdeh inzibati orqan tərəfindən verilmiş vəsatət əsasında təkrar məhkəmə mühasibatlıq-ekspertizasının təyin edilməsi qərara alınmışdır .
İİ. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
8. Hazırda iddiaçının iddiası- mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
11.İnzibati məhkəmə işinin materiallarında olan:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********365400 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC xx.xx.2017-ci ildə dövlət qeydiyyata alınmışdır. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 06 may 2022-ci il tarixli, **********185400 nömrəli məktubdan görünür ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin (məlumatın) təqdim edilməsi İddiaçı MMC-dən tələb edilmişdir. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvnaladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirmişdir ki, - “**********185400 saylı uyğunsuzluq məktubunun 1-ci bəndində göstərilən uyğunsuzluqla bağlı bildiririk ki, müəssisənin xx.xx.2020-ci il tarixə 660680.27 manat məbləğində təqdim edilmiş mal. iş, xidmətlərlə bağlı yaranmış debitor borclar üzrə qalıq və 520208.48 manat məbləğdə təqdim ediləcək mal, iş, xidmətlərlə bağlı alınmış
avanslar üzrə kreditor borclar üzrə qalıqı mövcud olmuşdur. Bu barədə məlumat vergi orqanına sonuncu təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsi və sonuncu təqdim edilmiş 1 yanvar 2020-ci il tarixə debitor borc və alınmış avanslar üzrə kreditor borc üzrə məlumatlarda öz əksini tapmışdır. Bildiririk ki, müəssisənin 1 yanvar 2020-ci il tarixə mövcud 660680.27 manat debitor borc və 520208.48 manat alınmış avanslar üzrə kreditor borc məbləğləri mal, iş, xidmətin müəyyən edilən əsas məbləğ ödənişləri əsasında formalaşmşdır. Müəssisənin qarşılıqlı əməliyyatlar çərçivəsində kreditor borc üzrə avans alınan göstərilən məbləğdən X8 Məhdud Məsuliyyətli Cəmiyyəti, Laçın Qəzeti, X7 Məsuliyyətli Cəmiyyəti,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X3, tərəfindən ödənilən əsas məbləğ üzrə avans ödənişləriə müvafiq ƏDV ödənişləri xx.xx.2020-ci il tarixdən sonraki dövr ərzində qarşı tərəfə ödənilən avans məbləğ müqabilində mal, iş, xidmət təqdim edildiyi tarixdə müəssisənin ƏDV sub uçot hesabına ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixədək müəssisə tərəfindən təqdim edilən ƏDV bəyannamələri "hesablama metodu " na əsasən tərtib edilərək vergi orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixədək ƏDV üzrə hesablanmalı vergi məbləği büdcəyə hesablanaraq ödənilmişdir. xx.xx.2020-dən cari hesabat ayınadək müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələri "kassa metodu" na əsasən tərtib edilmişdir. Qanunvericiliyə əsasən kassa metodu ilə tərtib edilən ƏDV bəyannamələrində müəssisə tərəfindən topdan və pərakəndə ticarət üzrə dövriyyəsindən vəsait tam şəkildə (Təqdim edilən mal, iş, xidmət üzrə ödənilməli əsas və ədv məbləğləri) əldə olunduğda, eləcədə təqdim ediləcək mal, iş, xidmətin müqabilində avans ödəniş daxil olduqda, vəsaitin müəssisəyə daxil olduğu dövrün ƏDV bəyannaməsində vergi orqanına göstəricilər təqdim edilməli, büdcəyə vergilər hesablanılmalı və ödənilməlidir. Müəssisə tərəfindən xx.xx.2020-ci ildən cari hesabat ayınadək vergi orqanına təqdim edilən ƏDV bəyannamələri kassa metoduna əsasən tərtib edilərək təqdim edilmiş, büdcəyə hesablanılmalı olan vergi məbləğləri hesablanaraq ödənilmiş, eyni zamanda vergi orqanı tərəfindən təqdim edilən bəyannamələrə kameral münasibət bildirilmişdir. Müəssisə tərəfindən xx.xx.2020-ci il tarixə təqdim edilmiş mal, iş, xidmətlərlə bağlı yaranmış debitor borclar üzrə borc ödənişlərinə əsasən daxil olan vəsait və xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək formalaşan dövriyyəsi üzrə daxil olan vəsaitin uçotu ayrı ayrılıqda aparılmışdır.Göstərilənlərlə əlaqədar müvafiq təstiq edici sənədlər vergi orqanına dəfələrlə təqdim edilmiş , yazılı və şifahi izahat məktubları verilmişdir. Əlavə olaraq bildirik ki, xx.xx.2020-ci il tarixdən ƏDV tutulan əməliyyatlar üzrə büdcəyə hesablanan və tərəfimizdən vergi orqanına bəyan edilən vergi öhdəlikləri üzrə əsassız fərq göstərilərək vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********610000 saylı qərarla 2021-ci i) iyul ayı üzrə 81 765.12 manat, xx.xx.2021-ci il tarixli **********068700 saylı qərarla 2021 -ci il avqust ayı üzrə 45 313.25 manat, xx.xx.2021 -ci il tarixli **********380300 saylı qərarla 2021-ci il isentyabr ayı üzrə 27 944.75 manat olmaqla ümumilikdə 155 023.12 manat kameral vergi hesablanmış və büdcəyə ödənilmişdir. 2-ci bənddə göstərilən uyğunsuzluqla bağlı bəyannamə məlumatlarına təkrar baxış keçirildi və dəqiqləşdirilmiş bəyannamə təqdim edildi. Uyğunsuzluq məktubunuzun 3-cü bəndində göstərilən uyğunsuzluqla bağlı bildiririk ki, göstərilən dövrdə müəssisənin hcçbir ƏDV-dən azad əməliyyatı olmamış, ƏDV-dən azad əməliyyatlar üzrə dövriyyəsi formalaşmamışdır. Mexaniki səhf olaraq ƏDVdən azad əməliyyat olaraq kassaya vurulan məbləğ uçot məlumatlarında dəyişdirilərək ƏDV-ə 18% dərəcə ilə cəlb edilən əməliyyat olaraq uçota alınmış və büdcəyə müvafiq vergi məbləği hesablanmışdır”. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 10 iyun 2022-ci il tarixli, **********457400 nömrəli məktubdan görünür ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin (məlumatın) təqdim edilməsi İddiaçı MMC-dən tələb edilmişdir.
İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvnaladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirmişdir ki, - **********457400 saylı uyğunsuzluq məktubunun 1-ci bəndində göstərilən uyğunsuzluqla bağlı bildiririk ki, müəssisənin xx.xx.2020-ci il tarixə 660680.27 manat məbləğində təqdim edilmiş mal, iş. xidmətlərlə bağlı yaranmış debitor borclar üzrə qalıq və 520208.48 manat məbləğdə təqdim ediləcək mal, iş, xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borclar üzrə qalıqı mövcud olmuşdur. Bu barədə məlumat vergi orqanına sonuncu təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsi və sonuncu təqdim edilmiş 1 yanvar 2020-ci il tarixə debitor borc və alınmış avanslar üzrə kreditor borc üzrə məlumatlarda öz əksini tapmışdır. Bildiririk ki, müəssisənin 1 yanvar 2020-ci il tarixə mövcud 660680.27 manat debitor borc və 520208.48 manat alınmış avanslar üzrə kreditor borc məbləğləri mal, iş, xidmətin müəyyən edilən əsas məbləğ ödənişləri əsasında formalaşmşdır. Müəssisənin qarşılıqlı əməliyyatlar çərçivəsində kreditor borc üzrə avans alınan göstərilən məbləğdən X8 Məhdud Məsuliyyətli Cəmiyyəti, Laçın Qəzeti, X7 Məsuliyyətli Cəmiyyəti,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X3, tərəfindən ödənilən əsas məbləğ üzrə avans ödənişləriə müvafiq ƏDV ödənişləri xx.xx.2020-ci il tarixdən sonraki dövr ərzində qarşı tərəfə ödənilən avans məbləğ müqabilində mal, iş, xidmət təqdim edildiyi tarixdə müəssisənin ƏDV sub uçot hesabına ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixədək müəssisə tərəfindən təqdim edilən ƏDV bəyannamələri "hesablama metodu"na əsasən tərtib edilərək vergi orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixədək ƏDV üzrə hesablanmalı vergi məbləği büdcəyə hesablanaraq ödənilmişdir. xx.xx.2020-dən cari hesabat ayınadək müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələri "kassa metodu"na əsasən tərtib edilmişdir. Qanunvericiliyə əsasən kassa metodu ilə tərtib edilən ƏDV bəyannamələrində müəssisə tərəfindən topdan və pərakəndə ticarət üzrə dövriyyəsindən vəsait tam şəkildə (Təqdim edilən mal, iş, xidmət üzrə ödənilməli əsas və ədv məbləğləri) əldə olunduğda, eləcədə təqdim ediləcək mal, iş, xidmətin müqabilində avans ödəniş daxil olduqda, vəsaitin müəssisəyə daxil olduğu dövrün ƏDV bəyannaməsində vergi orqanına göstəricilər təqdim edilməli, büdcəyə vergilər hesablanılmalı və ödənilməlidir. Müəssisə tərəfindən xx.xx.2020-ci ildən cari hesabat ayınadək vergi orqanına təqdim edilən ƏDV bəyannamələri kassa metoduna əsasən tərtib edilərək təqdim edilmiş, büdcəyə hesablanılmalı olan vergi məbləğləri hesablanaraq ödənilmiş, eyni zamanda vergi orqanı tərəfindən təqdim edilən bəyannamələrə kameral münasibət bildirilmişdir. Müəssisə tərəfindən xx.xx.2020-ci il tarixə təqdim edilmiş mal, iş, xidmətlərlə bağlı yaranmış debitor borclar üzrə borc ödənişlərinə əsasən daxil olan vəsait və xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək formalaşan dövriyyəsi üzrə daxil olan vəsaitin uçotu ayrı ayrılıqda aparılmışdır.Göstərilənlərlə əlaqədar müvafiq təstiq edici sənədlər vergi orqanına dəfələrlə təqdim edilmiş, yazılı və şifahi izahat məktubları verilmişdir. Əlavə olaraq bildirik ki, xx.xx.2020-ci il tarixdən ƏDV tutulan əməliyyatlar üzrə büdcəyə hesablanan və tərəfimizdən vergi orqanına bəyan edilən vergi öhdəlikləri üzrə əsassız fərq göstərilərək vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********610000 saylı qərarla 2021-ci il iyul ayı üzrə 81765.12 manat, xx.xx.2021-ci il tarixli **********068700 saylı qərarla 2021-ci il avqust ayı üzrə 45 313.25 manat, xx.xx.2021 -ci il tarixli **********380300 saylı qərarla 2021-ci il sentyabr ayı üzrə 27 944.75 manat, xx.xx.2022-ci il tarixli **********345900 saylı qərarla 2022-ci il yanvar ayı üzrə 17 153.79 manat, xx.xx.2022-ci il tarixli **********676900 saylı qərarla 2022-ci il marl ayı üzrə 119 999.4 olmaqla ümumilikdə 292 176.31 manat kameral vergi hesablanmış və büdcəyə ödənilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 31 avqust 2022-ci il tarixli, **********730100 nömrəli qərara əsasən, iddiaçı barəsində mart 2022-ci il üzrə əlavə dəyər vergisi olaraq 108.645,43 manat borc məbləği hesablanmışdır.
“Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 31 avqust 2022-ci il tarixli, **********696800 nömrəli qərara əsasən, iddiaçı barəsində aprel 2022-ci il üzrə əlavə dəyər vergisi olaraq 91.712,21 manat borc məbləği hesablanmışdır. “Kameral vergi yosxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 28 iyul 2022-ci il tarixli, **********221100 nömrəli məktubdan görünür ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin (məlumatın) təqdim edilməsi İddiaçı MMC-dən tələb edilmişdir Hazırki iş üzrə məhkəmənin qərardadları əsasında aparılmış məhkəmə mühasibatlıqekspertizası və təkrar məhkəmə mühasibatlıq-ekspertizası ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin hazırkı rəyin tədqiqi hissəsində göstərilən maddələrinin tələbləri nəzərə alınmamışdır. Yəni vergi orqanı tərəfindən 31 avqust 2022-ci il tarixli **********730100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 2022-ci ilin mart ayı üzrə 108.645,43 manat məbləğində, xx.xx.2022-ci il tarixli, **********696800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla aparılan əlavə hesablama Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilən verginin müəyyən edilməsi üçün nəzərdə tutulmuş bir neçə vergitutma elementlərinin tələblərinə və həmin Məcəllənin digər maddələrinə uyğun olmamışdır. Həmçinin qeyd edilir ki, tədqiqi hissədə və yuxarıda göstərilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci il mart ayı üzrə 108.645,43 manat və 2022-ci il aprel ayı üzrə 91.712,12 manat ƏDV məbləği müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallara əsasən 2022-ci il mart və aprel ayları üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrlə hesablanmış ƏDV məbləğlərində heç bir kənarlaşma aşkar edilmədi; vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci il mart ayı üzrə 108.645,43 manat və 2022-ci il aprel ayı üzrə 91.712,12 manat ƏDV məbləği müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən 2022-ci il mart və aprel ayları üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrlə hesablanmış ƏDV məbləğlərində heç bir kənarlaşma aşkar edilmədi.Yəni 2022-ci ilin mart ayı üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanan ƏDV- nin məbləği 27.193,89 manat, 2022-ci ilin aprel ayı üzrə isə büdcədən qaytarılan ƏDV- nin məbləği 136.697,71 manat müəyyən olunur ki; həmin göstəricilər vergi ödəyicisinin bəyannaməsində də öz əksini tapmışdır. İddiaçı və cavabdeh tərəfindən əlavə olaraq məhkəməyə şəxsi hesab vərəqəsi, İddiaçı MMC-nin Nizamnaməsi, İddiaçı MMC şirkətinin idxal əməliyyatları haqqında xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə hesabat, əlavə dəyər vergisinin bəyannaməsi, əlavə dəyər vergisinin bəyannaməsinə əlavə 1, əlavə dəyər vergisinin bəyannaməsinə əlavə 2, əlavə dəyər vergisinin bəyannaməsinə əlavə 3, əlavə dəyər vergisinin bəyannaməsinə əlavə 4 təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
- 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: - 15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq; - 15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq; -15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; -15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; 15.1.12. vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək; - 15.2. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. - 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. - 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. - 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. - 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. - 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. - 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. - 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. - 159.6. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. - 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. - 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. - 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. - 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır. - 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. - 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.
- 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. - 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. - 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. - 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.
13. İş materialları ilə müəyyən olunur ki, mart 2022 ” hesabat dövrü üzrə və “aprel 2022” hesabat dövrü üzrə cavabdeh inzibati orqan tərəfindən "xxxx" MMC barəsində kameral vergi yoxlaması aparılmış, nəticədə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı və 31 avqust 2022-ci il tarixli **********696800 saylı qərarlar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarın əsassız olduğu qənaətinə gələrək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müvafiq suallar göstərilməklə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəylərindən də görünür ki, 2022-ci il mart və aprel ayları üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrlə hesablanmış ƏDV məbləğlərində heç bir kənarlaşma aşkar edilməmişdir.
Cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarların mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3,24.4-cü maddələrinin tələblərinə zidd olaraq halları araşdırmadan, iddiaçının xeyrinə olan halları nəzərə almadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” mübahisələndirilən qərarları qəbul etmiş, iddiaçıya əlavə vergi məbləğlərini hesablamış, lakin həmin əlavə vergi məbləğlərini hansı qaydada və əsaslarla hesablandığını da sübuta yetirilə bilməmiş, bununla da yuxarıda sadalanan normaların tələblərini pozmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2.-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 16.Odur ki, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir
17. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi təmin edilməli, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mart 2022 ” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32ci, 68-ci,69-cu,85-ci ,110-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı MMC-nin iddia tələbi təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mart 2022 ” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli, **********730100 saylı, “aprel 2022” hesabat dövrü üzrə 31 avqust 2022-ci il tarixli **********696800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində tutularaq “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (SAP (XİİS) hesabı: Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22; Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab AZ34CTRE********************) köçürülsün Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova