Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3342/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “17 mart 2020-ci il tarixli şikayəyətdə göstərilən qanunvericiliklə bağlı sualların cavablandırılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.03.2020-ci il tarixli şikayətində göstərilən qanunvericiliklə bağlı onun suallarının cavablandırılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin sərəncamında olan vergi bəyannamələrinin təsdiq olunmuş surətlərini iddiaçıya təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə “Ə.A.Ansuxski adına X15” ASC-nin və törəmə şirkətinin “xxxx” MMC-nin 2019-cu il üzrə “Mənfəət vergisinin bəyannaməsi və onların əlavələri”nin, 2019-cu il üzrə “xxxx və onların əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onların əlavələri”nin, həmçinin 2019-cu il üzrə “Torpaq vergisinin bəyannaməsi və onların əlavələri”nin, 2015-2019-cu illərdə “Ə.A.Ansuxski adına X15” ASC-də aparılmış səyyar vergi yoxlaması aktlarınınm təsdiq olunmuş surətlərinin ona təqdim edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə 17.03.2020-ci il tarixli şikayətində göstərilən qanunvericiliklə bağlı onun suallarının cavablandırılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlərin sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 15.10.2020-ci il tarixində Milli Depozit Mərkəzi tərəfindən verilmiş ‘'depo hesabından çıxarış"- dan görünür ki, iddiaçı “Ə.A. Ansuxski adına X15" ASC-nin 336 səhminin sahibidir. Səhmdarı olduğu “Ə.A. Ansuxski adına X15" ASC-nin 22.09.2004-cü ildə 0904-B1-192 nömrəli Şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZM və ya 140979 ədəd adi səhmdir. Cəmiyyətin hüquqi ünvanı: xxxx şəhəri, Heydər Əliyev prospekti, 54 (bax. əlavə 2). 30 mart 2005-ci il və 24 iyul 2006-cı il tarixlərində “Ə.A. Ansuxski adına X15” ASC-nin səhmdarların ümumi yığıncaqlarında “Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması”, həmçinin “xxxx" MMC törəmə şirkətinin yaradılması" və “Kredit xəttinin açılması” barədə qərarlar verildi. Lakin, Cəmiyyətin rəhbərliyi həmin iclaslarda qəbul edilmiş qərarlar haqqında məlumatı, habelə hamin qərarlar əsasında tərtib edilmiş maliyyə sənədlər iddiaçıya təqdim edilməmişdir. Beləliklə, “Ə.A. Ansuxski adına X15” ASC-nin rəhbərliyi Cəmiyyətin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı ona təqdim etmədiyinə görə, 2018-ci ildə o Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə müraciət edib “Ə.A. Ansuxski adına X15” ASC-yə aid olan və İdarənin sərəncamında olan informasiyanın (sənədlərin) təqdim edilməsini xahiş etmişdir. Amma İdarə tələb etdiyi sənədləri (məlumatları) ona təqdim etməkdən imtina etmişdir. Bundan sonra, o cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə, “Ə.A. Ansuxski adma X15" ASC-yə, İdarə Heyətinin sədri X12 və Müşahidə Şurasının sədri X3rşı iddia tələbi ilə xxxx Rayon Məhkəməsinə müraciət etmişdir. xxxx Rayon Məhkəməsində məhkəmə baxışı zamanı İdarə tələb etdiyi sənədləri ona təqdim etmişdir. Ona görə də iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia tələbimdən imtina etmişdir. Beləliklə, İdarəyə qarşı iddiadan imtina etdiyini nəzərə alaraq, xxxx Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2(019)- 254/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə “Ə.A. Ansuxski adına X15” ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən “Ə.A. Ansuxski adına X15" ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; “Ə.A. Ansuxski adına X15’' ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və hu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama aktlarının: “Ə.A. Ansuxski adına X15'’ ASC-nin fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb-yaradılmaması barədə məlumatların və “Ə.A. Ansuxski adına X15" ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin mənə təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissədə xitam vermişdir. Digər tərəfdən, cavabdeh “Ə.A. Ansuxski adına X15" ASC-nin İdarə Heyətinin sədri X1 Rayon Məhkəməsində məhkəmə baxışı zamanı 28.12.2018-ci il tarixli etirazını verərək aşağıdakıları bildirmişdir: “Ə.A. Ansuxski adma X15'’ ASC uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Sadəcə olaraq müəyyən bir sahəni “xxxx” MMC icarəyə vermişdir. Özəlləşmə aparıldığı gündən indiyədək heç bir səhmdar gəlir və mənfəət əldə etməmişdir. ASC-nin normal fəaliyyəti üçün böyük həcmdə xərclər tələb olunur. Bu günədək ASC-nin ərazinin qorunması və ərazidə olan daşınmaz obyektlərin saxlanması üçün çəkilən xərclər itkilər hesabına başa gəlir. Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısı keçən əsrin 80-cı illərində alınmış və inşa edilmişdir. Balansda olan nəqliyyat vasitələri, binalar, qurğular və avadanlıqlar öz amortizasiya müddətini bitirmişdir. Buna baxmayaraq həmin əsas vəsaitlər balansda qaldığı üçün onlara müvafiq vergilər hesablanır və vaxtında ödənilir. Bundan başqa “Ə.A. Ansuxski adma X15” ASC fəaliyyət göstərmədiyi üçün idarə heyətinin sədrindən başqa heç bir işçi personalı yoxdur. Məhz yuxarıda qeyd olunan səbəblərə görə ASC-də audit, təftiş, səyyar və s. yoxlamalar aparılmayıb, yoxlamalar aparılmadığından AKT-lar tərtib edilməyib, eyni zamanıda ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı aparılmamışdır". Yuxarıda qeyd olunanları xxxx Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2(019)- 254/2019 saylı qətnaməsində də öz əksini tapmışdır. Həmçinin Cəmiyyətin İdarə Heyətinin sədri X10 28.12.2018-ci il tarixli etirazına əlavə olaraq aşağıdakı sənədləri məhkəməyə təqdim edib: 04.09.2017-ci il tarixli, 01/A №-li icarə müqaviləsinin surəti; ƏMDK yanında DƏDRX ‘‘Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış’’ının və ƏMDK yanında DƏDRX Zaqatala Ərazi İdarəsinin “Ə.A. Ansuxski adına X15" ASC-nin “Daşınmaz əmlakın texniki pasportundan çıxarışının surətləri; 01.03.2019-cu il tarixli cavab məktubunun, habelə 29 noyabr 2005-ci il tarixli, 25/11 nömrəli və 13 sentyabr 2006-cı il tarixli, 27/09 nömrəli kredit müqavilərinin surətləri. Beləliklə, xxxx Rayon Məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh “Ə.A. Ansuxski adına X15” ASC və 13 saylı Ərazi Vergilər İdarəsi tərəfhdən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin rəhbəri “Ə.A. Ansuxski adına X15 ASC-nin (əsas müəssisənin) əmlakını (aktivlərini və öhdəliklərini) səhmdarlardan gizlətmək üçün bilərəkdən yalan məlumatlar verib, bunun üçün o, konsolidə edilmiş maliyyə (vergi) hesabatlarını tərtib etməyib. Belə ki, “Ə.A. Ansuxski adma X15" ASC-nin, müştərək müəssisənin və “xxxx” MMC törəmə şirkətinin maliyyə hesabatları (müəssisənin balansını və vergi bəyannamələri) ayrıca tərtib edilmişdir. Halbuki “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və X2 və Birləşdirilmiş (Konsolidə Edilmiş) X13 Milli Mühasibat Uçotu Standartına uyğun olaraq “xxxx” MMC törəmə şirkətinin və müştərək müəssisənin maliyyə göstəriciləri (aktivləri və öhdəlikləri) “xxxx" ASC-nin (əsas müəssisənin) maliyyə hesabatlarında (müəssisənin balansında və vergi bəyannamələrində) əks etdirməlidir. 01.07.2019-cu il tarixində 13 saylı Ərazi Vergilər İdarəsi tərəfndən təqdim edilmiş “Ə.A. Ansuxski adma X15” ASC-nin 2014-cü il üzrə “xxxx”-ndə göstərilib ki, Cəmiyyətin “əmlakın ümumi qalıq dəyəri” 291,531.00 manatdır. 2014-cü il üzrə “Mənfəət vergisinin bəyannaməsinə Əlavə №l"-ndə göstərilib ki, Cəmiyyətin “cəmi aktivləri” - 2,548,840.93 manatdır, “kredit borcları" - 2,266,883.93 manatdır (bax. əlavə 8). “xxxx” MMC-nin 2014-cü il üzrə “xxxx”-ndə göstərilib ki, MMC-nin “əmlakın ümumi qalıq dəyəri” - 3,045,697.19 manatdır. 2014-cü il üzrə “xxxx”-də göstərilib ki, MMC-nin “cəmi aktivləri” - 19,377,091.00 manatdır, “kredit borcları" - 3,920,185.00 manatdır. İdarə Heyətinin sədri X6 xxxx Rayon Məhkəməsinə təqdim edilmiş 01.03.2019cu il tarixli cavab məktubundan, habelə 29 noyabr 2005-ci il tarixli, 25/11 nömrəli və 13 sentyabr 2006-cı il tarixli, 27/09 nömrəli kredit müqavilərindən görünür ki, Cəmiyyətin sabiq İdarə Heyətinin sədri Şamil Ansuxski “Azərbaycan Beynəlxalq Bankı" X8 Cəmiyyətin tikinti təmir işlərinin aparılması və xammal tədarükü məqsədilə istifadə etmək üçün 1,990,000 ABŞ dolları məbləğində kredit pulunu götürmüşdür. Lakin, Cəmiyyətin sabiq İdarə Heyətinin sədri Şamil Ansuxskiy səhmdarların ümumi yığıncaqlarında 1,990,000 ABŞ dolları məbləğində kredit pullarının hara xərclədiyi barədə təsdiqediyici sənədlər təqdim etməmişdir. Belə ki, “Ə.A. Ansuxski adına X15” ASC-nin müəssisənin balansında və vergi bəyannamələrində “kredit borcları" - 2,266,883.93 manat məbləğində göstərsə də, Cəmiyyətin əsas vəsaitlərinin bu məbləğə artırılması əks etdirilməyib. 24 sentyabr 2020-ci il tarixində “Ə.A. Ansuxski adına X15" ASC-nin İdarə Heyətinin sədri “Xalq qəzeti”ndə 25.11.2020-ci il saat 17:00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçirilməsi ilə bağlı elan vermişdir. İclasın gündəliyinə aşağıdakı məsələlər qoyulmuşdur:
1. 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi; 2. Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komisiyasının hesabatı; 3. Təftiş komisiyasının üzvlərinin yenidən seçilməsi;
4. Cəmiyyətin yaranmış kreditor borclarının qaytarılması; 5. Müəssisənin ləğvi; 6. Digər məsələlər. AR ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”-dan görünür ki, “Ə.A. Ansuxski adına X15" ASC-nin mülkiyyətində əmlak kompleksi və 10 hektar torpaq sahəsi var. Habelə “Torpaq vergisinin bəyannaməsinə №1 Əlavə”-lərdən görünür ki, “Ə.A. Ansuxski adına X15” ASCnin 50 ha. “xxxx” MMC-nin 471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri var. Cəmiyyətin rəhbəri 28.12.2018-ci il tarixli etirazında göstərir ki, cəmiyyətinin yeganə gəliri daşınmaz əmlakın müəyyən hissəsinin icarəyə verilməsindən əldə olunur. Belə ki, 04.09.2017-ci il tarixli, 01/A №-li icarə müqaviləsindən görünür ki, cəmiyyətə məxsus olan 1204.2 nr qeyriyaşayış sahəsini hər ay üçün 250 manat məbləğində 2027-ci ilə qədər “xxxx” MMC-və icarəyə vermişdir. Halbuki “xxxx” MMC törəmə şirkətin nizamnamə kapitalının 99,5 %-i Cəmiyyətin (əsas müəssisənin) nəzarətindədir. Bundan əlavə “xxxx” MMC-nin internet saytında (http://www.xxxx.az/index.php?c_lng=az&c_idmenu=3) göstərilir ki, MMC-nin hüquqi ünvanı xxxx şəhəri, Heydər Əliyev prospekti, 54-dür. “xxxx’" MMC -nin istehsalatda 200 işçi çalışır, bunlardan 120 nəfər şirkətin ştatında fəaliyyat göstərən işçi heyətidir. İstehsalatın nəzdində mövcud olan 10 hektarlıq sahənin 2.4 hektarı iş sahəsidir. “xxxx” MMC-nin həmçinin Bakıda da 150 işçi. 1000 kv metrlik zirzəmi sahəsi, ofis, avto park və bir neçə onlarla yük maşınları təşkil edən nümayəndəliyi var. Nümayəndəlik əsasən bütün Azərbaycan üzrə paylaşdırma və marketinq fəaliyyəti ilə məşğuldur. Həmçinin qeyd olunur ki, "xxxx”xxxx” MMC-nin rəsmi təmsilçisidir. Bundan əlavə, Cəmiyyətin Müşahidə Şurasının sədri Abdulqədir Ansuxskiy cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməmiş və müşahidə şurasının yığıncaqların keçirilməsini təmin etməmişdir. Bu da, mülki qanunvericiliyinə, nizamnaməsinə və korporativ idarəetmə prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin internet saytında Müşahidə Şurası haqqında Nümunəvi Əsasnamə yerləşdirilib. Həmin Əsasnamənin 2.2-ci bəndində Müşahidə Şurasının səlahiyyətləri göstərilib. Beləliklə Cəmiyyətin rəhbərliyi 15 il ərzində səhmdarlara maliyyə hesabatlarında cəmiyyətin zərərlə işləməsi, əsaslı təmir olunmuş istehsal kompleksinin təmir olunmaması və yararsız vəziyyətdə olması barədə məlumatlar vermişdir. Bunun əsasında Cəmiyyətin rəhbərliyi dövlətə əmlak vergisini tam həcmdə ödəməmişdir. Ona görə də o hesab edir ki, “Ə.A. Ansuxski adına X15” ASC-nin rəhbərliyi cəmiyyətin əmlakı və gəlirləri gizlətməklə dövlətin maraqlarını, eləcə də onun hüquqlarını və maraqlarını pozub. Bununla əlaqədar olaraq. 17.03.2020-ci il tarixində o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edib xahiş etmişdirki, yuxarıda göstərilən faktları araşdırmaq üçün “Ə.A. Ansuxski adına X15” ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, habelə qanunvericiliklə bağlı aşağıdakı suallarının cavablandırılmasına müvafiq göstəriş verilsin. "Ə.A. Ansuxski adına X15" ASC-nin konsolidasiya edilmiş vergi bəyannamələrində onun törəmə müəssisələrinin aktivlər və öhdəliklər, eləcə də debitor və kreditor borcları haqqında maliyyə göstəricilərinin göstərilməməsi qanunidirmi? Əgər “xxxx” MMC törəmə şirkətinin aktivi 22,011,064.96 manat təşkil edirsə, onda “Ə.A. Ansuxski adına X15” ASC-nin vergi bəyannamələrində müəssisənin 15 il zərərlə işlədiyini kimi göstərmək qanunidirmi? “Ə.A. Ansuxski adına X15” ASC-nin 2018-ci il üzrə “xxxx”ndə göstərdiyi kimi cəmiyyətin “əmlakın ümumi qalıq dəyəri”nin 175,994.73 manat təşkil edilməsi və büdcəyə əmlak vergisinin 1.731.83 manat məbləğində hesablanması düzgündürmü? ASC-nin rəhbərliyi vergi orqanına “Ə.A. Ansuxski adına X15” ASC-nin icarə müqavilələri təqdim edilmişdirmi və həmin icarə müqavilələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli **********001700 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” formasına uyğundurmu? “Ə.A. Ansuxski adına X15” ASCnin hüquqi ünvanında yerləşən obyektlərinin (cəmi 20.861,80 m2 qeyri-yaşayış sahəsini) “xxxx” MMC törəmə şirkətinə icarəyə verilməsi doğrudurmu və bu obyektlərin törəmə şirkətinə “icarəyə verilməsi” qanunidirmi? Müşahidə Şurasının sədri Abdulqədir Ansuxski Cəmiyyətin kredit borcunun yaranmasının və qaytarılmamasının səbəbləri nəzarət etməlidirmi və etməmişdirsə məsuliyyət daşımalıdırmı? Bu müraciətlə əlaqədar o Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergi İdarəsinin **********300700 saylı 01.05.2020-ci il tarixli məktubunu almışdır. Belə ki, 13 saylı Ərazi Vergilər İdarəsi 01.05.2020-ci il tarixli məktubda bildirir ki, “sorğunuza cavab veriləcəyi təqdirdə vergi ödəyicilərinə aid vergi sirri təşkil edən məlumatların açılması halları baş verə bilər. Bundan əlavə, İdarə “Ə.A. Ansuxski adına X15" ASC-yə və “xxxx” MMC-yə müraciət edərək həmin müəssisələrə aid və vergi sirrini təşkil edən məlumatların ona verilib-verilməyəcəyini barədə sorğu göndərilmiş və qeyd edilən hər iki müəssisə yazılı formada onların vergi sirri təşkil edən məlumatların ona verilməsinə razılıq verməmişdir. Həmçinin İdarə tövsiyə edir ki, onu maraqlandırılan məlumatların qanunvericiliyə uyğun olaraq “Ə.A. Ansuxski adına X15” ASC-nin səhmdarlarının ümumi yığıncağında əldə etsin”....Beləliklə. İdarənin 01.05.2020-ci il tarixli cavabı onu qane etmədiyi üçün o 29.09.2020-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təkrar müraciət etmişdir. Belə ki, ərizəsində qeyd etmişdir ki, 13 saylı Ərazi Vergi İdarəsi kommersiya və vergi sirrinə istinad edərək, tərəfindən göstərdiyi qanunpozmaları hallarını araşdırmaqdan, habelə qanunvericiliyi ilə bağlı suallarını cavablandırmaqdan qanunsuz olaraq imtina edilmişdir. Çünki müraciətində qanunvericiliyi ilə bağlı qaldırdığı məsələlər nə kommersiya nə də vergi sirləri ehtiva edilmir....Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Ə.A. Ansuxski adına X15” ASC-nin dövlət büdcəsinə vergilərin və digər icbari ödənişlərin düzgün ödənildiyini, habelə bütün maliyyə sənədlərini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun tərtib etdiyini və Cəmiyyətin obyektlərinin uçotunu qanunvericiliyinə uyğun olaraq aparıldığını yoxlamalıdır. Ona görə də Nazirlik “Ə.A. Ansuxski adına X15” ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə müvafiq tətbirlər görülməlidir. Odur ki, vergi orqan qanuna uyğun “Ə.A. Ansuxski adına X15” ASC-də səyyar vergi yoxlaması keçirilibsə, həmin səyyar vergi yoxlama aktı mənə təqdim etməlidir. Çünki Vergi Məcəlləsinin 30.2.4-cü və 30.2.5-ci maddələrinə əsasən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında, habelə vergi ödənişləri üzrə borclar haqqında məlumatlar açıq informasiyası sayılır. Bundan əlavə, 31.08.2020-ci il tarixində o 13 saylı Ərazi Vergi İdarəsinə yazıb xahiş etmişdir ki, İdarənin sərəncamında olan “Ə.A. Ansuxski adına X15” ASC-nin və törəmə şirkətinin “xxxx” MMC-nin 2019-cu il üzrə “Mənfəət vergisinin bəyannaməsi və onların əlavələri”nin, 2019-cu il üzrə “xxxx və onların əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onların əlavələri”nin, həmçinin 2019-cu il üzrə “Torpaq vergisinin bəyannaməsi və onların əlavələri”nin təsdiq olunmuş surətləri ona göndərilsin. 17.11.2020-ci il tarixində o 13 saylı Ərazi Vergi İdarəsinin 14.09.2020-ci il tarixli, **********913900 saylı məktubunu almışdır. Həmin məktubda İdarə ona tələb etdiyi sənədləri təqdim etməkdən imtina edərək aşağıdakıları bildirmişdir. “qeyd etdiyiniz bəyannamələrin surətləri Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və (və ya) vergi sirri hesab edilən məlumatlar olduğu üçün Sizə təqdim edə bilmirik. Həmin Məcəllənin 30.8-ei maddəsini əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər’’. Göründüyü kimi 13 saylı Ərazi Vergilər İdarəsi qanunsuz olaraq məni “Ə.A. Ansuxski adına X15" ASC-yə münasibətdə “digər şəxs" hesab edir və buna görə də mənə vergi bəyannamələri təqdim etməkdən imtina edir....Beləliklə, 13 saylı Ərazi Vergi İdarəsi öz sərəncamında olan vergi bəyannamələri mənə təqdim etməkdən imtina edilməsi onun informasiya əldə etmək hüququ ilə yanaşı, həm də mülkiyyət hüququnu pozmuş olur. Çünki “Ə.A. Ansuxski adına X15” ASC-nin rəhbərliyi cəmiyyətin əmlaklarının yararsız kimi göstərərək bazar qiymətindən qat-qat aşağı qiymətləndirilməsi, nəticədə müəssisənin ləğv indən sonra səhmdar kimi onun səhminə uyğun ödənilməli olan pul vəsaitinin əhəmiyyətli dərəcədə azaldılmış olur. Digər tərəfdən “Ə.A. Ansuxski adına X15” ASC-nin rəhbərliyi cəmiyyətin əmlakı və gəlirləri gizlədilməsini, maliyyə sənədlərini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun tərtib edilib-edilmədiyini, obyektlərinin uçotunu, habelə vergi qanunvericiliyini riayət edilib-edilmədiyini ilə bağlı faktları yoxlaması 13 saylı Ərazi Vergi İdarəsi əməkdaşlarının vəzifə borcudur. Hesab edir ki, 13 saylı Ərazi Vergilər İdarəsinin bu hərəkəti (imtinası) qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı 17.03.2020- ci il tarixli şikayətində göstərilən qanunvericiliklə bağlı onun suallarının cavablandırılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş 15.11.2018-ci il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş Depo hesabından çıxarışdan görünür ki, İddiaçı “Ə.A.Ansuxski adına X15” ASC-nin 336 səhminin sahibidir. - “xxxx” Konserv ASC-nin səhmdarlarının ümumi yığıncağının 1 №li protokolundan görünür ki, 26 may 2004-cü il tarixdə “xxxx konserv» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. -"Ə.A.Ansuxski adına X15” ASC-nin Nizamnaməsindən görünür ki, “Ə.A.Ansuxski adına X15” ASC-nin Nizamnaməsi 22.09.2004-cü ildə 0904-B1 və 192 nömrəli Şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı **********( bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZN və ya 140979 ədəd adi səhmdir. -xxxx rayon Məhkəməsinin 2(019)-254/2019 saylı 18 mart 2019-cu il tarixli Qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “Ə.A.Ansuxski adına X15” ASC-nə, “Ə.A.Ansuxski adına X15” ASC- nin Müşahidə Şurasının sədri X5, “Ə.A.Ansuxski adına X15” ASC-nin İdarə Heyətinin sədri X12, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xxxx Rayon Məhkəməsinə müraciət edərək, «Ə.A.Ansuxski adına X15» ASC-nin İdarə Heyətinin sədri X9 və Müşahidə Şurasının sədri X4 hərəkətlərinin qanunsuz hesab edilməsi, 13.10.2018-ci il tarixli Ə.A.Ansuxski adına X15” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, "Ə.A.Ansuxski adına X15” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri", “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər idarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.A.Ansuxski adına X15» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.A.Ansuxski adına X15» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.A.Ansuxski adına X15» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.A.Ansuxski adına X15» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.A.Ansuxski adına X15» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın,habelə 2014-2018ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xxxx Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.A.Ansuxski adına X15» ASC-in qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.A.Ansuxski adına X15» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.A.Ansuxski adına X15» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri,habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.A.Ansuxski adına X15» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.A.Ansuxski adına X15» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014- 2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, cavabdeh “Ə.A.Ansuxski adına X15” ASC-nin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolu qanunsuz hesab edilsin. "Ə.A.Ansuxski adına X15" ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və "Əmlak vergisinin bəyannamələri və onların əlavələri”in etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması barədə 01 may 2020-ci il tarixli **********300700 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, 18.03.2020-ci il tarixli A**********331100 nömrəli şikayət ərizəsinə əsasən və qanunvericiliklə bağlı cavabın verilməsi ilə əlaqədar olaraq bildiririlir ki, iddiaçının sorğusuna cavab veriləcəyi təqdirdə vergi ödəyicilərinə aid vergi sirri təşkil edən məlumatların açılması halları baş verə bilər. Belə ki, Vergi Məcəlləsinin 30.1-ci maddəsinə görə vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar; 30.2-ci maddəsinə görə aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5 vergi ödənişləri üzrə borclar; 30.2.5. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.3-cü maddəsinə görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır; 30.5-ci maddəsinə görə Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 30.8 maddəsinə görə vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Ə.A.Ansuxski Adina X15” ASC-yə və “xxxx” MMC-yə rəsmi müraciət olunaraq həmin müəssisələrə aid və vergi sirrini təşkil edən məlumatların iddiaçıya verilib verilməyəcəyi barədə sorğu göndərilmişdir. Qeyd edilən hər iki müəssisə yazılı formada onların vergi sirri təşkil edən məlumatların Sizə verilməsinə razılıq verməmişdir (əlavə olunur). Şikəyət ərizəsində qeyd edilən və iddiaçını maraqlandıran məlumatların qanunvericiliyə uyğun olaraq "Ə.A.Ansuxski Adina X15” ASC-nin səhmdarlarının ümumi yığıncağında əldə edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçının 17 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinə ünvanladığı şikayət ərizəsində qeyd olunmuşdur ki, O, “Ə. A. Ansuxski adına X15” ASC-nin səhmdarıdır. “Ə. A. Ansuxski adına X15” ASC-nin (bundan sonra ASC) rəhbərliyi cəmiyyətin daşınar və daşınmaz əmlakının real dəyərini, habelə Cəmiyyətin gəlirlərini, aktiv və öhdəliklərini “mənfəət vergisinin bəvannaməsi”ndə düzgün əks etdirmir. Belə ki, cəmiyyətin gəlirləri gizlədilməsi, xərcləri isə şişirdirməsi nəticəsində ASC 15 ildir ki, zərərlə fəaliyyət göstərir. Hesab edir ki, ASC-nin rəhbərliyi cəmiyyətin gəlirlərini gizlətməklə dövlətin maraqlarını, eləcə də mənim hüquqlarımı və qanunla qorunan maraqlarımı pozub. Belə ki, ASC-nin səhmdarların ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunda qeyd olunur ki, ASC-nin rəhbərliyi müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat verərkən aşağıdakıları bildirib: “Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısının keçən əsrin 80-cı illərdə alınmış və inşa edilmişdir. Balansda olan əsas vəsaitlərdən, nəqliyyat vasitələri, binalar, qurğular, avadanlıqlar öz ammortizasiya müddətini bitirmişdir. Sözügedən əsas vəsaitlər uzun müddət istifadə, təmir və qulluq göstərmədiyi üçün tam yararsız vəziyyətə düşmüşdür”. Ona görə də Cəmiyyətin rəhbərliyi “Ə. A. Ansuxski adma X15” ASC-nin ləğv edilməsini təklif etmişdir. Həmçinin ASC-nin rəhbərliyi 2018-ci il üzrə “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № l”-də göstərilir ki, cəmiyyətin “əsas vəsaitlərin dəyəri” - 175,994.73 manat məbləğində təşkil edir. Habelə Cəmiyyətin 2018-ci il üzrə “xxxx”ndə göstərilir ki, “əmlakın ümumi qalıq dəyəri” 185,990.10 manat təşkil edir və büdcəyə 1,731.83 manat məbləğində əmlak vergini ödənilmişdir. Halbuki 29 noyabr 2005-ci il tarixli, 25/11 nömrəli və 13 sentyabr 2006-cı il tarixli, 27/09 nömrəli kredit müqavilələrindən görünür ki, Cəmiyyətin İdarə Heyətinin sədri Şamil Ansuxski “Azərbaycan Beynəlxalq Bankı” X8 Cəmiyyətin tikinti təmir işlərinin aparılması və xammal tədarükü məqsədilə istifadə etmək üçün 1,990,000 ABŞ dolları məbləğində kredit pulunu götürmüşdür. Beləliklə, ASC-nin rəhbərliyi səhmdarlara yüksək səviyyədə təmir edilmiş istehsal kompleksi bilə-bilə təmirsiz və yararsız vəziyyətdə olduğunu kimi məlumatı verir, həmçinin dövlətə əmlak vergisini tam həcmdə ödəmir. ASC-nin rəhbərliyi maliyyə hesabatlarında göstərir ki, cəmiyyətinin yeganə gəliri daşınmaz əmlakın müəyyən hissəsinin icarəyə verilməsindən əldə olunur. Belə ki, 2017-ci ilin icarə müqaviləsinə əsasən, cəmiyyətə məxsus olan 1204.2 m2 qeyri-yaşayış sahəsini hər ay üçün 250 manat məbləğində 2027ci ilə qədər “xxxx” MMC-yə icarəyə vermişdir. Halbuki “xxxx” MMC törəmə şirkətin nizamnamə kapitalının 99,5%-i Cəmiyyətin (əsas müəssisənin) nəzarətindədir (bax. əlavə 7). Belə ki, “Ə. A. Ansuxski adına X15” ASC-nin səhmdarlarının 30 mart 2005-ci və 24 iyul 2006-cı il tarixli qərarları ilə müştərək müəssisə və “xxxx” MMC törəmə şirkəti yaradılmışdır. xxxx” MMC törəmə şirkətinin 2018-ci il üzrə “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № l”-də göstərilir ki, 10,000 manat nizamnamə kapitalı olan MMC, hal-hazırda “22,011,064.96 manat məbləğində aktivi var. Ancaq ASC-nin rəhbərliyi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və X2 və Birləşdirilmiş (Konsolidə Edilmiş) X13 Milli Mühasibat Uçotu Standartına uyğun olaraq maliyyə hesabatlarında (vergi bəyannamələrində) MMC törəmə şirkətinin və müştərək müəssisənin maliyyə göstəriciləri (aktivləri və öhdəlikləri ) əks etdirmir. O hesab edir ki, Cəmiyyətin rəhbərliyi törəmə şirkəti tərəfindən əldə edilmiş gəlirləri səhmdarlardan gizlətmək məqsədilə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qəsdən tərtib etmir. ASC-nin rəhbərliyinin son məqsədi ondan ibarətdir ki. "Ə. A. Ansuxski adma X15" ASC-ni ödəmə qabiliyyətsiz, yəni müəssisə müflis olduğunu görüntü yaratmağdır. Digər tərəfdən İdarə Heyətinin sədri Şamil Ansuxski 23.10.2018-ci il tarixli məktubunda bildirir ki. 2016, 2017. 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktları yoxdur; 2015, 2016. 2017-ci və 2018-ci illər üzrə Müşahidə Şuraşının protokolları yoxdur, 2015, 2016. 2017 və 2018-ci illər üzrə “aktivlərinin və öhdəliklərinin, mal-materiallarının inventarizasiyası” aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur; 2016, 2017 və 2018-ci illər üzrə “Ə. A. Ansuxski adına X15" ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, müqavilələr və icarə müqavilələri barədə məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017-ci və 2018-ci illər üzrə vergi orqanı tərəfindən “Ə. A. Ansuxski adına X15" ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama Aktları yoxdur. Göründüyü kimi, ASC-nin Müşahidə Şurasının sədri Abdulqədir Ansuxskiy cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirilməmiş və müşahidə şurasının yığıncaqların keçirilməsini təmin etməmişdir. Bu da, mülki qanunvericiliyinə, ASC-nin nizamnaməsinə və korporativ idarəetmə prinsiplərinə ziddir. Halbuki İqtisadi Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün müasir korporativ idarəetmə sistemi modelinin hazırlanmış və tətbiqi ilə bağlı müvafiq tədbirləri həyata keçirilmişdir. Belə ki, Nazirliyin internet saytınında Müşahidə Şurası haqqında Nümunəvi Əsasnamə yerləşdirilib. Həmin Əsasnamənin 2.2-ci bəndində Müşahidə Şurasının səlahiyyətləri göstərilib. “Ə. A. Ansuxski adına X15” ASCnin Müşahidə Şurasının sədri Abdulqədir Ansuxskiy nəinki cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirilməmiş, həm də iddia edir ki, Cəmiyyət “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB-dan götürülmüş 1,990,000 ABŞ dolları məbləğində kredit pulları ona qaytarılmalıdır. Belə ki, Cəmiyyətin İdarə Heyətinin sədri Fizuli Yaransov məhkəməyə təqdim edilmiş 01.03.2019-cu il tarixli məktubunda “Ə. A. Ansuxski adına X15” ASC “Azərbaycan Respublikası Beynəlxalq Bankı” SKB-dan götürülmüş 1,990,000 ABŞ dolları məbləğində krediti ilə bağlı aşağıdakıları qeyd edir: “Ə. A. Ansuxski adma X15” ASC mənfəətlə işləmədiyi üçün həmin borc faizi ilə birlikdə cəmiyyətin səhmdarlarından biri olan X7 tərəfindən sonradan ona qaytarması şərti ilə ödənilmişdir". Göründüyü kimi, ASC-nin Müşahidə Şurasının sədri Abdulqədir Ansuxskiy vəzifəsindən sui-istifadə edərək cəmiyyətə məxsus əmlakı mənimsəməyə çalışır. Yuxarıda göstərilənləri nəzərə alaraq şikayətdə göstərdiyi faktları araşdırılması üçün “Ə. A. Ansuxski adma X15” ASC-də səyyar vergi yoxlanmasını keçirilməsinə, həmçinin qanunvericiliklə bağlı aşağıdakı suallarına cavab verilməsi barədə göstərişin verilməsini xahiş etmiş və aşağıdakı suaları qoymuşdur: Konsolidasiya edilmiş vergi bəyannamələrində "Ə. A. Ansuxski adına X15" ASC-nin və onun törəmə müəssisələrinin aktivlər və öhdəliklər, eləcə də debitor və kreditor borcları haqqında maliyyə göstəricilərinin göstərilməməsi qanunidirmi? Əgər “xxxx” MMC törəmə şirkətinin aktivi 22.011,064.96 manat təşkil edirsə, onda “Ə. A. Ansuxski adma X15" ASCnin vergi bəyannamələrində müəssisənin 15 il zərərlə işlədiyini göstərmək qanunidirmi? “Ə. A. Ansuxski adma X15" ASC-nin 2018-ci il üzrə “xxxx"ndə cəmiyyətin “əmlakın ümumi qalıq dəyəri"nin 175.994.73 manat olması və əmlak vergisinin büdcəyə 1,731.83 manat məbləğində hesablanması düzgündirmi? ASC-nin rəhbərliyi vergi orqanına “Ə. A. Ansuxski adma X15" ASC- nin icarə müqavilələri təqdim edilmişdirmi və həmin icarə müqavilələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli **********001700 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” formasına uyğundurmu? “Ə. A. Ansuxski adma X15” ASC-nin hüquqi ünvanında yerləşən obyektlərinin cəmi 1204.2 m2 qeyri-yaşayış sahəsini “xxxx” MMC törəmə şirkətinə icarəyə verilməsi doğrudurmu və bu obyektlərin törəmə şirkətinə “icarəyə verilməsi” qanunidirmi? Müşahidə Şurasının sədri Abdulqədir Ansuxski Cəmiyyətin kredit borcunun yaranmasının və qaytarılmamasmın səbəbləri nəzarət etməlidirmi və etməmişdirsə məsuliyyət daşımalıdırmı? İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması barədə 14 sentyabr 2020-ci il tarixli **********913900 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, iddiaçının qeyd etdiyi bəyannamələrin surətləri Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və ( və ya ) vergi sirri hesab edilən məlumatlar olduğu üçün Sizə təqdim edə bilmirik. Həmin məcəllənin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Əlavə məlumat almaq üçün 13 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya xxxx və Qax rayonlarında fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması barədə 12 noyabr 2020-ci il tarixli **********408300 saylı məktubundan görünür ki, iddiaçının İqtisadiyyat Nazirliyinə ünvanladığı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 12.10.2020-ci il tarixli A**********331101/2 nömrə ilə qeydiyyata alınmış “Ə.A.Ansuxski Adina X15” ASC-yə dair şikayət ərizəsində qeyd olunan məsələlər və qanunvericiliklə bağlı cavabın verilməsini xahiş etdiyi suallarla əlaqədar olaraq bildirirlər ki, iddiaçının eyni məzmunlu sorğusu 01.05.2020-ci il tarixli **********300700 nömrəli məktubla cavblandırılmışdır və bildirilmişdir ki, sorğunuza cavab veriləcəyi təqdirdə vergi ödəyicilərinə aid vergi sirri təşkil edən məlumatların açılması halları baş verə bilər. Eyni zamanda şikayət məktubunda qeyd olunur ki, 2005-ci və 2006-cı illərdə kredit müqavilələrinə əsasən Cəmiyyətin İdarə Heyətinin Sədri tərəfindən təmir-tikinti işləri və xammal tədarükü məqsədilə “xxxx” ASC-dən 1 990 000,00 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Bildiririk ki, Vergi Məcəlləsinin 36.3 maddəsinə əsasən Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Məktubunuzda Maliyyə Nazirliyinin müvafiq əmri təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının Konseptual Əsasları”-nın müvafiq maddələrinə əsaslanaraq maliyyə hesabatları barədə məlumatların əldə edilməsi və səhmdarlar qrupunun həmin hesabatların istifadəçilərinin siyahısında birinci yerdə nəzərdə tutulduğu bildirilir. Bununla əlaqədar bildirirmişlər ki, səhmdar cəmiyyətlərinə məxsus maliyyə göstəriciləri barədə məlumatların həmin cəmiyyətin səhmdarlarına təqdim edilməsi vergi orqanlarının vəzifələrinə aid edilməmişdir. Vergi qanunvericiliyinə dair iddiaçının suallarıyla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə biləcəyi, şikəyət ərizəsində qeyd edilən və iddiaçını maraqlandırılan məlumatların qanunvericiliyə uyğun olaraq “Ə.A.Ansuxski Adina X15” ASC-nin səhmdarlarının ümumi yığıncağında əldə edilməsi tövsiyə olunmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçı 17.03.2020-ci il tarixli şikayətində göstərilən qanunvericiliklə bağlı onun suallarının cavablandırılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməsini tələb edir. Məhkəmə qanunvericiliyin sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.1-ci maddəsinə görə vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5 vergi ödənişləri üzrə borclar; 30.2.5. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.3-cü maddəsinə görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır; 30.5-ci maddəsinə görə Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 30.8 maddəsinə görə vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bildiyi müəyyən edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, vergi orqanı tərəfindən 01 iyul 2019cu il tarixdə iddiaçının oxşar müraciəti əsasında tələb etdiyi 2014-2018-ci illər üzrə təqdim edilmiş əmlak vergisi, 2018-ci ilin mənfəət və torpaq vergisi bəyənnamələrinin təsdiqlənmiş surətləri təqdim edilmişdir. Hazırkı münasibətlərdə mövcud vergi qanunvericiliyinin istinad olunan normalarının tələbi baxımından vergi orqanı tərəfindən “Ə.A.Ansuxski Adina X15” ASC-yə və “xxxx” MMC-nə müraciət olunaraq həmin müəssisələrə aid və vergi sirrini təşkil edən məlumatların iddiaçıya verilib verilməyəcəyi barədə sorğu göndərilmiş, qeyd edilən müəssisələr tərəfindən onların vergi sirri təşkil edən məlumatların iddiaçıya verilməsinə razılıq vermədikləri müəyyən edilmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının şikəyət ərizəsində qeyd edilən və onu maraqlandıran məlumatların qanunvericiliyə uyğun olaraq "Ə.A.Ansuxski Adina X15” ASC-nin səhmdarlarının ümumi yığıncağında əldə edilə biləcəyi tövsiyə olunaraq haqlı olaraq müraciətini təmin etməkdən imtina edilmişdir. O cümlədən “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi ilə Məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları öz əksini tapmışdır. 3.0.1. kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.); 3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; 3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması. Həmin Qanunun 4-cü maddəsinə əsasən kommersiya sirri hesab edilən məlumatlar: 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar;....4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 17 mart 2020-ci il tarixli şikayət ərizəsində qoymuş olduğu suallarına cavab verilməsi üçün vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinin pozulmasına gətirib çıxaracağı müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X18