Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3410/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X1 (Hacıqabul rayonunda qeydiyyatdadır, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X2 vəzifə maaşı, 20 faiz əlavə haqq, 15 faiz əlavə haqq və müavinət nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq mərhum əri X2 vəzifə maaşı, 20 faiz əlavə haqq, 15 faiz əlavə haqq və müavinət nəzərə alınmaqla ailə başçısını itirməyə görə ona pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası alır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən pensiya yaşına çatdıqda iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır.İddiaçının əri X6 13 il 2 ay dövlət qulluqçusu işləmişdir.Əri vəfat etməmişdən əvvəl son 2 il dövlət qulluqçusu işləməsə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 il olması ona dövlət qulluqçusu kimi pensiya almaq hüququ vermişdir. Bundan əlavə iddiaçının pensiyaya əlavələri də almaq hüququ vardır.İddiaçının əri X6 13 il 2 ay Azərbaycan Milli Aerokosmik Agentliyində işləmiş, onun 11 il 5 ayı şöbə müdiri, 1 il 9 ayını isə 13-cü dərəcəli texnoloq işləmişdir.Həmin Agentliyin xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 1.2-ci bəndinə əsasən Agentlik müstəqil dövlət idarəetmə orqanıdır, kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahənin elm və istehsal potensialından Respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.İddiaçı cavabdehə ərizə ilə nüraciət edərək iddiaçıya ərinin dövlət qulluqçusu kimi vəzifə maaşının və əlavələrin nəzərə alınması ilə ailə başçısının itirilməsinə görə pensiyanın (pensiyaya əlavələrlə birlikdə) təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının mərhum əri X2 dövlət qulluğu stajı 5 ildən az, yəni 1 il 4 ay 13 gündür (xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər olan dövr).Odur ku, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən sabiq dövlət qulluqçusunun ailə üzvü kmi ailə başçısını itirməyə görə əmək peniyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
5. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
6. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və xx.xx.2022-ci il tarixli məktubla ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək peniyasının təyin edilməsindən imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
8. İddaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, nikahın bağlanması, ölüm haqqında şəhadətnamələrin surətləri, X2 əmək kitabçasının surəti, iddiaçının cavabdehə müraciəti təqdim edilmişdir. 420761 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 iddiaçı ilə xx.xx.2001-ci ildə nikaha daxil olmuşdur. 304406 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 xx.xx.2008-ci ildə vəfat etmişdir. X2 əmək kitabçasının surətinə əsasən o, xx.xx.1965-ci ildən xx.xx.1967-cı ilə qədər Ağdaş rayonunda Qəribli kənd 8 illik məktəbində müəllim, xx.xx.1968-ci ildən xx.xx.1975-ci ilə qədər Bakı dəniz limanında tədris kombinatının rəisi, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər İdarəetmə sistemləri ETİİ-də böyük mühəndis, aparıcı mühəndis,xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə qədər ÜETPİİ “Neftmaşınqayırma” Təcrübi eksperimental zavodunda böyük usta, böyük mühəndis, şöbə rəisi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər Qasımov adına maşınqayırma zavodunda böyük münəndis, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə qədər KT ETTİ ETB-də şöbə müdiri, müdir-direktor müavini, şöbə rəisi, aparıcı mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilə qədər Təbii ehtiyatların kosmik tədqiqatlar institutunda aparıcı mühəndis, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə qədər “Kaspi” ETM-də aparıcı mühəndis, şöbə müdiri,xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Milli Aerokosmik Agentliyində İ dərəcəli mühəndis, şöbə rəisi, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər (şöbə rəisi), xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər (texnoloq) Təbii ehtiyatların kosmik tədqiqatları institunda işləmişdir. 9.Cavabdeh tərəfindən məhkəməyə iddiaya etirazı təsdiq edən sübut qismində iddiaçının pensiya işindəki sənədlər və X4 xx.xx.2023-cü il tarixli məktubu təqdim edilmişdir. İddiaçının pensiya işində olan sənədlərə əsasən iddiaçıya xx.xx.2008-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və bu günə qədər ödənilir. X4 cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat toplusu qüvvəyə minənə qədər Azərbaycan Respublikası Dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət,sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin Siyahının 2-ci hissəsində Azərbaycan Milli Aerokosmik Agentliyində olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 mart tarixli 92 nömrəli Qərarı ilə «Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısı» və «Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin mərkəzi aparatının strukturu» təsdiq edilmişdir. Qeyd edilən qərara əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Aparatının strukturunda deyil,komitənin tərkibinə daxil edilən birlik və müəssisələrin siyahısında nəzərdə tutulmuşdur.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən həmin Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli 839 nömrəli Fərmanına əsasən Agentlik Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir.“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli, 836 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən,Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır. Qeyd edilənlərə əsasən,1994-2006-cı illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir.
İV. Məhkəmənin mövqeyi
10.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. 11.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 12.Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:..8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X5, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 14.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində deyilir: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalıarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.
15. xx.xx.2007-dək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində deyilirdi: 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla; Qeyd edilən qanunun 6-cı maddəsində göstərilirdi: “6.2. Bu Qanunun 2.1.3cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir: 6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında; 6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında. 6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür.” 16.Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası və hüquqi aktları sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. 17.Hazırda iddiaçının mərhum ərinin xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Milli Aerokosmik Agentliyində İ dərəcəli mühəndis, şöbə rəisi, Təbii ehtiyatların kosmik tədqiqatları institutunda xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər şöbə rəisi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər texnoloq işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmamasının araşdırılması zərurəti yaranmışdır.
18. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubundan göründüyü kimi cavabdeh iddiaçının mərhum əri X3 Azərbaycan Milli Aerokosmik Agentliyində xx.xx.1993-xx.xx.1994-cü il dövründə işlədiyi müddəti (1 il 4 ay 13 gün) dövlət qulluğu stajı hesab etsə də xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər Təbii ehtiyatların kosmik tədqiqatları institutunda şöbə rəisi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər texnoloq işlədiyi müddəti dövlət qulluğu stajı hesab etməmişdir ki, məhkəmə də cavabdehin mövqeyi ilə razılaşır. 19.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydası”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən aparılır.
20. İddiaçının mərhum ərinin xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə qədər işlədiyi Təbii ehtiyatların kosmik tədqiqatları institutu Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, dövlət orqanlarının struktur qurumu deyildir və iddiaçının mərhum ərinin həmin institutda işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır ki, bu da iddiaçının mərhum ərinin dövlət qulluqçusu olmadığını təsdiq edir. 21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 22.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mərhum əri X2 vəzifə maaşı, 20 faiz əlavə haqq, 15 faiz əlavə haqq və müavinət nəzərə alınmaqla ailə başçısını itirməyə görə iddiaçıya pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ona ödənilməsi barədə iddiası əsassız olduğuna görə təmin edilməməlidir. 23.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mərhum əri X2 vəzifə maaşı, 20 faiz əlavə haqq, 15 faiz əlavə haqq və müavinət nəzərə alınmaqla ailə başçısını itirməyə görə iddiaçıya pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ona ödənilməsi barədə iddiası əsassız olduğuna görə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova