Məhkəmə qərarları › İş №2-1(112)-3422/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3422/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3422/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı Qasimov Emı̇ n Arı̇ f oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Daxili Nəzarət Departamentinə, Azərbaycan Respublı̇ kasının Mərkəzı̇ Bankına və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı “borcunun silinməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Daxili Nəzarət Departamentinə, Azərbaycan Respublı̇ kasının Mərkəzı̇ Bankına və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına olan kredit borcunun silinməsi və ümumiyyətlə borc məbləğinin reyestrdən adından çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə onun arasında 07 oktyabr 2013-cü il tarixdə, 274/13 saylı "Vakala" borc müqaviləsi bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh3 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh3 QSC-yə keçmişdir. Cavabdeh3 QSC iddiaçıya qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ondan əsas borc üzrə 1267,18 manat, faiz borcu üzrə 32 manat olmaqla, cəmi 1299,18 manat kredit borcunun, həmçinin ödənilmiş 32,99 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(001)-1379/2022 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4419/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən şikayət təmin olunmamış və Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(001)- 1379/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmadığından şikayət verilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Bu iddiadan sonra iddiaçı dəfələrlə adının və soyadının bank reyestrindən çıxarılmasına dair müraciət etməsinə baxmayaraq bu mümkün olmamışdır. Məhkəmə tərəfindən iddia təmin edilməmişdir, odur ki, onun adına hər-hansı borc məbləği qalmamalı, silinməlidir. Buna əsas iddia tələblərinin rədd olunması və qətnamənin qüvvəsini almasıdır. Aidiyyəti bank və bank təşkilatlarına şifahi və yazılı müraciətləri olmuş, lakin həmin təşkilatlar tərəfindən müraciətləri cavablandırılmamışdır. Bundan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş və 30 noyabr 2022-ci il tarixli, 6-1.26-2-2022-17301 saylı cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi məhkəmə qərarına əsasən təşkilatın cavabdeh olaraq ona qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddia müddətinin keçməsi səbəbindən məhkəmə tərəfindən təmin edilməmişdir. Qeyd olunan iddianın təmin edilməməsi onun təşkilat qarşısında borcunun silinməsi anlamına gəlmir. Cavabdehlər iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkünlük tələblərinə cavab vermir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə borcalan İddiaçı arasında imzalanmış 07 oktyabr 2013-cü il tarixli, 274/13 saylı “Vakala” borc müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank “Kirby” markalı, “Sentria” modelli ********** seriya nömrəli avadanlığın alınması məqsədi ilə İddiaçı 07 noyabr 2013cü il tarixindən 07 oktyabr 2015-ci il tarixinə qədər illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 2947 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1379/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı əsas borc üzrə 1267,18 manat, faiz borcu üzrə 32 manat, cəmi 1299,18 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 32,99 manat məbləğində dövlət rüsumunun tutulub Cavabdeh3 QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə bununla əsaslandırılmışdır ki, “...Lakin iş materialları ilə müəyyən edilir ki, iddia müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçı tərəf 2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müaciət etmiş olsa belə, həmin tarixdə artıq iddia müddətini ötürmüş hesab edilir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia müddətinin üzürlü səbəbdən buraxılması və iddia müddətinin axımının kəsilməsi iş materialları ilə müəyyən edilmir.” Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4419/2022 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(001)-1379/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2022-ci ıl tarixli, 2(001)-1379/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda müqavilə üzrə Cavabdeh3 QSC-nin kredit borcunun ödənilməsi tələbinin təmin olunmadığını əsas gətirərək, həmin borcun Mərkəzləşdirilmiş Kredit Reyestrində silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: ... 2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs; 2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri; 2.0.12. neqativ məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat. 2.0.7. məlumat təchizatçısı - kredit bürosunu məlumatlarla birbaşa və ya “Elektron hökumət” portalı vasitəsi ilə təchiz edən bu Qanunun 12.1-12.3-cü maddələrində göstərilən subyektlər;” - “Maddə 12. Məlumat təchizatçıları 12.1. Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. - “Maddə 18. Kredit tarixçəsində düzəlişlərin edilməsi barədə müraciət 18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. ... 18.6. Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir. 18.7. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır. 18.8. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, Mərkəzi Banka və məhkəməyə şikayət verə bilər.” Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32/1 saylı qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na əsasən: - 1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. - 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla); 2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı; - 3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. - 3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. - 3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. - 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. - 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İstinad olunan normalardan görünür ki, MKR-də olan məlumatlara hər hansı düzəliş aşağıdakı qaydada edilir:

1. məlumat təchizatçılarının yazılı müraciəti;

2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Burada məlumat təchizatçısının yazılı müraciəti dedikdə, hazırkı iş üzrə "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının müraciəti başa düşülür. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dedikdə isə inzibati məhkəmə icraatı çərçivəsində olan məhkəmə qərarı deyil, mülki mühakimə icraatı qaydasında qəbul edilmiş məhkəmə qərarından söhbət gedir. Lakin iş üzrə belə bir müraciət və ya məhkəmə qərarının olması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı barəsində MKR-a daxil edilmiş məlumata hər hansı bir düzəliş edilməsi üzrə səlahiyyətli qurum hesab oluna bilməz. Digər cavabdehlər, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Daxili Nəzarət Departamenti və "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin cavabdehlər arasında yaranan münasibətlər mülki hüquqi əqddən, kredit müqaviləsinindən törəyən münasibət olmaqla inzibati xarakter daşımır. Eyni zamanda həmin cavabdehlər inzibati orqan deyil, adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar