Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3504/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti) “qərarın ləğv edilməsi və protokolun etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Aqentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və “Masazır qəsəbəsi- Xocasən metrostansiyası-Masazır qəsəbəsi” marşrutu üzrə keçirilən müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının xx.xx.2023-cü il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti adi cəlbetmə qaydasında cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olaraq sahibkar fəaliyyəti həyata keçirir. Fərdi sahibkar qismində də müvafiq vergi orqanında qeydə alınmışdır. Azərbaycan Yerüstü Nəqliyyat Aqentliyi tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 52 saylı, 03 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq Masazır-Xocasən metrostansiyası-Masazır marşrut xəttinin açılması məqsədilə 17 aprel 2023-cü il tarixdə müsabiqə təşkil edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən təşkil edilmiş həmin müsabiqədə fərdi sahibkar olaraq iddiaçı da iştirak etmişdir. Müsabiqədə iştirakı ilə bağlı təqdim etdiyi bütün sənədlər tələb olunan həcmdə və müddətdə cavabdeh inzibati orqana tərəfindən təqdim olunmuşdur. Müsabəqədə iştirak edən digər iştirakçılardan fərqli olaraq iddiaçının avtobus parkı, avtobusların sayı çox olmuş, qarajı daha böyük və müasir standartlara cavab vermiş, iddiaçı ilə işləyən avtobus sürücüləri uzun müddətli sürücülük təcrübəsinə malik olmuş, bu müsabiqədən əvvəl bir çox avtobus reyslərini, marşrut xətlərini həyata keçirmişdir. Anoloji müsabiqələrin və tenderlərin qalibi olmuşdur. Bir sözlə iddiaçının müsabiqəyə təqdim etdiyi təkliflər digər iştirakçıların təkliflərindən daha münasib olmasına baxmayaraq, hüquqları pozulmuş və müsabiqənin qalibi qərəzli və birtərəfli qaydada, qanunazidd olaraq başqa şəxs elan edilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Aqentliyinə müraciət olunaraq müsabiqədə iştirak edən digər iki iştirakçının təqdim etdiyi sənədlərin və müsabiqə nəticələrinə dair sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 52 saylı, 03 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” da müsabiqə sənədləri toplusu kimi əks olunan Qaydaya 2 nömrəli Əlavə üzrə iştirak haqqında müsabiqə ərizəsinin, Qaydaya 3 nömrəli Əlavə üzrə ixtisas məlumatları (o cümlədən avtonəqliyyat vasitələrinin texniki pasportları və avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün texniki-istehsalat bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə), Qaydaya 4 nömrəli Əlavə üzrə iştirakçılar haqqında məlumatın, Qaydaya 5 nömrəli Əlavə üzrə iştirakçıların müsabiqə təkliflərinin göstəricilər üzrə ballarla qiymətləndirilməsi, Qaydaya 6 nömrəli Əlavə üzrə avtonəqliyyat vasitələrinin ballarla qiymətləndirilməsi cədvəli (o cümlədən, avtobusun salonunun və banının vəziyyəti, həmçinin müvafiq təchizatı komissiyanın üzvləri tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin müvafiq qurumlarının keçirdiyi texniki müayinənin nəticələrinə dair müvafiq arayışı), Qaydaya 8 nömrəli Əlavə üzrə daha çox bal toplamış iştirakçının müəyyən olunması barədə müsabiqə komissiyasının iclas protokolun, müsabiqənin nəticələrinə dair yekun bağlanmış xidmət müqaviləsinin surətlərinin ona göndərilməsini xahiş etmişdilmişdir. Lakin iddiaçının həmin müraciətinə cavab verilməmiş, ərizədə göstərdiyi sənədlər bu günə kimi ona təqdim olunmamışdır. Bundan sonra ona hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağladığı vəkil Taleh İbrahimov tərəfindən Azərbaycan Yerustu Nəqliyyat X2 sədrinə eyni məzmunlu vəkil sorğusu göndərilmiş və həmin sorğu ilə “Masazır qəsəbəsi- Xocasən m/st-Masasız qəsəbəsi” marşrutu üzrə keçirilən müsabiqədə iştirak edən digər iki iştirakçının təqdim etdiyi sənədlərin və müsabiqə nəticələrinə dair sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 52 saylı, 03 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda müsabiqə sənədləri toplusu kimi əks olunan Qaydaya 2 nömrəli Əlavə üzrə iştirak haqqında müsabiqə ərizəsinin, Qaydaya 3 nömrəli Əlavə üzrə ixtisas məlumatları (o cümlədən avtonəqliyyat vasitələrinin texniki pasportları və avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün texniki-istehsalat bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə), Qaydaya 4 nömrəli Əlavə üzrə iştirakçılar haqqında məlumatın, Qaydaya 5 nömrəli Əlavə üzrə iştirakçıların müsabiqə təkliflərinin göstəricilər üzrə ballarla qiymətləndirilməsi, Qaydaya 6 nömrəli Əlavə üzrə avtonəqliyyat vasitələrinin ballarla qiymətləndirilməsi cədvəli (o cümlədən, avtobusun salonunun və banının vəziyyəti, həmçinin müvafiq təchizatı komissiyanın üzvləri tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin müvafiq qurumlarının keçirdiyi texniki müayinənin nəticələrinə dair müvafiq arayışı), Qaydaya 8 nömrəli Əlavə üzrə daha çox bal toplamış iştirakçının müəyyən olunması barədə müsabiqə komissiyasının iclas protokolun, müsabiqənin nəticələrinə dair yekun bağlanmış xidmət müqaviləsinin surətlərinin ona göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavinini imzası ilə ona ünvanlanmış 3-27-103/2- 1858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olur ki, tərəfindən sifarişçiyə təklif olunan ixtisas məlumatları sifarişçi tərəfindən yoxlanılmış və iddiaçı həmin qiymətləndirmə nəticəsində 180 bal toplamışdır. Lakin müsabiqədə iştirak edən digər iştirakçılardan birinin topladığı bal daha yüksək (375 bal) olduğuna görə, iddiaçı müsabiqənin qalibi olmamışdır. Belə ki, sözügedən məktubda qeyd olunur ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 52 saylı, 03 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na əsasən “Masazır qəsəbəsi-Xocasən metrostansiyası-Masazır qəsəbəsi” marşrutu üzrə 3 iştirakçı olmaqla 2023-cü il 14 aprel tarixində müsabiqə keçirilmişdir. Qeyd edilmişdir ki, müsabiqə keçirilən zaman sözügedən Qaydanın 4.6-cı bəndinə əsasən müsabiqə təkliflərinin nüsxələrinə komissiya üzvləri tərəfindən baxılmış və fərdi olaraq, həmin Qaydanın 5 nömrəli Əlavəsində verilən göstəricilər üzrə müsabiqə təkliflərinin hər bir bəndi qiymətləndirilmişdir. İştirakçı İddiaçı tərəfindən sifarişçiyə təqdim edilən həmin Qaydanın 3 nömrəli Əlavəsinin bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları sifarişçi təqdim edilən həmin Qaydanın 3 nömrəli Əlavəsinin bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları sifarişçi tərəfindən yoxlanılmışdır. Müsabiqə komissiyası tərəfindən həmin Qaydanın 6 nömrəli Əlavəsinə əsasən avtonəqliyyat vasitələri 132 balla, 5 nömrəli Əlavəyə əsasən texniki-istehsalat bazasının mövcudluğu 17 balla, marşrut xəttindən çıxan avtonəqliyyat vasitəsinin əvəz edilməsi sistemi 3 balla, sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi 17 balla, daşıyıcı tərəfindən son üç il ərzində göstərilən sərnişin nəqliyyat xidmətlərinin növləri 11 balla qiymətləndirilmişdir. İştirakçı ümumilikdə 180 bal toplamışdır. Lakin müsabiqədə iştirak edən digər iştirakçılardan biri 375 bal toplayaraq, müsabiqə komissiyasının sədri tərəfindən qalib elan olunmuşdur. Sorğuda qeyd etdiyi bağlanmış xidmət müqaviləsinin təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri hüquqi və fiziki şəxlərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bu səbəbdən qalib daşıyıcısı ilə sifarişçi arasında bağlanmış müqavilə barədə məlumatı ancaq həmin daşıyısının razılığı əsasında verilə bilər”. Bundan başqa, vəkil Taleh İbrahimv tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vəkil sorğusu verilmiş və vəkidl sorğusunda Cavabdeh tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “ Avtomobil Nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşurutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” qaydasına uyğun olaraq Masazır-Xocəsən metro stansiyası-Masazır marşurut xəttinin açılması məqsədilə 17 aprel 2023-cü il tarixdə müsabiqə təşkil edilmişdir. Həmin müsabiqədə Fərdi Sahibkar olaraq İddiaçı da iştirak etmişdir. Müsabiqədə (tenderdə) iştirak etmiş digər hüquqi və fiziki şəxslərdən fərqli olaraq İddiaçı Avtobus parkının, avtobusların sayının çox olmasına, qarajının daha böyük və müasir standartlara cavab verməsinə, avtobus sürücülərinin uzun müddətli sürücülük təcrübəsinin olmasına, İddiaçı bu müsabiqədən əvvəl bir çox avtobus reyslərini, marşurut xətlərinin həyata keçirməsinə, İddiaçı müsabiqə təkliflərinin daha münasib olmasına baxmayaraq onun hüquqları pozulmuş və müsabiqədə başqa şəxs qalib elan edilmişdir. Halbuki İddiaçı müsabiqədə qalib olmaq və Masazır-Xocəsən metro stansiyası-Masazır marşurut xəttini işlətmək üçün avtobus parkını yeniləmiş, öz şəxsi vəsaiti hesabına yeni avtobuslar almışdır. Həmin müsabiqədə İddiaçı iştirakı ilə bağlı təqdim etdiyi bütün sənədlərin və müsabiqə nəticələrinə dair sənədlərin, o cümlədən, Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “ Avtomobil Nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşurutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” qaydasında müsabiqə sənədləri toplusu kimi əks olunan qaydanın 2 nömrəli əlavə üzrə iştirak haqqında müsabiqə ərizəsi, 3 nömrəli əlavə ixtisas məlumatları (o cümlədən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün texniki-istehsalat bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə), 4 nömrəli əlavə üzrə iştirakçılar haqqında məlumat, 5 nömrəli əlavə üzrə iştirakçıların müsabiqə təkliflərinin göstəricilər üzrə ballarla qiymətləndirilməsi, cədvəli ( o cümlədən, avtobusun salonunun və banının vəziyyəti, həmçinin müvafiq təchizatı komissiyanın üzvləri tərəfindən Azərbaycan Respublikası Nəqliyyatı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin müvafiq qurumlarının keçirdiyi texniki müainənin nəticələrinə dair müvafiq arayış), 8 nömrəli əlavə üzrə daha çox bal toplamış iştirakçının müəyyən olunması barədə müsabiqə komissiyasının iclas protokolu, tenderin və ya müsabiqənin nəticələrinə dair yekun bağlanmış xidmət müqaviləsinin və zəruri hesab olunan digər müsabiqə sənədlərinin sürətlərinin təqdim olunması, tenderin nəticələrinin ləğv olunması, yenidən tenderin keçirilməsi və sözügedən tenderin keçirilməsində qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəkil sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli, 3-21- 1/2-14512/2023 saylı cavab məktubunda bildirilir ki, “...satınalan təşkilat tərəfindən sözügedən predmet üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş satınalma metodları vasitəsilə müsabiqə keçirilmədiyi, eyni zamanda müsabiqənin nəticəsinə dair yekun protokolun Dövlət Xidmətinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Müraciətinizlə əlaqədar qəbul edilmiş bu qərarla razılaşmadığı halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət edə bilərsiniz”. Bildirilmişdir ki, müsabiqə komisssiya tərəfindən İddiaçı təqdim etdiyi sənədlər üzrə göstəricilərə məhz sonuncunun müsabiqənin qalibi seçilməməsi üçün qiymət (bal) verilmişdir. Bildirilmişdir ki, müsabiqə komisssiya tərəfindən İddiaçı təqdim etdiyi sənədlər üzrə göstəricilərə məhz sonuncunun müsabiqənin qalibi seçilməməsi üçün qiymət (bal) verilmişdir. Belə ki, cavabdeh olan inzibati orqan özünün razılaşdırdığı şəxsdən başqa müsabiqədə başqa heç kimin qalib gələ bilməməsi üçün iddiaçı təqdim etdiyi ixtisas məlumatlarım qəsdən aşağı balla qiymətləndirilmişdir. Halbuki, müsabəqədə iştirak edən digər iki iştirakçıdan, fərqli olaraq iddiaçının avtobus parkı, avtobuslarının sayı daha çox olmuş, qarajım daha böyük olmuş, avtobusları və qarajı müasir standartlara, o cümlədən texniki tələblərə cavab vermiş, iddiaçı ilə işləyən sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi daha yüksək olmuşdur. Bundan başqa, bu müsabiqədən əvvəl qüsursuz olaraq bir çox avtobus reyslərini, marşrut xətlərini həyata keçirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli, 3-21-1/2-14512/2023 saylı məktubundan isə məlum olur ki, “Masazır qəsəbəsi-Xocasən m/st-Masasız qəsəbəsi” marşrutu üzrə keçirilən müsabiqə Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş satınalma metodları vasitəsilə keçirilməmiş, müsabiqənin nəticəsinə dair yekun protokol Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməmişdir. Yuxanda göstərilənlərə əsaslanaraq hesab edirəm ki,müsabiqənin yekunu olaraq Azərbaycan Yerüstü Nəqliyyat Aqentliyinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Aqentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və “Masazır qəsəbəsi- Xocasən metrostansiyası-Masazır qəsəbəsi” marşrutu üzrə keçirilən müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının xx.xx.2023-cü il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində müsabiqədə iştirak edən digər iştirakçılardan fərqli olaraq avtobus parkında avtobusların sayının çox olması, avtobus qarajların daha böyük və müasir standartlara cavab verdiyini, sürücülərinin uzun müddətli sürücülük təcrübələrinə malik olduğunu, bir çox marşurut xəttlərində fəaliyyət göstərdiyini və əvvəllər müsabiqənin qalibi olduğunu, lakin hazırda təşkil olunmuş müsabiqənin qalibinin qərəzli və birtərəfli qaydada, qanunazidd olaraq başqa səxs elan olunduğunu qeyd etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində “Masazır-Xocəsən metro stansiyası-Masazır” şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarılması barədə 02 mart 2023-cü il tarixli elanında, müsabiqə şərti olaraq qeyd olunan marşurutda işləyən ümumi avtobus sayının 7 ədəd olması nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən müsabiqəyə cəmi 6 ədəd avtobus təqdim edilmiş, həmçinin ehtiyyat nəqliyyat vasitəsi təqdim edilməmişdir. Bildirilmişdir ki, Müsabiqənin təşkilinin məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” ilə tənzimlənir. Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və müsabiqənin keçirilməsi, müsabiqənin təkliflərinə baxılması, müsabiqədə iştiraketmə şərtlərinin müəyyən edilməsi, həmçinin qəbul edilmiş qərarların təsdiq edilməsi və müsabiqə qalibinin müvafiq hüquqlarının rəsmiləşdirilməsi qaydalarını tənzimləyir. Həmin Qaydanın 3-cü əlavəsinin 4-cü bəndinə əsasən Sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi (sürücü heyəti işçilərinin əmək kitabçalarından çıxarışlar və sürücülük hüququnu təsdiq edən vəsiqələrinin və ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunur) barədə məlumatlar da ixtisas məlumatlarının nümunəvi formasında qeyd edilməlidir. Lakin iddiaçının tərəfindən təqdim edilmiş sürücülərin heç biri hazırlıq və yenidən hazırlıq keçməmişlər. Məlumat üçün qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na əsasən “Masazır qəsəbəsi-Xocəsən m/st-Masazır qəsəbəsi” marşrutu üzrə 3 (üç) iştirakçı olmaqla 2023-cü il 14 aprel tarixində müsabiqə keçirilmişdir. Müsabiqə keçirilən zaman sözügedən Qaydanın 4.6-cı bəndinə əsasən müsabiqə təkliflərinin nüsxələrinə komissiya üzvləri tərəfindən baxılmış və fərdi olaraq, həmin Qaydanın 5 nömrəli əlavəsində verilən göstəricilər üzrə müsabiqə təkliflərinin hər bir bəndi qiymətləndirilmişdir. İştirakçı İddiaçı tərəfindən Cavabdehə təqdim edilən həmin Qaydanın 3 nömrəli əlavəsinin bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları sifarişçi tərəfindən yoxlanılmışdır. Müsabiqə komissiyası tərəfindən həmin Qaydanın 6 nömrəli əlavəsinə əsasən avtonəqliyyat vasitələri 132 (bir yüz otuz iki) balla, 5 nömrəli əlavəyə əsasən texniki-istehsalat bazasının mövcudluğu 17 (on yeddi) balla, marşrut xəttindən çıxan avtonəqliyyat vasitəsinin əvəz edilməsi sistemi 3 (üç) balla, sürücü heyətinin peşə səviyyəsi və təcrübəsi 17 (on yeddi) balla, daşıyıcı tərəfindən son üç il ərzində göstərilən sərnişin nəqliyyat xidmətlərinin növləri 11 (on bir) balla qiymətləndirilmişdir. İddiaçı ümumilikdə 180 (bir yüz səksən) bal toplamışdır. Lakin müsabiqədə iştirak edən digər iştirakçı F.Rövşən istehsalat müəssisəsi 375 (üç yüz yetmiş beş) bal toplayaraq, müsabiqə komissiyanın sədri tərəfindən qalib elan olunmuşdur. İddiaçı iddia ərizəsində Qaydanın 8 nömrəli əlavəsi üzrə ən çox bal toplamış iştirakçının müəyyən edilməsi barədə müsabiqə komissiyanın iclas protokolunu və müsabiqə nəticələrinə dair “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin sürətinin təqdim edilməsi üçün cavabdehə müraciət etdiyini və sənədlərinin sürətlərinin ona göndərilməməsini qeyd etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 3-27-103/2-1858/2023 nömrəli xx.xx.2023 tarixli məktubuda İddiaçının nümayəndəsinə Qaydanın 8 nömrəli əlavəsi üzrə ən çox bal toplamış iştirakçının müəyyən edilməsi barədə müsabiqə komissiyanın iclas protokolunda iddiaçının topladığı bal və qalib elan olunmuş daşıyıcının topladığı bal barədə ətraflı məlumat verilmişdir. Belə ki, Qaydaların 4.17-ci bəndinə əsasən müsabiqə iştirakçısının təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır. Göründüyü kimi, qaydaların qeyd edilən bəndində sifarişçi tərəfindən müsabiqə iştirakçısına onun tələb etdiyi sənədlərin təqdim edilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq sozügedən məktubda bağlanmış xidmət müqaviləsinin təqdim edilməsi ilə bağlı “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar olması və bu səbəbdən qalib elan olunmuş daşıyıcı ilə sifarişçi (cavabdeh) arasında bağlanılmış müqavilə barədə məlumat ancaq həmin daşıyıcının razılığı əsasında verilə biləcəyi qeyd edilmişdir. Bildiyiniz kimi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-1-ci maddəsinə əsasən, İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Qanunun 6.1.6-cı maddəsinə əsasən informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmamalıdır. Qanunun 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Qanunun 21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir. Qanunun 34.4-cü maddəsinə əsasən dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Qanunun 10.4.7-ci maddəsinə əsasən informasiya sahibinin vəzifəsi həmçinin əldə olunması qanunla məhdudlaşdırılan informasiyaların qorunmasıdır. İddiaçı iddia ərizəsində onun təqdim etdiyi ixtisas məlumatlarının İnzibati orqan yəni Cavabdeh (Sifarişçi) tərəfindən qəsdən aşağı balla qiymətləndirilməsini qeyd etmişdir. Qeyd edilmişdir ki, müsabiqə zamanı keçirilmiş video çəkiliş bir daha onu sübut edir ki, müsabiqə prosesi tam Qaydalara uyğun keçirilmişdir. Belə ki, video çəkilişdən göründüyü kimi, iddiaçının və digər iki müsabiqə iştirakçısı tərəfindən təqdim olunan Qaydanın 3 nömrəli əlavəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları (avtonəqliyyat vasitələrinin texniki pasportları və avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün texnikiistehsalat bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə) Sifarişçi tərəfindən müsabiqə keçirilməzdən əvvəl yoxlanılmış və müvafiq zərflərə qoyularaq möhürlənmiş vəziyyətdə komissiya üzvlərinə təqdim olunmuşdur. Həmin zərflər İddiaçı ilə yanaşı müsabiqədə iştirak edən 3 (üç) daşıyıcıya da nümayiş etdirilmişdir. Müsabiqə keçirilməzdən əvvəl komissiya sədri hər üç müsabiqə iştirakçısından müsabiqə ilə və ya Agentliyin hər-hansı bir əməkdaşı barədə hər-hansı bir şikayətlərinin olub-olmamasını soruşmuş, bu zaman müsabiqə iştirakçıları heç bir şikayətlərinin olmamasını bildirmişlər. Video kadrlardan göründüyü kimi, müsabiqə keçirilən zaman Qaydanın 4.6-cı bəndinə əsasən, müsabiqə təkliflərinin nüsxələrinə komissiya üzvləri tərəfindən baxılmış və fərdi olaraq, bu Qaydanın 5 nömrəli əlavəsində verilən göstəricilər üzrə müsabiqə təkliflərinin hər bir bəndi onlar tərəfindən qiymətləndirilmişdir. Qiymət verərkən, komissiya üzvləri hər bir avtobus üçün bu Qaydanın 6 nömrəli əlavəsində göstərilən meyarları rəhbər tutmuşlar. Müsabiqə komissiyası tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Qaydalara uyğun açıq və şəffaf şəraitdə həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını əsas gətirərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 14 aprel 2023-cü il tarixdə keçirilən “Masazır- Xocəsən metro stansiyası-Masazır” müntəzəm marşrut üzrə müsabiqə komissiyasının yekun protokolunun etibarsız hesab edilməsi qeyd etmişdir. Bununlə əlaqədar olaraq qeyd edirik ki, müsabiqə keçirilərkən güvədə olan və 01 yanvar 2024-cü ildə güvədən düşən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun 1.2–1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Göründüyü kimi, qanunverici burada həmin qanunun əhatə dairəsini məhz “dövlət vəsaitləri,dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması” ilə şərtləşdirmişdir. Lakin, müsabiqəyə çıxardılan marşrutlar üzrə tərəfimizdən müsabiqə qaliblərinə hər-hansı bir vəsait ödənilmir. Qeyd edilən müsabiqələrin keçirilməsində məqsəd avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir. Məhz buna görə qeyd edilən müsabiqələrin təşkili və keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir. Qeyd edilmişdir ki, “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə tənzimlənir. Beləliklə iddiaçının iddia ərizəsində əsas gətirdiyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının bu məslələdə tətbiq olunmasının əsassız olduğu məlum olur.
5. Cavabdeh tərəfindən müsabiqənin aparılmasını özündə əks etdirən video yazı (disk) və ona aid sənədlər təqdim edilmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nünayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxs iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. Mülki Məcəllə: 1082.1. Müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır; bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər. Priz qalibə sifariş veriləcəyi vədindən də ibarət ola bilər. 1082.2. Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir. 1082.3. Vaxtında təqdim edilmiş işin müsabiqənin şərtlərinə uyğun gəlib-gəlmədiyi və iştirakçılardan kimin üstünlük verilməyə layiq olduğu barədə qərar müsabiqənin şərtlərində göstərilən şəxs tərəfindən, şərtlərdə bu göstərilmədikdə isə müsabiqəni elan etmiş şəxs tərəfindən qəbul olunur. Qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz. Əgər prizin verilməsi proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə, bu qayda tətbiq olunmur. 1082.4. İşlər eyni məziyyətli olduqda, müsabiqə prizinin verilməsinə bu Məcəllənin 1081.2 və 1081.4-cü maddələrinin müddəaları tətbiq edilir. 1082.5. Müsabiqə elan etmiş şəxs priz almaqdan ötrü iştirakçılardan birinin təqdim etdiyi əsərə mülkiyyət hüququnun verilməsini yalnız o halda tələb edə bilər ki, müsabiqənin şərtlərində hüququn bu cür keçməsini təsbit etmiş olsun. 1082.6. Əgər layihə işlənməsi üçün müsabiqənin şərtlərində müsabiqə elan etmiş şəxsin layihənin sonrakı işlənməsini priz alana tapşırmaq niyyəti göstərilmişsə, müsabiqə elan etmiş şəxs layihə həyata keçirildikdən sonra onun sonrakı işlənməsini priz alanlardan birinə tapşırmağa borcludur. 1082.7. Müsabiqədə iştirak müsabiqəni elan etmiş şəxsdən mallar və ya digər xidmətlər alınması ilə əlaqələndirildikdə onun keçirilməsi qadağandır. Müsabiqədə iştirak etməklə əlaqədar bağlanmış, mallar və ya digər xidmətlər alınması barədə müqavilələrin qüvvəsi yoxdur.
12. Masazır-Xocasən metrostansiyası-Masazır marşrut xəttinin açılması məqsədilə 17 aprel 2023-cü il tarixdə təşkil edilmiş müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” Qaydası ilə tənzimlənir. Həmin Qaydalara əsasən: 1.1. “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası” (bundan sonra - Qayda) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və müsabiqənin keçirilməsi, müsabiqənİn təkliflərinə baxılması, müsabiqədə iştiraketmə şərtlərinin müəyyən edilməsi, həmçinin qəbul edilmiş qərarların təsdiq edilməsi və müsabiqə qalibinin müvafiq hüquqlarının rəsmiləşdirilməsi qaydalarını tənzimləyir. Müsabiqənin təşkilinin məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir.
13. Qaydaların 7 nömrəli əlavəsində Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin nümunəvi forması təsdiq edilmişdir.
14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqənin keçirilməsindən irəli gələn tələblər;
15. Məhkəmə hesab edir ki, müsabiqənin təşkili və keçirilməsi mülki hüquqi tənzimlənmə obyekti olduğundan hazırkı tələb inzibati məhkəmə araşdırmasının predmeti hesab edilə bilməz.
16. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi hazırkı iddia tələbi bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva