Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3556/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə pensiya təyin edilməsi" haqqında iddia tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh kosmik X11 Zavodunda xx.xx.1986-cı il tarixdə 3-cü kateqoriyalı texnik-mühəndis, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis , xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Elektrik quraşdırma sahəsinə sahə ustası, xx.xx.2005-ci il tarixdən 31,03.2006-cı il tarixə kimi “X5” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik, xx.xx.2008-ci ildən xx.xx.2010-cu il tarixə kimi Caspian Marine Services (UK) LTD şirkətində Texnik, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X6 Limited Şirkətinin AR-ı Filialına Təmir Heyətinə Texnik Peşəsi, xx.xx.2011 -ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi “Petroleun Services Group SA “ Şirkətinə Azərbaycan Respublikası Filialına elektrik peşəsinə işlədiyi illəri iş stajına daxil etməklə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmağı vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində posessual iştirakına xitam verilmişdir.
3. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 60 yaşının tamam olduğu yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixdə Kosmik X11 Zavodunda 4-cü kateqoriya tənzimləyici işləmişdir. xx.xx.1986-cı il tarixdə isə həmin zavodda 3-cü kateqoriyalı texnik-mühəndis kimi köçürülmüş, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis kimi köçürülmüş, xx.xx.1991-ci il tarixdə 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis kimi həmin zavodda xx.xx.1995ci il tarixə kimi işləmiş, xx.xx.1997-ci il tarixdə “Xəzərdənizneft donaması” İdarəsinin gəmi təmiri zavodunda Elektrikquraşdırma sahəsinə 2-ci dərəcəli cihazların quraşdırıcısı qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Elektrik quraşdırma sahəsinə sahə ustası keçirilmiş və orada xx.xx.2005-ci il tarixə kimi işləmişdir. xx.xx.2005-ci il tarixdə “X5” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik vəzifəsinə təyin olunmuşam və xx.xx.2006-cı il tarixə kimi orada işləmişdir.xx.xx.2008-ci ildə Caspian Marine Services (UK) LTD Şirkətində Texnik vəzifəsinə təyin olunmuşdur. xx.xx.2010-cu il tarixə kimi orada işləmişdir. xx.xx.2011-ci il tarixdə X6 Limited şirkətinin AR-ı Filialına Təmir Heyətinə Texnik Peşəsi üzrə işə qəbul olmuş və orada xx.xx.2011-ci il tarixə kimi işləmişdir. xx.xx.2011-ci il tarixdə Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik vəzifəsinə işə qəbul olmuş, xx.xx.2012-ci il tarixə kimi orada işləmişdir. xx.xx.2012-ci il tarixdə “Petroleun Services Group SA“ Şirkətinə Azr.Respub.Filialına elektrik peşəsinə işə qəbul olmuş və xx.xx.2013-cü il tarixə kimi orada işləmişdir. xx.xx.2013-cü il trixdən"Socar AQS”-MMC-yə X7 işə qəbul olmuşam və xx.xx.2014-cü ilə kimi orada işləmişdir. xx.xx.2015-ci il tarixdə “Socar AQC”-yə mühəndis-elektrik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə dənizdə mühndis -elektrik vəzifəsinə keçirilmiş və hazirda da orada işləyir və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir. Lakin ona Mərkəzi Filialdan imtina olunaraq bildirmişlər ki, təqdim etdiyi “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixindən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxanda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997- xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunudur. Maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, ona haqsızlıq olunaraq ona ədalətsiz qanuna müvafiq olmayan, hüquqlarımı tapdalayaraq imtina verilmişdir. Qanunun geriyə qüvvəsi vətəndaşin vəziyyətinin yaxşılaşdırılması halında olur.Lakin pis vəziyyətə salacağı halda deyil. Belə ki, “Socar AQC”-dən xx.xx.2023-cü il tarixli AQS-037/23 saylı məktubundan məlum olur ki , Bununla təsdiq edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi və 17.11,2015-ci il tarixindən bugünə kimi "xxxx" MMC- də dəniz şəraitində Bulla yatağının 18 saylı platformasında neft quyularının qazılması zamanı Dənizdə mühändjselektrik o.lara_q,öz əmək funksiyalarının icrasını həyata keçirmişdir. İşçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahisı”nın 10.1 -ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsinin adlan fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir ‘SOCAR AQŞ’ MMC-nin 02 mart 2023-cü il tarixli, 03 saylı güzəştli arayışından məlum olur ki, Bu güzəştli arayış "xxxx" MMC-də elektrik peşəsində işləmiş İddiaçı üçün tərtib edilmişdir. İddiaçı “Xəzər GLX" MMC-dəki əmək fəaliyyəti aşağıdakı şəkildə səciyyələnmişdir: xx.xx.2011- elektrik peşəsinə qəbul edilib - 31.05.201 1 -ci il tarixli 30-K saylı əmr. xx.xx.2012- AR ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən - öz xahişi ilə əmək müqaviləsinə xitam verilib - xx.xx.2012-ci iktarixli 33-K saylı əmr. X9 xx.xx.2023-cü il tarixli 002 saylı Hazırkı arayışı ilə təsdiq edirlər ki, məlumatlara əsasən İddiaçı (AZE ********) həqiqətən xx.xx.2008-ci ildən 3L12.2010-CU ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Həmçinin bildirilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. İddiaçı “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı” 11 -ci maddəsinin İ L6 yarımbəndinə əsasən (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) güzəştli şərtlərlə təqaüd təyin edilməsinə hüquq verir. Bütün bu sübutlar güzəştli iş stajının iddiaçının pensiyaya çıxmağına əsas verir. Yuxarıda göstərilən müddət ərzində İddiaçı gəmi elektrik radio quraşdırıcısı, tənzimləyicisi və sazlayıcısı kimi gəmilərdə əmək şəraiti ağır və zərərli olan işləri yerinə yetirmişdir. Ümumilikdə iş stajı 1 il 0 ay 14 gündür. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.6. yarımbölməsinə əsasən güzəştli sayılır və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. Ona görə də iddiaçı məcbur qalıb hüquqlarının dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə təqdim edilmiş sənədlər (arayışlar, əmək kitabçasının kserosurəti və s) iş materiallarına əlavə edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixindən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər” GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011 -xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə 17.11,2015-ci il tarixdən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin müraciətin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vahid X1 əsasən, müraciətdə qeyd edilən “buruqlara xidmət edən elektrik montyoru” peşəsi fəhlə kateqoriyasına “mühəndis-elektrik” isə mütəxəssis kateqoriyasına aid olduğundan, onların yerinə yetirdikləri işlər eynilik təşkil edə bilməz.
9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus xx.xx.2022-ci il tarixli mühəndis-elektrik peşəsinə dair “vəzifə təlimatı” göndərilmişdir. Vəzifə təlimatı iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri çağrılmış hesab edilməsinə etiraz etmədiyini bildirmişdir.
II. İddianın geri götürülmüş sayılması
12. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
15. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
16. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
17. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
24. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
25. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
26. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
27. Məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçı tərəfindən geri götürüldüyü üçün vəsatətə münasibət bildirilməyi zərurəti hesab etmir.
28. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva