Məhkəmə qərarları › İş №2-1(112)-3599/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3599/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3599/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllim, işləmir),cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X1rşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi stajı çox olsa da, dövlət qulluqçusu kimi əmək stajı 6 (altı) il 17 (on yeddi gün) təşkil edir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 idarəsinə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanıb verilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün 15 il qulluq stajı tələb olunur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazı təqdim edərək göstərmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7ci maddəsində əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə, həm də “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiya hüququ vardır. İddiaçının isə dövlət qulluqçusu kimi stajı cəmi 06 il 17 gündür, yəni 15 ildən azdır, bu səbəbdən ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsi, həm də “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi şamil edilə bilməz. İddiaçı iddia ərizəsində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə istinad etmişdir. Lakin, qeyd edilən Qanun ona aşağıda qeyd edilənlərə görə şamil edilə bilməz. Belə ki, hal-hazırda qüvvədən düşən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qeyd edilən Qanun “Əmək pensiyaları haqqında” Qanun qəbul edildiyi müddət qüvvədən düşmüşdür. Beləliklə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsində qeyd edilən şərtlər ancaq xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya yaşına çatmış olsa idi iddiaçıya şamil edilə bilərdi. İddiaçı xx.xx.1955-ci təvəllüdlü olmaqla xx.xx.2006-ci il tarixə 50 yaşında olduğundan onun yaşı ona həmin vaxt qüvvədə olmuş pensiya yaşından (60 yaş) az olduğundan ona “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsi şamil edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili S.Əliyev iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1955-ci ildə doğulmudur, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Mənzil Kommunal Təsərrüfatında 1 №-li yataqxanada tərbiyəçi, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SGLK-nin Qaradağ RK-də 25 №-li məktəbin komsomol komitəsinin katibi vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər orada komsomol təşkilatları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən işləmiş,xx.xx.1981-ci ildə orada Azərbaycan SGLK-nin Qaradağ RK-də katib - təhsil alan gənclər və pionerlər şöbəsinin müdiri seçilmişdir, xx.xx.1984-cü ildə həmin vəzifədən azad edilmişdir, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Azərbaycan KP-nin Qaradağ rayon komitəsində siyasi təşviqat kabinetinin müdiri - təşviqat və təbliğat şöbəsinin müdir müavini, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər partiya rayon komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər partiya rayon komitəsinin ideoloji şöbəsinin müdiri, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər Sabir adına BPM-də tərbiyə işi üzrə direktor müavini, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər orada müəllim işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər “Promoyl” BM-də kommersiya direktoru, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilə qədər “xxxx” Kiçik Müəssisəsində direktor işləmişdir, xx.xx.2006-cı ildən VÖEN ilə fiziki şəxs kimi fəaliyyətə başlamışdır. Bakı Karamel Fabrikinin xx.xx.1978-ci il tarixli arayışına əsasən İddiaçı Bakı Karamel Fabrikində xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər tranportyorçu işləmişdir Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının dövlət qulluqçusu kimi iş stajı 15 ildən az, cəmi 6 il 17 gün olduğuna görə ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda yaşa görə əmək pensiyası(xx.xx.2019-cu il tarixdən) alır, cavabdehə müraciət edərək Azərbaycan KP-nin Qaradağ rayon komitəsində 6 il 17 gün işlədiyi müddətin dövlət qulluğu stajı nəzərə alınmaqla dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanununun 20.1. –ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11. –ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları); 8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X10, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları); 8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi X4, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X11 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi X4, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X11, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları); 8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları); 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Lakin işin faktiki hallarına əsasən iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə 15 il qulluq stajı yoxdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə (64 yaşından) yarandığı üçün həmin vaxt qüvvədə olan qanunvericiliyin normaları tətbiq olunur. İddiaçının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsi ilə həqiqətən də dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququnun olması nəzərdə tutulurdu. Lakin həmin Qanun xx.xx.2006-cı ilə qədər qüvvədə olmuşdur və həmin vaxtdan sonra qüvvədən düşmüşdür, xx.xx.2006-cı ildə isə iddiaçının yaşı 50 yaşı tamam olduğu üçün və iddiaçı pensiya yaşına çatmadığı üçün həmin qanunun tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X1rşı dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X1rşı dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar