Məhkəmə qərarları › İş №2-1(112)-3688/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3688/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3688/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov küçəsi ev 5, mənzil 24; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin baş hüquqşünası) iştirakı ilə, iddiaçı - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh - Cavabdeh MMC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-də (VÖEN **********) səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər), barədə kağız və elektron formatda məlumat; alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları; satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları; yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar);yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə); rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri; baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat; proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə); Cavabdeh və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) götürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********189819 nömrəli Qərarı ilə “Cavabdeh" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2019) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2019-cu il tarixli **********189849 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2017- xx.xx.2019) aşağıda qeyd olunan sənədlərin yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamış və bu barədə xx.xx.2019-cu il tarixli sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmişdir:1) Aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər), barədə kağız və elektron formatda məlumat; 2) Alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları; 3) Satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları; 4) Yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; 5) Əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar); 6) Yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; 7) Əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə); 8) Rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri; 9) Baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat; 10) Proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə); 11) Cavabdeh və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair). Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında xx.xx.2020-ci il tarixli **********191613 nömrəli Qərar çıxarılmışdır. Həmin qərar üzrə də sənədlər təqdim edilmədiyindən xx xxxxxxx 2019-cu il tarixli sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********189819 nömrəli Qərarı ilə “Cavabdeh" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2019) təyin edilmişdir. İş materiallarından görünür ki, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2019-cu il tarixli **********189849 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. İş materiallarından görünür ki, səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2017- xx.xx.2019) aşağıda qeyd olunan sənədlərin yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamış və bu barədə xx.xx.2019-cu il tarixli sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmişdir. İş materiallarından görünür ki, cavabdeh müvafiq sənədləri iddiaçıya təqdim etməmiş, iddiaçı sənədlərin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının tələbinə əməl etməyərək zəruri sənədləri təqdim etməmiş, iddiaçı isə yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC (VÖEN **********) tərəfindən səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər (aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər), barədə kağız və elektron formatda məlumat; alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları; satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları; yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar); yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə); rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri; baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat; proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə); Cavabdeh və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Cavabdeh MMC (VÖEN **********) tərəfindən səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlər (aylar üzrə hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (yerli və xarici banklar üzrə bank çıxarışları, ödəniş tapşırıqları və digər sənədlər), barədə kağız və elektron formatda məlumat; alıcılar üzrə (satılmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları; satıcılar üzrə (alınmış mallar və göstərilmiş xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları; yoxlamanın əvvəlinə və sonuna (dövriyyə göstərilməklə) debitorların və kreditorların kağız və elektron formatda adlı siyahısı; əmək haqqı hesablama və ödəmə cədvəlləri (yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların pasport sənədləri, işçilərin rezidentlik statusunun müəyyən edilməsi, əmək haqları, digər fərdi gəlirləri, gəlirdən çıxılmalar, gəlir vergisinin hesablanması və sair məlumatlar); yoxlama ilə əhatə edilən dövrdə alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti göstərilməklə (anbarın hərəkəti) siyahısı; əsas vəsaitlərin kateqoriya üzrə hərəkət cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə); rezident və qeyri-rezident şəxslər tərəfindən yerinə yetirilmiş iş və xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, invoyslar, ödəniş sənədləri və sair sənədlərin surətləri; baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı, görülmüş işlər üzrə təhvil-təslim aktları və yoxlamanın keçirilməsi üçün tələb olunan digər sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat; proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə); Cavabdeh və ixrac əməliyyatları barədə sənədlərin surəti (ödəniş sənədləri, yük gömrük bəyannamələri, invoyslar və sair) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar