Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3774/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanındakı yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 14 may 1987-ci il tarixdən 14 noyabr 2007-ci il tarixədək gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Hərbi X1 03 oktyabr 2007-ci il tarixli müvafiq əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 272/17 nömrəli sərəncamı ilə ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin mənə verilməsi barədə 14 aprel 1992-ci il tarixli 001046 nömrəli xüsusi order verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasfnm 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd olunanlara istinadən o, yaşadığı ünvan 2 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ərizə ilə müraciət etdi. Mənzil-İstismar İdarəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən Mənzil-istismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 2 ünvamndakı yaşayış sahəsi Xətai rayonu ərazisində yerləşdiyindən daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Cavabdeh səlahiyyətləri xaricindədir. Daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsindən Bakı şəhəri Cavabdeh tərəfindən imtina edildiyi üçün eyni məqsədlə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən Mənzil-istismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 6, 49 saylı mənzili Xətai rayon İcra Hakimiyyətinin balansında olmadığından daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bakı şəhəri Cavabdeh tərəfindən sərəncam verilməsinə imtina edildiyi üçün iddiaçı məhkəmə qaydasında hüquqlarını müdafiə etmək qərarına gəlmişdir.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırki iddianı qaldırmaqda məqsədi onu sonradan özəlləşdirməkdir. Belə ki, hesab edir ki, həmin mənzil onun mülkiyyətinə verilməlidir.
4. Cavabdeh orqan məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
8. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısının İ Müavini tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1493/d nömrəli məktubda bildirilmişdir ki, Cavabdehnə ünvanladığınız məktuba Cavabdeh başçısının aparatında baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Xətai rayonu ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişin yerinə yetirilməsi mümkün deyildir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin müraciətinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli 906 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən 6 nömrəli evin 49 saylı mənzili Xətai Rayon İcra Hakimiyyətinin balansında olmadığından xahişi yerinə yetirmək imkanları xaricindədir.
10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
11. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Qeyd edilən mənzil sosial təyinatlı dövlət mənzil fonduna aid olan mənzildir. Həmin mənzillərin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) hüququ qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirdiyi sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqaviləsinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun ləğv edilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir.
12. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi mənzil Xətai rayon ərazisində yerləşir. Lakin hazırki tələb üzrə Cavabdehdir. Cavabdehin dəyişdirilməsi iddianın mümkünlük məsələsini aradan qaldırmadığı üçün məhkəmə cavabdehin dəyişdirilməsinə zərurət görmür.
13. Odur ki, iddiaçının həmin sərəncamın mübahisələndirməyə subyektiv hüququ yoxdur.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva