Məhkəmə qərarları › İş №2-1(112)-3803/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3803/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3803/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı «sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 saylı İİ X8 Komissiyası məntəqə üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də bu qeyd olunanlar barədə arayışın ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə növbədənkənar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşdur, bununla yanaşı “İntibah” Xeyriyyə Cəmiyyətinin rəhbəridir. 2005, 2010, 2015-ci illərdə 16 saylı İİ X8 Komissiyasında qeydə alınaraq Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşdur və namizəd olaraq verdiyi sözə istinadən bugünki günə qədər Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı qanunvericiliyə uyğun olaraq onlarla məkrli məmurlar arasında yaranmış narazılıqları aradan qaldırmağa müvəffəq olmuşdur. O, 2008-ci ildə keçirilən seçkilər zamanı 17 saylı İİİ X8 Komissiyasında məntəqə üzvü olduğu zaman Cəmiyyətin rəhbəri olaraq X6 tərəfindən bütün üzvlərin məvaciblərinin aybaay ödənilməsinə nail olmuşdur. Lakin QHT-nın rəhbəri olduğu üçün seçkilərdən sonra dairənin sədri Qədir Kərimov qanunazidd olaraq onu məntəqə üzvlüyündən kənarlaşdırmağa nail olmuşdur. X2 diqqətlə tədqiq etdikdə ona müəyyən olunmuşdur ki, Qədir Kərimov məntəqələrin tərkibini qanunazidd olaraq tərtib etmişdir. Yəni Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2ci maddəsinin tələblərinə əsasən Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. Bununla da belə qənaətə gəlmək olar ki, Bakı şəhəri üzrə əksər və çox güman ki, bütün dairələrdə vəziyyət eynidir. Buna görə də “Vətəndaşların müraciətləri haqqında” Qanununun 10.4-10.5-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələblərinə əsasən 16 saylı İİ X8 Komissiyası üzrə məntəqələrin tərkib hissəsinin düzgün təşkil olunmasına aydınlıq gətirmək üçün məntəqə üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də arayışın verilməsini xahiş etmişdir.16 saylı Yasamal İİ X7 Seçki komissiyasının xx.xx.2020-ci il tarixli, 12 saylı cavab məktubu ilə, 16 saylı Yasamal İİ seçki dairəsinin məntəqə seçki komissiyalarının tərkibi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən təşkil edildiyi, məntəqə seçki komissiyalarının tərkibindəki komissiya üzvləri haqqında məlumatı Azərbaycan Respublikası X3 müvafiq elektron saytında əldə edilməyin mümkün olduğu, komissiya üzvlərinin hər bir şəxsiyyət vəsiqələrinin və onların mənsub olduqları partiya sənədlərinin surətlərinin verilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı əsas gətirilərək müraciətdən imtina edilmişdir. O, X5 ərizə ilə müraciət edərək, 16 saylı Yasamal İİ X7 Seçki komissiyasının məktubunun əsassız olduğunu və müraciətinin təmin edilməsi üçün köməklik gösərilməsini xahiş etmişdir.X3 xx.xx.2020-ci il tarixli, 10/20-381 saylı cavab məktubu ilə, müraciətə 16 saylı Yasamal İİ Seçki Dairəsi tərəfindən qanunvericiliyin tələbləri ilə izah edilməklə cavab verildiyi bildirilərək müraciətindən imtina edilmişdir.X4 müraciətini təmin etməkdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, onun iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. O, iddia ərizəsini aidiyyəti üzrə düz vermişdir. Həmçinin onun belə bir iddia qaldırmağa hüququ vardır. Çünki onun hüquqları pozulmuşdur və hüquqlarını məhkəmədə müdafəi etmək onun konstitusion hüququdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddiaərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 3.2-cimaddəsinəəsasənbu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ (Seçki (referendumdaiştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat), XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur; 130.1-cimaddəsinəəsasənseçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər; 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər; 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X5, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İddia ərizəsindən görünür ki, iddia tələbi seçki hüquqlarının müdafiəsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərindən göründüyü kimi, qeyd olunan mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır və bununla bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə verilir. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddiaçı məntəqə seçki komissiyasının üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də bu qeyd olunanlar barədə arayışın ona verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı özünün hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir, iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatiorqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı «sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar