Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3806/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.08.2014-cü il tarixli, 443- 14PB saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının 25943 nömrəli qərarının icrası vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçının "xxxx" ASC ilə bağladığı 11.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya edilməsi təklifinə dair Maliyyə Bazarlarına Nəzarət Palatasının 29.09.2019-cu il tarixli qərarı 19.05.2021-ci il tarixli, 16- 01487-2021 saylı məktubla bir daha "xxxx" ASC-yə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X2 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Göstərilənlərə əsasən İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ünvanlanmış 19.05.2021-ci il tarixli 16-01487-2021 nömrəli məktubda qeyd olunur: Məlumunuz olduğu kimi, 2015-ci ildə baş vermiş məzənnə korreksiyaları nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Ölkə Başçısı tərəfindən 28.02.2019-cu il tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman (Fərman) imzalanmışdır. Qeyd edilməlidir ki, 01.03.2019-cu il tarixində Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) və PK (üzləşdirmənin aparılması üçün banklardan toplanmış) məlumat bazalarına ötürülmüş məlumatlara əsasən müştəriniz İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 11.08.2014-cü il tarixli kredit müqaviləsi Fərman üzrə restrukturizasiya ediləcək müqavilələr siyahıya daxil edilməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən məlumat bazalarına ötürülmüş qeydlərə görə borclunun sözügedən kredit müqaviləsi üzrə ödənişlərinin 192 gün gecikdirildiyi müəyyən edilmişdir. Bununla belə, vətəndaşın müraciəti üzrə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yenidən araşdırma aparılmış və ödənişin gecikdirildiyi günün 360 gündən artıq olduğu müəyyən edildiyindən 29.09.2019-cu il tarixli qərara əsasən qeyd edilən müqavilə üzrə borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən kredit müqaviləsi üzrə əsas borcun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklif olunur. Təklifin icrası istiqamətində görüləcək tədbirlər barədə qısa müddət ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunur. Göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yenidən araşdırma aparılmış və ödənişin gecikdirildiyi günün 360 gündən artıq olduğu müəyyən edildiyindən 29.09.2019-cu il tarixli qərara əsasən müvafiq müqavilə üzrə borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur və kredit müqaviləsi üzrə əsas borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3806/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3806/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver