Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-382/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “lisenziyanın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğıunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “lisenziyanın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti (stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) üzrə lisenziyanın verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 6 iyul 2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə İqtisadiyyat Nazirliyi tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə və Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun baxılaraq müvafiq araşdırma aparılmış, lisenziyanın verilməsi üçün müraciət olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1A ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı aşağıdakı çatışmazlıqlar müəyyən olunmuşdur: obyektdə bəzi mebel elementləri (fərqli rənglər, ofis tipli olması) tibbi təyinatlı deyil; sterilizasiya otağında texnoloji axın ardıcıllığı təmin edilməmiş, belə ki, mebel üzərində ilk öncə zərərsizləşdirmə sahəsi nəzərdə tutulmamış, eyni zamanda otağın sahə ölçüləri (faktiki: 5,0 m2; norma: 8,0 m2) normadan az olduğundan sanitariya norma və qaydalarının tələblərinə cavab vermir; sanitar qovşaqda mühəndis kommunikasiya xətləri (su, kanalizasiya) qapalı və təhlükəsiz çəkilməmişdir: təsərrüfat otağı mebel elementləri (dolablar, rəflər) ilə təchiz olunmamış, otağın divarları rütubətə davamlı olan material ilə (kafel) tavana qədər tam üzlənməmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziyanın verilməsi üçün fəaliyyət göstərəcəyi ərazi üzrə yenidən müvafiq “ASAN xidmət” mərkəzi, “Lisenziyalar və icazələr” portalı və ya KOB evləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət olunacağı təqdirdə məsələyə aidiyyəti üzrə baxılması təmin ediləcəkdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti (stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) üzrə lisenziyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı direktoru X3 özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti (stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) üzrə lisenziyanın verilməsinə dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən baxılmış və “Denzidental" Məhdud Məsuliyyətli Cəmiyyətinə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti (stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) üzrə lisenziyanın verilməsindən imtina olunması barədə xx.xx.2021-ci il tarixli, İN-X/O-6567/2021 saylı məktub verilmişdir. Həmin məktubda lisenziyanın verilməsindən imtina olunmasının əsası kimi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinə istinad edilmişdir. Lakin lisenziyanın verilməsindən imtina edilməsi barədə məktubda qeyd olunan qanunlar və qərarların konkret hansı maddələri və bəndlərinin şərtləri əsas götürülməklə qeyd olunan çatışmazlıqların imtinanın verilməsinə əsas olduğu göstərilməmiş və formal olaraq lisenziyanın verilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının adıçəkilən müraciəti ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrin rəyinin (razılığının) alınması nəzərdə tutulduğundan İqtisadiyyat Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə xx.xx.2021-ci il tarixli İN- X/O-6122/2021 nömrəli məktub ünvanlanmışdır. Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı ilə iddiaçının fəaliyyət ünvanında (ünvan 1ə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılmış və nəticələri barədə xx.xx.2021-ci il tarixli xx/xx-2662 nömrəli cavab məktubu ilə Səhiyyə Nazirliyinin rəyi İqtisadiyyat Nazirliyinə daxil olmuşdur. Sözügedən rəydə qiymətləndirmə zamanı müəyyən edilmiş aşağıdakı çatışmazlıqlar öz əksini tapmışdır: obyektdə bəzi mebel elementləri (fərqli rənglər, ofis tipli olması) tibbi təyinatlı deyil; sterilizasiya otağında texnoloji axın ardıcıllığı təmin edilməmiş, belə ki, mebel üzərində ilk öncə zərərsizləşdirmə sahəsi nəzərdə tutulmamış, eyni zamanda otağın sahə ölçüləri (faktiki: 5,0 m2; norma: 8,0 m2) normadan az olduğundan sanitariya norma və qaydalarının tələblərinə cavab vermir; sanitar qovşaqda mühəndis kommunikasiya xətləri (su, kanalizasiya) qapalı və təhlükəsiz çəkilməmişdir: təsərrüfat otağı mebel elementləri (dolablar, rəflər) ilə təchiz olunmamış, otağın divarları rütubətə davamlı olan material ilə (kafel) tavana qədər tam üzlənməmişdir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən lisenziyanın verilməsindən imtina olunması barədə və eyni zamanda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziyanın verilməsi üçün fəaliyyət göstərəcəyi ərazi üzrə yenidən müvafiq “ASAN xidmət” mərkəzi, “Lisenziyalar və icazələr” portalı və ya KOB evləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət olunacağı təqdirdə məsələyə yenidən aidiyyəti üzrə baxılması təmin ediləcəyi barədə xx.xx.2021-ci il tarixli İN-X/O-6567/2021 nömrəli məktub ünvanlanmışdır. İddiaçı MMC tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 01 noyabr 2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Təsisçilərinin 07 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq, nizamnamə kapitalı 100 manata bərabər tutulan, hər birinin nominal dəyəri 1 manat olan 100 paydan ibarət yeni İddiaçı yaradılması və nizamnaməsinin təsdiq edilməsi, yeni yaradılan İddiaçı qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X1 təyin edilməsi və yeni yaradılan İddiaçı dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iş üzrə inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 2 avqust 2022-ci il tarixli məktubla təqdim edilmiş Tibb müəssisəsinin normativ hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsinə dair Rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019-cu il 29 mart tarixli 19 nömrəli “Səhiyyə sahəsində fəaliyyətlərin lisenziyalaşdırılması üzrə rəyin verilməsi işinin təkmilləşdirilməsi barədə” əmri ilə yaradılmış “Özəl tibb fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə rəyin verilməsi üçün Komissiya” (bundan sonra-Komissiya) tərəfindən İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı ilə İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1A ünvanında yaratdığı şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu təkrar qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı müəyyən edilmişdir ki, müəssisədə bəzi mebel elementləri (fərqli rənglər, ofis tipli olması) tibbi təyinatlı deyil; sterilizasiya otağında texnoloji axın ardıcıllığı təmin edilmir, belə ki, mebel üzərində ilk öncə zərərsizləşdirmə sahəsi nəzərdə tutulmayıb, eyni zamanda otağın sahə ölçüləri (faktiki: 5,0 m2; norma: 8,0 m2) normadan az olduğuna görə sanitariya normalarının və qaydalarının tələblərinə cavab vermir; sanitar qovşaqda mühəndis kommunikasiya xətləri (su, kanalizasiya) qapalı və təhlükəsiz çəkilməyib; təsərrüfat otağı mebel elementləri (dolablar, rəflər) ilə təchiz olunmayıb, otağın divarları rütubətə davamlı olan materialla (kafel) tavana qədər üzlənməyib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1A ünvanında yaradılmış şərait tibb müəssisələrinə dair normativ hüquqi aktların əsas tələblərinə uyğunlaşdırılmadığına görə İddiaçı MMC tərəfindən həmin ünvanda terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji işləri üzrə ambulator tibbi xidmətin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 10/5292 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Lisenziyanın verilməsindən imtina olunması barədə” 06 iyul 2021-ci il tarixli İN-X/O-6567/2021 nömrəli məktubunda qeyd edilmiş çatışmazlıqlar öz təsdiqini tapıb-tapmadığını və obyektdə tibb fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisəsinə dair tələblərinə cavab verib-verməməsi məsələsi tikinti-texniki eksperti səlahiyyətindən kənar olduğundan qərardadda göstərilən suallar üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Lisenziyaların və icazələrin verilməsi ilə bağlı ümumi məsələlər 17.1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 17.2. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin xüsusiyyətləri bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş əsasnamədə müəyyən edilir. 17.3. Ümumi lisenziya verildiyi hal istisna olmaqla, lisenziya və icazə hər bir fəaliyyət növü və hərəkət üçün ayrıca verilir. 17.4. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın və icazənin əlavəsinə də şamil edilir. 18.1. Ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. 19.1. Lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. 19.6. Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən: 19.6.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır; ... Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina 20.1. Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə); 20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə. 20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavə: Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı ...
2. Özəl tibb fəaliyyəti ... “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. ... Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Sadalanan normalarından göründüyü kimi, özəl tibbi fəaliyyət qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsidir və lisenziya tələb olunan fəaliyyət növləri sırasında göstərilmişdir. İddiaçı özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti (stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) üzrə lisenziyanın verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmiş, iddiaçının müraciəti ilə bağlı cavabdeh “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunmuş, iddiaçının fəaliyyət ünvanında tibb fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılmış və nəticələri barədə xx.xx.2021-ci il tarixli xx/xx-2662 nömrəli cavab məktubu ilə Səhiyyə Nazirliyinin rəyi İqtisadiyyat Nazirliyinə daxil olmuşdur. Həmin rəyə əsasən də cavabdeh tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən lisenziyanın verilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istinad olunan nöqsan və çatışmazlıqların faktiki olaraq mövcudluğunun yoxlanılması və obyektdə tibb fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisələrinə dair tələblərə cavab veribverməməsinin aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 10/5292 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Lisenziyanın verilməsindən imtina olunması barədə” 06 iyul 2021-ci il tarixli İN-X/O-6567/2021 nömrəli məktubunda qeyd edilmiş çatışmazlıqlar öz təsdiqini tapıb-tapmadığını və obyektdə tibb fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisəsinə dair tələblərinə cavab verib-verməməsi məsələsi tikinti-texniki eksperti səlahiyyətindən kənar olduğundan qərardadda göstərilən suallar üzrə tədqiqat aparılmadı. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 2 avqust 2022-ci il tarixli məktubla təqdim edilmiş Tibb müəssisəsinin normativ hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsinə dair Rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019-cu il 29 mart tarixli 19 nömrəli “Səhiyyə sahəsində fəaliyyətlərin lisenziyalaşdırılması üzrə rəyin verilməsi işinin təkmilləşdirilməsi barədə” əmri ilə yaradılmış “Özəl tibb fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə rəyin verilməsi üçün Komissiya” (bundan sonra-Komissiya) tərəfindən İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı ilə İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1A ünvanında yaratdığı şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu təkrar qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı müəyyən edilmişdir ki, müəssisədə bəzi mebel elementləri (fərqli rənglər, ofis tipli olması) tibbi təyinatlı deyil; sterilizasiya otağında texnoloji axın ardıcıllığı təmin edilmir, belə ki, mebel üzərində ilk öncə zərərsizləşdirmə sahəsi nəzərdə tutulmayıb, eyni zamanda otağın sahə ölçüləri (faktiki: 5,0 m2; norma: 8,0 m2) normadan az olduğuna görə sanitariya normalarının və qaydalarının tələblərinə cavab vermir; sanitar qovşaqda mühəndis kommunikasiya xətləri (su, kanalizasiya) qapalı və təhlükəsiz çəkilməyib; təsərrüfat otağı mebel elementləri (dolablar, rəflər) ilə təchiz olunmayıb, otağın divarları rütubətə davamlı olan materialla (kafel) tavana qədər üzlənməyib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1A ünvanında yaradılmış şərait tibb müəssisələrinə dair normativ hüquqi aktların əsas tələblərinə uyğunlaşdırılmadığına görə İddiaçı MMC tərəfindən həmin ünvanda terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji işləri üzrə ambulator tibbi xidmətin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Göründüyü kimi, iddiaçıya məxsus obyektdə tibb fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan şəraitin tibb müəssisəsinə dair tələblərinə cavab verməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis rəyi və ona əlavə edilmiş sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Prosessual xərclərin ödənilməsi ilə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan ekspert rəyinin özündə suallar üzrə tədqiqatın aparılmadığı göstərilsə də, 100 (bir yüz) manat ekspertiza xərclərinə dair bildiriş məhkəməyə təqdim edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, həmin xərcin necə yaranması ekspert rəyindən müəyyən olunmadığına və ümumiyyətlə ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmadığına görə aparılmamış tədqiqatın xərci işdə iştirak edən şəxslərə aid edilə bilməz.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “lisenziyanın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov