Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3902/2025 03.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparalı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilərək iddia tələbi “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Texnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləyir. Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda xx.xx.2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun cəbhə bölgəsində döyüş əməliyyatlarını aparan hissələrinin maddi-texniki təminatlarının həyata keçirilməsi üçün sürücü kimi işlədiyi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru X3 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli,1011e saylı əmr, xx.xx.2020-ci il tarixli, 1024c saylı əmr, xx.xx.2020-ci il tarixli, 1138e saylı əmr əsasında verilmiş xx.xx.2020-ci il tarixli, 2496 saylı ezamiyyət vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi və xx.xx.2020-ci il tarixli, 2919 saylı ezamiyyət vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan müddətdə sürücüsü olduğu Man TGS markalı, 90JU962 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə hərbi əməliyyatların aparıldığı bölgəyə ezam edilmişdir. İddiaçı Füzuli rayonunun işğal altında olan ərazilərində, Cəbrayıl və Qubadlı rayonlarında döyüş əməliyyatlarını həyata keçirən hərbi hissələrin madditexniki təchizatın təmin edilməsi üzrə tapşırıqları həyata keçirmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarında dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 saylı Qərarına əsasən onun müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi almaq hüququ vardır. Bu hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi barədə xx.xx.2024-cü il tarixində poçt vasitəsilə göndərilən ərizə ilə müraciət etmiş və ərizəyə şəxsiyyət vəsiqəsinin surətini, ezamiyyət vəsiqəsinin surətini, hərbi biletin surətini və fəxri fərmanın surətini əlavə etmiş, lakin cavabdeh tərəfindən bu müddətə kimi heç bir cavab verilməmişdir. Bununla da cavabdeh tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr yerinə yetirilməyərək müraciətinə cavab verilməməklə və müraciəti təmin edilməməklə qanunvericiliklə nəzərdə tutulmuş hüququ pozulmuşdur.
4. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı Babaşov X4 Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etsə də, xidməti barədə məlumatları və tələb olunan sənədləri tam şəkildə təqdim etməmişdir. Bu halda iddiaçının barəsində müvafiq araşdırma aparılmamış və araşdırmanın nəticəsinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq hər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçının müvafiq sənədlərlə və xidməti barədə dəqiq məlumatlarla Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir.
5. Məhkəmənin qərardadı ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmiş, iş materiallarında olan sənədlər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir.
6. Məhkəmənin qərardadı cavabdeh tərəfindən icra edilməmişdir.
7. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
10. Həmin Əsasnamənin 10-cu və 11-ci bəndlərinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ...Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
11. İddianın növü öhdəliyin icrasında dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin N nömrəli hərbi hissənin xx.xx.2025ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən N nömrəli hərbi hissədə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında heç bir məlumat yoxdur. İddiaçı “Mübaribə veteranı” statusunun verilməsi ilə bağlı müraciətlərinə aidiyyəti üzrə dəfələrlə baxılmış, nəticəsi baradə ona yazılı şəkildə cavab məktubu göndərilmişdir. Həmçinin, iddiaçıya təqdim edildiyi bildirilən fəxri fərmanla bağlı hərbi hissə komandirinin şəxsi heyətin təltif edilməsi haqqında müvafiq əmrlərində hər hansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən göstərilən fəxri fərmanın hüquqi əsasını təsdiq edən sənədlərə istinad etmək mümkün olmamışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı qeyd olunan dövrdə N nömrəli hərbi hissədə hərbi xidmət keçməmiş və Vətən müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb olunmamışdır.
14. Məhkəmə sorğusu əsasında əldə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “gizir qismində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
15. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2777 nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
16. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 3389 nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
17. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2496 nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
18. Məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2919 nömrəli ezamiyyət vəsiqəsində qeyd edilmişdir ki, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir.
IV. Məhkəmənin mövqeyi
19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir.
21. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
22. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.
23. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2777 nömrəli ezamiyyət vəsiqəsinə əsasən İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir. - Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 3389 nömrəli ezamiyyət vəsiqəsinə əsasən, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir. - Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2496 nömrəli ezamiyyət vəsiqəsinə əsasən, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir. - Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2919 nömrəli ezamiyyət vəsiqəsinə əsasən, İddiaçı ** JU *** d.q.n texnika ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “gizir qismində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
25. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərə texnikanın və avadanlıqarın daşıması olub.
26. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi brədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir).
27. Məhkəmə nəzərə alır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı – döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə maddi-texniki, mənəvi-psixoloji və tibbi təminat üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı avtotexniki, yanacaq sürtkü materialları, ərzaq, əşya, metroloji, maliyyə və raket artilleriya silahların təminatı üzrə tədbirləri vaxtında həyata keçirmək, bölmələrin həyat qabiliyyətini saxlanılması, tibbi təminatı üzrə bütün növ prafilaktik tədbirlərin həyata keçirilməsini, qaytarılmaz və sanitar itkilərin təxliyyəsin, ilkin tibbi yardımların göstərilməsini həyata keçirtməklə yanaşı bölmələrin yaşama qabiliyyətinin saxlanılması məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
28. Məhkəmə hesab edir ki, iddiaçı cəbhə bölgəsinə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir.
29. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan ərazilərdə sürücü kimi texnikanın və digər hərbi əmlakların daşınmasını təmin edərək döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir.
30. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva