Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3935/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) X4, Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 17 nömrəli 15 may 2024-cü il tarixli qərarının və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 şurasının AP 2024-089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi; iddiaçıya məxsus "xxxx" əmtəə nişanının əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində qeydiyyata alınması və həmin əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2024 00735 nömrəli iddia sənədi ilə cavabdeh Azərbaycan Respubİikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək "xxxx" əmtəə nişanının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 15 may 2024-cü il tarixli 17 nömrəli protokolla təsdiq edilmiş qərarına əsasən, iddiaçı tərəfindən iddia olunan "xxxx" əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı həmin qərardan narazı olduğuna görə cavabdehin Apellyasiya şurasına etiraz vermişdir. Apellyasiya şurasının AP 2024-089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının etirazı əsassız hesab edilmiş və təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 nömrəli 15 may 2024cü il tarixli, habelə Apellyasiya şurasının AP 2024-089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh müraciətimin təmin olunmasından imtina edərkən, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun") 5-ci maddəsinin "c" bəndinə istinad etmiş və imtinasının əsası kimi "xxxx" adlı əmtəə nişanında əmtəənin keyfiyyətinin, təyinatının və digər xüsusiyyətlərin göstərildiyini qeyd etmişdir. Qanunun "Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları” adlı 5-ci maddəsinin "c" bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Nəzəri olaraq əmtəənin keyfiyyəti əmtəənin/məhsulun onun təyinatına uyğun olaraq müəyyən tələbatı ödəmək qabiliyyətini əsaslandıran yararlılıq xassələrinin məcmusudur. Əmtəənin təyinatı isə əmtəənin hansı məqsədlə istifadə olunacağını bildirən müəyyən xüsusiyyətləri ifadə edir. Bu mənada tərəfimdən iddia olunan "xxxx" adlı əmtəə nişanında əmtəənin keyfiyyəti, təyinatı və digər xüsusiyyətləri ifadə olunmamışdır. Bundan əlavə:
1. "xxxx" – “ekoloji su” ifadəsinin qısafoması kimi nəzərdə tutulmamışdır. Əgər cavabdeh "xxxx" əmtəə nişanını “ekoloji su” ifadəsinin qısa forması və “ekoloji su” ifadəsində olan “ekoloji” sözünü təqdim etdiyimiz əmtəənin keyfiyyətinin ifadəsi kimi hesab edirsə (halbuki, niyyətim "xxxx"nun “ekoloji su”" olaraq anlaşılması deyil), bununla bağlı aşağıdakıları məhkəmənin nəzərinə çatdırılır: "Ekoloji" sözü, ümumiyyətlə, keyfiyyət bildirmir. Latın mənşəli olan bu söz “oykos” (“ev, daxma”) sözündən törənmişdir. Hazırda bu söz "ətraf mühit, çevrə" sözlərinin ekvivalenti olaraq işlədilir. Yəni “ekoloji” heç də təmiz, saf, faydalı anlamını vermir. Bu söz ətraf mühitdə olan istənilən obyektə şamil edilə bilər (keyfiyyətindən asılı olmayaraq). Bu baxımdan əgər iddia etdiyim əmtəə nişanı “ekoloji cəhətdən təmiz su”, yaxud “ekoloji təmiz su" olsa idi, keyfiyyət bildirmiş olardı.
2. "xxxx" – “ekonom su” ifadəsinin qısa forması deyil. Əgər Cavabdeh hesab edirsə ki, "xxxx" “ekonom su” ifadəsinin qısa formasıdır və “ekonom su” ifadəsindəki “ekonom” sözü təqdim etdiyim məhsulun dəyərini bildirir, iddiaçının isə həmin əmtəə nişanının müəllifi olaraq belə bir niyyəti yoxdur. Göründüyü kimi, "xxxx" ifadəsi müxtəlif mənalar daşıya bilər, lakin izahını müəllif kimi yalnız mən özüm verə bilərəm. Hər bir halda müəllif olaraq qeyd edirəm ki, "xxxx" əmtəə nişanı kontekstində “Eco” hissəsi “ekoloji” və ya “ekonom” kimi deyil, tamamilə fərqli, ayrılıqda heç bir məna daşımayan bütöv bir sözdür. Beləliklə, iddia sənədi üzrə cavabdehin qərarı, habelə onun Apellyasiya şurasının qərarı heç bir faktiki və hüquqi əsasa söykənməmişdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Yuxarıda qeyd olunan hallar cavabdehin qərarlarının məhkəmə tərəfindən ləğv olunmasına və müvafiq hərəkətlərin həyata keçirilməsinin cavabdehə həvalə olunmasına hüquqi əsas yaratmışdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra - ƏXBT) 07, 11, 32 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınması üçün xx.xx.2024-cü il tarixdə 2024 00735 nömrəli iddia sənədi ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinə (bundan sonra - Ekspertiza Mərkəzi) müraciət etmişdir. Ekspertiza Mərkəzinin əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli rədd qərarında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndinə istinad edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Qanunun 4-cü maddəsinə əsasən sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər. Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra - Qaydalar) 4-cü bəndinin “b” yarımbəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanların (işarələrin) qeydə alınmasına yol verilmir: onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı. əmtəə nişanının təhlili zamanı müəyyən edilir ki, nişan mavi rəngdə verilmiş təsvirdən və təsvirin mərkəzi hissəsində yaşıl rəngdə yazılmış "xxxx" işarəsindən ibarət təsviri nişandır. Hazırkı bazar mühiti və istehlakçı düşüncəsi nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, iddia edilən əmtəə nişanında olan "xxxx" ifadəsi müvafiq istehlakçı tərəfindən “ekoloji su” kimi başa düşüləcəkdir. "xxxx" işarəsi nişanda mərkəzi hissədə yerləşir və orijinal təsviri elementə malik olmamaqla yanaşı iddia edilən əmtəələr və xidmətlər üzrə təsviri xarakter daşıyır. Əmtəə nişanının tərkibində istifadə edilən mühafizəsiz elementlər nişanın qrafik mərkəzi rolunu oynamamalı və istehlakçıların diqqətini cəlb edən hissədə yerləşməməlidir. Bu səbəbdən, iddia edilən nişan, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan qorunma tələb olunan nişanın ticari və ya istehsal mənşəyi kimi qəbul edilməyəcəkdir. Qeyd olunanlara əsasən də, istehlakçıları çaşdırmaq ehtimalının yüksək olduğu deyilə bilər. Belə ki, iddia edilən nişan istehlakçıda yüksək keyfiyyətə malik və ya yüksək keyfiyyətli əmtəə istehsal edilməsi düşüncəsini yaradır. Həmçinin istehlakçı tərəfindən iddia edilən nişan dəyər ifadəsini çatdırmaqdan ibarət olan təşviqedici tərif şüarı kimi qəbul ediləcəkdir. İddia edilən nişan əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. Eyni zamanda əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır və iddia olunan əmtəələrin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir. Odur ki, nişanlar ticarətdə məhsulların keyfiyyətini, təyinatını və nəzərdə tutulan məqsədlərini təyin edən, göstərilən əmtəələrin xüsusiyyətləri ilə bağlı istehlakçılar arasında çaşqınlıq yaradan işarə və göstərişlərdən ibarətdirsə həmin nişanının qeydə alınması yolverilməzdir. Qeyd edilməlidir ki, əmtəə nişanının təyinatına uyğun olaraq, onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər. Nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. Cavabdeh orqan “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması” barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən: İddia sənədinin nömrəsi: 2024 00735 İddia sənədinin daxil olduğu tarix: xx.xx.2024 Digər ilkinlik tarixi: tələb olunmur İlkin iddia sənədinin nömrəsi: yoxdur İlkinlik tarixi: tələb olunmur İlkinlik ölkəsinin (təşkilatının) kodu: yoxdur Əmtəə nişanının sahibinin adı və yerləşdiyi (yaşadığı) yer, ünvan: İddiaçı, AZ1078, ünvan 1AZ) Əmtəə nişanı
Əmtəə nişanının rəngi: mavi, yaşıl Əmtəə və/və ya xidmətlərin sinifləri: 07, 11, 32, 35 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi 2024 00735 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən aşağıdakı əmtəələr və/və ya xidmətlər üzrə əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında qərar qəbul etmişdir. Əmtəə və/və ya xidmətlərin sinifləri: 07-içməli suyun minerallaşdırılması üçün qurğular 11-susüzücü aparatlar 32-sular (içkilər), mineral sular (içkilər) 35-reklam İmtinanın əsasları: Ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlan əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən iddia olunan "xxxx" əmtəə nişanının əmtəə və xidmətlərin Beynəlxalq təsnifatının (ƏXBT) 07, 11, 32, 35-ci sinifləri üzrə qeydiyyata alınmasından imtina edilir.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X3 Şurasının xx.xx.2024-cü il tarixli Qərarına əsasən: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvi. edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun 4-cü maddəsinə əsasən sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxanda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər: Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixvə digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyət, orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər; "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın (bundan sonra - Qaydalar) 4-cü bəndinin “b” yarımbəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanların (işarələrin) qeydə alınmasına yol verilmir: onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı; Apellyasiya şurası əmtəə nişanını təhlil edib müəyyən etdi ki, nişan mavi rəngdə verilmiş təsvirdən və təsvirin mərkəzi hissəsində yaşıl rəngdə yazılmış “ECOSU işarəsindən ibarət təsviri nişandır. Apellyasiya şurası hesab edir ki, hazırki bazar mühiti və istehlakçı düşüncəsi nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, iddia edilən əmtəə nişanında olan "xxxx" ifadəsi müvafiq istehlakçı tərəfindən “ekoloji su” kimi başa düşüləcəkdir. "xxxx" işarəsi nişanda mərkəzi hissədə yerləşir və orjinal təsviri elementə malik olmamaqla yanaşı iddia edilən əmtəələri və xidmətlər üzrə təsviri xarakter daşıyır. Əmtəə nişanının tərkibində istifadə edilən mühafizəsiz elementlər nişanın qrafik mərkəzi rolunu oynamamalı və istehlakçıların diqqətini cəlb edən hissədə yerləşməməlidir. Bu səbəbdən, iddia edilən nişan, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan qorunma tələb olunan nişanın ticari və ya istehsal mənşəyi kimi qəbul edilməyəcəkdir. Qeyd olunanlara əsasən də, istehlakçıları çaşdırmaq ehtimalının yüksək olduğu deyilə bilər. Belə ki, iddia edilən nişan istehlakçıda yüksək keyfiyyətə malik və ya yüksək keyfiyyətli əmtəə istehsal edilməsi düşüncəsini yaradır. Həmçinin istehlakçı tərəfindən iddia edilən nişan dəyər ifadəsini çatdırmaqdan ibarət olan təşviqedici tərif şüarı kimi qəbul ediləcəkdir. İddia edilən nişan əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür Eyni zamanda əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır və iddia olunan əmtəələrin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir. Odur ki, nişanlar ticarətdə məhsulların keyfiyyətini, təyinatını və nəzərdə tutulan məqsədlərini təyin edən, göstərilən əmtəələrin xüsusiyyətləri ilə bağlı istehlakçılar arasında çaşqınlıq yaradan işarə və göstərişlərdən ibarətdirsə həmin nişanının qeydə alınması yolverilməzdir. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər. Apelyasiya şurası nəzərə alır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Odur ki, ərizə təmin edilməməli, Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən, iddiaçı (ərizəçi) İddiaçı məxsus (2024 00735 nömrəli iddia sənədi) əmtəə nişanının ƏXBT-nin 07, 11, 32 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin (bundan sonra - Ekspertiza Mərkəzi) xx.xx.2024-cü il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və təmin edilməmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdilər və izahatında bildirdilər ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir və müvafiq əmtəə nişanı MMC-yə məxsus əmtəələrdə istifadə olunur. Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" əmtəə nişanından istifadə etməsində məqsədi əsas şirkətlə olan bağlılığı ifadə etməkdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin bağlı olduğu əsas şirkət isə Rusiyada yerləşir və müəssisənin adı “Еколос”dur. Həmin şirkətin adındakı “еко” ekoloji, “лос” isə su təmizləmə sistemi kimi nəzərdə tutulmuşdur. "xxxx" əmtəə nişanının təsvirində sözün yazılışında hər hansı xüsusi şrift istifadə olunmamışdır, əmtəə nişanının təsviri hissəsində isə yalnız yaşıl və mavi rənglərdən istifadə olunmuşdur.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək Apellyasiya şurasının qərarının və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddiaçı xx.xx.2024-cü il tarixində 2024 00735 nömrəli iddia sənədi üzrə "xxxx" əmtəə nişanının ƏXBT-nin 07 (içməli suyun minerallaşdırılması üçün qurğular), 11 (susüzücü aparatlar), 32 (sular, mineral sular), 35-ci (reklam) sinif əmtəələri üzrə qeydiyyata alınması üçün Agentliyin tabeliyində olan Patent və X2 Mərkəzinə müraciət etmişdir.
9. Patent və X2 Mərkəzi xx.xx.2024-cü il tarixli qərarı ilə 2024 00735 nömrəli iddia sənədi üzrə əmtəə nişanının qeydiyyatından imtina etmişdir.
10. İddiaçı həmin qərardan Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına etirazla müraciət etmiş, şuranın xx.xx.2024-cü il tarixli qərarı ilə etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.
11. İddiaçı hazırda 2024 00735 nömrəli iddia sənədi üzrə "xxxx" əmtəə nişanının qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulmasını tələb edir.
12. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. İddia edilən nişan mavi rəngdə verilmiş dağ təsvirindən və təsvirin mərkəzi hissəsində yaşıl rəngdə yazılmış "xxxx" söz işarəsindən ibarət əmtəə nişanıdır. Əmtəə nişanı ƏXBT-nin (Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatı) 11 (susüzücü aparatlar), 32 (sular, mineral sular), 35-ci (reklam) sinif əmtəələri üzrə iddia edilmişdir.
14. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir.
15. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “c” bəndində qeyd edilən şərtlər (Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır: b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı.
16. Məhkəmə əmtəə nişanının qeydiyyata alınmasından imtinanı və bildirilmiş dəlilləri əsaslı hesab edir. Belə ki, müvafiq əmtəə nişanının qeydiyyata alınması zamanı həmin nişanın həm istehlakçılar, həm də istehsalçılar qarşısında fərqlənmə qabiliyyətinə sahib olması nəzərə alınmalıdır. Əmtəə nişanı əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. "xxxx" əmtəə nişanı iddia edilən əmtəələrin keyfiyyəti, təyinatı, istifadə məqsədi və xüsusiyyətləri barədə istehlakçılar arasında çaşqınlıq yarada biləcək elementlərdən ibarətdir. Orta istehlakçı prizmasından əmtəə nişanının tərkibindəki “eco” söz elementi istehlakçı tərəfindən əmtəənin “ekoloji su” olması, yüksək keyfiyyətə malik olması düşüncəsini yaradır. İddia edilən əmtəə nişanında keyfiyyət göstəricisi aydın şəkildə nəzərə çarpmaqla istehlakçı tərəfindən dəyər ifadəsini çatdırmaqdan ibarət olan təşviqedici tərif şüarı kimi qəbul edilməsi məhkəmədə şübhə yaratmır.
17. Məhkəmə nəzərə alır ki, iddiaçı müvafiq əmtəə nişanının vahid söz işarəsi (unikal ifadə) kimi qəbul edilməlidi olduğunu, əmtəə nişanının tərkibindəki “eco” və “su” hissələrinin ayrıayrılıqda olan söz elementi nəzərə alınmamalı olduğu bildirsə də, qeyd edilən hal iddiaçının izahatı ilə ziddiyət təşkil etmişdir. Belə ki, iddiaçının izahatından aydın olur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir və müvafiq əmtəə nişanı MMC-yə məxsus əmtəələrdə istifadə olunur. Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" əmtəə nişanından istifadə etməsində məqsədi əsas şirkətlə olan bağlılığı ifadə etməkdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin bağlı olduğu əsas şirkət isə Rusiyada yerləşir və müəssisənin adı “Еколос”dur. Həmin şirkətin adındakı “еко” ekoloji, “лос” isə su təmizləmə sistemi kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı əmtəə nişanında istifadə edilən “eco” söz elementinin “ekoloji” ifadəsi kimi qəbul edildiyini təsdiqləmişdir.
18. Məhkəmə eyni zamanda nəzərə alır ki, "xxxx" əmtəə nişanı yalnız söz elementindən deyil, söz və təsviri elementinin kombinasiyasından ibarətdir. Təsvirdə yaşıl və mavi rənglərdən də istifadə edilməsi istehlakçıda ekologiya və təbiətlə bağlı təsəvvür yaradır, “eco” ifadəsinin “ekoloji” anlayışını ehtiva etməsini təsdiqləyir.
19. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. "xxxx" nişanı iddia olunan əmtəələrin keyfiyyətini, təyinatını və istifadə edilmə məqsədini ifadə edir və təsviredicidir. Beləliklə, iddia olunan nişan bir sahibkarın əmtəəsini digər sahibkarın əmtəəsindən fərqləndirmə qabiliyyətinə malik deyil.
20. Məhkəmə müəyyən edir ki, iddiaçı tərkibində “eco” elementi olan və əqli mülkiyyət hüquqları qeydiyyata alınmış bir sıra əmtəə nişanlarını məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş digər əmtəə nişanları hazırki iddia tələbi üzrə qeydiyyatı tələb olunan "xxxx" nişanı ilə analoji xarakterli hesab oluna bilməz.
21. Məhkəmə nəzərə alır ki, sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər. "xxxx" əmtəə nişanında “eco” hissəciyi söz işarəsi olaraq istifadə edilsə də, təqdim edilmiş “ECO JUİCE”, “ECO FRUİT” əmtəə nişanlarında “eco” təsviri element kimi əks olunmuşdur.
22. Təqdim edilmiş digər əmtəə nişanlarına münasibətdə məhkəmə qeyd edir ki, hazirki iddia tələbi üzrə "xxxx" əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınması tələb edilir. Belə olan təqdirdə bərabərlik prinsipinə istinad edilə bilməsi üçün analoji xarakter daşıdığı iddia edilən müvafiq əmtəə nişanının bir sıra ortaq meyarlarla yanaşı, Azərbaycan Respublikasında qeydiyyata alınmış olması zəruridir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər əmtəə nişanlarının Azərbaycan Respublikasında qeydiyyata alındığı müəyyən edilmir.
23. Qeyd edilən tələblərə uyğun hər hansı əmtəə nişanını məhkəməyə təqdim etməmişdir.
24. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva