Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3960/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəslər: X6 və qeyriləri) qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 307 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq iddiaçının adına çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X6, X12, X7 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdirlər. Daha sonra X8 ərizə təqdim edərək iddiaçının hüquqi varisi kimi X8 ilə əvəz edilməsini, iddia tələbinin isə “Bakı şəhəri, Mərdəkan qəsəbəsi 37B ünvanında yerləşən 307 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı məxsus olması haqqında arayışın X3 verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 938.80 kv.metr torpaq sahəsi 1967-ci ilin oktyabr ayında İddiaçı adına tərtib edilmişdir. Texniki pasportun əsli və təsdiq edilmiş surəti mövcuddur. 1974-cü il tarixdə həmin torpaq sahəsinin 600 kv.metr hissəsi onun adına qeydiyyata alınmış və 01 mart 1974-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X4 alqısatqı yolu ilə satmışdır. Daha sonra həmin şəxs də torpaq sahəsini özgəninkiləşdirmişdir. O, 1967-ci ildən istifadəsində və sahibliyində olan ünvan 3 ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsinin 338.80 kv.metr hissəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, onun müraciətinin təminindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən 1967-ci il tarixli texniki pasportda göstərilən fərdi yaşayış evi 600 kv.m torpaq sahəsi ilə birlikdə 37a ünvanı olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.1974-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,0307 ha olduğu müəyyən edilmişdir. Həmçinin sahənin hasarı boyu orta təzyiqli qaz xətti keçir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin ümumi sahəsi 938,8 kv.m təşkil edir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, cavabdeh müraciətin təmin edilməsindən imtina edərkən təqdim olunan sənədlərin surət olmasına, İdarənin arxiv məlumatlarına əsasən 1967-ci il tarixli texniki pasportda göstərilən fərdi yaşayış evi 600 kv.m torpaq sahəsi ilə birlikdə 37a ünvanı olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.1974-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyinə istinad olunmuşdur. Müayinə aktından görünür ki, texniki pasporta əsasən A yaşayış evi və 600 kv.m torpaq sahəsi Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi 37 a ünvanı kimi qeydiyyata alınmışdır. 1967-ci il tarixli texniki pasportda göstərilən 938,8 kv.m torpaq sahəsinin 600 kv.m Ələkbərov Vaqifin adına qeydiyyata alınmış və həmin sahədə 200 kv.m əlavə torpaq mövcuddur. Ərizəçinin göstərdiyi sahə 307 kv.m olmaqla arxiv texniki pasportda göstərilən 938,8 kv.m torpaq sahəsinin bir hissəsidir. Cavabdeh tərəfindən sorğuya cavab məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -xx.xx.1982-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 600 kv.m torpaq sahəsi ilə birlikdə X1. -xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X12 ünvan 4 ünvanında yerləşən bağ evini X5 və X11 satmışdır. -xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 4 ünvanında yerləşən bağ evinin ona aid olan hissəsini X11 satmışdır. -Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, 27 mart 2025-ci ildə ünvan 6 ünvanında yaşamış İddiaçı vəfat etmişdir. Mirasın tərkibi: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ondan irs qalmış miras kimi X8 tərəfindən qəbul edilir. Ondan başqa vərəsə MəmmədovRəşad Əhməd oğludur. X8 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnamənin verilməsini xahiş edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: (-) «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, mərhum İddiaçı mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir. Belə ki, materiallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin pasportda yalnız fərdi yaşayış evinin texniki göstəriciləri deyil, eyni zamanda həmin ünvan üzrə torpaq sahəsinə dair məlumatlar da əks olunmuşdur. Belə ki, pasportda göstərilən məlumatlara əsasən, torpaq sahəsinin ümumi ölçüsü 938,80 kv.m təşkil edir. Doğrudur ki, fərdi yaşayış evi və qeyd olunan sahədən 600 kv.m hissə İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılmış, daha sonra isə bu əmlak mülki-əqdlər vasitəsilə digər şəxslərə özgəninkiləşdirilmişdir. Texniki pasportda əks olunan ümumi sahənin qalan hissəsi isə mərhum İddiaçı faktiki istifadəsində qalmışdır. İddiaçı sağlığında mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair hazırki iddia ilə məhkəməyə müraciət edərək, texniki pasportla əhatə olunan lakin hələ özəlləşdirilməmiş və faktiki ölçüsü 307 kv.m təşkil edən torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaq istəmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, onun iddia etdiyi 307 kv.m torpaq sahəsi həqiqətən də texniki pasportda göstərilən 938,8 kv.m sahənin tərkib hissəsidir və bu hal cavabdeh tərəfindən təqdim olunmuş müayinə aktı ilə də təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, texniki pasport əsasında artıq 600 kv.m torpaq sahəsinin və fərdi yaşayış evinin özəlləşdirilərək üçüncü şəxslərə satılması, İddiaçı həmin torpaq sahəsinin qalan hissəsi, yəni 307 kv.m (faktiki ölçü) sahə üzrə mülkiyyət hüququnu istisna etmir və bu hüququn itirilməsinə əsas vermir. Belə ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport hüquqmüəyyənedici sənəd kimi hüquqi qüvvəyə malikdir və qüvvədə olan sənəd hesab olunur. Məhkəmənin qənaətinə görə, mərhum İddiaçı 307 kv.m torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin texniki pasport onun hüquqlarını əsaslandıran sənəd kimi çıxış etdiyindən və bu sənəd əsasında həm yaşayış evi, həm də torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, bu baxımdan qalan 307 kv.m sahə üzrə mərhumun mülkiyyət hüquqları saxlanılır. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, mərhumun istifadəsində qalan və sənədlərdə təsdiq olunan 307 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun olması barədə arayışın verilməsi üçün mötəbər dəlillər mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz mülkiyyət hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi mülkiyyət hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz mülkiyyət hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Mərdəkan qəsəbəsi 37B ünvanında yerləşən 307 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı məxsus olması haqqında arayışın X3 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov